İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

32 
 
     
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB CORC BUŞA   
 
Hörmətli cənab Prezident! 
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə  təyin olunmağım münasibətilə  səmimi təbrikinizə  və 
xoş arzularınıza görə Sizə  dərin təşəkkürümü bildirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş 
Ştatları arasında bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin qurulmasında, təşəkkülündə  və 
inkişafında atam prezident Heydər  Əliyevin rolunu və xidmətlərini yüksək qiymətləndirməyinizdən böyük 
məmnunluq və hədsiz qürur duyuram.  
Bu gün Azərbaycan ilə Amerika Birləşmiş  Ştatları arasında  əlaqələrin bütün sahələrdə genişlənməsi, 
yüksələn xətlə davam etməsi bizi sevindirir. Bir sıra mühüm sahələrdə, irimiqyaslı iqtisadi layihələrdə 
ölkələrimizin sıx  əməkdaşlığı, birgə  fəaliyyəti və qarşılıqlı  səyləri nəticəsində  əldə etdiyimiz uğurlar bu 
qəbildəndir.  
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, beynəlxalq terrorizmə qarşı Amerika Birləşmiş  Ştatlarının 
qətiyyətlə başladığı mübarizənin ilk günlərindən Azərbaycan birincilər sırasında antiterror koalisiyasına 
qoşularaq bəşəriyyətin məhvi üçün real təhlükə doğuran bu bəlanın aradan qaldırılması  işinə öz töhfəsini 
verməyə çalışmışdır. Azərbaycan son dövrdə Amerika Birləşmiş Ştatlarının başçılığı ilə İraqda həyata keçirilmiş 
əməliyyatlara da dəstək verdiyini bəyan edərək ABŞ ilə bir sırada durduğunu,  əsl tərəfdaş olduğunu bariz 
şəkildə nümayiş etdirmişdir. Bu günlərdə Azərbaycan sülhməramlılarının beynəlxalq koalisiya tərkibində öz 
missiyalarını yerinə yetirmək üçün İraqa yola düşməsi dediklərimizin daha bir təsdiqidir.  
Qərbin iri neft şirkətləri ilə Azərbaycanın 1994-cü ilin sentyabrında bağladığı  “Əsrin müqaviləsi”ndən 
başlanan neft strategiyasının həyata keçirilməsində  və yeni-yeni zirvələr fəth etməsində Amerika Birləşmiş 
Ştatları hökumətinin müstəsna rolu vardır. Böyük minnətdarlıq hissi ilə bildirirəm ki, bu gün artıq  əfsanədən 
gerçəkliyə çevrilmiş Bakı–Tbilisi–Ceyhan  əsas ixrac boru kəmərinin tikintisi məhz ABŞ-ın sanballı siyasi və 
iqtisadi dəstəyi hesabına gerçəkləşmişdir.  
Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan – Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında, ölkəmizin  ərazi bütövlüyünün təmin 
olunmasında xalqımız ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş  Ştatlarının və 
şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyir.  
Siyasi və demokratik islahatlar yolunu tutmuş Azərbaycan indi prezident seçkiləri  ərəfəsindədir. Biz 
Amerika Birləşmiş  Ştatları, müvafiq beynəlxalq qurumlar ilə  sıx  əməkdaşlıq  şəraitində ölkəmizdə beynəlxalq 
normalara uyğun azad və demokratik seçkilər keçirmək əzmindəyik.  
Sizi  əmin edirəm ki, Azərbaycan ilə Amerika Birləşmiş  Ştatları arasında mövcud dostluq, sıx  əməkdaşlıq 
münasibətlərini daha da inkişaf etdirmək məqsədini güdən siyasi iradəmizin həyata keçirilməsi istiqamətindəki 
səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.  
Atam prezident Heydər Əliyevə, ailəmizə böyük diqqət və qayğınıza görə Sizə son dərəcə minnətdaram.  
Sizə möhkəm cansağlığı, ailə  səadəti, dost Amerika xalqının rifahı naminə  fəaliyyətinizdə  uğurlar 
arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Baş naziri  
 
13 avqust 2003-cü il 
 
 
 
 


33 
 
 
RUSİYANIN KÜTLƏVİ İNFORMASİYA 
VASİTƏLƏRİ ÜÇÜN MÜSAHİBƏ 
 
15 avqust 2003-cü il 
 
– Sizə necə müraciət etmək lazım olduğunu bilirik. Bununla belə, Azərbaycan mətbuatını  əsas 
götürsək, onda Sizə zati-aliləri, hətta əlahəzrət deyə müraciət etməliyik. Biz çaşbaş qalmışıq... 
- Sağ olun. Mən belə başlanğıca hazır idim. Müsaidənizlə deyim: mən şahzadə deyiləm, mən respublikanın 
vətəndaşıyam. Xüsusən də, kral deyiləm. Mən Azərbaycan adlı respublikaya mənsubam. Həmvətənlərimin 
hüquqları kimi, mənim də hüquqlarım Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur. Mən bunu əziz 
tuturam.  
- Sizi bu vəzifəyə atanız təyin etmişdir. Bu qərarı düzgün hesab edirsinizmi?  
- Üzr istəyirəm, mənim hüquqlarım nə üçün məhdudlaşdırılmalıdır? Yalnız ona görə ki, mənim atam 
prezidentdir? Prezident qərar qəbul etdi, mən də razılaşdım. Hətta belə deyərdim: mən dövlətimizin başçısının 
qərarına tabe oldum. 
- Bu, atanın oğula xahişi idi? 
- Xeyr. Bu, Azərbaycan Respublikası Prezidentinin qərarı idi. 
- Mövzunu qurtaraq. Qarşıda nə var? Respublika üçün monarxiya təhlükəsi varmı? 
- Bir daha deyirəm, mən qanuna tabe olan vətəndaşam. Mən ölkənin qanunlarına tabeyəm. Belə cavab verim: 
mən çalışacağam ki, Azərbaycanda anarxiya olmasın. 
- Sizin indiki təyinatınız o deməkdirmi ki, Siz ölkənin gələcək prezidentisiniz?  
- Azərbaycanda prezident Heydər  Əliyevdir. Atamın tənqidçiləri bu günlər  ərzində  dəfələrlə  ən qorxulu 
şayiələr yaymışlar. Canlı və mənən güclü iradəyə malik bir insanı elə hey məzara gömmək istəyirlər.  
Bu vicdansızlıqdır. Bu mənə çox ağır təsir bağışlayır. Müxalifətin nümayəndələri hətta Klivlendə gedib 
yəqin etmək istəyirlər ki, görsünlər, atam doğrudanmı oradadır. Nə etməli, bu həyasızlığa dözmək lazım gəlir. 
Həmvətənlərimin belə etməsi mənə ağır gəlir. Vəssalam. Mən bu mövzuda daha danışmayacağam. 
- Yeni vəzifədə və yeni vəziyyətdə özünüzü necə hiss edirsiniz? 
- Normal. Əlbəttə, yeni vəzifədir. Amma deməzdim ki, vəziyyət mənim üçün əsaslı surətdə  dəyişmişdir. 
Demək bir az yaxşı düşmür, lakin, hər halda, bütün bu illər  ərzində ölkənin Dövlət Neft Şirkətinin 
rəhbərlərindən biri kimi mən öz vəzifələrim çərçivəsində Azərbaycanın iqtisadi inkişafı  məsələləri ilə  məşğul 
olmuşam. Neft sahəsi isə, bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının əsas sahəsidir, hərəkətverici qüvvəsidir. 
Ona görə də ölkə iqtisadiyyatında baş verənlərin hamısını kifayət qədər yaxşı bilirəm. Odur ki, məni aldatmağa 
ancaq səfehlər cəhd göstərə bilərlər.  
- Sizin təyinatınız o deməkdirmi ki, Prezident hakimiyyəti, faktiki olaraq, yeni nəslin siyasətçilərinə 
verməyə başlayır? 
- Belə nəticə çıxarmaq mənim üçün çətindir. Deməliyəm ki, prezidentin komandasında nazir, komitə rəhbəri 
vəzifələrində mən yaşda olanlar çoxdur. Təcrübəsi olan kadrlarla müasir həyatın reallıqlarını gözəl bilən kadrlar 
prezidentin komandasında çox yaxşı  vəhdət təşkil edir. Belə siyasət özünü doğrultmuşdur. Buna görə  də o, 
davam etdiriləcəkdir. 
- Sizin təyinatınız qarşıdakı prezident seçkiləri fonunda baş verdi. Əlbəttə, bu, son vaxtlar 
səslənməkdə olan rəylərə, şərhlərə də öz təsirini göstərir. Şəxsən Siz razısınızmı ki, təyinatınız, bir tərəfdən, 
gözlənilən, digər tərəfdən isə, gözlənilməz oldu?  
- Bəli, zənnimcə, siz haqlısınız. Məhz belə oldu. Onu xeyli vaxtdır gözləyirdilər. Cəmiyyətdə də bu mövzuda 
diskussiyalar gedirdi. Çoxlarının fikrincə bunu əvvəllər etmək lazım idi. Lakin belə qərarları yalnız Prezident 
qəbul edir. 
- Prezident indi özünü necə hiss edir? 
- Normal. Çox istəyirəm ki, o, tezliklə bizimlə birlikdə olsun. 
-  Əgər Heydər  Əliyev seçkiqabağı kampaniyanı davam etdirsə, Siz atanızla necə  rəqabət 
aparacaqsınız? Razılaşın ki, bu, qeyri-adi vəziyyətdir... 
- Heç bir mənafe “münaqişə”si yoxdur və ola da bilməz. Mən ölkənin indiki Prezidentinin apardığı siyasəti 
dəstəkləyirəm.  
- Siz bu seçkilərə, hər halda, öz proqramınızla gedəcəksiniz? O, rəqiblərinizin proqramlarından nə 
iləsə fərqlənirmi? 
- Rəqiblərin proqramları barədə mənə heç nə məlum deyildir. Onlar hər seçkilər - prezident və ya parlament 
seçkiləri qarşısında deyirlər ki, proqramları var, konsepsiyaları var. Amma proqramlarının təkcə üz qabığını 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə