International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə464/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   457   458   459   460   461   462   463   464   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1721

  

27-28 April 2018, Baku, Azerbaijan

 

təhlükəsizliyi  və  Xəzər  regionuna  olan  diqqətin  məhz  Birləşmiş  Ştatların  Cənubi  Qafqaz  siyasətinin 

amilləri daxilində bərabər qiymətləndirilmə imkanlarının mümkünlüyü qeyd edilmişdir. 2002-ci ildə dərc 

olunan  ABŞ-ın  Milli  Təhlükəsizlik  Strategiyasında  Xəzər  regionuna  göstərilən  marağ  nəzərə  alınaraq, 

diqqət mərkəzində olan bölgələrdən biri kimi müzakirələrdə Xəzər məsələsinə də toxunulmuşdur. Sənəddə 

həmçinin  strateji  dövlət  qismində  Rusiyanın  həssas  bir  bölgə  olan  Xəzər  üzərindəki  mövcud  təsir 

qüvvəsinin ABŞ maraqları üçün bəlli bir həyacan kimi qarşılanacağını müşahidə etmək mümkündür. 

 Bakıda  2007-ci  ilin  fevralında  keçirilən  İqtisadi  Tərəfdaşlıq  Komissiyasının  ilk  iclasında,  ölkəmiz 

Amerika  ilə  geniş  iqtisadi  əməkdaşlıq  əlaqələrinin  əsasını  qurmuşdur  [9].  Əməkdaşlığın  əsas  məqsəd  və 

istiqamətlərini Şərq-Qərb dəhlizi boyu infastruktur layihələrin həyata keçirilməsi, Respublikamızda Xəzər 

sahili neft-qaz sektorunun inkişafı və.s təşkil etmişdir.  

2008-ci  ilin  sentyabr  ayının  18-də  Vaşinqtonda  “ABŞ  Azərbaycan  strateji  müttəfiqlik  əlaqələrinin 

inkişafında  enerji  təhlükəsizliyi  və  diasporun  rolu”  mövzusunda  ABŞ  Azərbaycanlıları  Şəbəkəsi  (US 

Azeris  Network-USAN)  və  Dövlət  Komitəsinin  birgə  təşkilatçılığı  ilə  Corc  Vaşinqton  Universitetində 

konfrans  keçirilmişdir.  Tədbirdə  ABŞ  Azərbaycan  strateji  tərəfdaşlığının  genişlənməsinə  dair  təhlil  və 

tövsiyələr,  Xəzər  hövzəsinin  enerji  ehtiyatlarının  ikitərəfli  və  çoxtərəfli  münasibətlərə  təsiri  ətrafında 

müzakirələr  aparılmışdır  [9].  2012-ci  ilin  24-26  aprel  tarixlərində  Amerika  Birləşmiş  Ştatlarının  paytaxtı 

Vaşinqtonda  təşkil  edilən  “Azərbaycan-ABŞ  diplomatik  münasibətlərinin  20  illiyi:  Gələcəyə  baxış” 

beynəlxalq konfransı xüsusi əhəmiyyət daşıyan genişmiqyaslı tədbirlərdən biri kimi qiymətləndirilmişdir. 

Belə ki, Azərbaycan-ABŞ münasibətlərinin qurulmasının 20 illiyi fonunda ölkəmiz etibarlı tərəfdaş imici 

qazanmış  və  hər  iki  dövlət  arasındakı  mövcud  əlaqələr  yüksələn  xətt  üzrə  inkişaf  edir.  Konfransda 

həmçinin ABŞ Konqresinin nümayəndələri SOCAR-ın enerji təminatında artan rolunun mühüm mahiyyət 

kəsb  etməsini  və  bu  istiqamət  üzrə  hazırlanan  layihələrin  prespektivliyi  nəzərə  çatdırılmışdır.  ABŞ 

Azərbaycanla əməkdaşlığını davam etdirərək Xəzər hövzəsinin əsas enerji istehsalçısı kimi Azərbaycanla 

əlaqələrin möhkəmləndirilməsi beynəlxalq ictimaiyyət üçün önəmli məsələlərdəndir [6].  

Azerbaycanın  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı  və  dövlətimizin  hərbi-geostrateji 

maraqları,  ABŞ,  NATO  ve  Avropa  İttifaqının  Xəzər-Qara  dəniz  hövzəsi,  eləcə  də  Cənubi  Qafqazda 

regional  təhlükəsizlik  siyasəti  də  önəmli  məqamlardandır.  Azerbaycanın  region  ve  dünya  ölkələri  ilə 

geosiyasi,  milli  inkişaf  ve  təhlükəsizlik  sahəsində  yürütdüyü  xarici  siyasət  strategiyasının  əsas 

hədəflərindən  biri  ölkənin  davamlı  inkişafını  ve  suveren  dovlet  huquqlarını  təmin  etmək,  beynəlxalq 

münasibətlərin  əksər  subyektləri  ilə  qarşılıqlı  faydalı  əlaqələr  yaratmaq  ve  milli  maraqlar  prizmasından 

çıxış  edərək  ABŞ-la  çoxtərəfli  munasibetleri  genişləndirərək,  “Xəzər”  siyasətinin  məqsədlərini  diqqət 

mərkəzində saxlamaqdan ibarətdir.  

Nəticə 

Reallıqda  ABŞ  hər  zaman  Cənubi  Qafqaz  regionuna,  xüsusən  də,  Azərbaycana  böyük  maraq 

göstərməkdədir.  Regionun  iqtisadi-siyasi  baxımdan  inkişaf  edən,  əhəmiyyətli  nüfuza  malik  olan 

Azərbaycanın  qlobal  təhlükəsizlik,  antiterror  koalisiyasında  iştirakı,  Xəzər  sahili  zəngin  neft-qaz 

yataqlarına malik olması, o cümlədən iki ölkə arasında mədəni-siysasi əlaqələrin dinamik surətdə inkişaf 

səviyyəsi rəsmi Vaşinqtonun diqqət mərkəzindədir.  

 

İSTINAD ƏDƏBIYYATI: 

1.

 



Abdullayev. E. “Azərbaycan demokratik inkişaf yolunda” B,“Təhsil”, 2004. 280s 

2.

 



Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Arxivi. ABŞ-da Azərbaycan Respublikasının səfirliyi tərəfindən buraxılmış 

xəbərlər bülletenləri (1993-1998-ci illər). Sənədlərin sayı: 47; vərəqlərin sayı: s 122. v 5-115. 

3.

 

Azərbaycan Diasporu Ensiklopedik məlumatlar toplusu. Bakı, “SƏS-2012” MMC, 2012., s 654. 



4.

 

"Əsrin müqaviləsi" - 10 il. Bakı 2004., s 36. 



5.

 

Həsənov Ə. Azərbaycan geosiyasəti. Zərdabi LTD MMC, Bakı 2015., s 1056. 



6.

 

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış” www.socarplus.az/az/article/201/azerbaycan-



ab%C5%9... 

7.

 



 Azərbaycan-ABŞ münasibətləri http://www.diaspora.gov.az. 

8.

 

Dünya şöhrətli alim Lütfü Zadəyə yeni mükafat// www.amerikaninsesi.org/archive/azerbaijan/latest/

9.

 

Vikipediya: Azərbaycan diasporu 31/07/10. //https://az.wikipedia.org/wiki/Azərbaycan_diasporu. 



10.

 

 White House, The. (2002). The National Security Strategy of The United States of America. Military Education Research 



Library Network MERLN: www.merln.ndu.edu. s.19.  

 

 



 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

1722

  

27-28 April 2018, Baku, Azerbaijan

 

BƏRDƏ ŞƏHƏRİNDƏN AŞKAR EDİLMİŞ ŞÜŞƏ-PARFUMERİYA QABLARI  

 

Aytən ƏSƏDOVA 

Sumqayıt Dövlət Universiteti 

Email: ttm.17@mail.ru 

 

XÜLASƏ 

Bu məqalədə şüşə istehsalı və bu sənayedə bacarıqların inkişaf tarixi müzakirə olunur. Məqalə Orta əsrin başlanğıcını əhatə 

edir. III-XII əsrin arxeoloji qazıntıları zamanı Azərbaycanın müxtəlif şəhərlərində aşkar edilmiş bəzək əşyaları, şüşə qablar haqqında 

da məlumat verilir. 



Açar sözlər: şüşə, qab, küp, şəhər, qum, sənətkar. 

РЕЗЮМЕ 

В этой статье обсуждается производство стекла и история развития мастерства в этой отрасли. Статья охватывает 

начало  средневековья.  Здесь  также  рассказывается  об  украшениях,  стеклянных  посудах,  которые  были  обнаружены  во 

время археологических раскопок III-XIIвв в разных городах Азербайджана. 



Ключевые слова: стекло, посуда, кувшин, город, песок, мастер. 

SUMMARY 

In this article reflects the glass production and mastery development history in Azerbaijan/ It covers a beginning of the Middle 

Ages. It is talked about glass about glass utensil and jewelries relating to the III-XII centures during which were found during the 

archaeological excavations in Azerbaijani an cities.  



Key words: glass, utensil, jug, city, sand master.  

 

Şüşə  məmulatı  sırf  şəhər  mənşəli  sənət  hesab  edilən  Azərbaycanın  qədim  sənət  növlərindəndir. 



Moisey Kalankatlının “Albaniya tarixi”  əsərində Bərdənin şüşə məmulatına aid ilk  dəfə olaraq məlumat 

verilir.Arxeoloji  materiallar  şüşə  məmulatı  və  onun  istehsalına  aid  olan  ən  qiymətli  mənbədir.  Müxtəlif 

dövrlərə aid külli miqdarda şüşə məmulatı Bərdədə aparılmış arxoloji qazıntı işləri zamanı aşkar edilmişdir. 

Şüşə məmulatı antik dövrdən son orta əsrlər dövrünə qədər olan bütün təbəqələrdən aşkara çıxarılmışdır.  

Bərdə şəhərindən aşkar edilmiş şüşə-parfumeriya qabları adlı məqaləni işləyərkən elmi ədəbiyyatlara 

və arxeoloji hesabatlara istinad olunub. 

Bu şüşə məmulatının tərkibinə müxtəlif tipli və müxtəlif çeşidli qab-qacaqlar, eləcə də bəzək əşyaları 

daxildir.  Həmin  şüşə  qabların  forması  aşağıdakı  kimidir:  uzun  və  qısa  boğazlı,  yuvarlaq,  armudvari, 

kubşəkilli,  kiçik  və  böyük  gövdəli,  alçaq  və  hündür  dabanlı,  təsnifatına  görə  piyalə,  qədəh,  duzqabı, 

boşqab, kuzə, döyrə, bərni tipli süfrə qablarından; bundan başqa konusvari əşya, qıf, kolba, kiçik həcmli 

ətriyyat  və  dərman  qablarından;  asma,  muncuq,  üzük,  qolbaq  kimi  müxtəlif  növ  bəzək  əşyalarından 

ibarətdir. 

Əldə edilmiş  bu cür  şüşə nümunələrinin elmi təhlili şüşə sənətkarlığının təkamül  prosesini izləmək 

üçün geniş şərait yaradır. Belə ki, şüşə məmulatının araşdırılması zamanı aydın olur ki, şüşə bəzək əşyaları 

antik dövrdə, şüşə qab-qacaq istehsalı isə ilk orta əsrlərdə olmuşdur. 

Sadə,  ibtidai  şüşə  məmulatı  istehsal  üsulu  olan  qəlibdə  tökmədən  başlayan  Bərdə  şüşə  sənətkarları, 

yeni üsul- qəlibdə üfürmə və sərbəst üfürmə üsullarını mənimsəyərək, müxtəlif çeşidli və müxtəlif formalı 

məmulat  istehsalı  ilə  də  məşğul  olmuşdular.  Müxtəlif  dövrlərə  aid  olan  (antik,  ilk  orta  əsrlər  və  inkişaf 

etmiş orta əsrlər) müxtəlif növ şüşə məmulatı Bərdədə şüşə məmulatı və onun istehsal tarixi haqqında geniş 

məlumata  malikdir.  Şübhəsiz  ki,  feodalizmin  ilkin  dövründə  natural  xarakter  daşıyan  şüşə  sənətkarlığı 

inkişaf  edərək,  bazar  üçün  əmtəə  istehsal  edən  sahəyə  çevrilərək  inkişaf  etmişdir.  Orta  əsrlərin  nəhəng 

ticarət  mərkəzlərindən  biri  olan  Bərdə  bazarlarının  tələbatını  şüşə  sənətkarları  ödəmə  nail  olmuşdular. 

“Şüşə qablar xarici bazarlara təkcə satmaq məqsədilə aparılırdı” desək, düzgün olmazdı. Əsasən içərisində 

qiymətli məhlulların daşınmasına görə şüşə qablar lazım gəlirdi. Yəqin bu səbəbdəndir ki, Bərdədən başqa 

ölkələrə şüşə məmulatının ixracına dair heç bir məlumat olmamışdır. Lakin qeyd etmək lazımdır ki, Bərdə 

şüşə məmulatının oxşarlarına Qəbələ, Dərbənd, Mingəçevir, Beyləqan, Şamaxı, Naxçıvan, Gəncə, Şabran 

(Dəvəçi), Qırxçıraq (Salyan) abidələrində, eyni zamanda İran və Suriya şüşə məmulatları arasında görmək 

mümkündür (1). 

Bərdədən aşkar edilmiş parfümeriya qablarından danışarkən qeyd etmək lazımdır ki, onlar kəmiyyət 

etibarı  ilə  süfrə  qablarını  üstələyirlər.  Bu  bizə  elə  gəlir  ki,  hər  şeydən  əvvəl  dərman  və  ətir  üçün  şüşə 

məmulatını birbaşa təyinatı ilə əlaqəlidir. Bundan geniş istifadə edilir. Əlbəttə ki, öyrənilən predmetlərin bu 

növü bu sahədə şəraitlə əlaqədar olaraq burada digər vəziyyətlər də diqqəti cəlb edir. 

Bərdədən bir sıra laboratoriya təyinatlı tapılmış qablar içərisində alembiklər- əl kimyəvi qablar xüsusi 

yer tutur.  




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə