Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

Maddə 22. Fond ilə iştirakçı bankların qarşılıqlı münasibətləri 

  

22.1. Fond öz funksiyalarını yerinə yetirərkən: 



22.1.1.  iştirakçı  banklardan  əmanətlər  haqqında  Fondun  qaydaları  ilə  müəyyən 

olunan ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatları alır; 

22.1.2.  kompensasiyaların  ödənilməsi  öhdəliyi  əmələ  gəldikdə,  iştirakçı  bankdan 

qorunan əmanətləri təsdiq edən sənədlər alır; 

22.1.3. kompensasiyalar ödənildikdə, bu barədə müvafiq banka məlumat verir. 

22.2. İştirakçı bank: 

22.2.1.  Fondun  bu  qanunla  müəyyən  olunmuş  səlahiyyətlərini  icra  edərkən,  irəli 

sürdüyü tələbləri yerinə yetirir

22.2.2.  Fondun  tələb  etdiyi  formada  və  qaydada  əmanətlər  haqqında 

ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatı təqdim edir; 

22.2.3.  fiziki  şəxslərin  əmanətləri  üzrə  öhdəliklərinin  qanuna  və  ya  müqavilə 

şərtlərinə  uyğun  icrasını  qeyri-mümkün  edən  vəziyyətin  yaranması  barədə  dərhal 

Fondu xəbərdar edir; 

22.2.4.  Fondun  Himayəçilik  Şurasının  müəyyən  etdiyi  qaydada  bankda,  habelə 

onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş 

uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 

iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir. 

22.3. Fond aşağıdakı hallarda iştirakçı bankı reyestrdən çıxarır və şəhadətnaməsini 

ləğv edir: 

22.3.1. bank lisenziyası ləğv edildikdə

22.3.2.  fiziki  şəxslərdən  əmanətləri  cəlb  etmək  hüququ maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən  dayandırıldıqda  və  bank  əmanətçilər  qarşısında  öz  öhdəliklərinin 

icrasını tam başa çatdırdıqda. 

22.4.  Bank  Fondun  iştirakçıları  sırasından  çıxarıldıqda,  Fond  2  iş  günündən  gec 

olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir, həmin banka, maliyyə 

bazarlarına nəzarət orqanına və Mərkəzi Banka bildiriş göndərir.

[20]

 

22.5. Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, onun Fonda ödədiyi sığorta 



haqları geri qaytarılmır. 

22.6. Sığorta haqları iştirakçı banklar tərəfindən müstəqil hesablanır. 

22.7. İştirakçı banklar tərəfindən Fonda artıq köçürülmüş sığorta haqları və dəbbə 

pulu  bankla  razılaşma  əsasında  növbəti  hesabat  dövrünə  aid  edilir  və  ya  3  iş  günü 

ərzində geri qaytarılır. 

  

Maddə 23. Fondun məsuliyyəti 



  

23.1.  Fond  bu  qanunla  müəyyən  edilmiş  öhdəliklərinə  görə  bütün  əmlakı  ilə 

cavabdehdir. 

23.2.  Fondun  idarəetmə  orqanlarının  üzvləri  və  əməkdaşları  həm  Fondda 

işlədikləri  dövrdə,  həm  də  Fonddan  işdən  çıxdıqdan  sonra  Fondun  iştirakçısı  olan 

bankların  fəaliyyəti  və  əməliyyatları  haqqında  informasiyanı,  habelə  öz  xidməti 

vəzifələrinin  icrası  ilə  əlaqədar  əldə  etdikləri  başqa  məlumatın  məxfiliyini 

qorumalıdırlar.  Bu  cür  məlumatın  qanunsuz  olaraq  açıqlanmasına  görə  Fondun 




idarəetmə  orqanlarının  üzvləri  və  əməkdaşları  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

23.3.  Fond  və  onun  əməkdaşları  bu  qanunla  müəyyən  edilmiş  funksiyalarının  və 

səlahiyyətlərinin  yerinə  yetirilməməsinə  görə  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada məsuliyyət daşıyırlar. 

  

Maddə 24. Fondun ləğvi 



  

Fond  onun  əmlakının  ləğvi  və  istifadəsi  qaydasını  müəyyənləşdirən  xüsusi 

qanunla ləğv edilir. 

  

III fəsil 



Əmanətçilərin Fondla və iştirakçı banklarla münasibəti. Kompensasiya ödənişi 

  

Maddə 25. Əmanətçilərin hüquqları 



  

25.1. Əmanətçilərin aşağıdakı hüquqları vardır: 

25.1.1. 

Fondun 


iştirakçısı 

olması, 


əmanətlərin 

sığortalanması 

şərtləri, 

kompensasiya  ödənilməsinin  şərtləri  və  qaydaları  barədə  yazılı  və  şifahi  sorğu  ilə 

banka müraciət etmək və ondan yazılı məlumat almaq; 

25.1.2.  bankın  Fondun  iştirakçısı  olması,  əmanətlərin  sığortalanması  şərtləri, 

kompensasiyaların  ödənilməsi  şərtləri  və  qaydaları  barədə  yazılı  və  şifahi  sorğu  ilə 

Fonda müraciət etmək və ondan yazılı məlumat almaq; 

25.1.3.  iştirakçı  bankın  əmanətlər  üzrə  qanun  və  ya  müqavilə  şərtləri  ilə 

öhdəliklərini yerinə yetirməməsi faktları barədə Fonda məlumat vermək

25.1.4. bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq. 

25.2. Qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq 

məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər. 

  

Maddə 26. Kompensasiyalar 



  

26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi 

həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

[21]


 

26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış 

öhdəliyi  olduqda  əmanət  üzrə  kompensasiya  hesablanmış  faizlər  də  daxil  olmaqla  əmanətçinin 

bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla 

qalıq hissəsi üzrə ödənilir.

[22]


 

  

Maddə 27. Kompensasiyaların ödənilməsi 



  

27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada 

olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya 

Avroda  olmadıqda,  kompensasiya  bu  valyutaların  biri  ilə  sığorta  hadisəsinin  baş 

verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr 

əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 




Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə