İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə14/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   10   11   12   13   14   15   16   17   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

44 



44 

bir çox səbəblərə görə “İslam birliyi” ideyasını dövlətin rəsmi 

ideyası  kimi  qəbul  etsələr  də,  faktiki  olaraq  millilikdən  – 

panərəbizmdən,  panfarsizmdən  çıxış  edirlər.  Ona  görə  də  bu 

ölkələrdə  isə  din  ideyasının  millilikdən  üstünlüyü  nisbi 

xarakter daşıyır. 

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda 

milli  ideya  kimi  dinə  münasibətdə  hər  iki  hal  özünü  büruzə 

vermişdir.  Əgər  nəzərə  alsaq  ki,  islamçılıq  bir  ideoloji  təlim 

kimi XIX əsrin sonlarında bütün İslam-Türk dünyasında geniş 

yayılmışdı,  artıq  bütün  əksər  türklər  kimi  VII-VIII  əsrlərdən 

etibarən  İslam  dininə  tapınan  Azərbaycan  türklərinin  də 

həyatında  onun  əhəmiyyəti  başa  düşüləndir.  Başqa  sözlə, 

islamçılıq həm Azərbaycan xalqının VII əsrdən bəri tapındığı 

bir  dinin  əxlaqi-mənəvi  təzahürü  kimi,  həm  də  yeni  dövrlə 

çulğalaşmaq istəyən bir fikir cərəyanı olaraq Azərbaycan türk 

mütəfəkkirləri  üçün  doğma  olmuşdur.  Xüsusilə,  İslam  dininə 

tapınan  bütün  türklər  kimi  Azərbaycan  türklərinin  zaman-

zaman  milli  kimliklərini  «müsəlman»  olaraq  görmələri,  milli 

və  dini  keyfiyyətlərini  son  dərəcədə  bir-biri  ilə 

çulğalaşdırmaları  islamçılığın  Azərbaycanda  yer  tapmasında 

mühüm  rol  oynamışdır.  Bu  baxımdan  Milli  Azadlıq 

Hərəkatının  inkişafında  yeni  bir  dönəmə  daxil  olan 

Azərbaycan türklərinin, onların aydınlarının əksəriyyətinin də, 

ilk olaraq “İslam birliyi” ideyasına müraciət etmələri təbii idi. 

Bu  mənada  M.Ə.Rəsulzadə  doğru  yazırdı  ki,  Azərbaycan 

türkləri  arasında  başlanğıcda  milli  oyanış  dini  çərçivədə 

olmuş,  dinin  elmə  zidd  olmaması  kimi  mülahizələr  irəli 

sürülmüş, bu mənada, XIX  əsrdə Qafqaz türkləri milli varlıq 

kimi  özünü  hələ  göstərə  bilməmiş,  daha  çox  ümmətçilik 

mənasında din və məzhəbçiliyə meyil etmişdir [189, 42].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

45 


XX  əsrin  əvvəllərində  islamçılığı  («İttihadi-islam»ı) 

təbliğ  edən  bütün  qüvvələrin  hamısı  Qərb  və  Sovet  ədəbiy-

yatında  «panislamistlər» adlandırılmış və bu dini-siyasi təlim 

«panislamizm»  kimi  qələmə  verilmişdir.  Xüsusilə,  Sovet 

ədəbiyyatında 

Azərbaycan 

milli 

burjuaziyasının 



ideologiyasına 

mürtəce 


dini-siyasi 

təlim 


olan 

«panislamizm»in 

təsirindən 

bəhs 


olunmuşdu. 

Sovet 


müəllifləri  iddia  edirdilər  ki,  panislamistlər  «İttihadi-islam» 

proqramını  həyata  keçirmək  üçün    feodal  keçmişi,  köhnəliyi 

və  patriarxal  həyat  tərzini  ideallaşdırmış,  müsəlmanları 

keçmiş birliyə qayıtmağa çağırmış, bu yolda İslamı müsəlman 

xalqının  dirçəlməsi  və  yeniləşməsi  üçün  yeganə  vasitə  hesab 

etmişlər. Guya, sultan Türkiyəsində  yaranmış  «panislamizm» 

İslam dininə itaət edən bütün xalqları vahid müsəlman dövləti 

halında  birləşdirməyi  təbliğ  etmişdir  [27,  40;  157,  112;  125, 

61]. 

Fikrimizcə,  SSRİ  ədəbiyyatında  «İttihadi-İslam»  və 

«panislamizm»  anlayışlarına  yalnız  mürtəce  məna  verilərək, 

onun  mütərəqqi  mahiyyətinin  gizlədilməsi  Qədim  Mustafa-

yevin  «XX  əsrin  əvvəllərində  Azərbaycanda  islam 

ideologiyası  və  onun  tənqidi»  əsərində  qismən  etiraf 

edilmişdi. O qeyd edirdi ki, «İttihadi-İslam» ideyasının yalnız 

«panislamizm»  adı  altında  qələmə  verilərək,  burada  əsas 

məqsədin  «ümumdünya  müsəlman  siyasi  birliyi»nin, 

«xilafət»in  yaradılmasının  olması  ilə  bağlı  müddəalar  heç  də 

həqiqətə  uyğun  deyil:  «Cəmaləddin  Əfqaninin  «İttihadi-

İslam»ı daha geniş mənaya malik olub, dini-əxlaqi və ictimai-

siyasi  məzmun  kəsb  edən  bir  təlim  olmuşdur.  Buna  görə  də 

panislamizmi iki mənada sözün geniş mənasında – əfqanilərin 

irəli  sürdükləri  dini-əxlaqi,  ictimai-siyasi  təlim  və  hərəkat 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

46 



46 

mənasında və dar mənada – yalnız siyasi məqsədlər güdmək, 

«xristian  dünyasına  qarşı  qüdrətli  vahid  «ümumdünya 

müsəlman  dövləti»  yaratmaq,  ümumdünya  müsəlmanlarını 

vahid  siyasi  mərkəzdə  (xilafətdə)  birləşdirmək  mənasında, 

yəni  dini-siyasi  ideologiya  və  hərəkat  mənasında  anlamaq 

olar» [159, 143].  Doğrudan da, islamçılığın dini-əxlaqi təlim 

kimi konsepsiyasını yaradan C.Əfqani öz xələflərinə demişdir 

ki, nəhəng bir vücud olan İslam dini ağır «xəstə»dir [30, 332], 

belə  bir  vəziyyətdə  olan  müsəlman  dünyasının  xilası  ilkin 

İslamı  mənimsəmək  və  əməl  etməklə  yanaşı,  milli  mədəniy-

yətlərinə sahib çıxmaları, həmçinin milli varlıqlarını qoruyub 

saxlamalarıdır.  Çünki  milliyyət  din  üzərində  deyil,  dil  və 

mədəniyyət  birliyi  üzərində  qurulur.  Bu  mənada,  milli 

diriliyin təməlini milli mədəniyyətin ünsürləri təşkil edir [154, 

51-52].  

Əfqani  və  onun  ardıcıllarının  –  müsəlman  burjua 

ziyalılarının,  İslamın  müasirləşdirilməsi  tərəfdarlarının 

«İttihadi-İslam»ı  daha  çox  antiimperialist,  ümumdemokratik 

məzmun  ifadə  etmişdir  deyən  Q.Mustafayev  bununla  yanaşı 

yazırdı ki, sovet müəlliflərinin əsərlərində  «İttihadi-İslam» və 

«panislamizm»  anlayışları  ikinci  –  dini-siyasi  ideologiya 

mənasında işlənmişdir və işlənməkdədir.  Buna  əsas səbəb də 

«İttihadi-İslam»ın  milli-dini  birlik  mahiyyətinin  sosial-de-

mokrat, sosializm əqidəsi ilə ziddiyyət təşkil etməsi olub [159, 

144].  Deməli,  SSRİ  dövrünün  müəllifləri  «İttihadi-İslam» 

məsələsində  mütərəqqi  ruhlu  islamçılarla  mühafizəkarları 

qəsdən  bir-birindən  ayırmamış  və  bununla  da,  bütövlükdə 

islamçılığı  mürtəce  bir  dini-siyasi  ideologiya  kimi  qələmə 

vermişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə