İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə60/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
224 
224 
ürəyində elə özünün yaratdığı gözəl xəyalları kökündən 
baltalayır. 
–  Aa,  yox  e.  Bişirib  yeməy  olmaz  bunu.  Axı  o 
andıra  qalmış  siçovulun  dişi  deyib  buna.  Allah 
eləməsün, min cür xəstəlik keçər sizə. 
Əmim  çaşır,  bilmir  toyuğu  Mirsəftərə  versin, 
yoxsa zibil qabına tullasın. Bir müddət yerində quruyub 
qalandan sonra başa düşür ki, arvad onları  iki tərəfdən 
sıxıb.  Toyuğu  tullamağa  əmimin,  həqiqətən  də  heyfi 
gəlirdi,  amma  əgər  onu  bişirib  yesəydilər,  onda  özləri 
etiraf etmiş olardılar ki, toyuqa siçovul dişi dəyməyib. 
Əmim  başa  düşür  ki,  arvad  bu  sözü  ilə  nəinki 
bunun,  hətta  artıq  ölümə  məhkum  olunmuş  o  biri 
toyuqların  da  çığırtmaya  dönmək  planının  üstündən 
xətt çəkmiş olur. Bunu arvadın özü də çox gözəl anlayır, 
elə bil öz toyuğunun qisasını alır və oğlanlarıyla onların 
dostunun  çaşqınlığını  ləzzətlə  seyr  edib  özündən  razı 
halda otağına daxil olur...  
 
Beləliklə,  bu  toyuq  əhvalatı  gözlənilməz  olsa  da, 
çox sakit bir sonluqla başa çatır. Ancaq yox, səhv dedim, 
hələ  başa  çatmır,  sonrakı  bir  ay  ərzində  kiçik  əmimin 
səyləri 
nəticəsində 
Mirsəftərin 
qaldığı 
evin 
şüşəbəndindəki  o  biri  toyuqlar  da  bir-bir  dünyasını 
dəyişirlər, günahkar isə, təbii ki, yenə də siçovullar elan 
edilir. 
Əmimin  fikri  düz  çıxır,  həqiqətən  də  nənəm 
təzədən  cücə  alıb  böyütmək  fikrindən  vaz  keçir, 
şüşəbəndin  başında  qurulmuş  «mini»  tövlə  ləğv  edilir 
və bütün ev Mirsəftərin ixtiyarına verilir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
225 
225 
225 
Bu  yerdə  bəzi  oxucular  (əlbəttə,  əgər  bu  yazını 
oxuyan  varsa)  deyə  bilər  ki,  bəs,  sən  bakılı-qeyri  bakılı 
konfliklərindən  danışırdın,  ancaq  sizin  həyətdə  ki,  elə 
bir  maraqlı  şey  olmadı,  bircə  nənən  az-maz  narazılıq 
bildirdi,  o  da  öz  oğlanlarının  təzyiqini  görüb  güzəştə 
getməli oldu. Bəs konflikt hanı? Heç konfliktsiz də əsər 
olar? 
Düzdü, konfliktsiz əsər olmur. Lakin neyləyim ki, 
məhz  bizim  ailədə  bakılı-qeyri  bakılı  kontaktları  bir  o 
qədər də güclü partlayışlar yaratmadı, çünki həyətimizə 
gələn  kirayənişin  yad  adam  deyildi,  əvvəl  qeyd 
elədiyim kimi atamın iş yoldaşıydı, qabaqlar da bizə çox 
gəlib-getmişdi,  bizimkilər  də  ona  elə  qohum  kimi 
baxırdılar.  
Lakin  çox  əfsuslar  olsun  ki,  mənim  danışdığıma 
oxşar  hadisələr  çox  nadir  hallarda  baş  verirdi.  Əksərən 
isə o vaxtlar, bakılı və qeyri-bakılılar arasında çox böyük 
narazılıqlar  olurdu,  bunun  da  səbəbini  şəxsən  mən  çox 
adi  bir  şeydə  görürdüm,  yəni  şəhər  və  kəndin  coğrafi 
şərait fərqində. Kənddən gələn həmvətənlərimizin çoxu 
heç  cür  dərk  etmək  istəmirdilər  ki,  şəhərdə  kənddəki 
kimi  yaşamaq  olmaz,  burada  hər  şey  başqa  cürdür, 
bizimkilər isə heç cür anlamaq istəmirdilər ki, kənddən 
gələn  adamların  davranışında  şəhər  camaatının 
bəyənmədiyi 
hansısa 
cəhətlər 
heç 
də 
onların 
qanmazlığının  nişanəsi  deyil,  sadəcə  kənd  mühitinə 
öyrəşdiklərindəndi, şəhərə adaptasiya olmaqları üçünsə 
bir azca vaxt lazımdı. 
Bəli,  nə  bakılılar,  nə  də  qeyri-bakılılar  təəssüf  ki, 
bütün  bunların  fərqinə  varmırdılar,  beləliklə,  hər  iki 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
226 
226 
qövmün ürəyində əks tərəfə qarşı bəzən açıq, bəzən  də 
gizli nifrət, qəzəb hissləri yaranırdı. 
O  biri  tərəfdən  baxanda,  bəlkə  bu  da  təbii  bir 
hadisədir,  burda  qeyri-adi  heç  nə  yoxdur.    Çünki  
allahın  bəşər  zatında  yerləşdirdiyi  hisslərin  içində  ən 
böyük  təsir  gücünə  malik  olanları  da  elə  qəzəb  ilə 
nifrətdir və məncə, hər bir etnosun passionarlığının əsas 
qida mənbəyi məhz bu iki hissdir. İnsanın kiməsə nifrət 
etməsi,  kiməsə  qəzəblənməsi  adi  haldır,  qandakı 
biokimyavi  enerji  (başqa  dillə  desək,  adrenalin)  nə 
yollasa  zahirə  çıxmalıdır.  Qəzəb  və  nifrət  obyektinin 
seçimi  isə  tarixi-ictimai  şəraitdən  asılıdır,  yəni  nisbidir. 
Tutaq ki, Bakıya yüz, iki yüz il ərzində kənardan heç bir 
axın  olmayıb.  Məgər  onda  bakılılar  heç  kimə  nifrət 
etməyəcəkdilər? 
Yaxud 
heç 
kimə 
qəzəb 
bəsləməyəcəkdilər?    Hansısa  bir  icma  qapalı  şəraitdə 
yaşayırsa,  onda  bu  hisslər  özününkülərə  qarşı  yönəlir, 
elə  necə  ki,  yönəlirdi  də.  Bunu  Bakı  kəndlərinin 
timsalında  bariz  şəkildə  görmək  olar.  Bakının  özünə 
binayi-qədimdən  müxtəlif  insan  axınları  olsa  da, 
Abşeron  kəndləri,  ta  müstəqillik  dövrünə  qədər  bu 
axınlardan  müəyyən  mənada,  kənarda  qalırdılar  və 
demək olar ki, qapalı mühitdə yaşayırdılar. Onunçün də 
qeyd etdiyim qəzəb və nifrət hissləri özününkülərə qarşı 
yönəlmiş 
olurdu. 

Məsəlçün, 
Maştağalılar 
Nardaranlılarla  yola  getmirdi,  Zirəlilər  Türkanlılarla 
didişirdi və s. Hətta kəndlərin öz içində müxtəlif nəsillər 
biri-birinə düşmən kəsilirdi. 
Eyni  proseslər  elə  əyalətlərdə  də  mövcud  idi  və 
Bakıya  axın  başlananda  bu  nifrət,  qəzəb  hissləri  sadəcə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə