İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə71/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
258 
258 
suyun altında qalır, bir qismi şorannaşır, bir qismini də 
qəmiş basır.  
Əvvəlki  əkin  torpaqlarınnan  cəmisi  beşdən  biri 
qalır  camaata,  qalan  hamısı  xəlqin  əlindən  çıxır.  Əkin-
tikin  azalır,  kənd  əhlinin  güzaranı  korranır,  axırda 
camaat  əlacsız  qalıb  üzünü  yaxınlaşmaqda  olan  dənizə 
tutur,  kişilərin  çoxu  külfəti  saxlamaqçün  öz  pişələrini 
dəyişib  keçirlər  balıqçılıqa,  hərəsi  ordan-burdan  sınıq-
salxaq  bir  lödkə  tapıb  yay-qış,  küleydə  də,  tufanda  da, 
soyuqda da ruzi dalıyca dənizə çıxıllar. Onu gedir, beşi 
qayıdır.  Beşi  gedir,  üçü  qayıdır.  Bu  minvalnan  kəndin 
kişiləri day yorğan-döşeydə əcələ can vermeyi yığışdırıb 
qoyullar  bir  qırağa.  Dəniz  özü  dönüb  olur  yekə  bir 
Əzrayıl, xəzrinin köməgiynən kişiləri bala-bala dənniyir 
özüyçün, heç meyitdərini də dala qeytərmir. Hə, seyidin  
sözü  gəlib  öz  yerini  alır,  qəbirlər  meyit  üzünə  həsrət 
qalıllar,  təzə  qəbirsannıq  da  böyümür,  elə  balaca  qalır, 
day ölülər bu dünyadakıların yerini dar eləmir. Dənizdə 
batan  əmvatını  yad  eləmey  istiyənlər  də,  ya  gün 
təpəsinə  döyə-döyə,  ya  xəzrinin  qabağında  soyuqdan 
əsə-əsə  gedib  dəniz  qırağında  qumun  üstündə  oturub 
bir  dənə  yasin  oxuyullar,  fatihə  verillər,  yavaş-yavaş 
çıxıb gəlirlər evlərinə< 
 
 
 
Durmuşam sahildə tənha, bir dənizdir, bir də 
mən, 
 
Gözdən  itmiş  sanki  dünya,  bir  dənizdir,  bir 
də mən. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
259 
259 
259 
 
Vaxt  var  idi  birgə  idik,  sevgilim,  mən  və 
dəniz, 
 
İndi  yox  heyf  ol  dilara,  bir  dənizdir,  bir  də 
mən. 
 
 
Cümlə aşiqlər səni görmək ümidin üzdülər, 
 
Göz  dikən  yoluna  bica  bir  dənizdir,  bir  də 
mən. 
 
 
Axşam 
oldu, 
hamı 
yatdı, 
həsrətindən 
yatmayan, 
 
Görməyən  heç  vaxtı  röya  bir  dənizdir,  bir  də 
mən. 
 
 
Çoxları görcək səni öz eşqin elan eyləyib, 
 
Çağlayan  eşqinlə  amma  bir  dənizdir,  bir  də 
mən.  
 
 
Bir    zaman  Məcnun  idi  divanə,  səhra 
məskəni, 
 
İndi  yox  Məcnun,  nə  səhra,  bir  dənizdir,  bir 
də mən. 
 
 
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma, 
 
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də 
mən. 
                                                   
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
260 
260 
–  Çıxmasınnar  da  dənizə.  Qarın  candan  əzizdi 
məgər?  –  Artıq  oyuna  fasilə  vermiş  Mirsəftərin  sualı  o 
qədər sadəlövh olur ki, babamı gülmək də tutur. 
–  Bəs  neynəsinnər,  ay  rəhmətdiyin  oğlu? 
Ölsünnər acınnan? 
–  Yox,  ölməsinlər,  –  Mirsəftər  təslim  olmur,  - 
köçüb getsinlər başqa yerə.  
– Düz diyirsən.  – Babam təsdiq edir. - Ancaq hər 
adam da öz ev-eşiyini qoyub alayı yerə gedə bilmir axı? 
Qıraqda  üç  gün  qonaq  qalanda,  adamın  burnunun  ucu 
göyniyir  evçün.    O  ki  qaldı  biryolluq  gedməy  ola.  
Məsəlçün mənim atam da sən diyən kimi elədi. Bir dəfə 
dənizdə  möhkəm  tufana  düşür,  lötkə  çövrülür, 
yoldaşdarı  batır.  Ancaq  atam  özünü  suda  saxlıya  bilir. 
Elə suyun içində allaha dua eliyir ki, sağ-salamet qırağa 
çıxım,  bir  də  oğraşam  əgər  dənizə  barmağımı  da 
soxsam. Hə, həmin gecəni səhəreycən atam üzür, ancaq 
gün  çıxana  yaxın  birtəhər  özünü  qırağa  çıxarda  bilir. 
Onnan  sonra  qıraqda  qalan  o  birisi  lötkələrini  də  satır, 
qərdeşiynən  bir  yerdə  gəlir  Bakiyə,  həmin  bu  yerdə 
torpaq alırlar,  ev tikillər, həyət baca düzəldillər, lövbər 
salıllar 
burda. 
Atam 
gedib 
çolaq 
Ağabalanın 
deyirmanında işə düzəlir, əmilərim də gedir Bibiheybət 
mədənnərinə. 
–  Bəs  indi  necə?  Yenə  kənd  camaatı  balıqçılıqla 
məşğul  olur?  -  Mirsəftər  artıq  zəri  bir  qırağa  qoyub 
soruşur. 
–  Yox  əşi.  Əlli-altmış  il  əvvəl  Pirallahıda  nöyüt 
mədənnəri  açılannan  sonra  dənizə  çıxmağa  çox  lüzum 
qalmadı.  Kişilərin  çoxu  getdi  orda  işdəməyə,  kəndin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
261 
261 
261 
qəbirsannığı  da  düzəldi,  day  qəbirlər  də  meyitə  həsrət 
qalmadılar. İndi kətdə cəmisi beş-on nəfər balıqa çıxır. O 
da, hərdən-bir.  
Araya  Bakı  gilavarı  kimi  isti  bir  sükut  çökür, 
yalnız  indi  hər  iki  oyunçunun  -  həm  babamın,  həm  də 
kirayənişinimiz  Mirsəftərin  yadına  düşür  ki,  hələ  tası 
başa vurmayıblar. Deyəsən, zəri axırıncı kimin atdığı da 
yaddan  çıxmışdı.  Onunçün  də,  babam  nərdtaxtanı 
hələlik bağlayır, başını geri çevirib nənəmi çağırır. 
– Sonaxanım, ay Sonaxanım. 
Nənəm xırda pəncərədən başını çıxardır. 
– Nə var? 
–  O  gün  kətdən  pişrast  qarpuz  götürmüşdim  a, 
onnardan  birini kesib göndər bura. Lap ciyərim yandı.  
–  Mənim  əllərim  xəmirlidü.  Uşaqlar  da,  yoxdu. 
Gəl özün seç, götür.- nənəmin səsi eşidilir. 
Babam  başını  yellədib  dodaqaltı  mızıldanır;  «Bu 
köpey  uşaqları  da  evdə  ramazannan  ramazana 
tapılıllar», sonra da ayaqa qalxıb evə keçir və bir o qədər 
keçmir ki, əlində orta ölçülü bir qarpız, iri dəmir  sini  və 
uzun  bir  bıçaq  geri  dönür.  Nərdtaxtanı  enli  stolun  bir 
kənarına  itələyib  qarpızı  sininin  üstünə  qoyur,  sonra 
üzünü  stulda  külək  döyən  qamış  kimi  yellənən 
kirayənişinə çevirir: 
– Süzün rayonda da qarpuz əkillər? 
–  Yox,  bizdə  kartof-soğan  çox  olur.  Qarpızı 
Sabirabaddan gətirirlər. 
–  Eh,  -  babam  ağzını  büzüb  əllərini  yellədir.  – 
Sabirabadda  qarpuza  su  verillər.  Dadı  qaçır.  Bizim 
kətdərdə  qarpuz  yemişi  dəniz  qırağında  əkillər,  day  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə