Innovasiya menecmenti


Qeydiyyata alınmış dizaynlar



Yüklə 1,46 Mb.
səhifə50/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   46   47   48   49   50   51   52   53   ...   69
innovasiya-menecmenti-muhazire

Qeydiyyata alınmış dizaynlar
Kifayət qədər yeni olmayan və yaxud orjinallığa sahib olmayan yeni məhsul, patent verilməsinə görə tələblərə cavab vermək üçün yaradıla bilir. Bu, 19-cu əsrin əvvəllərində İngiltərənin toxuculuq müəssisələrinin qarşılaşdığı hadisələrdən biri idi. Onlar, yeni toxuculuq dizaynları yaradacaq və öz növbəsində, bu da, xarici rəqiblər tərəfindən təqlid olunacaqdı. Dizayn qeydiyyatı İngiltərənin toxuculuq müəsisələrinin, məhsulun qanuni dizaynını qorumaq üçün tələbləri inkişaf etdirməsi təklifinə cavab olaraq, 1800-cü illərin əvvəllərində yaradılmışdır. Hazırda əşyalara uyğunlaşdırılan dizaynlar, dizayn qanunu tərəfindən qoruna bilir. İngiltərədə iki tip dizayn qanunu mövcuddur. Birincisi, patent qanunu istifadəsi ilə oxşardır və qeydiyyat tələb edir. Digəri, dizayn qanunudur və müəllif hüququ ilə təmin olunur.
Elektrik alətləri, oyuncaqlar və başqa digər bağlamaların hamısı qeydiyyata alınmışdır. Qeydiyyat tərəfindən qorunan dizayn, əşyanın xarici görünüşüdür. Yalnız real forması, görünüşü, real nümunə və naxışı verilən görünüş qoruna bilər, başqa heç bir ideya. Qeydiyyatda olan dizayn maximum 25 il davam edə bilir. Əvvəllər sahibkara 5 illik sabit dizayn müddəti üçün müstəsna hüquq verilirdi. Bu, daha 5 il müddətinə uzaldıla bilərdi. Dizaynı qeydiyyata salmaq üçün, ərizə verildiyi tarixdə onun yeni olması şərtdi. Ümumiyyətlə, dizayn İngiltərədə heç vaxt çap olunmayıbsa, yeni olaraq qəbul edilir (yəni, mövcud və ya hər hansı bir şəkildə ictimaiyyətə təqdim olunmursa). Başqa nəşr olunmuş dizaynlarla fərqləndirdikdə aralarındakı fərqliliklər fərqli cür müraciətə səbəb olur. Məsələn, əgər şirkət başqa çaydanlardan fərqli bir çaydan hazırlayarsa, şirkət, dizaynı qeydiyyata sala bilər. Yoxsa, bu, digər çaydan şirkətləri üçün dizayn oğurlamaqda qarşısı alınmaz olardı. Açıq-aşkar deyə bilərik ki, çaydan istifadə baxımından heçbir üstünlük təklif etmir və bu baxımda, patent əldə edilə bilmir, lakin yaxşı dizayn qorumaya dəyər verir.
Müəllif hüququ
Son bir neçə il ərzində zehni mülk qanunları üzrə bu qanun, əhəmiyyətli dərəcədə dəyişib, çünki hazırda bu sahə kompyuter proqramlarını əhatə edir. Kompyuter proqramı müəssisələri, xüsusilə öz proqramlarının qeyri-qanuni nüsxəsin çıxartmaq haqqında narahatlıq keçirdir. Musiqi bazarı da uzun illərdir eyni problem ilə mübarizə aparır. Məlumdur ki,hüquq sahəsi bir şeylər həyata keçirmək üçün kifayət qədər çətin sahə idi və sonda texnologiya, müəllif hüququ sahiblərini öz üstünlüyü ilə təmin edə bilər. İndiyədək onlar, texnologiyada köçürməni əsl qənimət hesab ediblər, lakin Valdmeir təklif edirdi ki, kompakt disklər onları kopyalanmaqdan qoruyan texnologiyanı özlərinə daxil etməyə başlayacaqdı. Bunun da təsiri uzun müddət kreativliyə mane olmaqda özünü göstərə bilər.
Kiminsə yazmış olduğu məqaləni siz yenidən yaza və ya sözlərini dəyişib özünüküləşdirə bilməzsiniz. Əksinə, siz hər hansı başlıqlı bir məqaləni oxuya, qavraya, istifadə olunmuş bütün mənbələri göstərmək şərtilə məqalədən cümlələr çıxarış edə və heçbir müəllif hüququ pozuntusuna yol verməyərək, öz məqalənizə əlavə edə bilərsiniz. Bir çox hallarda, ümumi mənada sağlam düşüncə təmin edilməlidir. Müəllif hüququ © işarəsi ilə tanınır və bir sıra məqalə yazanlara hüquqi haqqlar verir, buna görə də onlar, işləri istismar edilən hallarda bunu müxtəlif cür kontrolda saxlaya bilirlər. Müəllif hüququ avtomatikdir və bunun üçün qeydiyyat və yaxud başqa rəsmi bir şey vacib deyil.
Müəllif hüququ 3 kateqoriyaya ayrılır :
Orqinal ədəbiyyat, drammatik, musiqili və incəsənət işləri;
Səs yazmalar, filmlər, radio yayımı və TV verilişləri;
Mətbəə təşkili və yaxud çap edilmiş nəşr sxemi.
Hər üç kateqoriyanın detallı tərifi var. Məsələn, 2-ci kateqoriyada göstərilən filmlər videolara daxildir və 1-ci kateqoriyadakı incəsənət işləri, fotolara və kompyuter işlərinə daxildir. İngiltərədə ədəbiyyat, dramatik, musiqili və incəsənət işləri üçün müəllif hüququ müəllifin ölümündən 70 il sonra sona çatır (başqa cür desək, təqvim tarixi ilə, əsərin ilk nəşrindən 50 il sonra). Amerikada bu müddət 75 il olaraq hesablanır (lakin, 1978-ci ildən sonra ərsəyə gətirilən əsərlər üçün bu 50 ildir).


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə