Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

27.2.  Əmanətlər  üzrə  faizlər  sığorta  hadisəsinin  baş  verdiyi  günə  qədər 

hesablanmış  məbləğdə  ödənilir,  bu  şərtlə  ki,  kompensasiya  bu  qanunun  26.1-ci 

maddəsində göstərilən məbləğdən artıq olmasın. 

27.3.  Bir  əmanətçinin  bir  bankda,  o  cümlədən  bankın  yerli  filiallarında  və 

şöbələrində  bir  neçə  əmanəti  olduqda,  yaxud  həm  milli,  həm  də  xarici  valyutada 

əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. 

27.4.  Sığorta  hadisəsi  əmanətçinin  əmanəti  olan  bir  neçə  iştirakçı  bankda  baş 

verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. 

27.5.  Bankda  birgə  əmanət  hesabı  olan  əmanətlərə  bir  əmanət  kimi  baxılır  və 

kompensasiya  bu  qanunun  26.1-ci  maddəsi  ilə  müəyyən  edilən  məbləğdən  çox 

olmamaq  şərti  ilə  birgə  əmanət  hesabının  sahiblərinə  bərabər  və  ya  onların  öz 

aralarında müəyyən etdikləri nisbətdə ödənilir. 

27.6. Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, 

birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi 

kompensasiya ödənilir. 

27.7.  18  yaşı  tamam  olmamış  övladının  adına  əmanət  hesabı  üzərində  sərəncam 

vermək  hüququ  qanunvericiliyə  uyğun  olaraq  valideynə  və  ya  övladlığa  götürənə 

məxsus  olduqda,  kompensasiya  onlara  ödənilir.  Bu  zaman  valideynin  və  ya  övladlığa 

götürənin  həmin  bankda  əmanəti  olduqda,  bu  əmanət  üzrə  ayrıca  kompensasiya 

ödənilir. 

27.8.  Əmanət  üzrə  sərəncam  vermək  hüququ  qanunvericiliyə  uyğun  olaraq 

qəyyuma  və  ya  himayəçiyə,  yaxud  müqaviləyə  və  ya  etibarnaməyə  müvafiq  olaraq 

üçüncü  şəxsə  məxsus  olduqda,  kompensasiya  həmin  şəxsə  ödənilir.  Bu  zaman 

qəyyumun və ya  himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət  üzrə ayrıca 

kompensasiya ödənilir. 

27.9.  İştirakçı  banklar  birləşmə  və  ya  qoºulma  ºəklində  yenidən  təşkil  olunduqda 

əmanətçinin  varis  banka  keçmiş  hər  bir  əmanətinə  müqavilə  müddəti  qurtaranadək 

ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir. 

27.10.  Kompensasiya  ödənilməsi  haqqında  elanın  ilk  dəfə  dərc  olunduğu  günə 

müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur. 

27.11.  Fond  kompensasiyanın  ödənilməsi  üçün  səhv  və  ya  yanlış  məlumatlar 

təqdim  etmiş,  yaxud  qanunsuz  olaraq  kompensasiya  alınması  üçün  müraciət  etmiş 

şəxslərə  kompensasiya  ödəməkdən  imtina  edir  və  ya  ödənilmiş  məbləğin  geri 

qaytarılmasını  tələb  edir.  Bu  tələb  ödənilmədikdə,  Fond  qanunvericiliyə  müvafiq 

qaydada tədbirlər görür. 

27.12.  Kompensasiyaların  ödənilməsi  üçün  Fond  öz  adından  və  öz  hesabına 

banklarla agent müqavilələri bağlaya bilər. 

27.13.  İştirakçı  bankın  bank  lisenziyasının  ləğv  edildiyi  və  ya  fiziki  şəxslərdən 

əmanətləri  cəlb  etmək  hüququnun maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən 

dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir. 

  

Maddə 28. Kompensasiyaların alınması üçün müraciət 



  

28.1.  Fond  sığorta  hadisəsinin  baş  verməsi  barədə maliyyə  bazarlarına  nəzarət 

orqandan bildiriş  aldıqdan  sonra  7  təqvim  günü  ərzində  kütləvi  informasiya 



vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş 

dərc  etdirir.  Fond  həmin  elanı  və  bildirişi  bir  həftə  ara  verməklə  daha  iki  dəfə  təkrar 

edir. 

28.2.  Kompensasiya  almaq  üçün  əmanətçi  yazılı  ərizə  ilə  Fonda  müraciət  edir. 



Ərizəyə  əmanət  müqaviləsi,  əmanət  kitabçası,  yaxud  qanunvericiliyə  uyğun  olaraq 

əmanəti təsdiqləyən digər sənədlər  və onların surəti əlavə  olunur, habelə əmanətçinin 

şəxsiyyətini  təsdiq  edən  sənəd  təqdim  edilir.  Kompensasiya  almaq  üçün  əmanətçinin 

nümayəndəsi  müraciət  etdikdə  o,  əlavə  olaraq  notariat  qaydasında  təsdiq  olunmuş 

etibarnaməni Fonda təqdim etməlidir. 

Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası Fondun 

Himayəçilik Şurası tərəfindən müəyyən edilir. 

28.3.  Fond  əmanətçilərin  ərizələrini  kompensasiya  ödənişi  haqqında  bildirişin  ilk 

dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

28.4.  Əmanətçinin  müraciətini  qeyri-mümkün  etmiş  halların  mövcud  olduğunu 

təsdiq  edən  sənədlər  təqdim  edildikdə  bu  qanunun  28.3-cü  maddəsində  göstərilən 

müddət  əmanətçinin  ərizəsinə  əsasən  uzadıla  bilər.  Lakin  bundan  asılı  olmayaraq 

bütün  hallarda  əmanətçinin  kompensasiya  almaq  hüququ  Fondun  kompensasiyaların 

ödənilməsi  haqqında  bildirişin  ilk  dəfə  dərc  edildiyi  gündən  başlayaraq  beş  il 

müddətində saxlanılır. 

28.5.  Fond  kompensasiyanı  əmanətçinin  ərizəsini  qəbul  etdiyi  gündən  ən  geci  90 

təqvim  günü  ərzində  ödəməlidir.  Müstəsna  hallarda  Fondun  Himayəçilik  Şurasının 

qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. 

  

IV fəsil 



Yekun müddəalar 

  

Maddə 29. Bankların Fondun iştirakçıları sırasına qəbul edilməsi 



  

29.1. Bank  lisenziyası  almış  və  fiziki  şəxslərdən  əmanətləri  cəlb  etmək  hüququ  əldə  etmiş 

banklar, həmçinin bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 

xarici  bankların  yerli  filialları maliyyə  bazarlarına  nəzarət  orqanı verdiyi  rəsmi  məlumata 

əsasən Fondun iştirakçıları sırasına həmin məlumatın alındığı gündən sonrakı iş günü 

daxil edilir.

[23]

 

29.2.  Bu  qanun  qüvvəyə  mindikdən  sonra  bank  lisenziyası  almış  və  fiziki 



şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, habelə bu qanunun 3.7-ci 

maddəsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  xarici  bankların  yerli 

filialları Mərkəzi Bankın verdiyi rəsmi məlumata əsasən bu qanunun 29.1-ci maddəsində 

müəyyən edilmiş qaydada Fondun iştirakçıları sırasına daxil edilir.

[24]

 

29.3.  Bankların  və  xarici  bankların  yerli  filiallarının  iştirakçı  bank  statusu  onların 



Fondun reyestrinə daxil edilməsi və şəhadətnamənin verilməsi ilə rəsmiləşdirilir. 

  

Maddə 30. İctimaiyyətin məlumatlandırılması 



  

30.1. Fond iştirakçı bankların reyestrini hər təqvim ilinin birinci ayında, reyestrdə 

aparılmış dəyişikliklər haqqında məlumatı isə dəyişikliklərin aparıldığı gündən sonrakı 



iş  günündən  gec  olmayaraq  kütləvi  informasiya  vasitələrində  elan  verir  və  3  iş 

günündən gec olmayaraq bildiriş dərc etdirir. 

30.2. maliyyə  bazarlarına  nəzarət  orqanı iştirakçı  bankın  fiziki  şəxslərdən  əmanətləri 

cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş 

günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş 

günündən gec olmayaraq bildiriş dərc etdirir. 

30.3. İştirakçı bank: 

30.3.1. cəlb etdiyi əmanət üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi 

şərtləri,  Fondun  fəaliyyəti  ilə  bağlı  elanların  verildiyi  və  bildirişlərin  dərc  edildiyi 

kütləvi  informasiya  vasitələri  haqqında  məlumatı  bank  əmanəti  və  ya  bank  hesabı 

müqaviləsinə  daxil  etməlidir.  Bu  məlumatlar  müqavilədə  fiziki  şəxs  üçün  anlaşıqlı 

formada tərtib edilməlidir

30.3.2.  yerləşdiyi  binada  əmanətçilərə  xidmət  göstərilən  yerlərdə  yazılı  formada 

Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması və kompensasiyaların ödənilməsi 

şərtləri barədə məlumat verməlidir

30.3.3. əmanətçilərin yazılı və şifahi sorğularına əsasən sığorta sistemində iştirakı, 

qorunan əmanətlər və kompensasiyalar barədə məlumat verməlidir. 

30.4.  Bank  audit  yoxlamasından  keçmiş  illik  hesabatını  kütləvi  informasiya 

vasitələrində dərc etdirərkən, Fondda iştirakı barədə məlumat verməlidir. 

  

Maddə 31. Mübahisələrin həlli 



  

31.1.  Əmanətçilər  kompensasiyaların  ödənilməsi  ilə  əlaqədar  yaranan 

mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və/və ya məhkəməyə müraciət 

edə bilərlər. 

31.2.  Fondla  iştirakçı  banklar  arasında  baş  vermiş  mübahisələrə  Fondun 

Himayəçilik  Şurasında  baxılmalıdır.  Mübahisənin  həllindən  narazı  qalan  tərəf 

qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilər. 

  

Maddə 32. Qanunun qüvvəyə minməsi 



  

Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. Qanunun 13-cü, 14-cü maddələri 

və III fəsli bu qanun qüvvəyə mindiyi gündən 6 ay sonra tətbiq edilir. 

  

İlham ƏLİYEV,



 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 29 dekabr 2006-cı il

 

№ 226-IIIQ



 

  

  



  


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

1.

       



8  may  2009-cu  il  tarixli  810-IIIQD  nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 06, maddə 400) 

2.

       


30  iyun  2009-cu  il  tarixli 856-IIIQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 07, maddə 517) 

3.

       


19  yanvar  2016-cı  il tarixli 100-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 4 mart 2016-cı il, № 50) 

4.

       



4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 



 

 

 



 

[1]


 

8  may  2009-cu  il  tarixli  810-IIIQD  nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

06, maddə 400) ilə Qanunun mətnində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilmişdir. 

  

[2]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 3.4-cü,  4.1.7-ci,  8.1.20-ci,  12.1-ci,  13.5-ci,  13.6-cı,  17.2-ci,  21-ci  (adı), 

21.1.1-ci,  21.1.2-ci,  21.2-ci,  22.4-cü,  27.1-ci  və  29.2-ci  maddələr  istisna  olmaqla,  mətn  üzrə  ismin  müvafiq 

hallarında  “Mərkəzi  Bank”  sözləri  ismin  müvafiq  hallarında  “maliyyə  bazarlarına  nəzarət  orqanı” 

sözləri ilə əvəz edilmişdir. 

  

[3]



 

30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

07,  maddə  517) ilə  2.1.2.3-cü  maddəsində  “qeyri-qanuni  yolla  əldə  edilmiş  pul  vəsaitinin”  sözləri 

“cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın” sözləri ilə əvəz edilmişdir. 

  

[4]


 

8  may  2009-cu  il  tarixli  810-IIIQD  nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

06, maddə 400) ilə 2.1.2.6-cı maddədə “Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli 

Bank)  uçot  dərəcəsinin  1,8  mislindən”  sözləri  “bu  Qanunun  8.1.20-ci  maddəsinə  uyğun  olaraq 

müəyyən edilmiş həddən” sözləri ilə əvəz edilmişdir. 

  

[5]



 

19 


yanvar 

2016-cı 


il tarixli 100-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  4  mart  2016-cı  il,  №  50) ilə 2.1.2.1-ci,  2.1.2.9-cu  və  2.1.2.10-cu  maddələr 

ləğv edilmişdir. 

  

[6]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 2.1.5-1-ci maddə əlavə edilmişdir. 

  

[7]


 

8  may  2009-cu  il  tarixli  810-IIIQD  nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

06, maddə 400) ilə 2.1.9-cu maddədə “Milli Bank” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı 

(bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir. 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 2.1.9-cu  maddədə  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 



(bundan  sonra  -  Mərkəzi  Bank)”  sözləri  “maliyyə  bazarlarına  nəzarət  orqanı”  sözləri  ilə  əvəz 

edilmişdir. 

  

[8]


 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 2.1.10-cu  maddədə  “Mərkəzi  Bank”  sözləri  “maliyyə  bazarlarına 

nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir. 

  

  



[9]

 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli



 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 3.3-cü  maddədə  “Mərkəzi  Bankda”  sözləri  “Azərbaycan 

Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir. 

  

[10]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 3.4-cü maddəyə ismin müvafiq hallarında “dövlət” sözündən sonra 

ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilmişdir. 

  

[11]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 6.2-ci maddədə “Mərkəzi Bankın üç nümayəndəsi” sözləri “maliyyə 

bazarlarına  nəzarət  orqanının  iki  nümayəndəsi,  Mərkəzi  Bankın  bir  nümayəndəsi”  sözləri  ilə  əvəz 

edilmişdir. 

  

[12]


 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 7.1-ci maddənin ikinci cümləsində “və ya icraçı direktorun” sözləri “, 

icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir. 

  

[13]



 

8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

06,  maddə 400) ilə yeni məzmunda 8.1.20-ci maddə əlavə edilmişdir  və 8.1.20-ci maddə müvafiq olaraq 

8.1.21-ci maddə hesab edilmişdir. 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 8.1.20-ci  maddəyə  “Mərkəzi  Bankla”  sözlərindən  əvvəl  “maliyyə 

bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilmişdir. 

  

[14]


 

19 


yanvar 

2016-cı 


il tarixli 100-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  4  mart  2016-cı  il,  №  50) ilə 14.1-ci  maddənin  birinci  cümləsində 

“Kompensasiyaların  ödənilməsi  üçün”  sözləri  “Bu  Qanunda  nəzərdə  tutulmuş  hallarda”  sözləri  ilə, 

ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilmişdir. 

  

[15]


 

19 


yanvar 

2016-cı 


il tarixli 100-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  4  mart  2016-cı  il,  №  50) ilə 15.2-ci  maddədə  “sığorta  haqları  Mərkəzi 

Bankın  uçot  dərəcəsinin  360-da  bir  hissəsinə  hasil  edilməklə”  sözləri  “sığorta  haqlarının  0,5  faizi 

həcmində” sözləri ilə əvəz edilmişdir. 

  

[16]


 

19 


yanvar 

2016-cı 


il tarixli 100-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  4  mart  2016-cı  il,  №  50) ilə 17-ci  maddənin  mətni  yeni  redaksiyada 

verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid (nağd pula tez çevrilən) aktivlərinin cəmi 1 

(bir)  milyon  manatdan  aşağı  düşdükdə  və  ya  bu  səviyyədən  aşağı  enməsi  ehtimalı  yarandıqda, 

Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər. 

  

[17]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 21-ci  maddənin  adında  “Mərkəzi  Bankla”  sözləri  “maliyyə 

bazarlarına nəzarət orqanı, Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir. 

  



[18]

 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli



 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 21.1.1-ci və 21.1.2-ci maddələrə “Mərkəzi Banka” sözlərindən əvvəl 

“maliyyə bazarlarına nəzarət orqanına və” sözləri əlavə edilmişdir. 

  

[19]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 21.2-ci maddəyə “və Mərkəzi Bankın” sözlərindən əvvəl “, maliyyə 

bazarlarına nəzarət orqanının” sözləri əlavə edilmişdir. 

  

[20]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 22.4-cü maddəyə “və Mərkəzi Banka” sözlərindən əvvəl “, maliyyə 

bazarlarına nəzarət orqanına” sözləri əlavə edilmişdir. 

  

[21]



 

8 may 2009-cu il tarixli 810-IIIQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 6 iyun 2009-cu il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

06, maddə 400) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

26.1.  Fond  tərəfindən  bir  iştirakçı  bankda  sığortalanmış  əmanət  üzrə  aşağıdakı  həcmdə 

kompensasiya ödənilir:

 

26.1.1. 01 yanvar 2008-ci ilədək – əmanətin məbləğinin 100 faizi, lakin 4 (dörd) min manatdan çox 



olmayaraq;

 

26.1.2.  01 yanvar 2010-cu ilədək –  əmanətin  məbləğinin 100 faizi, lakin 6 (altı)  min manatdan çox 



olmayaraq;

 

26.1.3.  01  yanvar  2010-cu  ildən  başlayaraq  –  əmanətin  məbləğinin  100  faizi,  lakin  8  (səkkiz)  min 



manatdan çox olmayaraq. 

  

[22]



 

19 


yanvar 

2016-cı 


il tarixli 100-VQD nömrəli

 Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  4  mart  2016-cı  il,  №  50) ilə 26-cı  maddənin  mətni  26.1-ci  maddə  hesab 

edilmişdir və yeni məzmunda 26.2-ci maddə əlavə edilmişdir. 

  

[23]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti,  19  mart  2016-cı  il,  №  62) ilə 29.1-ci  maddədə  “Bu  Qanunun  qüvvəyə  mindiyi  günə  bank 

lisenziyasında əmanətlərin qəbuluna icazəsi olan və məcmu kapitalın minimal məbləğini, adekvatlıq 

normalarını,  habelə  öhdəliklərini  yerinə  yetirən  banklar”  sözləri  “Bank  lisenziyası  almış  və  fiziki 

şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar” sözləri ilə əvəz edilmişdir. 

  

[24]



 

4  mart  2016-cı  il tarixli 155-VQD nömrəli

 Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti, 19 mart 2016-cı il, № 62) ilə 29.2-ci maddə ləğv edilmişdir. 



 

Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə