Əmanətlərin sığortalanması haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 271,83 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix28.08.2018
ölçüsü271,83 Kb.
#65103
növüQaydalar
1   2   3   4   5   6   7

verə  bilər.  maliyyə  bazarlarına  nəzarət  orqanı,  belə  müraciətin  daxil  olduğu  günün  sonrakı  iş 

günündən  gec  olmayaraq,  müraciətin  daxil  olması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına 

yazılı  məlumat  verir.  Müvafiq  icra  hakimiyyəti  orqanı  10  iş  günündən  gec  olmayaraq  dövlət 

zəmanətinin  verilməsi  barədə  qərar  qəbul  edir.  Dövlət  zəmanətinin  verilməsi  barədə  qərara 

müvafiq olaraq 10 iş günündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra 

hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir. 

  

Maddə 18. Fondun sığorta ehtiyatlarının idarə edilməsi 



  

18.1.  Fond  risklərin  bölüşdürülməsi  (diversifikasiyası)  məqsədi  ilə,  habelə 

aktivlərin təhlükəsizliyini, yetərli likvidliyini və ağlabatan gəlirliyini təmin etmək üçün 

sərbəst pul vəsaitlərini yalnız aşağıdakı maliyyə alətlərində yerləşdirir: 

18.1.1. dövlət qiymətli kağızlarında; 

18.1.2. mərkəzi bankların qiymətli kağızlarında; 

18.1.3. mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, habelə 

yüksək reytinqli başqa maliyyə alətlərində. 

  

Maddə 19. Fondun uçot və hesabatı 



  

19.1. Fond mühasibat uçotunu qanunvericiliklə müəyyən edilmiş qaydada aparır. 

19.2. Fondun hesabat ili yanvarın 1-dən dekabrın 31-i də daxil olmaqla, olan dövrü 

əhatə edir. 

19.3.  Fondun  illik  hesabatı  növbəti  ilin  mart  ayının  1-dək  tərtib  edilir  və  bir  ay 

müddətində Himayəçilik Şurası tərəfindən baxılır və təsdiq olunur. 

19.4.  Fond  illik  hesabatını  və  audit  rəyini  Azərbaycan  Respublikasının 

Prezidentinə, maliyyə bazarlarına nəzarət orqana və Himayəçilik Şurasında təmsil olunan 

təşkilatlara təqdim edir. 

19.5. İllik hesabata aşağıdakılar daxildir: 

19.5.1. Fondun illik mühasibat balansı; 

19.5.2.  Fondun  vəsaitlərinin  idarə  edilməsindən  əldə  olunan  gəlirlər  (zərərlər) 

barədə hesabat; 

19.5.3. Fondun pul vəsaitlərinin hərəkəti barədə hesabat

19.5.4. iştirakçı bankların reyestri. 

19.6.  Fondun  illik  mühasibat  balansı,  pul  vəsaitlərinin  hərəkəti,  vəsaitlərin  idarə 

edilməsindən  əldə  olunan  gəlirlər  (zərərlər)  barədə  hesabatların  mötəbərliyi  kənar 

auditor tərəfindən təsdiq edilir. 

  

Maddə 20. Fondun fəaliyyətinə nəzarət 



  

20.1.  Fondun  fəaliyyətinə  ümumi  nəzarəti  Fondun  Himayəçilik  Şurası  həyata 

keçirir. 

20.2.  Fondun  illik  maliyyə-təsərrüfat  fəaliyyəti  Himayəçilik  Şurasının  müəyyən 

etdiyi kənar auditor tərəfindən yoxlanılır. Tələb olunduqda, Fondun Himayəçilik Şurası 

növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul edə bilər. 




20.3.  Fondun  daxili  auditi  Himayəçilik  Şurasına  hesabat  verən  Daxili  Audit 

Xidməti tərəfindən aparılır. Daxili Audit Xidmətinin əməkdaşları Fondun Himayəçilik 

Şurasının təqdimatı ilə vəzifəyə təyin edilir. 

  

Maddə  21. Fondun maliyyə  bazarlarına  nəzarət  orqanı,  Mərkəzi  Bank və  dövlət 



orqanları ilə qarşılıqlı münasibətləri

[17]


 

  

21.1. Fond öz funksiyalarını yerinə yetirərkən: 



21.1.1.  hər  bir  iştirakçı  bankda  qorunan  əmanətlərin  məbləği  haqqında maliyyə 

bazarlarına nəzarət orqanına və Mərkəzi Banka məlumat verir; 

21.1.2. iştirakçı bankların bu qanunla, Fondun qaydaları və Himayəçilik Şurasının 

qərarı  ilə  müəyyən  olunmuş  tələbləri  pozması,  habelə  əmanətlər  üzrə  öhdəliklərini 

qanun  və  ya  müqavilə  şərtlərinə  uyğun  yerinə  yetirməməsi  barədə  ona  məlum  olan 

faktlar haqqında maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka məlumat verir.

[18]

 

21.2.  Fond  Himayəçilik  Şurasında  təmsil  olunan  dövlət  orqanlarının,  maliyyə 



bazarlarına  nəzarət  orqanının və Mərkəzi Bankın  müraciəti  ilə  öz  fəaliyyəti  barədə  sorğu 

edilən məlumatları onlara verir.

[19]

 

21.3. maliyyə  bazarlarına  nəzarət  orqanı bir  və  ya  bir  neçə  iştirakçı  bankda  sığorta 



hadisəsinin baş verməsi ehtimalı yarandıqda, bu barədə Fonda məlumat göndərir. 

21.4. Bank və ya banklarla bağlı aşağıdakı qərarlardan hər hansı biri qəbul edildiyi 

gündən  sonrakı  iş  günündən  gec  olmayaraq, Mərkəzi Bank  bu  barədə  aşağıdakılar 

barədə Fonda məlumat göndərir: 

21.4.1. bank lisenziyasının verilməsi; 

21.4.2. bankın yenidən təşkil olunması; 

21.4.3. iştirakçı banka müvəqqəti inzibatçının təyin edilməsi

21.4.4.  iştirakçı  bankın  fiziki  şəxslərdən  əmanətləri  cəlb  etmək  hüququnun 

dayandırılması; 

21.4.5.  iştirakçı  bankın  öhdəlikləri  üzrə  ödənişlərin  aparılmasına  moratoriumun 

tətbiq edilməsi

21.4.6. məcburi ləğv edilən və ya müflis elan olunmuş iştirakçı bankın əmanət üzrə 

öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirə bilməməsi. 

21.5. maliyyə  bazarlarına  nəzarət  orqanı iştirakçı  banklar  üzərində  nəzarət 

funksiyalarını  həyata  keçirərkən,  onların  Fonda  ödədikləri  sığorta  haqlarının 

hesablanması,  əmanətçilərin  ümumiləşdirilmiş  uçotunun  aparılması  vəziyyətini 

yoxlayır  və  iştirakçı  bankların  Fond  qarşısında  bu  qanunla  müəyyən  olunmuş 

öhdəliklərini yerinə yetirmədiklərini aşkar etdikdə, pozuntuların aradan qaldırılması və 

düzgün  hesablanmamış  sığorta  haqlarının  ödənilməsi  barədə  həmin  banka  göstəriş 

verərək, bu haqda Fonda məlumat verir. 

21.6. maliyyə  bazarlarına  nəzarət  orqanının müəyyən  etdiyi  müddətdə  pozuntuları 

aradan  qaldırmayan  və  sığorta  haqlarının  çatışmayan  məbləğini  Fondun  hesabına 

köçürməyən  iştirakçı  bankların  inzibatçılarına  qarşı  Azərbaycan  Respublikasının 

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimə tətbiq edilir. Belə pozuntulara 1 

il  ərzində  təkrar  yol  verildikdə, maliyyə  bazarlarına  nəzarət  orqanı iştirakçı  bankın  fiziki 

şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırır. 

  



Yüklə 271,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə