Innovasiya menecmenti


Biznes proseslərin yenidən qurulması (Business process re-engineering (BPR))



Yüklə 1,46 Mb.
səhifə38/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   34   35   36   37   38   39   40   41   ...   69
innovasiya-menecmenti-muhazire

Biznes proseslərin yenidən qurulması (Business process re-engineering (BPR))
BPR – qiymət, keyfiyyət, xidmət və sürət kimi performans göstəricilərində əhəmiyyətli inkişafa nail olmaq məqsədilə fundamental, yenidən düşünmə və köklü yenidən dizayndır. BPR yanaşması 1997-ci ildə Tom Peters tərəfindən irəli sürülən ideyalara yaxındır. Belə ki, Peters şirkətin sisteminin, ierarxiyasının, prosedurlarının məhvini və onların fərdi biznes vahidləri ilə əvəz olunması keysini hazırlamışdır. Tom Peters iddia edir ki, firmanın 21-ci əsrdə var olması üçün, yeganə yol, məhz innovativ olmasıdır.
Əməliyyatlar və texnologiya
Əməliyyatlara təsir edən ən mühüm texnoloji inkişaf- kompyuterlərin tətbiqidir. Məsələn, verilənlərin electron mübadiləsi əməliyyatlar prosesində tam vaxtında (just in time) yanaşmasının tətbiqini asanlaşdırdı. Eketron- kommersiya və ya e-kommersiya ideyası müxtəlif sənaye sahələrində və biznes sektorlarında olan fəaliyyətlərin bir araya gətirilməsi üçün irəli sürüldü. E-kommersiya çox sürətlə inkişaf etdi, çünki həm dövlət, həm də şirkətlər başa düşürdü ki, bu, istehlakçıları və informasiyanı bir arada toplayan mühüm bir texnoloji yenilikdir. İkinci mərhələ, məhsul haqqında məlumatın internetdə yerləşdirilməsi idi və 1990-cı illərin sonunda ABŞ-da və İngiltərədə bir çox şirkətlərin artıq veb-saytı var idi. Veb- texnologiyası birbaşa təchizat zəncirinə daxil olmağa, istehsal əməliyyat sistemi vasitəsilə öz məhsulunu dizayn etməyə və qiymətləndirməyə imkan verir. Nümunə: Maykl Del 1984-cü ildə Texasda Dell korporasiyasını yaratdı və mail sifarişi ilə özəl kompüterlərin hazırlanması və satışı ilə məşğul olan ilk firma idi. 1998-ci ilə qədər Dell satışlarının 25%-dən çoxunu internet üzərindən həyata keçirdi və kompyuter biznesində dünyanın ən böyük istehsalçısı oldu. Analitiklər Dellin uğurunun səbəblərini araşdırıblar. Belə ki:

  1. Kütləvi özəlləşdirmə

  2. Təchizat zənciri idarəetməsinin yüksək səviyyəsi

  3. Telemarketinq (məhsulların telefon vasitəsilə satışı) sahəsinə təcrübənin olması

  4. Yüksək etibarlılıq: Dell indiyə qədər performansına görə 174 mükafat alıb.

  5. 24/7 prinsipi ilə çatdırılma

  6. Adaptiv (uyğunlaşan) biznes strategiyası

  7. Müştərilərin istəklərinə fokuslanma

Elmi-texniki potensial dedikdə, dövlətin elm sahəsinə aid kadr, maddi, maliyyə resursları, ictimai, təbii və texniki elm sahələrində əldə olunmuş biliklər, istehsal təcrübəsinin məcmusu başa düşülür.
Həmçinin elmi-texniki potensialda Diaqram 1.1. Tədqiqat və işləmələrlə məşğul olan heyət iqtisadi proseslərin idarə edilməsi üçün informasiyanın toplanması, işlənməsi və verilməsi proseslərini əhatə edən informasiya potensialı da mühüm rol oynayır. Hazırda Azərbaycan elmi, təhsili və mədəniyyəti geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Son iki ildə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayında cüzi azalma müşahidə olunmasına baxmayaq, bu sahədə istifadə olunan əsas vəsaitlərin dəyəri artmışdır. 2000-2011-ci illər ərzində elmə dövlət büdcəsindən ayrılan xərclərin həcmi 10 dəfədən çox artmış, 2011-ci ildə 106,1 milyon manat təşkil etmişdir. Ümumi xərclər isə bundan bir qədər çox, yəni 111 milyon manat təşkil etmişdir. Bundan əlavə, tədqiqat və işləmələrə çəkilən xərclərin maliyyə mənbəyi də maraq doğuran məsələlərdən biridir. Bununla əlaqədar olaraq yuxarıda təsvir olunan diaqrama nəzər salsaq maliyyə mənbələrinin müəssisənin öz vəsaiti, büdcə vəsaiti, sifarişçinin vəsaiti, büdcədənkənar vəsait və digər mənbələrin olduğunu görürük. Amma burada da əsas pay büdcə vəsaitinin (89,7 faiz) hesabına düşür. Digər mənbələr içərisində isə müəssisənin öz vəsaiti (6,3 faiz) üstünlüyə malikdir. Elmi işçilər iqtisadiyyatın bütün sahələrində və cəmiyyətdə innovasiyanın banisi hesab olunurlar. Hazırda Azərbaycanda 143 elmi-tədqiqat müəssisəsi və təşkilatı fəaliyyət göstərir ki, onun da 92-si elmi-tədqiqat təşkilatı, 36-sı ali məktəb müəssisəsi və 5-i konstruktor agentliyidir. Sahibkarlıq sektorunda isə cəmi 13 müəssisə tədqiqat və işləmələri yerinə yetirir. Elmi-tədqiqat müəssisələrinin 80 faizi Bakı şəhərində yerləşir ki, bu da elmi-texniki potensialın mərkəzlə region arasında fərqinə gətirib çıxarır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə