Innovasiya menecmenti


Biliklərin toplanması və innovativ firmalarda istifadə olunması prosesi



Yüklə 1,46 Mb.
səhifə53/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   49   50   51   52   53   54   55   56   ...   69
innovasiya-menecmenti-muhazire

Biliklərin toplanması və innovativ firmalarda istifadə olunması prosesi
Biliklərin toplanması, effektiv assimiliyasiyası və onlardan istifadə olunması innovativ firmaları az uğurlu rəqiblərindən fərqləndirən göstəricilərdir. Bu bacarıq təşkilati biliklərin öyrənilməsinə aid olunur. Təşkilati strukturlar və menecment strategiyalarının, təşkilatın innovasiya fəaliyyətinə təsiri haqqında müzakirələr, xüsusi üstünlüyə malikdir. Məsələn, Burns və Stalker (1961) öz görüşlərində qeyd edirdilər ki, çevik təşkilatlar innovasiya fəaliyyətinə davam edirlər, bürokratik təşkilatlar isə davam edə bilmirlər. Ansoff strateji idarəetmə səviyyəsində prognozlara və ətraf mühitin analiz üsullarına ehtiyacı qeyd edir. Daft isə, sabit kommunikasiyalarçün sabit bilik bazalarına ehtiyacı vurğulayır. Rothwell isə, biznes innovasiya prosesində əsas şəxslərin vacibliyini müzakirə edir. Rothwell “kritik uğur faktorları” listəsini təklif etmişdi, hansı ki uğurlu sənaye innnovasiya fəaliyyəti üçün vacibdir və kompaniyanın texnoloji resurslar və bazar ilə qarşlıqlı əlaqəsini özündə biləşdirir. Onun bütün araşdırmaları tələb olunan proseslər və fəaliyyətlərdən daha çox bu faktorların olub-olmamasını vurğulayır. Yeni məhsul istehsalı sahəsində yapon araşdırmaları “tacit” biliklərinə əsaslanan “dinamik rejim”lərin başa düşülüb, ortaya çıxarılması kompetensiyalarının inkişafını göstərdi. Bu fikirlər daxili biliyin toplanması modelini müəyyənləşdirən Trott tərəfindən daha da təkmilləşdirildi. Bu modeldə həqiqi biznes imkanlarını yaratmağa kömək edən, rejim şəklində olmayan fəaliyyətlərdən danışılır.
Böyük təşkilatlarda xüsusi funksional bölmələrin adətən özünəməxsus bilik və təcrübələri vardır. Onların ən vaciblərindən biri, xüsusi biliyin əməkdaşlara yayılmasıdır. Bu “qeyri-formal daxili məsləhət” fəaliyyəti “təşkilatın işçiləri arasında ideyaların qeyri-formal test olunması” kimi izah olunur. Məsələn, marketinqdən kommersiya məsləhətlərinin əldə olunmasına qədər texniki ideyalar əməkdaşlar tərəfindən tez-tez qeyri-formal şəkildə müzakirə olunur. Əgər ümumi testin nəticələri müsbət və kifayətdirsə, onda onun biznes komandası tərəfindən formal şəkildə qəbul olunması ehtimalı çoxalır. Yox əgər, nəticələr mənfi olarsa, ideya formal olaraq qəbul olunma səviyyəsi azalır. Nəticədə, ya ideya əlavə məlumatlar toplanılaraq yenidən inkişaf etdirilir, ya da yararsız olduğuna qərar verilir.
Bu proses Maitland tərəfindən aşağıdakı kimi izah olunur:
1) əməkdaşlar arasında ilkin biliklər, qarşılıqlı hörmət, etimadlılıq və biznes ehtiyaclarının öyrənilməsi haqqında formal və qeyri-formal müzakirələr.
2) əvvəllər yaradılmamış yeni biznes əlaqələrinin yaradılması (təşkilat tərəfindən ideyaların və ya əlaqələrin qəbul olunmaması həmin biliklərin itməsinə səbəb olmur, təşkilatın yaddaşı kimi daha sonralar istifadə olunmaq üçün saxlanılır)
3) təşkilat tərəfindən əlavə biliklərin toplanması və saxlanılması
4) proses yenidən təkrar olunur.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə