Innovasiya menecmenti


Zehni mülkü qorumaq üçün markaların istifadəsi



Yüklə 1,46 Mb.
səhifə47/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   43   44   45   46   47   48   49   50   ...   69
innovasiya-menecmenti-muhazire

Zehni mülkü qorumaq üçün markaların istifadəsi
Məhsul menecerləri, məhsul dizaynerləri və R&D menecerləri - hamısı özlərinin böyük səylərinə baxmayaraq, bəzən bir məhsulun uğurunun, hər hansı bir markadan asılı ola bilməsinin fərqinə varırlar. Misal üçün, siqaret dükanlarında 70 faizdən çox müştəri məxsusi markalara qarşı sadiqdirlər (Badenhausen 1995) və bu da, bazara girişi çətinləşdirir. Markalar, alıcılara bəyəndiyi və səciyyəvi malları müəyyən etmək və məhsul almaq üçün lazım olunan vaxtı azaltmağa kömək edir. Markalar olmadan, məhsul seçimi qiymətə, dəyərə və məhsulun məzmununa əsaslanaraq, təsadüfü və hətta rasional ola bilər. Bu da, çox güman, alıcıları daha diqqətli seçimə məcbur edir. Əgər bir mağazada bütün məhsulların eyni tip, göstərişsiz qablaşdırması varsa, lakin məhsulun tərkib hissələri, məzmun və istehsal prosesi ilə bağlı detallar mövcuddursa, alıcılar bazarlıq üçün həddən artıq vaxt sərf etməli olarlar. Markalar müəyyən keyfiyyət səviyyəsini simvolikləşdirir və bu da, digər məhsul növlərinə köçürülə bilər. Misal üçün, Unilever dəriyə baxım məhsulları Timote şampunlarının adını genişləndirmişdir. Bu, şirkət üçün yeni silsilə məhsulların inkişaf etməsinə və Timote markasının tanınmasının faydalarından istifadəsinə imkan yaradırdı. Sürətlə inkişaf edən brend sahəsi əmtəə nişanlarının lisenziyasıdı. Lisenziya razılaşmasından istifadə edərək, şirkət, lisenziya ödənişi və digər mallar üzərindəki markasını istifadə etməyi istehsalçılara icazə verə bilir. Qonorarlar topdan satış gəlirinin 2 faizindən az və ya 10 faizindən çox ola bilir. Lisenziya sahibi bütün istehsal və marketinq sahəsi üçün məsuliyyət daşıyır və əgər məhsul uğursuz olarsa, ödənişə görə öhdəçilik sahibi olur. Hazırda lisenziyalı biznes, inkişaf etmiş və böyük sənayedir. All İngiltərə Tenis və Kriket Klubu hər il öz markalarını kiçik qrup şirkətlərinə lizensiya etdirir. Yay ərzində bu şirkətlər öz məhsullarını dəstəkləmək üçün Vimbledon ilə əməkdaşlıqdan istifadə edirlər. Robinsonun alkoqolsuz içkiləri, Vedgvood saxsı qabları, Slazenger idman malları və Koka Kola kimi məhsulların hamısı All İngiltərə Klubu ilə lisenziya müqaviləsi imzalayıb. All İngiltərə Klubu kimi, digər təşkilatlar üçün də üstünlük bəllidir : müəyyən dərəcəyə qədər olan gəlir və turnirin artmış təşviqi . Öz əmtəə nişanlarını geyim istehsalına lisenziya edən JCB, Yaquar maşınları və Harley Davidson kimi digər firmalar, açıq-aşkar gəlirlərinin artmasını təmin edir və həmçinin də, diversifikasiya imkanlarını genişləndirirlər. Başlıca ziyan, markanın qavrayış və imicinə ziyan vura bilən məhsullar üzərində nəzarətin olmamasıdır. Misal üçün, All İngiltərə Klubu təşkilat və onun markasını daşıyan məhsul tipini diqqətlə nəzərə almaq üçün çox sayda komissiya iclasları təşkil edir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə