İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

41

Fridoviç bu barədə belə deyir:

“Tənəffüs edən bütün orqanizmlər qəribə tələyə 

düşmüş vəziyyətdədirlər. Həyatlarını dəstəkləyən 

oksigen, eyni zamanda, onlar üçün zəhərləyici 

(toksik) xüsusiyyətdədir və bu təhlükədən çox 

həssas xüsusi müdafiə mexanizmləri sayəsində 

qorunurlar”. (Irwin Fridovich, «Oxygen Radicals, 

Hydrogen Peroxide, and Oxygen Toxicity», Free 

Radicals in Biology, (ed. W. A. Pryor), New York: 

Academic Press, 1976, s. 239-240)

Oksigenin  həll  olma  dərəcəsinin  və 

orqanizmdəki kompleks ferment sistemlərinin 

məhz lazımi ölçüdə yaradılması bizi bu tələdən, 

yəni oksigenlə zəhərlənmədən və ya oksigensiz 

qalaraq  boğulmaqdan  qoruyur.  Allah  nəfəs 

aldığımız havanı da, kompleks sistemlərimizi də 

qüsursuz uyğunluqla yaratmışdır.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

41



42

Kainatdakı ulduzların və digər işıq mənbələrinin 

hamısı eyni cür işıq yaymır. Şüalar dalğa uzunluqlarına 

görə fərqlənirlər. Müxtəlif dalğa uzunluqlarının əmələ 

gətirdiyi şkala çox genişdir. Ən kiçik dalğa uzunluğuna 

malik qamma şüaları ilə ən böyük dalğa uzunluğu 

olan radiodalğalar arasında 10

25

-də 1 (milyard dəfə, 



milyard dəfə, milyardlıq) fərq var.  Burada möcüzəvi 

cəhət Günəşin yaydığı şüaların hamısının 10

25

-lik 


şkalanın bir intervalına yerləşməsidir. Çünki bu dar 

sahədə həyat üçün lazım olan şüalar yerləşir.

Burada diqqətçəkən cəhət dalğa uzunluqlarının 

həddindən artıq geniş şkalada yayılmalarıdır. Ən qısa 

dalğa uzunluğu ən uzun dalğa uzunluğundan 10

25 


dəfə 

kiçikdir. 10

25

 1 rəqəminin yanına 25 sıfır əlavə etməklə 



əmələ gələn saydır. “10.000.000.000.000.000.000.000.

000” şəklində yazılan bu sayın böyüklüyünü daha yaxşı 

qavramaq üçün bəzi müqayisələr aparaq. Məsələn, 

Yerin 4 milyard illik ömrü boyu keçən saniyələrin cəmi 

10

17

-dir. Əgər 10



25

 sayını saymaq istəsək, gecə-gündüz 

fasiləsiz saymalıyıq və bunun üçün Yerin yaşından 

100 milyon dəfə artıq vaxt lazımdır! Əgər 10

25

 ədəd 


kartı üst-üstə düzsək, Südyolu qalaktikasından kənara 

çıxarıq və müşahidə olunan kainatın təqribən yarısı 

qədər məsafə gedərik. (Michael Denton, Nature’s 

Destiny, s. 51)

Günəşin yaydığı görünən işıq kainatdakı 10

25 


müxtəlif dalğa uzunluğu arasında bir intervalı əhatə 

edir. Maraqlıdır ki, Yer kürəsində həyata imkan verən 

şüalar da 10

25

-də 1 intervalında yerləşən şüalardır.



Günəşdən yayılan işığın Yerdəki həyata tam uyğun 

şəkildə 10

25

-də 1 intervala yerləşdirilməsi təsadüflə 



açıqlanmayan üstün nizamı göstərir. Günəşin yaydığı 

şüanın növü belə trilyon dəfə trilyonlarla ehtimal 

arasından ən ideal şəkildə seçilmişdir.

Kainatdakı müxtəlif dalğa uzunluqları bu qədər 

geniş şkalada yayılmışdır. Ancaq maraqlıdır ki, 

bizim  Günəşimiz  bu  geniş  şkalanın  çox  dar 

intervalında yerləşir. Günəşdən yayılan müxtəlif 

dalğa uzunluqlarının 70%-i 0.3 mikronla 1.50 mikron 

arasındakı dar intervaldadır. Bu intervalda 3 növ işıq 

var: görünən işıq, infraqırmızı şüalar və ultrabənövşəyi 

şüalar.

www.elmxeberleri.com



Düşünən İnsan, Oktyabr 2014

42



43

Bu üç işıq növü birlikdə elektromaqnit dalğaları 

şkalasının içində bir intervalı tutur! Başqa sözlə, Günəş 

işığı üst-üstə düzdüyümüz 10

25 

 ədəd kartdan biridir.



Bəs nə üçün Günəş şüaları bu dar intervala 

yerləşdirilib?

Cavab çox əhəmiyyətlidir: Günəş işığı bu dar 

intervala yerləşdirilib, çünki Yer kürəsindəki həyata 

imkan verən şüalar yalnız bu şüalardır.

İngilis fizik Yan Kempbel “Enerji və atmosfer” 

(Energy and the Atmosphere) adlı kitabında bu 

mövzuya toxunaraq: “Günəşdən yayılan şüaların 

Yer kürəsindəki həyatı dəstəkləmək üçün çox dar 

intervalda  yerləşdirilməsi,  həqiqətən,  qeyri-adi 

vəziyyətdir”, -deyir. Kempbel bunu ağlasığmaz 

dərəcədə təəccüblü adlandırır. (Ian M. Campbell, 

Energy and the Atmosphere, London: Wiley, 1977, 

s. 1-2)


Günəş işığı ilə fotosintez arasındakı 

qeyri-adi uyğunluq

Yüksək  texnologiya  ilə  təchiz  olunmuş 

laboratoriyada fəaliyyət göstərən mütəxəssislərin 

heç birinin bacarmadığı bir prosesi bitkilər yüz milyon 

illərdir həyata keçirirlər. Günəş  şüasından istifadə 

edərək fotosintez edir və qida hasil edirlər. Ancaq bu 

prosesin mühüm şərti bitkilərə gələn işığın fotosintez 

üçün uyğun işıq olmasıdır.

Bitkilərin  fotosintez  etməsini  təmin  edən 

hüceyrələrindəki xlorofil molekullarının işıq enerjisinə 

həssas olmalarıdır. Ancaq xlorofil sadəcə müəyyən 

dalğa uzunluğundakı şüalardan istifadə edir. Günəş 

isə məhz bu şüaları yayır. Fotosintez üçün lazım olan 

dalğa uzunluğu 10

25

 müxtəlif dalğa uzunluğundan 



yalnız birinə uyğun gəlir.

Fotosintez  nəticəsində  günəş  enerjisi  bitki 

yarpaqlarının hüceyrələrində qida şəklində toplanır. 

Yer üzündəki bütün canlılar birbaşa və ya dolayı 

şəkildə enerjini bu yolla əldə edir. Hər hansı bitkinin 

fotosintez etməsi isə sadəcə müəyyən işıq intervalında 

mümkündür. Bu interval isə Günəşin yaydığı işığa 

uyğun gəlir.

Görünən işıqla əlaqədar diqqətçəkən digər cəhət isə 

bu işığın müxtəlif rənglərinin suyun içində müxtəlif 

məsafələr qət etməsidir. Məsələn, qırmızı işıq 18 metr 

dərinliyə qədər gedir. Sarı işıq 100 metr dərinliyə qədər 

irəliləyir. Yaşıl və mavi işıq isə 240 metrə qədər gedir. 

Bu, çox mühüm nizamdır. Çünki fotosintez üçün lazım 

olan işıq, əsasən, mavi və yaşıl işıqdır. Suyun bu işıq 

rəngini digərlərindən daha çox keçirməsi sayəsində 

fotosintez edən bitkilər dənizin 240 metr dərinliyində 

də yaşaya bilirlər.

Günəşin yaydığı işıqla fotosintez üçün lazım 

olan işığın eyni olması işığın mükəmməl quruluşunu 

göstərir. Amerikalı astronom Corc Qrinşteyn “Simbioz 

kainat” (The Symbiotic Universe) adlı kitabında bu 

mövzu ilə bağlı belə yazır:

“Fotosintezi xlorofil molekulu həyata keçirir... 

Fotosintez mexanizmi bir xlorofil molekulunun günəş 

işığını udması ilə başlayır. Ancaq bunun baş verməsi 

üçün işıq doğru rəngdə olmalıdır. Yanlış rəngdəki 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

43



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə