Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

fəaliyyət  sahəsində,  qulluq  mənafeyi  əleyhinə,  habelə  ağır  və  xüsusilə  ağır  cinayətlərə 

görə məhkum olunmayan Azərbaycan Respublikasının vətəndaşı ola bilər. 

  

Maddə 10. Fondun icraçı direktorunun səlahiyyətləri 



  

10.1. Fondun icraçı direktoru: 

10.1.1.  Fondun  Himayəçilik  Şurasının  qərarlarının  yerinə  yetirilməsini  təmin  edir 

və Fondun cari fəaliyyətinə rəhbərlik edir; 

10.1.2. Fondu ölkə daxilində və xaricdə digər şəxslərlə münasibətdə etibarnaməsiz 

təmsil edir; 

10.1.3.  Fondun  büdcə  layihəsini  hazırlayır  və  təsdiq  olunmaq  üçün  Himayəçilik 

Şurasına təqdim edir

10.1.4.  Fondun  Himayəçilik  Şurasının  növbəti  və  növbədənkənar  iclaslarının 

çağırılmasını təmin edir; 

10.1.5. Fondun işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində 

həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir; 

10.1.6.  Fondun  sığorta  ehtiyatlarının  idarə  edilməsinə  dair  təkliflər  hazırlayıb 

Himayəçilik Şurasına təqdim edir; 

10.1.7.  Fondun  fəaliyyəti  haqqında  rüblük  və  illik  hesabatlar  hazırlayıb 

Himayəçilik Şurasına təqdim edir; 

10.1.8.  Fondun  kənar  auditinin  keçirilməsi  və  auditorun  namizədliyinə  dair 

Himayəçilik Şurasına təkliflər verir

10.1.9. maliyyə  bazarlarına  nəzarət  orqanın yazılı  bildirişinə  əsasən  bankın  Fondun 

iştirakçıları sırasından çıxarılması barədə qərar layihəsi hazırlayıb Himayəçilik Şurasına 

təqdim edir; 

10.1.10.  kompensasiyaların  ödənilməsi  üçün  vəsait  çatışmadıqda  və  ya  belə  halın 

baş verməsi ehtimalı yarandıqda Fondun Himayəçilik Şurasına məlumat verir; 

10.1.11.  Fondun  qaydalarının  layihələrini  hazırlayıb  təsdiq  olunmaq  üçün 

Himayəçilik Şurasına təqdim edir; 

10.1.12. iştirakçı banklar tərəfindən Fonda təqdim edilən hesabatların formalarının 

və  onların  təqdim  olunma  qaydalarının  layihəsini  hazırlayır  və  təsdiq  olunmaq  üçün 

Himayəçilik Şurasına təqdim edir; 

10.1.13.  bu  qanunu,  Fondun  qaydalarını  və  ya  Fondun  Himayəçilik  Şurasının 

qərarını  pozan  iştirakçı  banklar  barəsində maliyyə  bazarlarına  nəzarət  orqana məlumat 

verir; 

10.1.14. Fondun Himayəçilik Şurasının iclaslarında məşvərətçi səslə iştirak edir



10.1.15.  Fondun  Himayəçilik  Şurasının  qərarı  ilə  ona  həvalə  olunmuş  digər 

səlahiyyətləri həyata keçirir. 

10.2. İcraçı direktorun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər: 

10.2.1. istefa ərizəsi verdikdə; 

10.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 

10.2.3. səlahiyyət müddəti başa çatdıqda; 

10.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

  

Maddə 11. Fondun sığorta ehtiyatları 




  

11.1. Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır: 

11.1.1. iştirakçı bankların üzvlük haqları; 

11.1.2. iştirakçı bankların təqvim haqları; 

11.1.3. iştirakçı bankların əlavə haqları; 

11.1.4.  Fondun  buraxdığı  uzunmüddətli  borc  öhdəlikləri  hesabına  cəlb  olunan 

vəsait; 

11.1.5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları; 

11.1.6.  cari  xərclər  çıxılmaqla,  Fondun  vəsaitinin  idarə  olunması  nəticəsində  əldə 

edilmiş gəlir; 

11.1.7.  qrant,  ianələr  və  ya  qanunvericilikdə  qadağan  edilməmiş  digər 

mənbələrdən daxil olan vəsaitlər; 

11.1.8.  kompensasiyaların  ödənilməsi  üçün  çatışmayan  məbləğdə  alınmış  borc 

vəsaitləri; 

11.1.9.  reqress  qaydasında  tələb  hüququ  ilə  bankdan  və  ya  xarici  bankın  yerli 

filialından alınan vəsaitlər. 

  

Maddə 12. İştirakçı bankların üzvlük haqları 



  

12.1.  İştirakçı  banklar  Fondun  reyestrinə  daxil  olduqdan  sonra  10  təqvim  günü 

müddətində  Fondun Mərkəzi Bankda  olan  hesabına  10  (on)  min  manat  məbləğində 

birdəfəlik üzvlük haqqı ödəyirlər. 

12.2.  üzvlük  haqqını  ödəmiş  iştirakçı  banklar  birləşmə  və  ya  qoşulma  şəklində 

yenidən  təşkil  olunduqda,  yaxud  fiziki  şəxslərdən  əmanətlərin  cəlb  edilməsi 

hüququ maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən  bərpa  edildikdə,  üzvlük  haqqı 

ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini əldə 

edir. 

  

Maddə 13. İştirakçı bankların təqvim haqları 



  

13.1.  Təqvim  haqları  bankın  Fondun  iştirakçı  bankların  reyestrinə  daxil  edildiyi 

gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. 

13.2.  İştirakçı  bankın  əmanətləri  cəlb  etmək  hüququ maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən dayandırıldıqda, bank qorunan əmanətlər üzrə öhdəliklərini tam icra 

edənədək Fonda təqvim haqları ödəyir. 

13.3.  Təqvim  haqlarının  hesablanması  üçün  ilk  hesabat  dövrü  bankın  Fondun 

iştirakçı  banklarının  reyestrinə  daxil  olunduğu  rübün  birinci  günündən  başlanır  və 

həmin rübün son gününədək davam edir. 

13.4. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən 

başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 

0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir. 

13.5.  Təqvim  haqları  hər  rüb  qurtardıqdan  sonra  10  təqvim  günü  ərzində 

Fondun Mərkəzi Bankda olan hesablarına köçürülür. 

13.6. Təqvim haqları əmanətlərin valyutasında ödənilir. Bu əmanətlər ABŞ dolları 

və ya avroda olmadıqda, təqvim haqları bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq 




valyutalar  üzrə  müəyyən  etdiyi  rəsmi  məzənnələr  əsasında  hesablanmış  çarpaz 

məzənnə üzrə hesablanır və ödənilir. 

13.7.  Fondun  sığorta  ehtiyatları  qorunan  əmanətlərin  5  faizinə  çatdıqda, 

Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması 

və ya təqvim haqlarının ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər. 

  

Maddə 14. İştirakçı bankların əlavə haqları 



  

14.1. Bu  Qanunda  nəzərdə  tutulmuş  hallarda Fond  tərəfindən  borc  vəsaitləri  cəlb 

edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları 

ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən 

və  qaytarılması  şərtlərindən  asılı  olaraq,  lakin  qorunan  əmanətlərin  rüb  ərzində  orta 

günlük qalıq məbləğinin 0,1 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir.

[14]

 

14.2. Əlavə haqların hesablanması və ödənilməsi qaydaları Himayəçilik Şurasının 



qərarı ilə təsdiq edilir. 

14.3.  İştirakçı  bankın  əmanətləri  cəlb  etmək  hüququ maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən  dayandırıldıqda,  bank  əmanətçilər  qarşısında  öhdəliklərini  tam  icra 

edənədək Fonda əlavə haqq ödəyir. 

  

Maddə 15. Sığorta haqlarının ödənişinin təmin edilməsi 



  

15.1.  Sığorta  haqlarını  vaxtında  və  ya  tam  ödəməyən  iştirakçı  bank  Fonda  dəbbə 

pulu (penya) ödəyir. 

15.2.  Dəbbə  pulu  sığorta  haqlarının  ödənişinin  hər  bir  gecikdirilən  günü  üçün 

əvvəlki hesabat dövründə  iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5 faizi 

həcmində hesablanır.

[15]

 

15.3. Sığorta haqları və dəbbə pulu 30 gün ərzində ödənilmədikdə, dəbbə pulunun 



hesablanması  dayandırılır  və  Fond  həmin  vəsaitlərin  iştirakçı  bankın  müxbir 

hesablarından tutulması üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görür. 

  

Maddə 16. Fondun sığorta ehtiyatlarından istifadə 



  

16.1. Fondun sığorta ehtiyatları aşağıdakı məqsədlərə istifadə edilə bilər: 

16.1.1. kompensasiyaların ödənilməsinə; 

16.1.2. illik büdcə çərçivəsində Fondun idarə edilməsinə və əmlakının alınmasına; 

16.1.3. borc öhdəliklərinin ödənilməsinə. 

  

Maddə 17. Borc vəsaitlərinin cəlb edilməsi



[16]

 

  



17.1.  Fondun  likvid  (nağd  pula  tez  çevrilən)  aktivləri  son  hesabat  dövrünə  qorunan 

əmanətlərin  bir  faizindən  aşağı  düşdükdə  və  ya  kompensasiyaların  ödənilməsi  üçün  vəsaitin 

kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb 

edilməsi barədə qərar qəbul edir. 

17.2.  Fond  borc  vəsaitinin  alınması  üçün  maliyyə  bazarlarına  nəzarət  orqana  müraciət 

etdikdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  Fonda  dövlətin  zəmanəti  ilə  təmin  olunmuş  kredit 




Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə