Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
  1   2   3   4   5   6   7


Əmanətlərin sığortalanması haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



[1]

 

  



Bu  qanun  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklarda  fiziki 

şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sığortalanması  sisteminin  yaradılması  və 

fəaliyyəti, o  cümlədən əmanətlər üzrə  kompensasiya  ödənilməsi qaydalarını müəyyən 

edir. 


  

I fəsil 


Ümumi müddəalar 

  

Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi



[2]

 

  



Əmanətlərin  sığortalanması  sisteminin  yaradılmasının  məqsədi  banklar  və  xarici 

bankların  yerli  filialları  ödəmə  qabiliyyətini  itirdikdə,  fiziki  şəxslərdən  əmanətə  qəbul 

olunmuş  pul  vəsaitinin  itirilməsi  riskinin  qarşısını  almaq,  maliyyə  və  bank  sisteminin 

sabitliyini və inkişafını təmin etməkdir. 

  

Maddə 2. Əsas anlayışlar 



  

2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

2.1.1.  əmanət  –  hesablanmış  faizlər  də  daxil  olmaqla,  bankın  milli  və  xarici 

valyutada  qəbul  etdiyi  və  müvafiq  qanunvericiliyə  və  ya  müqaviləyə  əsasən  geri 

ödəməli olduğu pul vəsaitləridir; 

2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması 

Fondu  (bundan  sonra  –  Fond)  tərəfindən  qorunan  əmanətçiyə  kompensasiya  olunan 

əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 

2.1.2.1.  adsız  borc  qiymətli  kağızlarının  (adsız  depozit  sertifikatlarının) 

yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri 

tərəfindən cəlb olunmuş əmanətlər; 

2.1.2.3. cinayət 

yolu 


ilə 

əldə 


edilmiş 

pul 


vəsaitlərinin 

və 


ya 

digər 


əmlakın leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  şübhəli 

əməliyyatlar  nəticəsində  qanunvericiliyə  müvafiq  qaydada  müəyyən  edilmiş 

əmanətlər;

[3]


 

2.1.2.4.  cinayətin  törədilməsi  nəticəsində  yaranması  məhkəmə  qərarı  ilə  təsdiq 

edilmiş əmanətlər; 

2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər

2.1.2.6.  cəlb  edildiyi  günə bu  Qanunun  8.1.20-ci  maddəsinə  uyğun  olaraq  müəyyən 

edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

[4]

 

2.1.2.7.  fiziki  şəxslərin  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  açdığı  bank 



hesablarındakı pul vəsaitləri

2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; 




2.1.2.9.  ödəniş  müddətlərinin  başa  çatıb-çatmamasından  asılı  olmayaraq, 

əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti

2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

[5]


 

2.1.3.  Sığortalanmış  əmanət  –  qorunan  əmanətçinin  qorunan  əmanətinin  Fond 

tərəfindən kompensasiya ödənilən hissəsidir. 

2.1.4.  Əmanətçi  –  bankda  əmanəti  olan,  habelə  qanunvericiliyə  və/və  ya 

müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir. 

2.1.5.  Qorunan  əmanətçi  –  aşağıdakılar  istisna  olunmaqla,  bankda  əmanəti  olan 

fiziki şəxsdir: 

2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və 

onların  yaxın  qohumları  (ər/arvad,  onların  valideynləri  və  övladları,  o  cümlədən 

övladlığa götürülənlər, bacı və qardaşları); 

2.1.5-1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  -  maliyyə  bazarlarında  tənzimlənmə  və 

nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.

[6]

 

2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan 



şəxslər  və  onların  yaxın  qohumları  (ər/arvad,  onların  valideynləri  və  övladları,  o 

cümlədən övladlığa götürülənlər, bacı və qardaşları); 

2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən 

əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar. 

2.1.6. İştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları 

ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır. 

2.1.7.  Birgə  əmanət  hesabı  –  iki  və  ya  daha  çox  fiziki  şəxsin  sahibliyində  olan  və 

onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır. 

2.1.8.  Sığorta  haqları  –  bu  qanunla  müəyyən  edilmiş  qaydada  iştirakçı  bankın 

Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır. 

2.1.9.  Sığorta  hadisəsi  –  iştirakçı  bankın  məcburi  ləğv  edilməsi  və  ya  müflis  elan 

olunması,  yaxud  qanunvericiliyə  müvafiq  olaraq  əmanətlər  üzrə  öhdəliklərin  yerinə 

yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi 

və  bankın  əmanətçilər  qarşısında  öz  öhdəliklərini  qanun  və  ya  müqavilə  şərtlərinə 

uyğun  yerinə  yetirə  bilməməsi  faktının maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən 

təsdiq edilməsidir.

[7]

 

2.1.10.  Sığorta  hadisəsinin  baş  verdiyi  gün  –  bu  qanuna  müvafiq  olaraq maliyyə 



bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş 

verməsi günü kimi qeyd olunan tarixdir.

[8]

 

2.1.11.  Kompensasiya  –  sığorta  hadisəsi  baş  verdikdə,  qorunan  əmanətçilərə 



ödənilən pul vəsaitidir. 

  

II fəsil 



Əmanətlərin Sığortalanması Fondu 

  

Maddə 3. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu 



  

3.1.  Əmanətlərin  sığortalanması  məqsədləri  üçün  bu  qanunla  Əmanətlərin 

Sığortalanması Fondu yaradılır. 



Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə