İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə54/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 47 ____________________________ 
 
bilər),  onda  fayl  bütün  istifadəçilərə  əlçatan  olacaqdır.  Bəzən 
sistemdə  gizli  fayllarla  işləməyə  məhdudiyyətlər  də  qoyulur 
(məsələn,  bu  faylın  digər  kompüterdə  istifadə  edilməsi  üçün 
üzünü köçürmək olmaz, faylı elektron poçt ilə digər istifadəçiyə 
göndərmək  qadağandır  və  s.).  Təhlükəsizliyin  ikinci  qanunu 
təhlükəsizliyə  təminat  verir  və  nəzərə  alınır  ki,  bu  fayllar  heç 
vaxt  qeyriməxfi  olmayacaqlar  (yəni  açıq  fayllar  olacaqlar), 
göstərilmiş məhdudiyyətlərdən kanarda qalmayacaqlar. 
Beləliklə, məsələn, virus konfidensial verilənləri “oğurlaya” 
bilməz. 
  
 
 
Şəkil 2. Bella-LaPadula təhlükəsizlik modeli 
 
Baxılan  qaydalar  əsasən  iki  səviyyədən  çox  əlçatanlıq 
olduqda  həyata  keçirilir,  məsələn,  qeyriməxfi,  konfidensial, 
məxfi  və  tamamilə  məxfi  verilənlər.  Məxfi  verilənlərə  əlçatan 
istifadəçi  qeyriməxfi,  konfidensial  və  məxfi  verilənləri  oxuya 
bildiyi halda məxfi və tamamilə məxfi verilənlər yarada bilər.  
Ümumi  qanun  belə  səslənir:  istifadəçi  o  sənədləri  oxuya 
bilər  ki,  onların  məxfiliyi  onların  əlçatanlığından  artıq  olmasın 
və ya istifadəçi öz əlçatanlığıdan aşağı olan sənədləri də yarada 
bilməz.  Beləliklə,  istifadəçi  nəzəri  olaraq  sənəd  yarada  bilər, 
amma  onları  oxumağa  icazəsi  olmaya  bilər  (və  ya  icazəsi 
yoxdur). 
Bella-LaPadula  modeli  kompüterlərdə  istifadə  olunan  ilk 
modellərdən  biridir  və  müəyyən  dəyişikliklərə  məruz  qalmaqla 
hərbi  sahələrdə  də  istifadə  edilir.  Model  tamamilə  riyazi 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə