International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə460/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   457   458   459   460   461   462   463   464   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1715

  

27-28 April 2018, Baku, Azerbaijan

 

AXC DÖVRÜNDƏ QADINLARIN FƏALİYYƏTİ 

 

Xəyalə AĞAYEVA 

Azərbycan Dillər Universiteti, Regionşünaslıq kafedrası 

khayalayahyayeva@yhoo.fr 

 

Establishment of the Democratic Republic of Azerbaijan in 1918 allowed great opportunities for the Azerbaijani woman to 

become an active member of a democratic society. The first democratic state of the Middle East equalized men and women’s rights. 

The women who played an active role during this period, their representation areas, material and moral support of the government 

are analyzed in the article. 

Key words: the Democratic Republic of Azerbaijan, the women, educational activities, society 

Создание  Азербайджанской  Демократической  Республики  в1918  году  создает  условие  для  Азербайджанской 

женщины стать активным членом демократического общества. Первое Демократическое государство Ближнего Востока 

сравнил права мужчин и женщин. В статье находит место сведения о деятельности женщин этого времени ,сферы,где они 

учавствовали, материальная и моральная поддержка их деятельности. 

Kлючевые слова: Азербайджанской Демократической Республикa, женщин, образовательная деятельность,общества 

 

XIX  əsrin  sonlarında  artıq  Azərbaycan  qadınlarının  həyatında  fəallıq  hiss  edilməyə  başladı.  Bəhs 



edilən  dövrdə  baş  verən  siyasi,  iqtisadi  və  mədəni  proseslər  bu  fəallığı  bir  az  da  sürətləndirdi. 

Azərbaycanda  qadın  fəallığı  öz  yoluna  maarifçilik  və  xeyriyyəçilik  ideyalarını  yaymaqla  başlamışdı. 

Çünki,  o  dövrün  görkəmli  maarifçiləri  çox  yaxşı  başa  düşürdülər  ki,  təhsilsiz  qadın  heç  bir  zaman 

cəmiyyətdə layiq olduğu mövqeni əldə edə bilməyəcək.  

Dünyəvi  təhsilin  tərəfdarları  Azərbaycan  qadınının  təhsil  alması  üçün,  səlahiyyətləri  çərçivəsində 

əlllərindən  gələni  əsirgəməməyə  çalışırdılar.  Yazıçı  Cəlil  Məmmədquluzadə  Naxçıvanda  direktor 

vəzifəsində  çalışarkən,  öz  məktəbinə  səkkiz  qızı  cəlb  edə  bilmişdi.  1902-ci  ildə  on  səkkiz  azərbaycanlı 

qızın təhsil alması üçün Məmmədqulubəy Kərim Sultani İrəvanda kişi məktəbinin nəzdində xüsusi siniflər 

təşkil etmişdi. 1901-ci ildə Bakıda, nəinki Rusiya imperiyasında, ümumiyyətlə müsəlman Şərqində qızlar 

üçün nəzərdə tutulmuş ilk dünyəvi qadın məktəbi açıldı. Azərbaycanın maarifçilk tarixindəki bu mütərəqqi 

hadisə,  görkəmli  mesenat  H.Z.Tağıyevin  təşəbbüsü  və  dəstəyi  ilə  baş  vermişdi  (7).  Məhz  bu  məktəbi 

bitirmiş qızlar, Azərbaycanın ilk qadın pedaqoq kadrlarının əsasını təşkil etmişlər.  

1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  Azərbaycan  qadınının  demokratik 

cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Yaxın Şərqin ilk Demokratik dövləti, kişi 

və qadın hüquqlarını bərabərləşdirdi. Buna qədərki dövrdə nəinki Azərbaycan qadınları, hətta kişilərinin də 

böyük əksəriyyəti səsvermə hüququndan məhrum idilər. Yalnız 1918-ci ildə AXC, Şərqdə ilk dəfə olaraq 

bütün vətəndaşlarına, o cümlədən qadınlara səsvermə hüququ verdi (1,səh.152). 

Baxmayaraq  ki,  bu  qadınlar  əsasən  mədəni-maarif  və  ictimai  sahədə  tanınırdılar,  onlar  kökündə 

maarifçilik  missiyası  duran  həm  pedoqoji,  həm  də  publisistik  fəaliyyətlərinə  görə  kişilərdən  geri 

qalmırdılar.  Onu  da  yaddan  çıxarmamalıyıq  ki,  1918-ci  ilin  Azərbaycanında  bir  qadının  ziyalı  elitada 

çalışması, bu sahədə çalışan bir kişinin fəaliyyətindən ən azı iki dəfə çətin idi.  

1918-ci ilin dekabr ayında AXC Parlamentində, işləyən qadınlar üçün xüsusi güzəştlər nəzərdə tutan 

iki  maddə  müzakirə  edildi.  Bəhs  edilən  43  və  44-cü  maddələrdə  əks  olunan  güzəştlər  əsasən  bunlardan 

ibarət  idi:  qadınların  sağlamlıqlarının  təminatı  üçün  zərərli  işlərdən  uzaqlaşdırılması,  doğuşdan  əvvəl  və 

sonra  ödənişli  məzuniyyətin  verilməsi,  qadınların  iş  yerlərində  azsaylı  uşaqların  qayğısına  qalan 

müəssisələrin  yaradılması,  səhhətlərində  problem  yarandığı  təqdirdə  dərman  və  əmək  haqqının  işə 

götürənin hesabına ödənilməsi (4).  

Artıq qadınlar bir sıra mötəbər tədbirlərə də dəvət alırdılar. Onlar yaranmış fürsətdən istifadə edərək, 

söz alıb Azərbaycan qadınlarının həyat və problemlərindən danışırdılar.  

Şəfiqə  Əfəndizadə  Qafqaz  Müsəlmanlarının  birinci  qurultayına  Azərbaycan  nümayəndə  heyətinin 

tərkibində  göndərilmişdi.  1918-ci  ilin  məlum  mart  hadisələrindən  sonra  İstanbula  köçən  Şəfiqə  xanım, 

AXC-nin  qurulmasından  sonra  yenidən  Bakıya  qayıdır.  Əsasən  pedoqoji  fəaliyyətlə  məşğul  olmasına 

baxmayaraq,  o,  dövri  mətbuatla  da  müntəzəm  əlaqə  saxlayırdı.  Xüsusilə,  AXC  dövründə  Şəfiqə  xanim 

daha çox qadın azadlığı və vətənpərvərlik mövzularında məqalələr yazırdı (5).  

XIX  əsrin  sonlarında  olduğu  kimi,  AXC  dövründə  də  qadınların  maariflənməsi  məsələsinə  xüsusi 

həssaslıqla  yanaşırdılar.  Həmin  dövrdə  4  qadın  gimnaziyası,  3  müqəddəs  Nina  qız  tədris  müəssisəsi 

fəaliyyət  göstərirdi.  1919-cu  ilin  avqustun  11-də  Xalq  Maarifi  Nazirliyinin  qərarı  ilə  Bakı,  Gəncə  və 

Nuxadakı  (Şəki)  müqəddəs  Nina  qız  tədris  müəssisələrinin  adları  dəyişdirilərək  Bakıdakı  birinci 

Azərbaycan qız gimnazsiyası, Gəncə və Nuxadakılar isə qız gimnaziyaları adlandırıldı (2,səh.73).  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1716

  

27-28 April 2018, Baku, Azerbaijan

 

Azərbaycan qadını maarif müəssisələrində yalnız müəllim vəzifəsində çalışmırdı. Nadir hallarda olsa 

da, rəhbər vəzifələrə də cəlb edilirdilər. Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikova 1909-1918-

ci illərdə Bakıda yerləşən “rus-müsəlman” məktəbində, AXC dövründə isə birinci qadın türk məktəbində 

müdir vəzifəsində çalışmışdır (3,səh.186).  

 Azərbaycan qadını təkcə maarif sahəsində fəallıq göstərmirdi. Valideyn himayəsindən məhrum olmuş 

uşaqlara, qaçqınlara, maddi cəhətdən zəif təmin olunmuş ailələrə yardım etmək məqsədi ilə xeyriyyəçilik 

qurumları yaradılırdı. Onlar bu qurumlar çərçivəsində xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara 

yardım göstərir, tez-tez müxtəlif tədbirlər həyata keçirirdilər.  

Belə  cəmiyyətlərdən  biri  də,  1914-cü  ilin  noyabrın  21-də  təsis  edilmiş  Bakı  Müsəlman  Qadın 

Xeyriyyə  Cəmiyyəti  idi.  Liza  Muxtarovanın  (milyonçu  Murtuza  Muxtarovun  həyat  yoldaşı)  rəhbərlik 

etdiyi  Cəmiyyətin  nəzdində  yoxsul  qızlar  üçün  peşə  məktəbi  də  açılmışdı.  Azərbaycanlı  qızların 

savadlanmasında,  onlara  milli-mənəvi  dəyərlərin  aşılamasında,  öz  hüquqlarını  anlamasında  böyük  rol 

oynayan məktəbə AXC Hökuməti tərəfindən 30 min manat vəsait də ayrılmışdı (2,səh. 231).  

Bundan  əlavə  Liza  Muxtarova,  1907-ci  ildə  yaradılmış  və  AXC  dövründə  də  fəaliyyətini  uğurla 

davam etdirmiş “Uşaq ölümü ilə mübarizə” cəmiyyətinin fəxri üzvü idi. Cəmiyyətin yaradılmasında əsas 

məqsəd  uşaq  ölümünün  artmasının  qarşısını  almaqdan  ibarət  idi.  Haqqında  bəhs  edilən  qurum,  imkansız 

uşaqlara  xəstəxanalarda  tibbi  yardım  göstərir,  onları  pulsuz  yeməklə  təmin  edirdi.  Onun  sərəncamında 

fəaliyyət  göstərən  müalicəxanalar  (Balaxanı  müalicəxanası-mədə-bağırsaq  xəstəliklərindən  əziyyət 

çəkənlər üçün, Zuğulba uşaq koloniyası-vərəmdən əziyyət çəkən uşaqlar üçün və s) da mövcud idi (3,səh. 

415-416).  

Mədəniyyət  və  incəsənət  sahəsində  çalışan  qadınlar  haqqında  əməkdar  mədəniyyət  işçisi  Zərifə 

Dulayeva  yazır:  «Qadınlar  savadsızlığın  ləğv  edilməsinə  dair  xüsusi  kurslar,  teatr  dərnəkləri  yaratmağa 

başladılar. Bu olduqca mühüm məsələdir, belə ki, Qurana görə qadının aktrisa olmağa ixtiyarı yoxdur. Hələ 

1917-ci  ildə  səhnədə  qadın  rollarını  əsasən  kişilər  oynayırdılar.  Lakin  Üzeyir  Hacıbəyovun  musiqili 

komediyalarındakı  qadın rollarının ifaçısı Göyərçin xanım  Əliyeva oldu. Bakıda, Milanda  musiqi təhsili 

almış Şövkət xanım Məmmədovanın, Rusiyada məşhur olan Fatma xanım Muxtarovanın konsertləri təşkil 

edilirdi.  XX  əsrin  əvvəlində  ilk  azərbaycanlı  pianoçular  meydana  çıxır:  X.Qayıbova,  N.Şah-mirzə, 

K.Əliyeva” (6).  

Nəticə olaraq bunu qeyd edə bilərik  ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  qadın  məsələsinə 

çox  həssaslıqla  yanaşmış  və  qadın  hüquqları  istiqamətində  düzgün  siyasət  həyata  keçirmişdi.  Məhz  bu 

dövrdə  atılan  addımlar  cəmiyyətdə  qadının  rolunu  artırdı  və  xanımlar  cəmiyyət  üçün  hazır  kadr  kimi 

yetişdirildi.  

ƏDƏBIYYAT SIYAHISI 

1.

 



Ağayeva K. Azərbaycanda gender məsələləri, Bakı, 2014 

2.

 



Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cilddə I cild, Bakı, 2004 

3.

 



Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cilddə II cild, Bakı, 2005 

4.

 



Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar, Bakı, 1998 

5.

 



Dünyaminqızı. Q, Şəfiqə xanım Əfəndizadə kim idi?. //Azərbaycan//.2011-21 iyul 

6.

 



Qadın fəallığı əsrlərin hüdudlarında  https://www.gender-az.org/index_az.shtml?id_doc=490 

7.

 

Xalq təhsilinin fədakarları  https://www.gender-az.org/index_az.shtml?id_doc=489 

 

 

MÜHACİRƏT ƏDƏBİYYATININ QARANLIQ SƏHİFƏSİ 



 

Aybəniz MƏMMƏDOVA 

Sumqayıt Dövlət Universiteti 

aybeniz.mammadova1962@gmail.com

 

 



Açarsözlər:Azərbaycan Xalq Cümhuriyyətinin istilası, mühacirətədəbiyyatı, Məmməd Sadıq Aranın ictimai-siyasi və ədəbi 

fəaliyyəti 



 

Giriş 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  istilasından  sonra  onun  qurucuları  vətəndən  xaricə  mühacirət 

etməyə məcbur olmuşlar. Mühacirlərinbirqismi İran və Türkiyəyə, digər bir qismi isə Avropa ölkələrinə üz 

tutmuşlar. Harada yaşamalarından asılı olmayaraq, Azərbaycan istiqlalı uğrunda mübarizə aparmışlar. Belə 

mübarizlərdən  biri  də  Məmməd  Sadıq  Aran  olmuşdur.  Bütün  ömrünü  yalnız  Azərbaycanın  deyil, 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə