İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

46

Canlıların  təməli  olan  atom  rabitələrinin 

qurulması üçün lazım olan temperatur yer üzünün 

temperatur intervalıdır

Atomları və molekulları birləşdirən 

müxtəlif kimyəvi rabitələr var. Bu 

rabitələr ion, kovalent və hidrogen 

rabitəsi olmaqla 3 qrupa bölünür. 

Kovalent rabitələr zülalların 

quruluş  vahidi  olan  amin 

turşularındakı 

atomları 

birləşdirir. Hidrogen rabitələri 

isə amin turşusu zəncirini 

xüsusi  üçölçülü  formada 

saxlayır. Yəni əgər hidrogen 

rabitələri  olmasa,  amin 

turşuları  birləşərək  zülalları 

əmələ gətirsələr də, bu zülallar 

üçölçülü funksional formalarını ala 

bilməz. Zülalların olmadığı mühitdə isə 

həyat olmaz.

Maraqlıdır ki, həm kovalent, həm də hidrogen 

rabitələri üçün lazım olan temperatur intervalı yer 

üzünün temperatur intervalıdır. Halbuki, hidrogen 

rabitələri ilə kovalent rabitələrin quruluşu və 

xüsusiyyətləri bir-birindən tamamilə fərqlənir. 

Buna baxmayaraq, hər iki kimyəvi rabitə ancaq 

yer üzündəki dar temperatur intervalında qurula 

bilir. Əgər kovalent rabitələrlə hidrogen rabitələri 

müxtəlif  temperatur  intervalında  qurulsaydı, 

canlı zülalları əmələ gəlməzdi. Çünki zülalların 

əmələ gəlməsi bu iki kimyəvi rabitənin eyni anda 

qurulmasından asılıdır. Yəni amin turşusu zəncirini 

əmələ gətirən kovalent rabitə üçün lazım olan 

temperatur intervalı hidrogen rabitəsi üçün uyğun 

olmasaydı, zülal üçölçülü 

formaya  düşməz, 

amin  turşusu 

zənciri də lazımsız 

molekul olaraq qalardı. 

Eyni şəkildə, hidrogen rabitəsi 

üçün lazım olan temperatur intervalında kovalent 

rabitə qurulmasaydı, amin turşuları birləşə bilməz 

və zülal əmələ gəlməzdi.

Canlıların  bir  hüceyrəsindəki  milyonlarla 

zülaldan biri belə təsadüfən əmələ gəlməyəcək 

qədər kompleks quruluşa malikdir.

Bu məlumatlar bizə həyatın əsas quruluş vahidi 

olan atomla həyatın məskəni olan Yer kürəsinin 

şərtləri arasında böyük uyğunluq olduğunu göstərir. 

Professor Maykl Denton “Təbiətin taleyi” adlı 

www.atommocuzesi.com

Düşünən İnsan, Oktyabr 2014

46



47

kitabında bu həqiqəti belə vurğulayır:

“Kainatdakı nəhəng temperatur şkalasında yeganə və dar bir 

temperatur intervalı var ki, bu intervalda maye su mövcud 

olur, həmçinin metastabilliyə malik bol miqdarda 

müxtəlif üzvi birləşmələr və kompleks 

molekulların üçölçülü formalarını 

sabit edən hidrogen rabitələri 

qurulur. 

(Michael 

Denton, Nature’s 

Destiny, 

s. 115-116)

Dentonun da 

bildirdiyi kimi, həyat 

üçün lazım olan hər cür fiziki 

və kimyəvi rabitələr birlikdə və təsirli 

şəkildə ancaq bir temperatur intervalında 

qurula bilərlər. Bu dar temperatur intervalı isə göy 

cisimləri arasında ancaq Yer kürəsindədir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

47



48

Həyatın 


əsası 

olan 


karbon elementi ancaq nəhəng 

ulduzların  mərkəzində  çox 

xüsusi, möcüzəvi reaksiyalar 

nəticəsində əmələ gəlir. Bu 

möcüzəvi reaksiyalar baş 

verməsəydi, bu gün kainatda 

karbon adlı element, başqa 

sözlə, həyat deyə məfhum 

olmazdı. “Möcüzəvi”, -deyirik, 

çünki  bu  reaksiyalar,  əslində, 

ehtimaldan kənar olan şərtlərin birləşməsi 

ilə baş verir. İndi bu prosesi təhlil edək...

Karbon atomu nəhəng ulduzların nüvəsində iki 

mərhələli proses nəticəsində əmələ gəlir. Əvvəlcə, 

iki helium atomu birləşir və beləcə, ortaya dörd 

protona və dörd neytrona malik ara element çıxır. 

Bu ara element berillium adlanır. Üçüncü helium da 

berilliuma birləşdikdə altı protonlu və altı neytronlu 

karbon atomu əmələ gəlir.

Birinci mərhələdə əmələ gələn berillium Yer 

kürəsindəki berilliumdan fərqlidir. Elementlərin 

dövri cədvəlində yerləşən normal berilliumun 

bir dənə artıq neytronu var. Qırmızı nəhənglərin 

nüvəsində əmələ gələn berillium isə fərqlidir. Buna 

kimyada izotop deyilir. Mövzunu tədqiq edən fiziklər 

qırmızı nəhənglərin nüvəsində əmələ gələn berillium 

izotopunun anormal dərəcədə qeyri-sabit olmasına 

uzun illər boyu təəccübləniblər. O qədər qeyri-

sabitdir ki, əmələ gəldikdən 0.000000000000001   

(10


-15

) saniyə qədər qısa müddətdə parçalanır!

Bəs necə olur ki, ə mələ gəldiyi anda məhv 

olan berillium izotopu karbona çevrilir? Berillium 

izotopunu karbona çevirən helium atomu təsadüfən 

birləşir? Əlbəttə, belə bir şey mümkün deyil. Bu, 

təsadüfən üst-üstə düşdükdə 0.000000000000001 

www.atommocuzesi.com

Düşünən İnsan, Oktyabr 2014

48



49

saniyə ərzində bir-birini itələyən iki kərpicin üstünə 

bunlar parçalanmadan üçüncü kərpicin də əlavə 

olunması və bu şəkildə ortaya bina çıxması kimi, hətta 

bundan da mümkünsüz prosesdir.

Pol Devis bu möcüzəvi prosesi belə izah edir:



“Yer üzündəki canlılar üçün həyati əhəmiyyəti 

olan karbon elementi kainatda külli miqdarda yalnız 

bir təsadüf sayəsində mövcud olur. Karbon nüvəsi 

böyük ulduzların mərkəzində üç helium nüvəsinin 

ard-arda çox həssas proses nəticəsində bir-biri 

ilə birləşməsi nəticəsində əmələ gəlir. Üç nüvənin 

qarşılaşması nadir hal olduğuna görə, bu reaksiya 

məhsuldar sürətdə ancaq rezonans adlanan çox 

yaxşı müəyyən edilmiş enerji səviyyəsində baş 

verə bilər. Bu səviyyələrdə reaksiya kvant təsiri 

ilə böyük ölçüdə sürətlənir. “Yaxşı təsadüf əsəri” 

olan bu rezonanslardan biri helium nüvəsinin 

böyük ulduzlardakı enerjisinə tam uyğun şəkildə 

tənzimlənmişdir”. Paul Davies, «The Unreasonable 

Effectiveness of Science», Evidence of Purpose, 

edited by John Marks Templeton, 1994, The 

Cotinuum Publishing Company, New York, səh.49.

Təsadüfən baş verməsi qeyri-mümkün olan bu 

prosesi Pol Devis materializmə kor-koranə inandığına 

görə “yaxşı təsadüf”, “bir təsadüf” kimi mənasız, 

məntiqsiz ifadələrlə tərif edir. Prosesin açıq-aydın 

möcüzə olduğunu özü də gördüyü və bu prosesi 

heyrətlə izah etdiyi halda, Devis məhz yaradılışı inkar 

etmək üçün “yaxşı təsadüflər” kimi elmdən və ağıldan 

kənar açıqlamalar verir.

Qırmızı nəhənglərdə qoşa rezonans adlanan möcüzə 

baş verir. İki heliumun rezonansla birləşdiyi anda əmələ 

gələn berillium 0.000000000000001 saniyədə üçüncü 

heliumla rezonans edərək birləşir və karbonu əmələ 

gətirir. Bu, normal halda, qeyri-mümkün olan prosesdir.

Corc Qrinşteyn qoşa rezonansın nə üçün qeyri-adi 

mexanizm olduğunu belə izah edir:

“Bu hekayədə bir-birindən fərqli 3 maddə (helium, 

berillium və karbon) ilə bir-birindən fərqli iki rezonans 

var. Bu atom nüvələrinin nə üçün bu qədər uyğun 

şəkildə işlədiyini anlamaq çox çətindir... Başqa nüvə 

reaksiyaları buradakı kimi ... təsadüflər zənciri ilə 

işləmirlər... Bu, bir velosiped, bir avtomobil və bir yük 

maşını arasında çox dərin və kompleks rezonanslar 

kəşf etmək kimi bir şeydir. Nə üçün bir-biri ilə əlaqəsi 

olmayan maddələr bir-birlərinə uyğunlaşırlar? Bizim 

və kainatdakı bütün həyat formalarının varlığı bu 

qeyri-adi proses sayəsində mümkün olmuşdur”. George 

Greenstein, The Symbiotic Universe, səh. 43-44.

Göründüyü kimi, bu qeyri-adi yaradılış möcüzəsi 

qarşısında materialist elm adamı olan Qrinşteyn də 

qeyri-adi təsadüflər zənciri kimi elmdən uzaq açıqlama 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

49



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə