İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə13/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   9   10   11   12   13   14   15   16   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

41 


oynamışdır. Hətta, bəzi millətlər bu günə qədər var olmaların-

da  tapındıqları  dinə  borcludurlar.  Çünki  dinin  cəmiyyətin 

şüuruna təsiri qan-nəsil  birliyindən daha çox etiqad, inam və 

inanclarla  bağlıdır.  Bu  inanclar,  inamlar  müxtəlif  millətlər 

daxilində  fərqli  mahiyyətlərə  malik  olmalarına  baxmayaraq, 

onların  əsas  təsiretmə  vasitəsi  ilk  növbədə,  şüurla  bağlıdır. 

Yəni din ideyasında insanları birləşdirən onların şüurlarındakı 

hər  hansı  sitayiş  obyektləri  və  ona  gətirilən  inamlar, 

etiqadlardır. 

Özəlliklə,  müstəmləkə  halına  düşmüş  bir  çox 

millətlərin  bundan  qurtulmaq  üçün  milli  ideya  kimi 

tapındıqları  hər  hansı  dini  seçmələri  də  təbiidir.  Məlum 

olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar 

yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir. 

Təsadüfi  deyil  ki,  orta  əsrlərdə  bir  çox  Avropa  millətlərinin 

əsas  milli  ideyası  Xristian  dini  olmuşdur.  Avropa  millətləri 

(fransızlar,  ingilislər  və  b.)  yalnız  XVII-XVIII  əsrlərdən 

başlayaraq  millət  və  din  ideyalarını  bir-birindən  fərqləndir-

məyə  başladılar.  Bununla  da,  həmin  dövrdən  etibarən 

Avropanın  xristian  toplumları  millətləşmə  prosesinə  üz 

tutdular.  Bu  prosesdə  N.Makiavelli,  T.Hobbs,  C.Lokk, 

Ş.L.Mönteskye və başqaları mühüm rol oynadılar. 

Maraqlıdır ki, Xristian Avropasında millətləşəmə pro-

sesi getdiyi bir dövrdə  İslam Şərqində dinləşmə daha da  güc-

ləndi.  Məsələn,  Osmanlı,  Səfəvilər  kimi  böyük  müsəlman 

dövlətlərində milli kimlik tamamilə aradan qalxır, onun yerini 

sünni  osmanlılığı,  şiə  iranlılığı  tuturdu.  Bu  baxımdan  həmin 

əsrlərdə  Avropa  mütəfəkkirləri  milləti  xristianlıqdan 

fərqləndirməyə 

çalışdıqları 

halda, 

müsəlman 



Şərqi 

mütəfəkkirləri tərsinə ümmətçiliyi gücləndirməyə çalışırdılar. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

42 



42 

Bu  mənada,  müsəlman  xalqlarının  (ərəb,  türk,  fars  və  b.) 

mütəfəkkirlərinin bir qismi islamçılığı həmişə milli ideya kimi 

qəbul etmişlər. Onlar bu fikirlərini isə daha çox «müsəlmanlar 

qarşadırlar»  prinsipi ilə əsaslandırmağa çalışıblar. Sadəcə, bu 

zaman  hər  bir  müsəlman  mütəfəkkiri  İslam  dininə  təmsil 

olunduğu  millətin  (ərəb,  fars,  türk  və  s.)  milli-mənəvi 

dəyərləri çərçivəsində yanaşıblar. Başqa sözlə, milli mədəniy-

yətləri  ilə  dini  mədəniyyətlərini  müxtəlif  yollarla  bir-birinə 

uyğunlaşdırmağa  cəhd  göstəriblər.  Hətta,  bəzi  millətlər  

(farslar  və  b.)  bir  qədər  də  qabağa  gedərək  milli  mədəniy-

yətlərini  müsəlman  mədəniyyəti  adı  altında  təqdim  edərək, 

digər  millətlər  üzərində  milli  üstünlükləri  bu  formada  həyata 

keçirməyə çalışmışlar. 

Ümumiyyətlə, XIX əsrin sonu – XIX əsrin əvvəllərinə 

qədər  istər  müsəlman  ölkələrində,  istərsə  qeyri-müsəlman 

imperiyalarda  müstəmləkəçiliyə  qarşı  mübarizə  aparan 

müsəlman xalqları İslam amilini aparıcı ideya kimi görmüşlər. 

Yalnız bu dövrdən etibarən din ideyasına münasibətdə iki əsas 

məsələ  özünü  qabarıq  surətdə  büruzə  vermişdir.  Bunlardan 



birincisi,  “İslam  biriliyi”  ideyasını  əxlaqi-mənəvi  dəyər  kimi 

qəbul  edib,  onu  milliliklə  paralel  şəkildə  aparmaqdır 

(C.Əfqani,  M.İqbal,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  b.).  Yəni 

millilik  və  islamlığı  bir-birindən  fərqləndirərək  onlar 

arasındakı  oxşar  və  fərqli  cəhətləri  görməyi  bacarmaqla 

yanaşı,  istənilən  halda  onların  sintezindən  çıxış  etməkdir. 

Türklüklə islamlıq arasındakı oxşar və fərqliliklər heç də bir-

birini  tamamilə  ya  təsdiq  və  ya  da  tamamilə  inkar  etməsi 

anlamında  başa  düşülməməlidir.  Başqa  sözlə,  heç  bir  halda 

bunların arasında mütləq bərabərlik və qeyri-bərabərlik işarəsi 

qoyulmamalıdır.  Əgər  kimlərsə  məsələyə  əvvəlcədən  bu  cür 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

43 


yanaşacaqlarsa,  bu  zaman  müsbət  nəticə  əldə  etmək  də  çətin 

olacaqdır.  Eyni  sözləri,  türklük  və  müasirlik,  islamçılıq  və 

müasirlik anlayışlarına da aid edə bilərik.  

Ola  bilər  ki,  milliliyə,  yaxud  da  müasirliyə  aid  hər 

hansı bir əməl dinlə səsləşməsin. Bu zaman millətin üzvlərinin 

istənilən məsələyə nə qatı millilik (bəzilərinə görə müasirliyin 

ziddinə olaraq) baxımından yanaşması, nə də islamlıqdan çıxış 

etməsinin vacibliyini irəli sürmək doğru deyildir. Ümumiyyət-

lə, millətin üzvləri istənilən məsələyə münasibətdə millillik və 

islamlıq  nəzər  nöqtəsindən  fərqli  yanaşsalar  da,  son  nəticədə 

həm  millətin,  həm  də  dinin  ortaq  çıxarılarına  uyğun  hərəkət 

etməlidirlər.  Ən  azı  ona  görə  ki,  dini  əxlaqi-mənəvi  dəyər 

kimi qəbul edən millət dövlət siyasətində prioritet olaraq milli 

maraqlardan  çıxış  edir.  Din  isə  bu  milli  maraqların  tərkib 

hissəsi  kimi  dövlətin  işinə  qarışmır,  əksinə  lazım  gələn 

anlarda  millilik  ideyasına  dəstək  olur.  Fikrimizcə,  bu  halda 

millilik  müəyyən  mənada,  şərti  olaraq  din  ideyasından  üstün 

mövqe tutur. Əlbəttə, bu çox nisbi bir məsələdir. Ancaq bütün 

hallarda, 

milli 


maraqlar 

baxımından  milliliyin  dinə 

münasibətdə  nisbi  də  olsa,  üstünlüyü  vacib  məsələdir.  Çünki 

əksər millətlərin (fransızlar, ingilislər, türklər, almanlar, ruslar 

və b.) müstəqil varlığında millilik amili əsas götürülür, nəinki 

din faktoru. 

Din  ideyasına  münasibətdə  ikinci  önəmli  məsələ, 

ondan  siyasi  ideologiya  kimi  istifadə  olunmasıdır.  Yəni  bəzi 

millətlər,  xüsusilə  İslam  Şərqinə  aid  bir  çox  xalqlar  (ərəblər, 

farslar  və  b.)  var  ki,  müstəqil  varlıqlarına  görə,  ilk  növbədə 

din  faktoruna  borcludurlar.  Ancaq  bu  o  demək  deyil  ki,  bu 

ölkələrdə  millilik  faktoru  nəzərə  alınmır.  Sadəcə,  müsəlman 

inanclı bəzi millətlər, o cümlədən ərəblər, farslar və başqaları 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə