İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

AZƏRBAYCAN UNİVERSİTETİ
163

İPƏK YOLU 

1/2017
Birinci  strateji  istiqamət  vahid  tamı  təşkil  edən  təhsil  sisteminin  planlaşdırılması
məsələsini nəzərdə tutur. Burada məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali
olmaqla, bütün pillələri üzrə kurikulumlar bir-birini tamamlayır. Burada təhsilin bütün pil-
lələrinin yerinin, vəzifəsinin və hədəflərinin bir tam olaraq vahid sistemdə təqdim edilməsi
onun ritmik işinin vacib şərtidir. 
İkinci strateji istiqamət müasir tələblərə cavab verən, innovativ təlim metodlarını tətbiq
edən,  təhsilin  məzmununun  səmərəli  mənimsənilməsini  təmin  edən  müəllimlərin  for-
malaşdırılması,  onların  peşəkarlığının  yüksəldilməsi,  təhsilalanların  nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını əhatə edir. 
Üçüncü  strateji  istiqamətə  təhsilin  idarəedilmə  sisteminin  təkmilləşdirilməsi  və
səmərələşdirilməsi məsələləri daxildir. Burada diqqət idarəetmənin şəffaflığı, keyfiyyətin
təminatı və idarə edilməsinə yönəlmişdir. 
Dördüncü istiqamət təhsilin maddi texniki bazasının gücləndirilməsi, infrastrukturun
müasir tələblər səviyyəsinə qaldırılması məsələləri ilə bağlıdır. Bu məsələlərdə informasiya-
kommunikasiya  texnologiyalarının  geniş  tətbiqinin  təmin  edilməsi,  yeni  təhsil
texnologiyalarının təmin edilməsinə xüsusi diqqət ayrılır. 
Nəhayət, beşinci strateji istiqamət ölkə təhsil sisteminin dünyanın aparıcı təhsil sistemləri
standartları ilə eyni səviyyəyə uyğun maliyyələşmə modelinin qurulmasını nəzərdə tutur
[11, səh-94].
Ölkənin iqtisadi potensialında yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların çəkisi
əhəmiyyətlidir. Sürətli texnoloji tərəqqi bilik və bacarıqların fasiləsiz olaraq yeniləşməsini
tələb edir ki, bu da ömür boyu təhsilin zəruriliyini şərtləndirir. Bu, həm də vətəndaşın daim
dəyişən və yeniləşən inkişaf prosesində hazırlığını təmin edir. 
Bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə pro -
sesinin keyfiyyəti ilə əldə olunur. Buna görə də təhsilin keyfiyyətinin təminatı başlıca strateji
prioritetə çevrilməlidir.
Təhsilin məzmununda olan bu köklü dəyişiklik onun formasında da dəyişiklikləri zəruri
edir, onun müxtəlif formalarına yenidən yanaşılmasını tələb edir. Eyni zamanda təhsilin
müxtəlif pillələrinin müddətinin dünya standartlarına uyğunlaşdırılması və onun maksimum
səmərələşdirilməsi qarşıya qoyulan məsələlərdən biridir. Təhsilin məzmununun qabardıl-
ması, onda nəzəri biliklərlə praktik vərdişlərin nisbətinin aktuallaşdırılması günün tələbindən
irəli gəlir. Prioritetlərin dəqiq müəyyənləşdirilməsi təhsilin məqsədyönlülüyünü artırır. Tərtib
edilən kurikulumlarda forma və məzmunun vəhdətinə diqqətin artırılması, innovativ metod-
ların geniş tətbiqi ölkə təhsilini müasir tələblərə yaxınlaşdırır. Sənəddə qeyd olunur ki,
ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali
təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun
daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir.
Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda
fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.
“Təhsil strategiyasında” vacib istiqamət kimi qoyulan problemlərdən biri təhsilin başlıca



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
164
fiqurlarından biri olan müəllimlərin – bilik verənlərin çoxsaylı problemlərinin yeni əsaslarla
qoyulması və həlli yollarıdır. Onların sırasına müəllimlərin peşəkarlıq səviyyəsindən tutmuş
onların əməyinin stimullaşdırılması, tədris fəaliyyəti üçün maksimum şəraitin yaradılması
və s. daxildir. Müəllimin fərdi keyfiyyətləri ilə yanaşı tədris metodikasına xüsusi diqqət ayrıl-
ması təqdirəlayiqdir. Müəllimin peşəkarlıq səviyyəsi ilə müasir metodikaların tətbiqi, onların
yaradıcı şəkildə inkişaf etdirilməsi, yaradıcı fəaliyyətin stimullaşdırılması bir-birini tamam-
layan məqamlardır və onların həllinə kompleks yanaşılması başlanmış işin uğuru üçün vacib
şərtdir. İslahatlar keçirilən zaman idarəetmədə əsas hədəf bu sahədə münasibətlər sistemini
yeni ictimai-iqtisadi münasibətlər mühitinin şəraitinə uyğunlaşdırmaqdır. İslahatlar ona görə
zəruri olmuşdur ki, köhnə təhsil köhnə ictimai-iqtisadi münasibətlər sisteminin tərkib hissəsi
olmaqla onun standartlarına uyğun idi və onun verdiyi məhsul – yəni hazırladığı mütəxəs-
sislər, yetişdirdiyi vətəndaşların dünyagörüşü həmin sistemin təməli üzərində qurulmuşdu.
Burada söhbət təkcə təhsil alanın aldığı təhsilin məzmunundan getmir. Həm də idarəetmə,
təhsil subyektlərinin münasibət sistemi, təhsil-praktika əlaqəsi problemləri, məhsulun key-
fiyyətinə görə cavabdehlik, təhsilin məhsulunun alıcısı və satıcısı məsələsi, maliyyələşmə
mənbələri və onun sərfiyyətinə görə cavabdehlik mexanizmləri, təhsilə nəzarətin subyektləri
və onların təsir formaları və sair bu kimi qlobal məsələlər ön plana çıxır. Təhsilin fəlsəfəsi
dəyişir, onun ictimai həyatın bütün başqa sahələri ilə əlaqəsi və münasibətlər sistemi yeni
mühitin qaydaları əsasında qurulur [12, səh-184].
Qloballaşma prosesi keçirilən islahatları labüd edir. Belə bir şəraitdə ləngiyən geridə qal-
mağa məhkumdur. Düzdür, bu prosesdə hər bir dövlətin potensialı mühüm rol oynayır. Elə
layihələr vardır ki, onu həyata keçirmək kiçik dövlətlərin gücü çərçivəsində deyildir. Lakin
bu vəziyyətdəndə çıxış mövcuddur. Düzgün istiqamət götürüldüyü təqdirdə ümumdünya
prosesləri çərçivəsində hər bir müşkülü, o cümlədən təhsil sahəsində olan problemləri uğurla
həll  etmək  olar.  Qloballaşma  şəraitində  dünyanın  təhsil  potensialından  bəhrələnmək
mümkündür. Bunula yanaşı belə bir şəraitdə diqqət milli özünəməxsusluğun qorunması, milli
maraqların təmin olunmasının daim diqqət mərkəzində olmasıdır. Müasir dövrdə Azərbay-
canda keçirilən təhsil islahatlarında keyfiyyət problemlərinin ön plana çıxarılması qanuna
uyğundur. Çünki bu sahədə təkcə statistik artımla istənilənə nail olmaq mümkün deyildir.
Yalnız keyfiyyətli nəticələrlə Azərbaycan təhsilinin rəqabətqabiliyyətliliyini təmin etmək
olar. Azərbaycan təhsilinin müxtəlif pillələrinin problemləri proqram sənədlərində, o cüm-
lədən “Təhsil strategiyasında” qaldırılır və onların həlli istiqamətində əsaslı addımlar atılır.
Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar ilk növbədə
məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Bir-
ləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan etmişdir.
Nəticə. Müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla
irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
dövlət  siyasətinin  prioritet  istiqamətlərindən  birinə  çevrilib.  Prezident  İlham  Əliyevin
ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin
qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azər-


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə