International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə463/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   457   458   459   460   461   462   463   464   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1720

  

27-28 April 2018, Baku, Azerbaijan

 

müqaviləsi”nin  imzalanması  ilə  daha  da  genişləndirərək,  Xəzər  petrolları  üzərinə  Birləşmiş  Ştatlar 

ölkəmizlə ilk müqaviləsini təsdiq etmişdir. Müstəqilliyini qazanmış Azərbaycan birinci dəfə Qərbin iri neft 

şirkətləri ilə belə böyük  miqyasda Saziş imzalamaqla  Xəzər dənizində bezynəlxalq əməkdaşlığın  əsasını 

yaratdı,  xarici  investorların  Azərbaycana  axınını  sürətləndirdi  və  Azərbaycanda  yeni  neft-qaz 

kontraktlarının bağlanmasına güclü təkan verdi [4, 3].  

Tədqiqat işinin müzakirəsi 

1996-cı ildə ABŞ-ın Exxon şirkətinin Azərbaycan filialı qarşılıqlı razılaşma əsasında Xəzər dənizinin 

Azərbaycan  sektorunda  iki  araşdırma  bloklarının  inkişafı  və  hasilatının  pay  bölgüsü  ilə  bağlı  xüsusi 

hüquqlar almışdır. Exxon altı ay  ərzində  müqavilənin əsas prinsipləri üzrə Dövlət  şirkəti ilə razılıq əldə 

etməyi və bir il ərzində həmin məsələlərlə əlaqəli danışıqları sona çatdırmağı nəzərdə tutmuşdur [2, 46] . 

1997-ci ildə Ağ Ev tərəfindən təsdiqlənən "Xəzər hövzəsinin enerji inkişafı" adlı bəyanatda isə ABŞ-ın bu 

regiondakı  siyasətinin  dörd  əsas  istiqaməti  təyin  edilmişdir.  Buna  görə,  müəyyənləşdirilmiş  məsələlər 

daxilində  ABŞ  Azərbaycan-Ermənistan  münaqişəsinin  həllinə  çalışacaq;  dünya  enerji  ehtiyatlarının 

artırılması,  genişləndirilməsi  çərçivəsində  Xəzər  hövzəsi  enerji  qaynaqlarını  istifadə;  Xəzər  hövzəsi 

ölkələrinin müstəqilliyi və suverenliyi üçün Rusiyadan keçən neft boru xətlərinə asılılıq aradan qaldırılacaq 

və alternativ ixrac yolları tapılacaq; İran təcrid ediləcək və bu ölkənin Xəzər enerjisi mövzusunda heç bir 

rol üstlənməməsi təmin ediləcəkdir [7].  

Bu mənada “Əsrin müqaviləsi” kifayət qədər geniş imkanlar açaraq ölkəmizin dünyanın ən qüdrətli 

dövləti ilə münasibətlərini nizama salmasına şərait yaratmış oldu[1, 168]. Bu müqavilə Azərbaycanın yeni 

neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin milli inkişafı üçün lazımi maddi resursların 

əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun beynəlxalq aləm üçün geosiyasi 

və  geoiqtisadi  əhəmiyyətini  artıraraq,  dünyaya  inteqrasiyanı  şərtləndirdi  [5,  99].  Birləşmiş  Ştatlarla 

münasibətlərimizin inkişafını şərtləndirən ən əsas məqamlardan biri ölkəmizin karbohidrogen ehtiyyatları, 

həmçinin  bu  ehtiyyatların  daşındığı  əsas  tranzit  ölkəsi  olmasıdır.  Məlum  olduğu  kimi,  “Əsrin 

müqaviləsi”nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dəninzinin Azərbaycan sularında neft 

və  qaz  hasilatına  cəlb  edilmişdir.  O  cümlədən,  Bakı-Tiblisi  Ceyhan  və  Bakı-Tiblisi  Ərzurum  enerji 

daşınması  layihələrinin  reallaşmasında  da  Birləşmiş  Ştatların  marağı,  dəstəyi  olmuşdur.  Tərəfdaşlıq 

çərçivəsində, bu amil, rəsmi Vaşinqtonun Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycana daha etibarlı 

strateji tərəfdaş, müttəfiq olduğunu hesab edirlər. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasi 

ekspertləri müttəfiqlik baxımından ölkəmizi hətta Avropanın bir çox dövlətlərindən üstün tutmasını qeyd 

edirlər. Belə ki, bəzi Avropa ölkələrinin ABŞ-la mövqeləri, bir çox digər dövlət əhəmiyyətli məsələlərdə də 

fikir  ayrılığı  olduğundan,  bizə  qarşı  istiqamətlənən  mövcud  diqqət  və  marağı  asanlıqla  izah  etmək 

olar.Amerikanın  neft,  texnika,  iqtisadiyyat,  kosmik  tədqiqatlar,  hüquq  sahələrində  nüfuz  əldə  edən 

soydaşlarımız  barəsində  qeyd  edərkən  NASA-da  tanınmış  mütəxəssis  Cavad  Herti,  2009-cu  ildə 

Filadelfiyada  Benjamin  Franklin  institutu  onu  “qeyri-səlis  məntiq”  nəzəriyyəsini  aşkar  etdiyinə  görə 

Elektrik Mühəndisliyi üzrə Benjamin Franklin medalı ilə təltif edilmiş dünya şöhrətli alim Əli Əsgər Lütfi 

Zadə [8], qaz lazerini kəşf edərək 1993-cü ildə Albert Eynşteyn mükafatına layiq görülən Əli Cavan, neft 

sənayesi  üzrə  tanınmış  alim Bican  Fəzullahi,  neft  biznesmeni  və  neft  sənayesi  üzrə  mütəxəssis  Firudin 

Əminzadə və digər şəxslərin adlarını çəkmək mümkündür [3, 262]. Ümumiyyətlə, 1995-ci il ABŞ Milli 

Təhlükəsizlik  Şurasının  Rusiya,  Ukrayna  və  Avrasiya  Məsələləri  üzrə  İdarəsi  ABŞ-ın  Xəzər  siyasətinin 

əsas  hədəflərini  müəyyənləşdirmişdi.  Qafqazın  həmin  hədəflər  sırasında  xüsusi  vurğulandığı  müşahidə 

edilirdi.  Belə  ki,  ABŞ-ın  regiona  mühüm  önəm  verdiyi  məsələlər  içərisində:  Cənubi  Qafqazın  tərkibinə 

daxil olan Xəzər regionunda mövcud neft yataqlarına, enerji ehtiyyatlarına və Xəzər mənbələrinə yönələn 

diqqətin artması məsələsini ayrıca qeyd etmək olar. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr, həmçinin NATO 

ilə  tərəfdaşlıq  çərçivəsində  görülən  işlər  ABŞ  rəhbərliyi  tərəfindən  hər  zaman  müsbət  qarşılanmışdır. 

Azərbaycan  Amerikanın  Cənubi  Qafqazdakı  sabiq  strateji  tərəfdaş  olduğunu  Birləşmiş  Ştatların  rəsmi 

nümayəndələri tərəfindən dəfələrlə vurğulanmışdır. Xüsusilə hər iki ölkə arasında mövcud sıx əməkdaşlıq 

və  birgə  yaradılmış  iqtisadi  komissiyanı  -  Azərbaycan-ABŞ  İqtisadi  Tərəfdaşlıq  Komissiyasının 

fəaliyyətini də diqqətə çatdırmaq mühüm əhəmiyyət kəsb edir.  

 2002-ci ildə nəşr edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasına əsasən, Amerika Birləşmiş Ştatlarının 

milli  strategiyasında  enerji  təhlükəsizliyinin  çoxşaxəli  istiqamətlər  üzrə  genişləndirilməsinə  xüsusi  önəm 

verilirdi. Ən əsası isə burada, Xəzər amili ayrıca  vurğulanmışdır. Enerji təhlükəsizliyi baxımından Xəzər 

regionun  təhlili  Yaxın  Şərq  və  Afrika  ilə  birgə  eyni  dərəcədə  aparılmışdır.  Xüsusilə  buradan  əldə  edilən 

qlobal  enerjinin  növ  və  qaynaq  baxımından  çeşidləndirilməsinə  toxunulur  [10,  19].  Sənəddə  enerji 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə