International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə458/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   454   455   456   457   458   459   460   461   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1712

  

27-28 April 2018, Baku, Azerbaijan

 

güclü  hökümdar  Səfəviyyə  təriqətini  bölgədəki  təsirinin  fərqindəydi  və  təriqət  şeyxlərini  öz  tərəfinə 

çəkərək bu gücdən istifadə etməyə çalışırdı. Dövrün güclü hökmdarlarından bir çoxu isə Səfəvi şeyxləri ilə 

üzun  müddət  mübarizə  aparsa  da,  onların  dövlət  qurmaq  yolunda  ilərləməsinə  mane  ola  bilmədilər. 

Şeyxlərin başlamış olduqları bu uzun və çətin yolun sonunda Səfəvilər dövləti quruldu. 

ƏDƏBIYYAT 

1.

 



Aşik Paşazade. Osmanoğullarının tarihi. hazırlayan: Kemal Yavuz, Yekta Saraç.İstanbul: “MAS matbaacılık, 2003, 615 s. 

2.

 



Ayasofya kütübhanesi.Mühimat belgeleri. BOA.XXVII.sıra nöm:957 

3.

 



Ayhan Ürkündağ. Ahmet Dürri Efendinin İran Seyahetnamesi. Afyon, 2006. 140s. 

4.

 



Faruk Sümer. Safevi devletinin kuruluşu və gelişiminde Anadolu türklerinin rolu.Ankara: “ Güven matbaası”, 1976, 265 s. 

5.

 



Feridun M. Emecen. Osmanlı Devleti’nin Sark Meselesi’nin Ortaya Çıkısı ve ilk Münasebetler ve iç Yansımalar. Tarihten 

Günümüze Türk-İran iliskileri Sempozyumu. Ankara, 2003. s 40-52. 

6.

 

Gölpınarlı Abdulbaki. “Kızılbaş”. İslam Ansklopedisi,İstanbul, 1991, numara VI,sayfa 789. 



7.

 

İsmail AKA. Anadolu’dan İran’a Göçler, Tarihten Günümüze Türk-İran İliskileri Sempozyumu.Ankara, 2003, s. 54-63  



8.

 

Mustafa Ekinci, Anadolu Aleviliği’nin Tarihsel Arka Planı, İstanbul: Beyan yayınları, 2002 , 232 s. 



9.

 

Müneccimbaşı Dede Derviş Ahmed. Sahaif- ül- Ahbar. cilt III. Türkceleşdiren: İsmayıl Erünsal. İstanbul, 1869, s 286.  



10.

 

Oktay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: “Azərnəşr”,1993, 299 s.  



11.

 

Ömər Faruk Təbər. XVI yüzyılda Kızılbaçlık farklılaşması. Ankara, 2005, 210s.  



12.

 

Salih Aliyev. "Erdebil". İslam Ansklopedisi,İstanbul, 1991, numara XI, s. 277. 



13.

 

Tadhkirat al-Muluk. (Ed. Minorsky), London, 1943. repress, Cambridge, 1980.543 p. 



14.

 

Walther Hinz. Uzun Hasan ve Şeyh Cüneyd. Çeviren Tevfik Bıyıklıoğlu. Ankara, Türk Tarih Kurumu Yayınları, 1992, 176 s. 



 

 

 



FRANSA İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDƏ 

 

Şəfa ƏBDÜRRƏHIMOVA 

Azərbaycan Dillər Universiteti 

chafouniya85@yahoo.fr 

 

 

1936-cı ilin əvvəllərində Fransa kapitalizm mərhələsini yaşayırdı. Totalitarizmin hökm sürdüyü İtaliya 



və xüsusilə Almaniya qüvvələrini birləşdirərək Versal sistemini dağıtmağı  və  Avropada dominantlığı  ələ 

keçirməyi qərara almışdılar. İkinci dünya müharibəsinə aparıb çıxaracaq bu yeni təhlükələrlə üz-üzə qalan 

Fransa çətin vəziyyətdə idi, belə ki, ölkədə ciddi iqtisadi problemlər, fikir ayrılıqları, rejimin böhranına yol 

açan uzun sürən siyasi qeyri-stabillik hökm sürürdü. 

Yanvarın  22-si  radikalların  artan  təzyiqləri  qarşısında  Şuranın  prezidenti  Pier  Laval  nəticədə  istefa 

verir. Mətbuat qarşısında o, özünü hər şeydən razıymış göstərdi: “Düşünürəm ki, mən öz vəzifəmi yerinə 

yetirdim.  Bütün  sahələrdə  götürülmüş  ölçülər  öz  bəhrəsini  verməyə  başlayır  və  iqtisadi  fəaliyyətin 

bərpasını göstərən əlamətlər artır.” 

Bu, çox qəribə bir məmnuniyyət idi. Halbuki Lavalın həyata keçirdiyi deflyasiya siyasəti məmurların 

narazı qalması və işçilərin əmək haqlarının 10% aşağı düşməsi ilə nəticələnmişdi. Bütün iqtisadi sahələr 

uzun  sürən  böhranın  qurbanına  çevrilmişdi.  Sənaye  məhsullarının  istehsalı  30%-dən  çox  aşağı  düşmüş, 

qiymətlər  20%  yuxarı  qalxmışdı  ki,  bu  da  əsasən  tacirlər  və  fermerlərə  öz  təsirini  göstərirdi.  Beləliklə, 

50 000 yardıma ehtiyacı olan işsiz var idi. 

Ölkənin xarici siyasəti də bir o qədər yaxşı vəziyyətdə deyildi. Fransanın mövqeyi zəifləməkdə davam 

edirdi. 1935-ci ilin yanvarında Saar plebisiti Hitler üçün böyük müvəffəqiyyətlə nəticələndi. Bu qələbədən 

güclənən və tərk-silah konfransının uğursuzluğundan istifadə edən Fürer martın 16-sı Almaniyanın yenidən 

silahlanmasını elan edə bildi. Belə ki, o, icbari hərbi xidməti bərpa etdi, 36 diviziyadan ibarət ordu təşkil 

etdi və Luftvaffe döyüş aviasiyası yaratdı. Versal müqaviləsinin əsas zəmanətlərindən birinin ləğvi yalnız 

Fransanın sözdə reaksiyasına və 11-14 aprel tarixlərində Böyük Britaniya və İtaliya ilə birlikdə Avstriyanın 

müstəqilliyini qorumaq məqsədi daşıyan “Stresa konfransı”nda iştirakına sövq etdi. 

Digər dövlətlər də uzun müddətli razılıqlara gəldilər. “Sabitliyin” xoş niyyətinə inanan London rəsmi 

Parislə  məsləhətləşmədən  iyunun  18-i  Berlinlə  dəniz  sazişi  imzalamağa  qərar  verdi.  Sazişə  əsasən  yeni 

alman  donanmasına  Royal  Navy-nin  (Krallıq  Donanması)  tonajının  üçdə  birini  əldə  etməsinə  icazə 

verilirdi.  “Stresa  cəbhəsi”nə  gəlincə  isə  o,  payızdan  etibarən  ləğv  olundu.  Efiopiya  hücumunun  ardınca 

“sanksiyalara”  səs  verilməsi  Mussolininin  qəzəblənməsinə  səbəb  oldu  və  onu  qərb  güc  dövlətləri  ilə 

münasibətləri pozmasına sövq etdi. 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1713

  

27-28 April 2018, Baku, Azerbaijan

 

Nəticədə  1935-ci  ildə  baş  verənlər  qaranlıq  sonluğa  doğru  aparırdı.  Fransa  zəifləyir  və  getdikcə 

proseslərdən  təcrid  olunurdu.  Yeganə  müsbət  tərəf  SSRİ  ilə  hərbi  əhəmiyyətə  malik  müttəfiqliyin 

yaradılması  idi.  Yeni  yaradılmış  kabinetə  gəlincə,  ona  Albert  Sarro  rəhbərlik  edirdi  və  o  isə  vəziyyətin 

düzəldilməsi  yönündə  heç  bir  addım  atmırdı.  Bu,  yalnız  növbəti  ilin  yazı  üçün  ümumi  seçkilərin 

keçirilməsini gözləyən keçid hökuməti idi. 

1936-cı  ilin  ilk  ayları  heç  də  yaxşı  əlamətlərlə  yadda  qalmadı.  Almaniya  üçün  mühasirə  təhlükəsi 

yaradan  fransız-sovet  paktının  ratifikasiyasından  ehtiyatlanan  Hitler  martın  7-si  Reynin  yenidən 

hərbiləşdirilməsinə davam etmək qərarına gəldi. 

Səhər  əhalinin  alqışlarla  müşayiəti  ilə  Vermaxtın  (Almaniya  silahlı  qüvvələri)  əsas  tərkib  hissəsi 

Reyni keçərək Koblans, Kolon və Mayansa, axşama isə fransız sərhədi yaxınlıqlarına gedib çıxırlar. Bir il 

əvvəl Reyxin qərarı ilə yenidən silahlanma prosesinin ardınca bu hərbiləşdirmənin həyata keçirilməsi 1925-

ci  il  Lokarno  sazişləri  ilə  təsdiqlənən  Versal  müqaviləsinin  əsasını  sarsıtdı.  Fransa  birbaşa  hədəf 

mərkəzində idi. 

Albert  Sarronun  idarə  etdiyi  hökumətin  hərəkətə  keçməyi  qərara  alması  görünürdü.  Şuranın 

przidentinin radioyayım vasitəsilə etdiyi bəyanat bunu sübut edirdi: “Biz Strazburqu alman toplarının atəşi 

altında qalmağa qoymayacağıq.” Lakin Matinyonda keçirilən yığıncaq zamanı Hərbi nazir, general Morən, 

Ordu  və  donanmanın  baş  qərargah  rəisləri,  general  Qamlən  və  admiral  Düran-Viel  açıq-aydın  reaksiya 

bildirirdilər  ki,  ümumi  səfərbərlik,  ən  azından  bir  çox  zümrələrə  çağırış  edilməsə,  Reynin  sol  sahilinin 

işğalı, yaxud alman sahillərinin blokadası qaçınılmazdır və bu da real müharibəyə təhrik etməyə təhlükədir. 

1928-ci  ildə  bir  illik  hərbi  xidmətin  qəbul  edilməsi  nəticəsində  fəal  ordunun  azalması  ilə  bu  sonuncu 

tədbirin görülməsi Vermaxtın nizamlı birləşmələri ilə üz-üzə gələ bilmək üçün zəruri görünürdü. Vermaxt 

hərbi  sahədə  təcrübəsi  olan  (hücum  bölmələri,  polis...)  2  milyon  nəfərlə  gücləndirilmişdi.  Fransa  hərbi 

rəhbərlərinin ehtiyatlı davranmasının digər səbəbi o idi ki, hökumətin qətiyyətliliyindən şübhə edirdilər. 

Əksinə, Londondakı kabinet gizlənirdi. İngiltərəyə görə Hitlerin zərbəsi təcavüz məqsədli deyil və onu 

Britaniyaya  doğru  təşviq  edə  bilməz.  Fransanın  cavabı  sonda  Millətlər  Cəmiyyəti  qarşısında  etirazla 

məhdudlaşdı,  o,  tamamilə  formal  bir  əqidə  nümayiş  etdirdi  ki,  bu  da  olanlarla  razılaşmağa  bərabər  bir 

mövqe idi. Fransa geri çəkilməsi ilə böyük imkanları əlindən qaçırdı. Fransanın sərgilədiyi xülyanın əksinə 

olaraq Hitler fikrində ciddi idi. O, OKW – yəni Alman Silahlı Qüvvələrinin Ali komandanlığı ilə razılığa 

gələrək müqavimət göstərməyə və Reyn xəndəkləri yaxınlığında döyüşə girməyə qərar verdi. 

Fransa  əsl  müharibə  ilə  üz-üzə  qalmışdı,  lakin  bu  elə  bir  müharibə  idi  ki,  onun  qalib  gəlməsi  üçün 

şansı çox idi, belə ki, həm silah-sursat, həm də ehtiyatda olan kadr baxımından üstünlük onun tərəfində idi. 

Lakin  Şotan  hökuməti  İngiltərənin  həyata  keçirdiyi  “qarışmamaq  və  təcavüzkarları  sakitləşdirmək” 

siyasətini dəstəkləyirdi. Faşist dövlətləri tərəfindən həyata keçirilən təcavüzkarlıq siyasəti aktuallaşmışdı. 

1936-cı  ildə  Berlin-Tokio  oxu,  1937-ci  ildə  Berlin-Tokio-Roma  üçbucağı  yarandı.  Şotan  hökuməti 

1935-ci  ildə  bağlanmış  Sovet-Fransa  müqaviləsinə  əhəmiyyət  vermədi.  Bu  hökumət  çalışırdı  ki,  SSRİ 

hesabına Hitlerlə müqavilə imzalasın və xarici işlər naziri Bonne belə müqavilənin tərəfdarı idi. Almaniya 

tərəfindən  Avstriya  və  Çexslovakiyanın  işğal  ediləcəyini  bilən  Bonne  1937-ci  ilin  oktyabrında  alman 

səfirinə  bildirmişdir  ki,  Fransa  Almaniyanın  bu  istəyinə  qarşı  çıxmayacaqdır.  Almaniya  İngiltərə  və 

Fransanın maneçiliyinin olmayacağını bildikdən sonra 1938-ci il 11 mart tarixində Avstriyanı işğal etdi və 

martın 13-ü Avstriya reyxin ərazilərindən biri sayıldı. 

Sovet İttifaqı Almaniyaya qarşı təsirli tədbirlərin həyata keçirilməsinin zəruriliyini İngiltərə və Fransa 

hökumətinə  bəyan  etmişdi.  Avstriyanın  işğalı  ilk  növbədə  Fransanı  və  onun  müttəfiqi  Çexiyanı  qorxuya 

salmışdı. 

Şotan hökumətinin siyasəti nəticəsində Xalq Cəbhəsinin nüfuzu enməyə başladı. Fransa Kommunist 

partiyasının  1937-ci  ilin  dekabrında  keçirilmiş  IX  qurultayı  sosialistlərin  tələblərini  nəzərə  alaraq  Xalq 

Cəbhəsinin  proqramına  bir  sıra  əlavələr  etdi.  Buna  misal,  sənaye  və  sığorta  komissiyalarının  bir  çox 

sahələrinin milliləşdirilməsidir. 

Fransada  Xalq  Cəbhəsi  iri  kütləvi  hərəkat  idi.  Xalq  Cəbhəsi  Fransada  respublika  quruluşunun 

saxlanılmasına  nail  oldu.  Bu  cəbhənin  səyi  nəticəsində  əhalinin  əmək  haqqı  artırıldı.  Fəhlə  sinfinin 

cəmiyyətdə rolu yüksəldi. Xalq Cəbhəsi illərində (1934-1938) Fransa Kommunist Partiyasının sıraları 10 

dəfə  artdı,  yəni  32  mindən  350  minə  çatdı.  Öz  sinfi  mahiyyətinə  görə  Xalq  Cəbhəsi  fəhlə  sinfinin  orta 

təbəqələrlə  ittifaqını  zehni  əməklə  fiziki  əmək  arasındakı  əlaqələri  ifadə  edirdi.  Beləliklə,  Xalq  Cəbhəsi 

Fransanın sonrakı inkişaf tarixinə böyük təsir göstərdi. 

Blumun II kabineti istefaya çıxdıqdan sonra 1938-ci ilin apreli Eduard Daladye Fransanın baş naziri 

oldu. Radikallar partiyasının sol qanadına daxil olan Xalq Cəbhəsinin tərəfdarı Daladye tədricən sağların 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə