www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
230
230
moizədən sonra yenə də həyətimizə ilk kirayənişinin
gəlməyi ilə başladığım söhbəti davam edirəm.
Mirsəftər nənəmin toyuqlarıyla bir evdə yaşamaq
əzabından qurtulandan sonra bizimkilərin çoxuna elə
gəldi ki, artıq bütün işlər yoluna qoyulub, bundan sonra
həyətdə daha heç bir narazıçılıq olmayacaq, əvvəlki
kimi İdilliya hökm sürəcək. Əsas məsələ nənəmi
sakitləşdirmək, onun narazılığını aradan qaldırmaq idi
ki, buna da nail olunmuşdu.
Əfsus ki, belə olmadı, arvadın ilkin aqressivliyi
naməlum səbəblərdən bibimə keçdi və o vaxtacan tıxsız
balıq kimi tanınan bu on səkkiz yaşlı qızın tamam üzü
döndü. Onun davranışındakı bu dəyişiklik məncə
onunla bağlıydı ki, o vaxtkı Bakının tipik ev qızlarından
olan bibim həmişə böyüklərin iradəsinə tabe olmağa
öyrəşsə də, məhz bu halda, ailədəki kişilərin nənəmin
rəyilə hesablaşmadan, həyətə rayonlu kirayənişin
buraxmaqları və nənəmin bununla barışmağa məcbur
olmağı ona yaman pis təsir eləmişdi, içində belə bir hiss
yaranmışdı ki, qardaşları onu və analarını bu rayonlu
dostlarına dəyişiblər, müəyyən mənada, xəyanət ediblər
onlara, satqın çıxıblar.
Bu səbəbdən də bibim təxminən belə düşünürdü
ki, bu ekspansiyaya müqavimət göstərmək istəyirsə
yalnız və yalnız öz gücünə etibar etməlidir. Nə xain
qardaşlardan, nə ağsaqqal atadan, nə də artıq ümidini
itirmiş qoca anadan ona kömək olmayacaq, neyləsə
yalnız özü edəcək.
Beləliklə, qız bütün işini-gücünü atıb başladı
Mirsəftəri, onun arvadını, uşaqlarını güdməyə, hər
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
231
231
231
hərəkətlərinə qulp qoymağa, qaşınmayan yerdən qan
çıxartmağa, bir sözlə, bakılılar demişkən baldızlıq
eləməyə. Atamla əmim onu sakitləşdirməyə çox cəhd
eləsələr də, bu qəfil aqressivliyin qarşısını ala
bilmirdilər. Həm də Mirsəftərgilin davranışında
həqiqətən də şəhər tərzi-həyatına uyğun gəlməyən
detallar çox idi ki, bibim də bunları əsas gətirib öz
hirsini, qəzəbini atamın, əmimin üstünə tökürdü, bütün
günahları yalnız onlarda görürdü.
-Qışqıra-qışqıra danışıllar evdə. Elə bil çöllü-
biyabandadılar, səsdəri evin içindədi. – Bibim
dediklərini sübut etməkçün atamı yuxarı otağa dartır,
çöl
qapını
bağlayır.
Doğrudan
da
aşağıdakı
kirayənişinlərin səsindən burada oturmaq olmur, kiçik
bir otağın içində olsalar da elə biri-biriylə danışırlar ki,
elə bil aralarında əlli metr məsafə var və səslərinin
tonunu alsalar heç nə eşitməyəcəklər. – Görürsən? –
Bibim Ərəbzəngi kimi əllərini belinə qoyur. - Baş
qulağım gedir səsdərinnən. Düş, bir kəlmə de ki, evdə
adam kimi danışsınnar, xoruz kimi bannamasınnar.
Heyvan döyüllər.
Atam əvvəlcə bacısını sakitləşdirməyə çalışır:
– Fikir vermə, kənd yerinnən gəliblər, elə
öyrəşiblər. Orda evlər, həyətdər yekədi, məcburdular
bərkdən danışmağa.
– Mən neyniyim olarçün? Bəlkə pambıq
soxmalıyam qulaqlarıma? Bura gəliblər, cannarı çıxsın
öyrənsinnər bizim qayda qanunnarı. – Atamın tərəddüd
keçirdiyni görən bibim bir az da qızışır. – Mənə bax,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
232
232
əgər düşüb diməsən, özüm düşəcəm, bir-iki kəlmə elə
söz diyəcəm ki, birdəfəlik dərs olsun.
Atam azca sərt səslə onun bu niyyətinin qarşısını
alır:
– Yaxşı, yekə-yekə danışma, özüm Mirsəftəri
çağırıb başa salaram, elə diyərəm ki, xətrinə deyməsin.
Onsuz da qərib adamdular burda, sıxılıllar, özdərini yad
kimi hiss eliyillər, istəmirəm təzədən sıxım oları.
– Nöşün e. – Bibim qardaşının yumşaqlığını
qorxaqlıq kimi başa düşür - nədi, qorxursan o
düdükdən? Odey, qonşumuz Xanımcan arvad da iki
dənə tələbə buraxıb həyətinə. İt kimi qorxullar onnan.
Heç səsdəri də çıxmır. Bir şey olan kimi də arvad
ağzınnan çıxanı diyir olara.
Atam qaşqabağını salladır:
– Sən məni Xanımcana tay tutursan?
– Tay tutmuram, amma mən sakittiy istiyirəm
həyətdə. Bular gələnnən nə mənim, nə də arvadın
rahattığı yoxdu. O yazıq day səsini çıxartmır, xəcalət
çəkir, abır-həyasına sıxılıb oturub. Siz bütün günü işdə
olursuz, hər şeyi görmürsüz, bular gah radionu
qışqırdıllar, gah özdəri qışqırıllar, uşaqları da ki, vəhşi
kimi şeydilər, o gün də arvadın qapısındakı gül
dibçeylərindən birini vurub sındırıblar. Həm də
ayaqyoludan çıxanda dallarıyca su tökmüllər. İndi
diyirsən danışmıyım ki, nə var-nə var kişinin oğlu
qəribdi, xətrinə deyər, inciyər?
– Eybi yox, öyrəşəllər. - Atam bacısını
sakitləşdirməkçün ayrı söz tapmır.
Dostları ilə paylaş: |