51
verir. Nəhəng ulduzların nüvəsində karbon atomunun
əmələ gəlməsini velosiped, avtomobil və yük maşını
arasında dərin və kompleks rezonanslar olması kimi
öz-özünə təsadüfən əmələ gəlməsi mümkünsüz prosesə
bənzədən Qrinşteyn materialist düşüncə tərzinə görə
bunun açıq-aydın yaradılış möcüzəsi olduğunu ifadə
edə bilmir.
Sonrakı illərdə oksigen kimi digər bəzi elementlərin
də bu cür qeyri-adi rezonanslarda əmələ gəldiyi aşkar
edilmişdir. Bu qeyri-adi prosesləri ilk dəfə kəşf edən
Fred Hoyl isə “Qalaktikalar, nüvələr və kvazarlar”
(Galaxies, Nuclei and Quasars) adlı kitabında bunların
təsadüf olmayacaq qədər planlı proses olduğu nəticəsinə
gəlmiş və qatı materialist olmasına baxmayaraq,
kəşf etdiyi qoşa rezonansın “tənzimlənmiş proses”
olduğunu qəbul etmişdir (Paul Davies. The Final Three
Minutes, New York: BasicBooks, 1994, səh. 49-50
(Hoyldan sitat)).
Başqa bir məqaləsində isə belə yazır:
“Əgər ulduz nukleosintezi (atom nüvəsi birləşməsi)
yolu ilə karbon və ya oksigen əmələ gətirmək
istəsəniz, iki ayrı əyarı tənzimləməlisiniz. Və
həmin əyar məhz hal-hazırda ulduzlarda mövcud
olan əyardır... Həqiqətlərin ağıl süzgəcindən
keçirilməsi göstərir ki, üstün bir Ağıl fizikaya,
kimyaya və biologiyaya müdaxilə etmişdir və
təbiətdə varlığından söz etməyə dəyən şüursuz
qüvvələr yoxdur. Həqiqətlərin hesablanması ilə
ortaya çıxan rəqəmlər o qədər ağlasığmazdır ki,
məni bu nəticəni mübahisəsiz qəbul etməyə vadar
edir”. Paul Davies. The Accidental Universe,
Cambridge: Cambirdge University Press, 1982,
səh. 118 (Hoyldan sitat).
Hoyl bu möcüzəvi prosesdən o qədər təsirlənmişdir
ki, digər elm adamlarının da bu açıq həqiqətə etinasız
yanaşmayacaqlarını belə vurğulamışdır:
“Dəlilləri təhlil edən hər hansı elm adamı bu
nəticəyə gəlməyə bilməz: ulduzların içində baş
verən nəticələr nəzərə alındıqda nüvə fizikası
qanunları məqsədli nizamlanmışdır”. Fred Hoyle,
Religion and the Scientists, London: SCM, 1959;
M. A. Corey, The Natural History of Creation,
Maryland: University Press of America, 1995,
səh. 341.
Yer üzündəki bütün canlı varlıqların əsas quruluş
vahidi karbon elementidir. Canlıların orqanizmini
təşkil edən üzvi molekullar, yəni zülallar, yağlar,
karbohidratlar karbon atomlarının birləşmələrindən
təşkil olunub. Maraqlıdır ki, hal-hazırda bu kitabı
oxuyarkən orqanizminizdəki karbon atomları əslində
milyard illər əvvəl kosmosun dərinliklərindəki bir ifrat
yeni ulduz partlayışında dağılan və Yer kürəsinə gələn
karbon atomlarıdır.
Düşünən İnsan, Oktyabr 2014
Düşünən İnsan, Oktyabr 2014
51
53
Kainatdakı fiziki qanunlar dörd əsas qüvvə üzərində
işləyir. Bunlar cazibə qüvvəsi, elektromaqnit qüvvəsi,
güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsidir. Bu
qüvvələrin ölçüləri isə kainatın indiki formada mövcud
olması və həyata uyğun olması üçün mükəmməl
həssaslıqla nizamlanıb.
Kainatdakı nizama təsir edən ən əsas qüvvələrdən
biri cazibə qüvvəsidir (qravitasiya). Nyuton bu
qüvvənin təkcə almaları ağacdan salan deyil, eyni
zamanda, planetləri də orbitlərində saxlayan qüvvə
olduğunu demişdi. Eynşteyn isə mövzuya daha da
dərinlik qazandırıb cazibə qüvvəsinin nəhəng ulduzları
necə içinə çökdürüb qara dəliklərə çevirdiyindən bəhs
etmişdi. Həqiqətən də, cazibə qüvvəsi kainatın ən
kritik qüvvələrindən biridir. Kainatın genişlənməsini
tənzimləyən qüvvə də cazibə qüvvəsidir.
Cazibə qüvvəsi yaşadığımız kainatın əmələ
gəlməsinə imkan verən sabit dəyərə malikdir.
Əgər cazibə sabiti indikindən bir az artıq
olsaydı, ulduzlar daha qısa müddətdə əmələ gələr
və kosmosdakı ən kiçik ulduzun belə kütləsi bizim
Günəşimizdən ən az 1.4 dəfə böyük olardı. Bu cür
böyük ulduzlar isə o qədər sürətlə və qeyri-sabit
yanır ki, ətraflarındakı planetlərdə həyat üçün faydalı
şərtlərin əmələ gəlməsi qeyri-mümkün olur. Həyat
üçün ancaq bizim Günəşimiz böyüklüyündə ulduzlara
ehtiyac var. Habelə, cazibə sabiti indikindən bir az
çox olsaydı, kainatdakı böyük ulduzların hamısı qara
dəliyə çevrilərdi. Ən kiçik planetlərdəki cazibə qüvvəsi
o qədər güclü olardı ki, həşəratlardan böyük heç bir
cisim ayaqda dura bilməzdi.
Digər tərəfdən, əgər cazibə sabiti daha az olsaydı,
onda da kosmosdakı bütün ulduzların kütləsi bizim
Günəşimizdən 0.8 dəfə az olardı. Bu kiçik ulduzlar
nə qədər uzun və sabit yansalar da, planetləri və
canlılar aləmini əmələ gətirən ağır elementlər əmələ
gəlməzdi. Çünki dəmir və ağır elementlər ancaq
nəhəng ulduzların nüvəsində hasil edilir və ancaq bu
cür ağır ulduzlar berillium və daha ağır elementləri
ulduzlararası fəzaya yayırlar. Bu cür ağır elementlər
isə planetlərin və həyatın olması üçün zəruridir.
Göründüyü kimi, cazibə qüvvəsində kiçik
dəyişikliklər həyatın, dolayısı ilə, bəşəriyyətin əmələ
gəlməsinə birbaşa təsir edir. Cazibə qüvvəsindəki
böyük dəyişikliklər isə bütünlükdə kainatın yox
olmasına səbəb olar. Cazibə qüvvəsi bir az artsa, kainat
genişlənmədən içinə çökər, bir az azalsa, heç bir ulduz
və qalaktika əmələ gəlməz.
Ancaq bu gün Yer kürəsində yaşamağımız onu
göstərir ki, bu xoşagəlməz ehtimalların heç biri baş
verməyib. Əksinə, kainatın hər detalı qüsursuz plan və
müvazinətlə yaradılıb. Sonsuz qüdrət sahibi olan Allah
yaşadığımız kainatı qeyri-adi “möcüzələr zənciri” ilə
tam uyğunluqla yaratmışdır.
Kainatdakı qüvvələr arasındakı müvazinət
Cazibə qüvvəsindən sonra universal qanunları
tənzimləyən digər qüvvələri təhlil etdikdə bu qüvvələrin
də çox həssas nizamlandığını və kritik ölçüdə olduğunu
görürük.
Elektromaqnit qüvvəsi
Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar
atom adlanan əsas quruluş vahidindən əmələ gəlir.
Atom nüvəsində proton adlanan zərrəciklər və nüvənin
ətrafındakı orbitlərdə fırlanan elektronlardan təşkil
olunmuşdur. Bir atomun nüvəsindəki proton sayı həmin
atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan
atoma hidrogen atomu, 2 protonu olan atoma helium
atomu, 26 protonu olan atoma dəmir atomu deyilir.
Bu, bütün digər elementlərə də aiddir.
Atomun nüvəsindəki protonlar müsbət, ətrafında
fırlanan elektronlar isə mənfi elektrik yüklüdürlər.
Proton və elektronun əks elektrik yükü aralarında
cazibə əmələ gətirir və bu cazibə elektronları atom
nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Əks elektrik
yüklü proton və elektronları bir-birinə bağlayan bu
Düşünən İnsan, Oktyabr 2014
Düşünən İnsan, Oktyabr 2014
53