İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

 68 
Ağsaqqallar  Şurasının  sədriyəm.  Siz  Heydər  Əliyev  tərəfindən 
əsası  qoyulmuş  siyasəti  uğurla  aparırsınız.  Biz  ağsaqqallar, 
sumqayıtlılar  Sizə  arxa-dayağıq.  Sizə  cansağlığı,  uzun  ömür, 
ailə səadəti, Sizin rəhbərliyiniz altında ölkəmizə əmin-amanlıq, 
ən xoş günlər diləyirik. 
İ l h a m  Ə l i y e v: Sağ olun, mən Sumqayıtın inkişafına 
doğrudan  da  çox  böyük  diqqət  göstərirəm  və  işlərlə  maraq-
lanıram.  Biz  Sumqayıtı  çox  müasir  sənaye  şəhərinə  çevir-
məliyik.  Sumqayıt  məhz  bu  məqsədlər  üçün  də  salınıbdır. 
Amma  əvvəllər  tikilmiş  fabriklər,  zavodlar  bu  gün  artıq 
köhnəlibdir. 
S a k i n: 250 minlik Sumqayıtda indi 500 min əhali yaşayır. 
500  min  əhali  işıq,  su,  qaz,  çörək  –  hamısı  ilə  təmin  olunur. 
Şəhərdə çoxlu qaçqın-köçkün vardır. Bu da böyük problemdir. 
Şəhərdə  hər  şey,  bütün  kommunikasiya  250  min  əhali  üçün 
nəzərdə tutulmuşdu. Amma indi olub 500 min əhali. Hələ gəlib-
gedən qonaqları demirəm. 
İ l h a m  Ə l i y e v: Bəli, buna görə biz son illər ərzində ən 
böyük  elektrik  stansiyasını  məhz  Sumqayıtda  tikirik.  517 
meqavat  gücündə  stansiya  həm  Sumqayıtı  dayanıqlı  elektrik 
enerjisi  ilə  təmin  edəcək,  həm  də,  ümumiyyətlə,  bizim 
energetika  sistemimizi  sağlamlaşdıracaqdır.  Bakı–Sumqayıt 
yolunun tikintisi artıq başa çatıbdır. Beton örtüklü gözəl yoldur. 
İndi  beton  örtüklü  yollar  ancaq  dünyanın  ən  inkişaf  etmiş 
ölkələrinin ən birinci şəhərlərində salınır. Bu ətrafda heç yerdə 
beton örtüklü yol yoxdur. Biz bunu Bakıdan Sumqayıta tikdik. 
İndi  Sumqayıtdan  şimal  sərhədinə  qədər  gedəcəkdir. 
Şəhərlərarası  yol  işıqlandırılacaqdır.  Mən  bunu  bilirəm, 
işıqlandırılan  şəhərlərarası  yollar  ancaq  nadir  hallarda 
Avropanın  ən  böyük  şəhərlərində  var.  Başqa  şəhərlərarası 
yollarda işıq yoxdur. Burada isə olacaqdır.  
Yəni  bütün  bunlar  şəhər  üçün,  insanların  yaxşı,  rahat 
yaşaması  üçündür.  Binalar  rənglənir,  bərpa  olunur,  xiyabanlar, 
parklar salınır. Kanalizasiya, su təchizatı məsələləri həll edilir. 
Məktəblər tikilir, təmir olunur. Bu gün mən böyük Paralimpiya 


 
69 
Kompleksinin  açılışında  iştirak  etdim.  Ondan  əlavə,  böyük 
idman  kompleksi  tikilir.  Yəni  bütün  bunlar  onun  üçündür  ki, 
insanlar  yaxşı  yaşasınlar.  Bura  həm  böyük,  həm  də  müasir 
sənaye  şəhəri  olacaqdır.  Yəni  Azərbaycana  lazım  olan  sənaye 
müəssisələrində  insanlar  işlə  təmin  edilsinlər  və  həm  sosial 
məsələlərin  həlli,  insanların  rahatlığı  üçün,  həm  də  gözəllik 
üçün  şəhərin  böyük  imkanları  olsun.  Siz  burada  yaşayırsınız, 
məndən daha yaxşı bilirsiniz ki, son illər ərzində burada böyük 
işlər görülübdür.  
S  a  k  i  n:  Sizi  Sumqayıt  gəncləri  adından  salamlamaq,  
gənclərə,  gənc  ailələrə  göstərilən  dövlət  qayğısına  görə  təşək-
kürümü bildirmək istəyirəm. Elə bu Paralimpiya Kompleksinin 
tikintisi  hər  cəhətdən  sağlam  gənclərin  yetişməsi  üçün  böyük 
imkan  yaradır.  Yəni  gənclər  pis  vərdişlərdən  uzaq  olurlar. 
Həqiqətən  də  biz  bunun  şahidiyik,  həyatda  öz  gözlərimizlə 
görürük. Bütün bunlara görə Sizə çox sağ olun deyirik. 
Pekində  idmançılarımızın  uğurlarını,  Sizin  onlara  dəstək 
olmağınızı,  Azərbaycan  bayrağının  qalxmasını  görəndə, 
himnimizi eşidəndə sevincdən göz yaşlarımız axırdı. Doğrudan 
da qürur hissi keçiririk. Cənab Prezident, Sumqayıt gəncləri hər 
zaman Sizinlə olacaqdır. Mən bunu tam əminliklə deyirəm. 
İ l h a m  Ə l i y e v: Çox sağ olun, təşəkkür edirəm. Bizim 
həm  çox  gözəl,  vətənpərvər  gənc  nəslimiz  yetişir,  həm  də 
veteranlarımız belə möhkəmdirlər.  
S a k i n:  İlham  müəllim,  bütün müəllimlər adından, bütün 
veteranlar  adından  Sizə  öz  təşəkkürümüzü  bildiririk  ki,  Siz 
pensiyaçıların təqaüdünü 25 faiz artırdınız. Bu, gələcəkdə bizim 
güzəranımızın  yaxşı  olmasından  xəbər  verir.  Təşəkkür  edirik, 
çox sağ olun. 
İ l h a m  Ə l i y e v: Sağ olun, bəli və bu siyasət bundan 
sonra  da  davam  etdiriləcəkdir.  Azərbaycanda  ildə  iki  dəfə 
pensiyaların  və  minimum  əməkhaqqının  həddi  qaldırılır  və 
bundan  sonra  da  biz  bunu  edəcəyik.  Bizim  iqtisadi  islahat-
larımız,  iqtisadi  imkanlarımız,  ulu  öndər  Heydər  Əliyev 
tərəfindən  əsası  qoyulmuş  neft  strategiyamız  buna  imkan 


 70 
yaradır. İndi Azərbaycan çox sabit ölkədir. Hər bir inkişaf üçün 
ən  başlıca  şərt  sabitlikdir. Bu  da  var,  Azərbaycan  inkişaf  edir, 
vətəndaşlar  təhlükəsizlik,  sülh,  əmin-amanlıq  şəraitində 
yaşayırlar.  
S  a  k  i  n:  Cənab  Prezident  və  Mehriban  xanım,  Sumqayıt 
şəhərinə  xoş  gəlmisiniz.  Ümummilli  liderimiz  Heydər  Əliyevə 
Allah  rəhmət  eləsin.  Mən  onunla  çox  görüşmüşəm,  onunla 
şəklim  də  var.  İkinci  dəfədir  ki,  Sizinlə  görüşürəm.  Yenə  də 
deyirəm, xoş gəlmisiniz, qədəmləriniz uğurlu olsun. 
 Rəhmətlik  Heydər  Əliyevin  apardığı  siyasəti  Siz  davam 
etdirirsiniz,  onun  qoyduğu  yolla  gedirsiniz.  Bu  beş  ildə  hər 
sahədə  nə  qədər inkişaf  var,  bunlar barədə  çox  danışmaq  olar. 
Əfv  fərmanına,  pensiyaların  artırılmasına  görə  minnətdarıq 
Sizə. Siz də var olun, sağ olun, Mehriban xanım. 
İ l h a m  Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. 
 
* * *  
Daha  sonra  prezident  İlham  Əliyev  Sumqayıtın  3-cü  mik-
rorayonuna  –  Sülh  və  Bakı  küçələrinin  kəsişməsindəki  əraziyə 
gəldi. 
Dövlətimizin  başçısının  tapşırığına  əsasən  buradakı  12 
mərtəbəli  üç  bina  müasir  üslubda  üzlənmiş,  park  yenidən 
qurulmuş, fəvvarə tikilmişdir. Ətrafda abadlıq və yaşıllaşdırma 
işləri aparılmışdır. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada 
da şəhər sakinləri ilə görüşüb söhbət etdilər. 
S  a  k  i  n:  Biz  belə  yerləri  gəzəndə  ulu  öndərin  nəfəsini, 
ruhunu hiss edirik. Sizə olduqca minnətdarıq.  
İ l h a m  Ə l i y e v: Binalar da gör necə gözəlləşib. 
S a k i n: Sizin köməyinizlə, Sizin sayənizdə. Hamısı Sizin 
rəhbərliyiniz altında olub, cənab Prezident.  
İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Şadam  ki,  Sumqayıtda  işlər  yaxşı 
gedir.  İş  yerləri  açılır,  zavod,  fabrik  tikilir  və  tikiləcəkdir. 
Sumqayıt  ən  müasir  şəhərə  çevrilir.  Əvvəllər  şəhərə  daxil 
olanda bura yaxşı görünmürdü.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə