Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə42/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   38   39   40   41   42   43   44   45   ...   69
innovasiya-menecmenti-muhazire

Qeydə alınmış dizaynlar – dizayn və xarici görünüş ilə əlaqəlidir və 15 il müddətində ondan istifadə ilə bağlı müstəsna hüquqlar verir;
Qeydə alınmış ticarət nişanı - müəssisənin istehsal etdiyi məhsulları fərqləndirmək üçün istifadə olunan xüsusi ad, nişan və simvollar.


Patent
Patent fərdi və ya təşkilatla dövlət arasında bağlanan müqavilə hesab olunur. Dövlət bu sahədə müvəqqəti monopoliyaya icazə verməklə iqtisadiyyatda və idarəetmədə yenilikləri, innovasiyaları stimullaşdırmağa çalışır. Patent müəlliflərə öz ixtira və yeniliklərindən istifadə və onların satışı ilə bağlı müəyyən dövr üçün monopoliya imkanları yaradır. Avropa və ABŞ-da bu müddət patent verildiyi gündən sonrakı 20 ili əhatə edir. Azərbaycanda isə patentin qüvvədə olma müddəti ixtira üçün –– 20 il; faydalı model üçün –– 10 il; sənaye nümunəsi üçün –– 10 il olaraq müəyyənləşdirilib.
İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllərdir.
Faydalı model - qurğuya aid olan texniki həllərdir.
Sənaye nümunəsi –– məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlldir.
Patent - ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədidir.
Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir.
Patent almaq üçün, ilk olaraq aidiyyəti dövlət qurumlarına müraciət edilir və dövlət rüsumu ödənilir. Lakin, patentin yuxarıda göstərilən qüvvədə olma müddəti bitənə yaxın patent sahibinin müraciəti əsasında bu müddət 5 ilə qədər uzadıla bilər.
Patent almaq üçün aşağıdakı şərtlərin ödənilməsi vacibdir :

  1. Yeni olmalıdır, əvvəllər istifadə olunmayan bir şey olmalıdır.

  2. İxtiraçılıq səviyyəsinə malik olmalıdır.

  3. Sənayedə tətbiq edilə bilən olmalıdır.

Aşağıdakı obyektlər ixtira sayılmır:

  1. kəşflər;

  2. elmi nəzəriyyələr;

  3. riyazi metodlar;

  4. bədii konstruktorluq işinin nəticəsi (dizayn);

  5. kompüter alqoritmləri və proqramları;

  6. informasiyanın təqdimi üsulları;

  7. şərti işarələr, cədvəllər və qaydalar;

  8. qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;

  9. mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);

  10. insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları.

Patent sahibinin razılığı olmadan 3-cü şəxs tərəfindən patentləşdirilmiş məhsulun, ixtiranın icazəsiz istehsalı, istifadəsi və satışı həyata keçirilə bilməz. Patentləşdirilmiş məhsuldan istifadə yalnız patent sahibinin razılığı ilə verilmiş lisenziya müqaviləsi əsasında mümkündür.
Patent agentləri - patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında köməklik edir, lisenziya müqaviləsinin bağlanması zamanı patent sahibini təmsil edir. Hətta dünya üzrə patentlərin verilməsi araşdırılır ki, təşkilatın, müəssisənin, elmi araşdırma aparan mütəxəssislərinin fəaliyyətini istiqamətləndirsin.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə