26
həm planetlərin daxilindən, həm Günəşdən, həm də efirdən,
yəni, kosmik fəzadan meydana gəlir. Burada toplaşan
elementlər (maye hal) öz gücündən, qüvvəsindən bərkləşmə
yaradır. Yeni bərk cisimlər alınır. Bu bərk cisimlər arasında
olan elementlər ötürülmələri baş verir. Mən bu hipotezanın
mütləq başlanğıcını, yəni Günəşin, digər ulduzların, planetlərin
yaranma tarixini deyə bilmirəm. Bu şübhədir, qəti əminlik
yoxdur. Qəti fikir ola bilməz. Bu, insanlara tam aydın ola
bilməz. Yalnız seçmə insanlar (peyğəmbərlər, uzaq görənlər,
ekstrahissli insanlar) bir qədər geniş deyə bilərlər. Çünki
insanlar
kainatın
daxilindədirlər,
kainatdan
fövq
(kainatxaric)deyillər və bu aspektdə də tam başlanğıcı deyə
bilməzlər. Bu istiqamətdə olan bütün fikirlər şübhəlidir,
gümandır, təxmindir. Həm də gerçəklik və təxmindir. Çünki,
insanlar kainat kənar düşünə bilməzlər. Təxminlər də
obyektivliyi yaradır. Yəni, hər kəsdə olan fikir digəri üçün
obyektiv ola bilir. O da düzdür ki, insanlar mikrokainat
modelləridir və daxillərində kainatın sirlərini daşıyırlar. Onun
açılması da müəyyən faizlə yalnız bəzi insanlara qismət olur.
Əbədi və sonsuz kainatda mütləq başlanğıc və mütləq son
yalnız obyektlərdə, göy cisimlərində bir qədər (müəyyən faizlə)
deyilə bilər. Ümumən isə, yəni bütün kainat üzrə başlanğıca
görə fikir bildirmək qeyri-mümkündür.
Fərz edək ki, təkamül prosesləri baş vermir (məsələn,
Günəş sistemində, Yer kürəsində, digər planetlərdə), onda,
insanların və digər canlıların vahid başlanğıclarını (yaranma
tarixlərini, təkamül tarixlərini) demək çətindir. Ola bilər ki,
bütün canlılar üçün eyni mənşəli toxumlar (rüşeymlər) var.
Günəş sistemində ardıcıl olaraq paylanan enerji sayəsində
toxumlardan (hüceyrələrdən) iri canlılar yaranır. Müəyyən
müddətdən sonra isə ölürlər. Canlılarla bağlı proseslər çox
güman ki, mikro aləmdə baş verən dəyişikliklərlə əlaqəlidir.
Yer üzərində səpələnən fərqli enerji, fərqli məkan canlıları
fərqli yaradır. Bu da toxumların fərqli kəmiyyətləri ilə