www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
227
227
227
istiqamətini dəyişdilər. Bakılılar rayondan gələnlərdə
bəyənmədiyi hansısa keyfiyyətləri tapıb qabartmağa,
rayon əhli isə bakılıların zay xasiyyətlərini şişirtməyə
başladılar və bu üsulla öz nifrətlərinə, qəzəblərinə haqq
qazandırmış oldular.
Belə kontaklar zamanı ya gələnlər düşdüyü yerin
mühitində əriyirlər, ya da düşdükləri mühiti öz
içərilərində əridirlər. Bu zaman son nəticə hansı qrupun
daha çox passionarlığa malik olmasından asılıdır, yəni
«Cəngəllik qanunu»na uyğun olaraq təbii seçim gedir;
qaliblər yaşamaq hüququ əldə edir, məğlublar isə hər
şeydən məhrum olur. Müəyyən mənada, buna ölüm-
dirim mübarizəsi kimi də baxmaq olar. Fərq ondadır ki,
bu mübarizə zamanı məhv olan insanlar yox, onların öz
içində daşıdığı hansısa stereotiplər, komplekslər,
normalar olur.
Konkret olaraq bakılı və qeyri-bakılı kontaklarına
da məhz bu müstəvidən yanaşıb aradakı konfliktləri
təbii qəbul etmək lazımdır və etiraf edim ki, bakılılar bu
mübarizədə əvvəlcədən məğlubiyyətə məhkum idilər.
Çünki son yüz il ərzində Bakı şəhəri inkişaf etdikcə
bakılıların passionarlıq dərəcəsi kəskin surətdə aşağı
düşmüşdü və camaatımızın şüurunda durğunluğun
əlamətləri açıq şəkildə özünü büruzə verirdi. Paytaxt
şəhəri üçün dövlət tərəfindən yaradılan hər cür şərait -
evlərdəki
kommunal
rahatlıq,
orta,
ali
təhsil
müəssisələrinin lap yaxında olmağı, külli miqdarda iş
yerləri, möhtəşəm mədəniyyət, istirahət ocaqları, bir
sözlə, həyatda nəyəsə nail olmaq və rahat yaşamaqçün
bir o qədər də böyük zəhmətə, əziyyətə ehtiyacın
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
228
228
qalmaması - bütün bu faktorlar bakılılarda həyat
uğrunda mübarizə əzmini öldürüb tənbəlləşdirdiyindən
onların daha aktiv, daha enerjili qruplar tərəfindən
həzm olunmaları labüd idi.
İndi isə əyalət adamlarının psixoloji durumuna
nəzər salaq. Ən əvvəl onu qeyd edim ki, burada da təbii
seçimsiz ötüşmədi, yəni rayondan Bakıya passiv, tənbəl
adamlar yox (passiv olanlar paytaxta gəlib hər şeyi
sıfırdan başlamaqdansa, rayonda qalıb mövcud şəraitlə
qane olurdular), məhz yüksək passionarlığa, mübarizə
əzminə, tükənməz daxili enerjiyə malik adamlar gəldi.
Həyatda özünü təsdiq etməyə olan hədsiz həvəs,
inadkarlıq,
zəhmətkeşlik,
dözüm,
səbr
–
bu
xüsusiyyətlər ötən əsrin altmışıncı illərində paytaxta
gələn əyalət adamlarının böyük hissəsində müşahidə
olunan xüsusiyyətlər idi və əgər belə olmasaydı yamaqlı
şalvarda Bakıya gəlib ölüm-zülümlə ali məktəbə daxil
olan, yeri gələndə günlərlə ac qalan, şəhərdə evi-eşiyi
olmayan, müxtəlif çətinliklərlə üzləşən bu adamlar beş-
on ildən sonra cəmiyyətdə özlərinə yer edib mənsəb,
hörmət sahibi olmazdılar.
Yazımın bu yerində adıçəkilən qruplar arasındakı
konfliktlərin bir səbəbini də açıqlamaq istərdim.
Məlumdur ki, insan başqasının ondan nədəsə üstün
olduğunu çox çətinliklə qəbul edir, qıcıqlanır, əsəbləşir,
həsəd aparır, paxıllıq edir, qeyri-ixtiyari içində həmin
adama nifrət yaranır. Bakılılarla qeyri-bakılılar arasında
da eyni münasibətlər müşahidə olunurdu - əyalət
adamları bakılıların paytaxtdakı şəraitinə, rahat,
əziyyətsiz həyatına, müasir düşüncəsinə gizli şəkildə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
229
229
229
həsəd aparır, qibtə edir, bakılılar isə zahirən hiss
etdirməsələr də rayondan gələnlərin elmə, təhsilə olan
həvəsinə,
zəhmətkeşliyinə,
inadkarlığına
paxıllıq
edirdilər. Təbii ki, belə olan halda hər iki tərəf öz xəyali
üstünlüyünü gözə çarpdırmaqla ruhani rahatlıq
tapmağa çalışırdı və bu da dediyim kimi, arzuolunmaz
konfliklərlə nəticələnirdi.
Amma bir şey də var ki, bütün bu danışdıqlarım
yalnız insan ağlına təsir edə bilər, hissiyyat isə tamam
başqa qanunlarla yaşayır. Əslində, mənim izahatlarım
heç nəyi dəyişməyəcək, həm bakılıların, həm də qeyri-
bakılıların qarşılıqlı münasibətləri elə əvvəlki kimi
qalacaq, nifrət edən yenə də nifrət edəcək, kin saxlayan
yenə də kin saxlayacaq, çünki Allah insanı belə yaradıb
və qiyamətəcən də belə qalacağıq. Beləliklə, mənim
allahlıq iddiasına düşən bəzi başdanxarab dahilərimiz
kimi bir-iki cızma qara ilə nə dünyanı, nə də insanları
dəyişmək niyyətim də yoxdur, oxuculara ağıl öyrətmək
fikrindən də uzağam (əmim demişkən, mənim elə
özümə ağıl öyrədən lazımdır). Əsas məqsədim isə həm
bizim camaatın, həm də əyalətdən gələnlərin qarşılıqlı
narazılıqlarının zahiri, bəli, məhz zahiri səbəblərinin
bəziləri barədə danışmaqdır, çünki bütün mövcudatın
daxili bircə Allahın hökmündədi, bizsə yalnız zahiri
əlamətləri araşdıra bilərik. Bunun üçünsə yenə konkret
hadisələrə, konfliktlərə keçməliyik ki, kimin hansı halda
daha çox haqlı olduğuna araşdıraq. Konkret hadisə
deyəndə mən əlbəttə ki, öz ailəmizlə bağlı olan
hadisələri nəzərdə tuturam və uzun, darıxdırıcı
Dostları ilə paylaş: |