Innovasiya menecmenti


Kommersiya və texnoloji gücləri birləşdirmək: yeni biznes imkanlarının yaradılması üçün konseptual yanaşma kimi



Yüklə 1,46 Mb.
səhifə54/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   50   51   52   53   54   55   56   57   ...   69
innovasiya-menecmenti-muhazire

Kommersiya və texnoloji gücləri birləşdirmək: yeni biznes imkanlarının yaradılması üçün konseptual yanaşma kimi
Firmalar yeni imkanları yaratmaq üçün ilk öncə şəbəkə adlandırılan xarici təşkilati əlaqələrin əhəmiyyətini müəyyənləşdirməli və onları təşkilatın daxili bilik bazası ilə əlaqələndirməyi bacarmalıdırlar. Burada əsas məsələ ondan ibarətdir ki, təşkilatın xarici əlaqələri və ya biliyi; firmanın daxili bilik bazası-bacarıqları, know-how, tərcübəsi; və ya bu biliklər arasındakı əlaqə nə qədər az olarsa, firmanın indiki zamanda inkişafı da bir o qədər zəif olar. Xarici mühit təhlil olunaraq, daxili bilik və bacarıqlarla əlaqələndirilməlidir ki, yeni biznes imkanları yarana bilsin. Fəaliyyətlərin uğurla əlaqələndirilməsi GBO- həqiqi biznes imkanlarına gətirib çıxarır ki, buna aiddir:

  1. kommersiya imkanları: kommersiya biliyi-yeni bazarın müəyyənləşdirilməsi, strateji alyansların inkişafı, uğurlu qiymət strategiyaları;

  2. texniki imkanlar: texniki bilik-yeni materiallardan istifadədə inkişaf, maraqlı yeni patentlərin müəyyənləşdirilməsi, yeni istehsal prosesinin inkişafı və s)

Bu imkanlardan da düzgün istifadə olunması, öz növbəsində uğurlu məhsul istehsalı ilə nəticələnir.
Yuxarıda qeyd etdiyimiz faktorlardan uğurla istifadə edən şirkət kimi- Pfizeri misal çəkmək olar. 1990-cı ildə inkişafına orta səviyyəli şirkət olaraq başlamasına baxmayaraq, bu gün dünyanın ən böyük əczaçılıq şirkətlərindən biridir. O, texnoloji inkişafdan rəqiblərindən daha yaxşı istifadə etməklə bu inkişafa nail olub. Firma, rəqiblərindən daha çox məhsul istehsal etmirdi, sadəcə imkanları düzgün qiymətləndirib onlardan istifadə edə bilirdi. Phizer yuxarıda da qeyd etdiyimiz kimi, təşkilatın daxili kompetensiyasını və xarici əlaqələri- alıcıları, rəqibləri, tədarükçüləri düzgün qiymətləndirib, onları əlaqələndirərək, imkanlardan düzgün istifadə etməklə uğurlu məhsullar yarada bildi. Həqiqi biznes imkanlarını kommersiya uğuruna çevirmək bugün müəəsisələrin üzləşdiyi əsas məsələdir. Çünki, biznes imkanları və yeni ideyaları olub da onları kommersiya uğuruna çevirməkdə müvəffəqiyyətsizliklə qarşılaşan çoxlu kompaniyaları misal göstərmək olar. Son olaraq, onu qeyd etmək lazımdır ki, firmalar üçün biznes imkanlarının yaradılması və onlardan istifadənin davamlı proses olması da mühüm əhəmiyyət daşıyır, buna görə də hətta rəqibləri istifadə etməsələr belə, onlar daima bu prosesi davam etdirməli və özlərini daha da təkmilləşdirməlidirlər.
Elmi-texniki tərəqqinin müasir inkişaf tempi insan fəaliyyətinin hər bir sahəsində innovasiya xarakterli işləmələrin geniş tətbiq olunmasını tələb edir. Bu isə innovasiya xarakterli işləmələri ərsəyə gətirən alimlərin və mütəxəssislərin fəaliyyət göstərdiyi elmi-tədqiqat və layihə-konstruktor təşkilatları, ali təhsil müəssisələri və hətta ayrı-ayrı ixtiraçılar ilə bu işləmələrin potensial istifadəçiləri olan sənaye müəssisələri, şirkətlər, firmalar və təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib bir məsələ kimi ortaya çıxarır. Belə əlaqələrin olmaması innovasiyalı işləmələrin istifa- dəsiz qalmasına, belə işləmələrə ehtiyacı olan müəssisələrin isə daim mütərəqqi innovasiyaların axtarışında olmasına gətirib çıxarır. Məhz bu baxımdan innovasiyaların meydana çıxdığı an- lardan onların bilavasitə istehsalata tətbiqinə qədər proseslərin elmi cəhətdən əsaslandırılmış şəkildə idarə olunması aktual bir məsələ kimi ortaya çıxır. Təqdim edilən “İnnovasiya menecmenti” kursununn təd- risində əsas məqsəd dinləyicilərə məhz bu proseslərin idarə olunması haqqında biliklər verməkdir. Tədris prosesində innovasiya fəaliyyəti ilə bağlı əsas anlayışlar, bu fəaliyyəti həyata keçirən təşkilatların formalaş- dırılması qaydaları, dövlətin innovasiya fəaliyyətinə dəstəkdə rolu, onlara təşkilati dəstək formaları, innovasiya layihələri, innovasiya biznesinin təşkili, innovasiyaların kommersiyalaş- dırılması, innovasiyalı texnologiyaların transferi, intellektual mülkiyyət, onun üzərində müəlliflik hüquqları, təsərrüfat hüquqi subyektlərin yaradılma qaydaları və digər məsələlər geniş şərh ediləcəkdir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə