Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə45/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   41   42   43   44   45   46   47   48   ...   69
innovasiya-menecmenti-muhazire

Patentlər təcrübədə
Bir çox sənayeçilər və kiçik biznes sahiblərinin patent sisteminə inamı yoxdur. Onlar düşünür ki, patent sistemi əsasən verilən patentləri müdafiə etmək və qoruya bilmək üçün yetərli maliyyəsi olan Transmilli korporasiyalar üçün tərtib olunub. Problem ondadır ki, patentin tətbiq olunması və təhlükəsizliyi bahalı səyahətin yalnız başlanğıcıdır. Məsələn, hər dəfə sənin sahib olduğun patentlə bağlı hüquqların pozula bilər və sən öz intellektual mülkiyyətini qorumaq üçün qanuni xərclər çəkməli olacaqsan. Bundan başqa, iri şirkətlərin iddia edilən patent pozuculuğuna dair məhkəmə davaları zamanı yaranmış qanuni ödənişlərə uzun illər və milyonlarla dollar xərcləməsi haqqında çoxlu nümunələr var. Ən məşhur belə hallardan biri Apple və Microsoft şirkətləri arasında olmuşdur. Belə ki, Apple iddia edirdi ki, Microsoft onun Windows Əməliyyət Sisteminin eynisindən istifadə edir. Bu məsələ illərlə uzandı və hər iki şirkətə leqal ödənişlərlə bir neçə milyon dollara başa gəldi.
Bir çox kiçik firmalar, patent sisteminə dəhşət və qorxu içində yanaşırlar. Həqiqətən də, Birləşmiş Krallıq patentlərinin cəmi 10 faizi kiçik firmalara verilir. Halbuki, kiçik firmalar bütün kompaniyaların böyük əksəriyyətini təşkil edir. Bundan başqa, BK patenti üçün müraciət 225 f.s-dir. Lakin praktikada şirkətlər BK patenti əldə etmək üçün 1000-1500 f.s. arası ödəməlidirlər. Bundan əlavə bir çox ölkələrdə mühafizə 10000 f.s.-ə başa gələ bilir.
Bəziləri mübahisə edirlər ki, intellektual mülkiyyət hüququnun yenidən qurulması innovasiyanı daha da stimullaşdırar, çünki hazırkı intellektual mülkiyyət hüququ iqtisadiyyatın inkişaf edən sahələrini(xidmətlər,İT) mühafizə etməkdə acizdir. İnnovasiyanı stimullaşdırmağın bir mümkün yolu bu məhsulların əhatəsini və qısa dövr üçün yeni istehsal ideyalarının qanuni mühafizəsini genişləndirməkdir. Kiçik şirkətlər və fərdi müəssisələr bu geniş, lakin qısa mühafizədən daha çox yararlanarlar.
İnnovasiya idarəetməsində patentlərdən istifadə
Hər şəhər milyonlarla patentə sahiblik edir. Birləşmiş Krallıqda 2 mln-dan çox Britaniya patenti var və bütün bu informasiya ictimaiyyət üçün əlçatandır. Hüququn tələblərinə görə, detalları açılmış olan patentlərin hər bir nəşri texniki biliklərin qiymətli mənbəyidir. Həqiqətən, Patent idarəsinin fəaliyyətinin informasiya təminatı onların funksiyalarını artırmışdır. Məsələn, bu və ya digər sahədə araşdırma aparan alimlər keçmişdə üzləşdikləri problemləri necə həll etdikləri ilə bağlı məlumatları görmək üçün, tez-tez məlumat bazasında axtarış aparırlar.
Bundan başqa, bir çox firmalar patent nəşrləri jurnalından istifadə etməklə rəqiblərin bu sahədə nə işlər gördüyünü öyrənə bilirlər. Məsələn, ümumdünya patent məlumat bazalarında, axtarışların aparılması əksər rəqiblərinizin, texnologiyanın, sizin əvvəllər heç düşünmədiyiniz yeni bir sahəsi ilə bağlı patentlər aldığını üzə çıxartmağa imkan verir. Bütün bu sənaye, intellekti tədqiqat qrupları və şirkətlərinə öz strategiyalarını dəyişdirməyə və inkişaf etdirməyə, yaxud problemə yeni yanaşma yollarını axtarmağa kömək edə bilər.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə