Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə41/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   37   38   39   40   41   42   43   44   ...   69
innovasiya-menecmenti-muhazire

    Bu səhifədəki naviqasiya:
  • Patent
İntellektual mülkiyyət
Müasir dövrdə, intellektual mülkiyyətin əhatə dairəsi olduqca genişlənmişdir. Bir çox sahələrdə intellektual mülkiyyətə aid məsələlərlə qarşılaşmaq mümkündür. Bu mühazirədə intelektual mülkiyyət, onun növləri, onların qorunması ilə bağlı hüquqi cəhətdən hansı işlərin görülməsi və s. haqqında məlumat alacağıq.
İntellektual mülkiyyətin qorunmasının ən sadə və ucuz üsullarından biri- onun gizli saxlanmasıdır. Məsələn, Coca-Cola şirkətinin uzun illərdir istehsal etdiyi içkilərin reseptini gizli saxladığı deyilir. Buna elmi ədəbiyyatlarda ticarət sirri də deyilir. Burda əsas məqsəd rəqiblərin resepti öyrənməməsi və nəticədə Coca-Cola şirkətinin bazarda daha çox paya sahib ola bilməsidir. Lakin, müasir dövrdə elm o qədər inkişaf edib ki, içkinin reseptinin gizli qaldığına inanmaq artıq bir qədər gülməli səslənir.
Yeni ideyaların gizli saxlanması özü də ideya müəllifi üçün bir qədər təhlükəlidir. Çünki, həmin şəxs üzərində işlədiyi ideyanı gizli saxladığı müddətdə həmin ideya başqa biri tərəfindən artıq inkişaf etdirilə, ona sahiblik hüququ alına və hətta kommersiya məqsədləri üçün istifadəyə verilə bilər. Bu təbii haldır. Çünki, eyni ideya eyni zamanda çox adamın ağlına gələ bilər. Buna misal olaraq, Tomas Edison və Jozef Svanın eyni zamanda bir-birindən xəbərsiz elektrik lampasını ixtira etməsini göstərə bilərik. 19-cu əsrin sonlarında bu iki şəxs birləşərək Ediswan kompaniyasını yaradır və burada elektrik lampasının istehsalına başlayırlar.
Gündəlik həyatımızda, intellektual mülkiyyətə çox rast gəlirik. (Mahnılar, kompüter proqramları, elmi məqalələrin jurnalda nəşr olunması).
İntellektual mülkiyyətin qorunmasının bir neçə forması vardır. Bura patent, müəlliflik hüququ, qeydə alınmış dizaynlar, qeydə alınmış əmtəə nişanları və s. aiddir.
Patent - 20 illik sahiblik hüququ, intellektual mülkiyyətdən istifadə üzrə monopoliya;
Müəlliflik hüququ - yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslərin yaratdıqları sənət əsərləri üzərində sahiblik hüququ;

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə