Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

3.2.  Fondun  sığorta  ehtiyatları  bu  qanunun  11-ci  maddəsində  müəyyən  olunan 

mənbələr hesabına formalaşdırılır. 

3.3.  Fond  hüquqi  şəxsdir,  qeyri-kommersiya  təşkilatıdır  və  öz  əmlakının 

mülkiyyətçisidir.  O,  üzərində  öz  adı  olan  möhürə,  habelə Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankında  (bundan  sonra  –  Mərkəzi  Bank) və  bu  qanunla  müəyyən  olunmuş 

qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək 

deyil  və  onun  fəaliyyəti  nəticəsində  əldə  etdiyi  bütün  mənfəət  sığorta  ehtiyatlarının 

artırılmasına yönəldilir.

[9]

 

3.4. Dövlət, maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, 



Fond  isə  dövlətin,  maliyyə  bazarlarına  nəzarət  orqanın  və  Mərkəzi  Bankın  öhdəlikləri  üzrə 

məsuliyyət daşımır.

[10]

 

3.5.  Fond  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  bu 



qanuna,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarına  və  Fondun 

qaydalarına  əsaslanır.  Fondun  qaydaları  bu  qanunla  müəyyən  edilmiş  səlahiyyətli 

idarəetmə  orqanı  tərəfindən  qəbul  edilir  və  bütün  iştirakçı  banklar  üçün  məcburi 

xarakter daşıyır. 

Sığorta  qanunvericiliyinin  müddəaları  Fondun  fəaliyyətinə  şamil  edilmir  və  bu 

fəaliyyət üçün xüsusi razılıq (lisenziya) tələb olunmur. 

3.6. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan 

bütün  banklar  və  xarici  bankların  yerli  filialları  Fondun  məcburi  iştirakçılarıdır. 

İştirakçı 

bankların 

Azərbaycan 

Respublikası 

ərazisindən 

kənarda 


yerləşən 

filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya 

ödənilmir. 

3.7.  Xarici  bankın  öz  ölkəsindəki  əmanətlərin  (depozitlərin)  sığorta  sistemi  onun 

Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) əhatə etdikdə, xarici 

bankın yerli filialındakı əmanətlər Fond tərəfindən sığorta olunmur, bu şərtlə ki, həmin 

ölkədə əmanətlərin sığortalanması sisteminin qaydaları bu qanunla müəyyən olunmuş 

şərtlərdən  az  əlverişli  olmasın.  Əks  təqdirdə  xarici  bankın  yerli  filialındakı  əmanətlər 

bu qanunla müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır. 

3.8.  Fond  öz  gəlirləri,  iştirakçı  banklar  isə  Fonda  ödədikləri  sığorta  haqları  üzrə 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlərdən istifadə 

edir. 


3.9. Fond Bakı şəhərində yerləşir. 

  

Maddə 4. Fondun funksiyaları 



  

4.1. Fond aşağıdakı funksiyaları həyata keçirir: 

4.1.1. iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir

4.1.2. sığorta haqlarını yığır və onların uçotunu aparır; 

4.1.3. öz əmlakını idarə edir və ona dair sərəncam verir

4.1.4.  sığorta  hadisəsi  baş  verdikdə,  əmanətçilərin  tələblərinin  uçotunu  aparır  və 

kompensasiya ödəyir; 

4.1.5.  Fondun  funksiyalarının  yerinə  yetirilməsi  üçün  iştirakçı  banklardan  bu 

qanunla müəyyən edilmiş lazımi məlumatı (o cümlədən, əmanət siyasəti haqqında) və 

hesabatları alır; 




4.1.6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul edir; 

4.1.7.  öhdəliklərini  yerinə  yetirmək  üçün  vəsaiti  çatışmadıqda,  maliyyə 

bazarlarından, Mərkəzi Bankdan  və  ya  Azərbaycan  hökumətindən  borc  vəsaitləri  cəlb 

edir; 


4.1.8. öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında 

iştirakçı bankdan tələb edir

4.1.9.  iştirakçı  banklardan  sığorta  haqları  üzrə  borcun  və  hesablanmış  dəbbə 

pulunun  ödənilməsini  tələb  edir  və  bu  barədə maliyyə  bazarlarına  nəzarət 

orqanıda məlumat verir; 

4.1.10.  əmanətlərin  sığortalanması  sisteminin  fəaliyyətini  təmin  edən  digər 

funksiyaları həyata keçirir. 

  

Maddə 5. Fondun idarəetmə orqanları 



  

Fond  ali  idarəetmə  orqanı  olan  Himayəçilik  Şurası  və  icra  orqanı  olan  İcraçı 

Direktor tərəfindən idarə olunur. 

  

Maddə 6. Fondun Himayəçilik Şurası 



  

6.1. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir. 

6.2.  Himayəçilik  Şurasının  tərkibinə maliyyə  bazarlarına  nəzarət  orqanının  iki 

nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq  icra hakimiyyəti orqanlarının  iki 

nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.

[11]


 

6.3.  İştirakçı  bankların  nümayəndələri  onların  yarısından  çoxunun  iştirakı 

ilə maliyyə  bazarlarına  nəzarət  orqanın təşəbbüsü  əsasında  keçirilən  yığıncaqda  gizli 

səsvermə  qaydasında  iştirakçıların  sadə  səs  çoxluğu  ilə  seçilir.  Yığıncağın  keçirilməsi 

barədə iştirakçı banklara 15 gün əvvəldən yazılı bildiriş göndərilir. 

6.4.  Bu  qanunun  6.2-ci  və  6.3-cü  maddələrində  müəyyən  edilmiş  qaydada 

Himayəçilik  Şurasının  üzvünü  əvəz  edə  bilən  əlavə  üzvlər  müəyyən  edilir.  Həmin 

şəxslər  Himayəçilik  Şurasının  əsas  heyət  üzvləri  iclaslarda  iştirak  edə  bilmədikdə, 

onların səlahiyyətlərini icra edirlər. 

6.5. Himayəçilik Şurasının üzvləri ali iqtisadi və ya hüquqi təhsilə və maliyyə-bank 

sistemində  ən  azı  iki  illik  iş  təcrübəsinə  malik  olan,  mülkiyyət  əleyhinə,  iqtisadi 

fəaliyyət  sahəsində,  qulluq  mənafeyi  əleyhinə,  habelə  ağır  və  xüsusilə  ağır  cinayətlərə 

görə məhkum olunmayan şəxslər ola bilərlər. 

6.6.  Himayəçilik  Şurası  üzvlərinin  səlahiyyət  müddəti  beş  ildir  və  onlar  təkrar 

müddətə təyin edilə bilərlər. 

6.7. Himayəçilik Şurasına sədr rəhbərlik edir. Himayəçilik Şurasının sədri və onun 

müavini  maliyyə  bazarlarına  nəzarət  orqanın  təqdimatı  ilə  Himayəçilik  Şurası 

tərəfindən  şuranın  üzvləri  sırasından  təyin  edilir.  Şuranın  sədri  olmadıqda,  onun 

səlahiyyətlərini müavini icra edir. 

6.8.  Himayəçilik  Şurasının  üzvlərinə  Fondun  idarə  edilməsində  iştirakına  görə 

haqq ödənilmir. 

6.9.  Himayəçilik  Şurası  üzvünün  səlahiyyətlərinə  aşağıdakı  hallarda  xitam  verilə 

bilər: 



Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə