7
Əgər,Medouzun modelinə diqqət yetirsək görərik ki,təəccüblü olsa da dinamik
tarazlıq sadə və aydın bir anlayışdır.
Medouzun modelinə görə,bizim dünyanı beş dəyişənin-əhali,məhsul istehsalı,
bərpa olunmayan təbii resursların istehlakı,sənayeləşmə və ətraf mühitin
çirklənməsinin daxil olduğu riyazi sistem kimi təsvir etmək olar.Məsələn,
aydınlaşdırmaq olar ki,əhalinin sayının artımı sənayeləşməyə gətirib çıxarırmı və
ya əksinə,sənayeləşmə əhalinin sayının artmasına səbəb olurmu? Medouzun
modelində minlərlə belə sualları tədqiq etmək olar.
Medouzun fikrinə görə,məhz bu beş dəyişənin balansı elə dinamik tarazlıq
deməkdir.Medouz yazırdı ki,arzu olunan balans isə yalnız beşinci dəyişənin,yəni
ətraf mühitin çirklənməsinin nəzərə alınması zamanı mümkündür.
Medouz əhali artımının və təbii resursların məlum ehtiyatlarının tükənməsinin
müşahidə olunan tendensiyalarının ekstropolyasiyasına əsasən bir neçə model
qurmuşdu.
Mövcud ənənələrin sadə ekstropolyasiyası şəklində qurulmuş standart model
(Şəkil 1.1)bəşəriyyətin inkişafını proqnozlaşdırmağa “imkan” verir.
Bu modelə əsasən XXI əsrin 20-ci illərində bəşəriyyəti əhalinin əhəmiyyətli
hissəsinin aclıqdan ölməsinə səbəb olacaq böhranlar sistemi gözləyir.
Qlobal planlaşdırmanı və “şüurlu”idarəetməni nəzərə alan model(Şəkil1.2) isə
aşağıdakı mənzərəni əks etdirir
Professor Medouzun işləri ilə tanış olarkən hiss olunur ki,müəllif özü bu modeli
son həqiqət kimi təqdim etmir.O,hesab edir ki, “model mükəmməl
deyil,sadələşdirilib və tam deyil”.Medouz yalnız həqiqəti dərk etmək üçün bir alət
təklif edir.Bu alətdən istifadə edib-etməmək isə hər bir kəsin öz hüququdur.
Qədim Troyanı mühasirədə saxlayan axeylilərə taxta at “tələni”fikirləşmək üçün
Şək.1.1. Əhalinin artımı,təbii sərvətlərin azalması və ətraf
mühitin çirklənməsinin dəyişmə tendensiyası
1-əhali;
2-qida ehtiyatları;
3-sənaye istehsala-
tının
həcmi;
4. xammal ehtiyatları;
5-çirklənmə
8
Şək.1.2. Əhalinin artımı,təbii sərvətlərin azalması və ətraf
mühitin çirklənməsinin dəyişmə tendensiyası
1-əhali;
2-qida ehtiyatları;
3-sənaye istehsala-
tının
həcmi;
4. xammal ehtiyatları;
5-çirklənmə
on il vaxt lazım gəldi.Medouz isə öz modeli ilə Roma klubuna daxil olmaq üçün
iki ildən də az vaxt sərf etdi.
D.Medouzun “Artımın həddi” layihəsi Forresterin tədqiqatlarını tamamladı.
Forrester-Medouz modelinə Roma klubunun birinci hesabatı statusu verildi
1974-cü ildə Roma klubunun üçüncü məruzəsi işıq üzü gördü.Bu məruzəyə
RK-nun üzvləri M.Messaroviç və E.Pestel rəhbərlik edirdi.”İnsanlıq iki yol
ayrıcında” adlanan bu məruzə “üzivi artım”konsepsiyasının əsasını qoydu.Bu
konsepsiyaya görə,dünyanın hər bir regionu canlı orqanizmin heceyrəsi kimi öz
xüsusi funksiyasını yerinə yetirməlidir.”Üzvi artım”konsepsiyası RK tərəfindən
yekdilliklə qəbul olundu və bu günə qədər də onların müdafiə etdikləri əsas
ideyalardan biri olaraq qalmaqdadır.
Medouz-Forrester və Messaroviç-Pestel modelləri ”sənayecə zəif inkişaf etmiş
ölkələrin hesabına resurs istehlakının məhdudlaşdırılması” ideyasının əsasını
qoydu.Bu alimlər tərəfindən təklif olunan metodika Dünyada baş verən prosesləri
proqnozlaşdırmaq və bu proseslərə fəal surətdə təsir göstərmək üçün ABD
hökuməti tərəfindən istənildi. RK üzvlərinin növbəti məruzəsi Y.Tinbergen
tərəfindən hazırlanmış və dünya sisteminə həsr olunmuş “Beynəlxalq qaydalara
(nizama) yenidən baxılması” (1976) oldu. Bu məruzə əvvəlkilərdən əhəmiyyətli
dərəcədə
fərqlənirdi.Tinbergen
öz
məruzəsində
dünya iqtisadiyyatının
sturukturunun yenidən qurulması layihəsini təqdim edirdi.O,dünya sisteminin daha
4
2
1
1
3
5
9
dayanıqlı inkişafını təmin etmək üçün davranış və fəaliyyət,siyasətin əsas
istiqamətləri,yeni institutların yaradılması və ya mövcud institutların yenidən
təşkili
prinsiplərinə
dair
konkret
tövsiyələr
irəli
sürülürdü.
Sonrakı illərdə biri-birinin ardınca RK-nun bir neçə məruzəsi də işlənib
hazırlandı.Bu məruzələrdən aşağıdakıları qeyd etmək olar (Cədvəl 1.1):
RK-nun məruzələri içərisində klubun prezidenti A.Peççeinin “İnsani
keyfiyyətlər”(1980) adlı məruzəsi əhəmiyyətli rol oynayır.Peççei “planetin xarici
hüdudları”,insanın özünün “daxili hüdudları”,xalqların mədəni irsi,dünya birliyinin
formalaşması,ətraf mühitin mühafizəsi və istehsalat sisteminin yenidən qurulması
məsələləri ilə bağlı olan altı “başlanğıc” məqsədi təklif edir.İnsan onu əhatə edən
təbiətin imkanları daxilində fəaliyyət göstərməli,onu son həddə gətirməməlidir.Bu
məruzənin əsas ideyası insanın mükəmməlləşməsi və onun yeni potensial
imkanlarının aşkarlanmasından ibarətdir.
Roma klubu “Qlobal problematika” adlandırılan problemlər üzrə tədqiqat
işlərinin başlanğıcını qoydu.Klub tərəfindən qarşıya qoyulmuş suallara cavab
tapmaq üçün bir sıra görkəmli alimlər tərəfindən ümumilikdə “İnsanlığın
çətinlikləri” adlandırılan ”Roma klubuna məruzələr” seriyası işlənib
hazırlandı.Dünyanın inkişaf perspektivləri kompüter modelləri vasitəsi ilə
proqnozlaşdırıldı və alınan nəticələr dərc olunaraq bütün dünyada müzakirə
olundu.
Roma klubu hazırda da,ekoloji vəziyyəti getdikcə pisləşən və fundamental
(xüsusilə də geosiyasi)dəyişikliklərə məruz qalan dünyanın müasir vəziyyətinin
tədqiqini davam etdirir.
ROMA KLUBUNUN HİMAYƏSİ İLƏ İŞLƏNMİŞ ANALİTİK MATERİALLAR
Cədvəl 1.1
İL
HESABATIN ADI
MÜƏLLİF
1970 Dünyanın dinamikası
C.Forrester
1972 Artımın həddi
D.Medouz və b.
1974 Bəşəriyyət iki yol ayrıcında
M.Messaroviç, E.Pestel
1975 Beynəlxalq nizama yenidən baxılması
Y.Tinbergen
1977 Bəşəriyyət üçün məqsədlər
E.Laslo
1977 Dörd amil.Məsrəf-yarı,qaytarma-ikiqat
E.Vaytzekker,E.Lovins,
1978 İsrafçılıq əsrinin hüdudlarından kənarda
D.Harbor və b.
1979 Təhsilin hüdudu yoxdur
C.Botkin,M.Elmancera
1979 Enerji:geriyə saymaq
T.Montbril
1980 Əminamanlıq və firavanlıq haqqında dialoq
O.Carini
1980 Üçüncü dünya:dünyanın dörddə üçü
M.Qrenye
1980 Gələcəyə aparan yollar
B.Qavrilişin,1980
1980 İnsani keyfiyyətlər
A.Peççei
1981 Şimal və Cənub əməkdaşlığının imperativləri
J.Sen-Jur
Dostları ilə paylaş: |