Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

6.9.1. istefa ərizəsi verildikdə

6.9.2. səlahiyyət müddəti başa çatdıqda; 

6.9.3. geri çağırıldıqda; 

6.9.4. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda; 

6.9.5. namizədliyini təqdim etmiş təşkilatda tutduğu vəzifədən azad olunduqda

6.9.6. nümayəndəsi olduğu bank Fondun iştirakçıları sırasından çıxarıldıqda. 

6.10.  Himayəçilik  Şurası  üzvünün  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam 

verildikdə,  onun  yerinə  təyin  edilmiş  üzvün  səlahiyyət  müddəti  əvəz  etdiyi  üzvün 

səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır. 

  

Maddə 7. Fondun Himayəçilik Şurasının iclasları 



  

7.1.  Himayəçilik  Şurasının  növbəti  və  növbədənkənar  iclasları  keçirilir.  Növbəti 

iclaslar  rübdə  bir  dəfədən  az  olmayaraq  növbədənkənar  iclaslar  isə  şura  sədrinin, 

şuranın  ən  azı  iki  üzvünün,  icraçı  direktorun  və  ya  maliyyə  bazarlarına  nəzarət 

orqanının tələbi  ilə  çağırıla  bilər.  Himayəçilik  Şurasının  üzvlərinə,  bir  qayda  olaraq, 

iclasların keçirilməsinə azı 3 gün qalmış yazılı bildiriş göndərilir.

[12]

 

7.2. Şuranın növbədənkənar iclası aşağıdakı hallarda çağırılır: 



7.2.1.  iştirakçı  bankda  sığorta  hadisəsinin  baş  verməsi  barədə maliyyə  bazarlarına 

nəzarət orqanın yazılı bildirişi alındıqda; 

7.2.2.  bir  və  ya  bir  neçə  bankda  sığorta  hadisəsinin  baş  verməsi  ehtimalının 

yaranması haqqında maliyyə bazarlarına nəzarət orqanın yazılı bildirişi alındıqda; 

7.2.3. borc vəsaitlərinin alınmasına ehtiyac yarandıqda; 

7.2.4. Fondun vəsaitləri yerləşdirilmiş dövlət öz öhdəliklərini icra edə bilmədiyini 

rəsmən bəyan etdikdə

7.2.5. digər təxirəsalınmaz hallarda. 

7.3.  Fondun  Himayəçilik  Şurası  onun  iclasında  beş  üzvü  iştirak  etdikdə 

səlahiyyətli hesab edilir. 

7.4. Fondun Himayəçilik Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs 

çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, şuranın sədri həlledici səsə malikdir və 

bu halda bitərəf qala bilməz. 

7.5.  Fondun  Himayəçilik  Şurasının  iclaslarında  məşvərətçi  səs  hüququ  ilə  dəvət 

olunmuş ekspertlər iştirak edə bilər. 

7.6.  Fondun  Himayəçilik  Şurasının  qərarları  protokolla  rəsmiləşdirilir.  Protokol 

iclasın sədri və katibi tərəfindən imzalanır. 

  

Maddə 8. Fondun Himayəçilik Şurasının səlahiyyətləri 



  

8.1. Fondun Himayəçilik Şurası: 

8.1.1. Fondun təşkilati strukturunu təsdiq edir; 

8.1.2. Fondun illik büdcəsini və ona edilən dəyişiklikləri təsdiq edir

8.1.3. Fondun işçilərinin əməkhaqqının ödənilməsi formalarını və miqdarını təsdiq 

edir; 


8.1.4. Fondun qaydalarını təsdiq edir; 


8.1.5. kompensasiyaların ödənilməsi, habelə kompensasiya ödənişinin bu qanunla 

müəyyən edilmiş müddətə uzadılması barədə qərar qəbul edir

8.1.6.  Fondun  fəaliyyəti,  o  cümlədən  kompensasiyaların  ödənilməsi  barədə 

məlumatın  elan  verildiyi  və  dərc  olunduğu  kütləvi  informasiya  vasitələrini  müəyyən 

edir; 

8.1.7. borc vəsaitlərinin alınması barədə qərar qəbul edir; 



8.1.8.  iştirakçı  banklar  tərəfindən  əlavə  haqların  ödənilməsi  barədə  qərar  qəbul 

edir; 


8.1.9. bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xarici bankın yerli 

filialı tərəfindən ödənilməli sığorta haqlarının miqdarını və ödəniş şərtlərini təsdiq edir

8.1.10.  Fondun  vəsaitinin  yerləşdirilməsi  üsullarını,  istiqamətlərini  və  qaydalarını 

müəyyən edir; 

8.1.11.  Fondun  fəaliyyəti  haqqında  hesabatın  tərtib  olunması  qaydalarını  təsdiq 

edir; 


8.1.12. Fondun Daxili Audit Xidmətinin fəaliyyət qaydalarını müəyyən edir; 

8.1.13.  Fondun  kənar  auditorunu  təyin  edir  və  audit  yoxlamasının  nəticələrini 

təsdiq edir; 

8.1.14. Fondun icraçı direktorunun hesabatını dinləyir və təsdiq edir

8.1.15.  Fondun  icraçı  direktorunun  və  əməkdaşlarının  fəaliyyəti  ilə  bağlı 

şikayətlərə baxır; 

8.1.16.  Fondun  uzunmüddətli  borc  qiymətli  kağızlarının  buraxılması  haqqında 

qərar qəbul edir; 

8.1.17. Fondun iştirakçı bankda müvəqqəti inzibatçı və ya ləğvedici təyin edilməsi 

ilə  əlaqədar maliyyə  bazarlarına  nəzarət  orqanın təklifinə  baxır  və  onu  qəbul  etdikdə, 

Fondu təmsil edən şəxslərin namizədliyini irəli sürür

8.1.18. kompensasiyaların ödənilməsi üçün agent bankı seçir; 

8.1.19. əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi haqqında təkliflər 

verir; 


8.1.20.  qorunan  əmanətlər  üzrə  illik  faiz  dərəcəsinin  yuxarı  həddini maliyyə  bazarlarına 

nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;

[13]

 

8.1.21. bu  qanunla  Fondun  və  onun  Himayəçilik  Şurasının  səlahiyyətlərinə  aid 



olan digər məsələləri həll edir. 

8.2.  Himayəçilik  Şurası  Fondun  fəaliyyəti  ilə  bağlı  Fondun  icraçı  direktorunun 

səlahiyyətlərinə aid olmayan məsələlərə də baxa bilər. 

8.3.  Bu  maddənin  birinci  bəndində  nəzərdə  tutulmuş  səlahiyyətlər  Himayəçilik 

Şurası tərəfindən Fondun icraçı direktoruna həvalə edilə bilməz. 

  

Maddə 9. Fondun icraçı direktoru 



  

9.1.  Fondun  icraçı  direktoru  və  onun  müavini  (müavinləri)  Himayəçilik  Şurası 

tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun və müavinin 

(müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər. 

9.2.  Fondun  icraçı  direktoru  ali  iqtisadi  və  ya  hüquqi  təhsilə  və  müvafiq  peşə 

ixtisası  üzrə  ən  azı  beş  illik  iş  təcrübəsinə  malik  olan,  mülkiyyət  əleyhinə,  iqtisadi 




Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə