İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 62 
oyunlarında  iştirak  edən  idmançıların  sayı  artır.  Bizim 
Paralimpiya  oyunlarında  nəticələrimiz  də  hər  dəfə  daha  da 
böyük olur. Keçən dəfə Afinada Paralimpiya oyunlarında dörd 
medal  qazanılmışdır.  Onlardan  ikisi  qızıl,  biri  gümüş,  biri 
bürünc  medal  idi.  Yəni  bu,  böyük  göstəricidir,  böyük 
nailiyyətdir və biz buna çox sevinirik.  
Hamımız yaxşı bilirik ki, Olimpiya oyunları dünyanın nəinki 
ən  mötəbər  idman  yarışıdır,  hətta  bəlkə  də  dünyanın  diqqətini 
cəlb  edən  birinci dərəcəli  tədbirdir.  Paralimpiya  oyunları, təbii 
ki, Olimpiya oyunlarının bir növ kölgəsində qalır. Ancaq biz elə 
etməliyik  ki,  bu  oyunlara  da  diqqət  azalmasın  və  dövlət, 
idmanın  inkişafına  cavabdehlik  daşıyan  qurumlar  və  şəxslər 
Azərbaycanda  paralimpiya  hərəkatının  inkişafı  üçün  öz 
səylərini davam etdirsinlər.  
Biz bu barədə çox danışa bilərik, amma  daha yaxşısı bizim 
gördüyümüz  işlərdir  və  bu  gözəl  paralimpiya  kompleksinin 
timsalında  biz  Azərbaycanda  son  illər  ərzində  bu  sahədəki 
işlərin nəticəsini  görürük. 
Mən  əminəm  ki,  siz  bu  kompleksdən  Pekin  Paralimpiya 
Oyunlarına  hazırlıq  baxımından  da  səmərəli  şəkildə  istifadə 
edəcəksiniz,  baxmayaraq  ki,  artıq  bir  neçə  gündən  sonra  siz 
yola  düşürsüz.  Əminəm  ki,  sonrakı  dördillik  dövr  ərzində 
peşəkarlığınızı  yüksək  səviyyədə  saxlamaq  üçün  burada  bütün 
imkanlar, bütün şərait var.  
Onu  da  demək  istəyirəm  ki,  Azərbaycan  dövləti  para-
limpiyaçıların  mükafatlandırılması  üçün  lazımi  tədbirlər  görür 
və görəcəkdir. Keçən dəfə biz bunu etdik. İndi də mən sərəncam 
imzalamışam  və  sərəncama  əsasən  Paralimpiya  oyunlarında 
yüksək nəticələr qazanan idmançılara pul mükafatı veriləcəkdir. 
Birinci yer üçün 200 min manat, ikinci yer üçün 100 min manat, 
üçüncü  yer  üçün  isə  50  min  manat  vəsait  veriləcəkdir.  Mən 
hesab  etmirəm  ki,  bu,  böyük  bir  stimuldur.  Ancaq  bu  sizin 
fəaliyyətinizə dövlət tərəfindən verilən qiymətdir və əminəm ki, 
ədalətli bir qərardır.  


 
63 
Sizin  hamınızı  bu  gözəl  idman  mərkəzinin  açılışı  müna-
sibətilə  bir  daha  ürəkdən  təbrik  edirəm,  sizə  cansağlığı  və 
Pekində uğurlar, qələbələr arzulayıram. 
 
 
 
 
*** 
V  a  q i f   M  ü  s ə  d  d  i q  (Əməkdar  məşqçi)  :  Möhtərəm 
cənab Prezident! 
Azərbaycan  paralimpiyaçıları  onlara  hədiyyə  etdiyiniz  bu 
gözəl kompleksə görə Sizə öz minnətdarlıqlarını bildirirlər. 
Bu  gün  tarixi  bir  gündür.  Sizin  qeyd  etdiyiniz  kimi,  MDB 
dövlətləri  arasında  bu,  paralimpiyaçılar  üçün  tikilmiş  birinci 
kompleksdir.  Tarixi  gündür  ona  görə  ki,  bu  işlərlə  əlaqədar  ulu 
öndərimizin fikir və arzusu həyata keçmişdir.  
Cənab  Prezident,  2000-ci  ilin  oktyabr  ayı  Sizin  xatiri-
nizdədir.  Biz  Sidney  Paralimpiya  oyunlarından  qayıdandan 
sonra  ulu  öndərimiz  bizi  qəbul  etdi.  Həmin  qəbulda  mənə  də 
söz  verilmişdi.  Mən  çıxışımın  sonunda  bütün  paralimpiyaçılar 
adından  ulu  öndərimizdən  xahiş  etdim  ki,  bizim  üçün  də  bir 
idman  kompleksi  inşa  olunsun.  Ulu  öndərimiz  bu  xahişimizə 
müsbət fikrini bildirdi və dərhal öz göstərişlərini verdi. Budur, 
indi biz bunun bəhrəsini görürük. 
Bu  paralimpiya  bazası  dahi  insanın  fikir  və  arzularının 
reallaşmasının  bariz  nümunəsidir.  Ona  görə  də  biz  inanırıq  ki, 
ulu öndərimizin ölkəmizlə bağlı, xalqımızla bağlı bütün fikir və 
arzuları  Sizin  rəhbərliyiniz  altında  indiyə  kimi  pillə-pillə  necə 
reallaşıbsa, sabah da reallaşacaqdır.  
Möhtərəm  cənab  Prezident,  bizə  göstərdiyiniz  diqqət  və 
qayğıya  görə  bütün  paralimpiyaçılar  Sizə  bir  daha  öz  dərin 
minnətdarlıqlarını bildirirlər.  
Bir məsələyə də toxunmaq istərdim. Sizin 2008-ci il 5 fevral 
tarixli  Sərəncamınızla  paralimpiyaçı  rəhbərlərə,  idmançı  və 
məşqçilərə  fəxri  adlar  və  medallar  verilmişdi.  Buna  görə  çox 
sağ  olun.  Biz  söz  veririk  ki,  Pekin  Paralimpiya  oyunlarında 
əlimizdən  gələni  əsirgəməyəcək,  uğurla  çıxış  edəcək  və 
ölkəmizə mümkün qədər çoxlu medallar gətirəcəyik. 


 64 
Möhtərəm  cənab  Prezident,  biz  həmişə  sizinləyik.  Çox  sağ 
olun. 
        
                                       * * * 
 
İ l h a m   Z ə k i y e v (Afina Paralimpiya oyunlarının cüdo 
üzrə qalibi, yığma komandanın kapitanı): Möhtərəm Prezident,  
paralimpiyaçıların əziz və sevimli dostu! 
1999-cu  ildə  Qarabağda  düşmən  snayperinin  gülləsindən 
başımdan  aldığım  ağır  yara  nəticəsində  görmə  qabiliyyətimi 
tamam  itirdim.  Yaşamağa  ümid  tükəndiyi  bir  vaxtda  milli 
Paralimpiya  Komitəsi  Allahın izni  ilə  mənim  köməyimə  çatdı. 
Əvvəllər cüdo ilə məşğul olmağım, sözün əsl mənasında, məni 
yenidən  həyata  qaytardı.  Məndə  özümə  inam  və  qələbə  əzmi 
yarandı  və  iştirak  etdiyim  ilk  Paralimpiya  oyunlarından  – 
Afinadan  vətənə  qızıl  medalla  döndüm.  Bundan  sonra  mən 
dünya və ikiqat Avropa çempionu oldum.  
Ötən dörd il komanda yoldaşlarım üçün də çox uğurlu oldu. 
Cənab  Prezident,  Sizin  Paralimpiya  Komitəsinə,  paralimpiya 
hərəkatına göstərdiyiniz diqqət və qayğı olmasaydı, nə mən, nə 
də  komanda  yoldaşlarım  bu  qələbələri  əldə  edə  bilməzdik. 
Şəxsən  mən  Sizin  diqqət  və  qayğınızı  həmişə  hiss  etmişəm. 
2005-ci  ildə  Sizin  tapşırığınızla  məni  İsrailə  müayinəyə 
göndərdilər.  Həmin  ildə  mən  el  adət-ənənəsi  ilə  toy  elədim. 
Toyda  da  mən  Sizin  diqqətinizi  hiss  etdim.  Mənə  QAZ–31» 
markalı  maşın  hədiyyə  etdiniz.  Fürsətdən  istifadə  edib,  Sizə 
təşəkkürümü bildirirəm. 
Cənab  Prezident,  Sizin  xeyir-duanızla,  inşallah,  Pekin 
Paralimpiya  Oyunlarına  yola  düşürük.  Bu  oyunlarda  Azər-
baycanın bayrağını dalğalandırmaq şərəfi komandanın kapitanı 
kimi,  mənə  həvalə  olunubdur.  Çalışacağam  ki,  bu  etimadı 
Pekində qazandığım növbəti qələbəmlə doğruldum. 
Çox sağ olun.  
 
 
 
 
* * * 
İ l h a m   Ə l i y e v : Sağ olun, xoş sözlərə görə təşəkkür 
edirəm.  Bilin  ki,  mən  həmişə  sizinləyəm,  həmişə  sizinlə 
olacağam.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə