İPƏK YOLU, No.3, 2017, səh.159-168
159
“DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ:
ROMANDA İNTERTEKSTUALLIQ VƏ DEKONSTRUKSİYA
Yeqzar Cəfərli
Bakı Mühəndislik Universiteti, Bakı, Azərbaycan
e-mail:
yeceferli@beu.edu.az
Xülasə. “Da Vinçi şifrəsi” romanı postmodern bədii mətn kimi olduqca
maraqlıdır. Leonardo da Vinçinin rəsmlərindəki sirləri açmağa çalışan
müəllif yaratdığı Robert Lenqdon obrazı ilə bu işi daha da sürətləndirir. Jak
Sonyerin öldürülməsi, romanın qəhrəmanları – Robert Lenqdon və Sofi
Nevenin qətlin izinə düşməsi və tarixdən bizə məlum olan başqa qaranlıq
məqamların açılması intertekstual mətn kimi bir çox tarixi faktları
dekonstruksiya edir. Tarix boyu ən çox işlənən mövzulardan olan İsa
mövzusu da əsərdə ön plandadır. Müəllif bizə İsanı tamam fərqli obrazda
təqdim edir. Mövzu tarixən çox işlənsə də, postmodern nümunə kimi yeni
sayıla bilər. Məqalədə roman intertekstual mətn kimi tədqiqata cəlb edilir.
Müəllif dekonstrukiyasına münasibət bildirilir.
Açar sözlər: “Da Vinçi şifrəsi” romanı, intertekstuallıq, dekonstruksiya,
məkan və zaman kombinasiyaları.
THE NOVEL “THE DA VINCI CODE” AS A
POSTMODERN LITERARY TEXT:
INTERTEXTUALITY AND
DECONSTRUCTION IN THE NOVEL
Yegzar Jafarli
Baku Engineering University,
Baku, Azerbaijan
Abstract. The novel “The Da Vinci Code” is very
captivating as a postmodern literary text. The
author who tries to reveal the mysteries behind the
paintings of Leonardo da Vinci, further accelerates
this process with the character Robert Langdonhe
created. Murder of Jack Sonnier, characters of the
novel – Robert Langdon and Sophie Neve who are
tracing the murder and revealing of other dark
moments that are known to us from history
deconstruct
several
historical
facts
as
an
intertextual text.The theme Jesus that is one of the
most referredthemesthrough history is also
foregroundin the work. The author presents Jesus
as an absolutely different character to us. Though
the theme has been applied many times through
history, it can be considered new in terms of being
a postmodern example. The novel is involved to
research as an intertextual text in the article.
Author’s deconstruction style is analyzed.
Keywords: The novel “The Da Vinci code”,
intertextuality, deconstruction, place and period
combinations.
ИНТЕРТЕКСТУАЛЬНОСТЬ И ДЕКОН-
СТРУКЦИЯ В ХУДОЖЕСТВЕННОМ
ТЕКСТЕ ПОСТМОДЕРНИСТСКОГО
РОМАНА «КОД ДА ВИНЧИ»
Егзар Джафарли
Бакинский Инженерный Университет,
Баку, Азербайджан
Резюме. Художественный текст романа «Код
Да Винчи» является весьма интересным. Автор
ускоряет события, создав образ Роберта Лэнг-
дона, пытающийся раскрыть тайну картин Лео-
нардо Да Винчи. В интертекстуальности текста
смерть Жака Сойера, преследование героев ро-
мана по следу Роберта Лэнгдона и Софи Неве,
а такжу всплытие таинственных моментов в
истории имеет сходство с деконструкцией ис-
торических фактов. На протяжении всей исто-
рии, одна из распространенных тем об «Иисусе
Христе» тоже взята на первом плане. Автор
представляет нам Иисуса Христа в ином обра-
зе. Несмотря на многие исторические сведения
роман можно считать новым примером постмо-
дернизма. В статье роман исследуется как ин-
тертекстуальный текст, а также отношение ав-
тора к деконструкции.
Ключевые cлова: Роман «Код Да Винчи», ин-
тертекстуальность, деконструкция, комбинация
пространства и времени.
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
160
“Da Vinçi şifrəsi” romanı postmodern mətn olaraq tarixdə yaşanmış müəyyən
hadisələrin dekonstruktiv şəkildə təzahürüdür. Əsər müxtəlif məkanlara aid sujetləri
birləşdirmək, həmçinin müxtəlif zamanların çulğalaşması baxımından bədii mətn kimi
aktualdır.
Qeyd edək ki, postmodern romanda yazıçı müxtəlif zaman və məkan
kombinasiyalarına nəzərən gözlə görünməyən yerləri də canlandıra bilir. Bu tip mücərrəd,
absurd baxışlar bilavasitə elmi-fantastik ədəbiyyatın xarakteristikasında olsa da, müxtəlif
janrları və hətta cərəyanların strukturunu da özündə əks etdirmək postmodernizmə yad deyil.
Postmodern romanın digər bir özəlliyi də, qeyd etdiyimiz kimi, yazıçıya müəyyən fikir
sərbəstliyi verməsidir. Təbii ki, yazıçı mətni yazarkən onun hansı cərəyanda olmasının fərqinə
varmaya bilər. Lakin cərəyanların yaranması dövr və nəsil məfhumlarına kökləndiyi üçün
müəyyən yazıçılar da bu axara düşür və əsərlərini postmodern üslübda yazırlar. “İqtisadi
böhranlar kapitalizmin dəyişməsində önəmli bir rol oynamışdır. Bu böhranlar sosial həyatı
iflasa uğratmış, cəmiyyətləri yeni bir çox kəşflərə sövq etmişdir. Təqdim edilən həll
variantları və buna bağlı olan tətbiqlər təbii olaraq sosial bir dəyişməni özüylə gətirmişdir
[3].
Den Braun da bu müəlliflərin biri kimi “Da Vinçi şifrəsi”ni bu ruha kökləyir. Bu, bir
baxımdan müəllifə müəyyən sərbəstlik versə də, digər tərəfdən müəyyən çətinlik törədir.
Çünki, yazıçı hadisələrin gedişatını bilavasitə postmodenizmin axarına uyğun şəkildə dəyişir.
Postmoderizmin istiqaməti hansı tərəfə gedirsə, yazıçı da əsəri o məcraya salmağa, mövcud
strukturu əsərdə tətbiq etməyə məcbur olur. “Postmodernizm, ədəbiyyatda həm gerçəyin, həm
də xəyal gücünün görünən və təxmin ediləndən daha irəli tərəfilə, varlıq və anlayışların
görünəndən daha irəli tərəfiylə maraqlanır [1].
Postmodernistlərin digər bir tələbinə görə əsərlərdə nəql olunan hadisələr mümkün
sayda çox insan tərəfindən oxunmalıdır. Burada əsərin kəmiyyət göstəricisi daha qabarıq olur.
Bu da bir növ kapitalizm meyarları ilə əlaqədar olaraq əsərlərin tirajına və çox yayılmasına
xidmət edir. Bu bir tərəfdən də modernistin inkarına işarə sayıla bilər. Modernist layihənin
inkar olunmasının postmodernizmin əsas strukturunun formalaşmasındakı qatqısını danmaq
olmaz. “Postmodernistlər modernistlərin sahib olduğu reallığın ənənəvi görüşlərindən imtina
edirlər. Onlar modernizmin dağılmasını vurğulayırlar və belə fərz edirlər ki, reallığın
obyektiv təmsili qeyri-mümkündür” [6].
Fərz edək ki, postmodernizm modernizmi inkar etmir. Belə halda sitatda da deyildiyi
kimi, reallığın obyektiv təmsili mümkünsüzləşir. Digər tərəfdən bu inkarçılıq yeni yaranan
cərəyanı qanuniləşdirirdi və evristik olaraq onun dəyərini artırırdı. Legitim bir cərəyan olaraq
postmodernizm
modernizmə
nisbətən
daha mürəkkəb mexanizmə və struktura
malikdir.“Postmodernizmlə birlikdə obyektiv gerçəklik və ya mütləq məlumat bir dəyər
itkisinə məruz qalmaqda, məlumatalma halına gəlməkdədir. Bu vəziyyət elmi məlumat
Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ …
161
anlayışının səbəblilik və düzənlilik qaydalarını keçərsiz qılmaqda, obyektiv məlumatın
cəmiyyətin
həyatındakı
keçərlilik, güvənlilik və zərurilik xüsusiyyətlərini isə
önəmsizləşdirməkdədir [3].
Təhlil etdiyimiz əsərin əsas sujet xətti bir neçə qola şaxələnir. Kilsə-priorat, Müqəddəs
Qaraal-İsa qarşıdurması, həmçinin İtalyan rəssamı Da Vinçinin rəsmlərindəki sirlər. Leonardo
Da Vinçinin sirli rəsmləri üzərindən danışan yazıçı qeyd etdiyimiz hadisələri faktiki olaraq
göstərməyə, xristianlıqla, kilsə ilə bağlı tabloları yıxmağa, İstintaq idarəsi isə bu cinayəti
açmağa çalışır və məlumdur ki, bunu etməklə həm olacaq hadisələri önləmək, həm də yeni
təhlükələrdən qaçmaq yolları tapılacaqdı. Əks təqdirdə Sion təşkilatı haqqında çox ciddi tarixi
gerçəklər ortaya çıxacaq və yüzillər boyu tarixi qarışdıran sirli hadisələrin düyünü açılacaqdı.
Bu məkan və zaman kombinasiyaları dedektiv olaraq əsəri kriminal məcraya çəksə də,
postmodern quruluş olaraq əsərin intertekstual mətni məhz məlum simvolların dinamik
inkişafı ilə xarakterizə edilir. Misal olaraq “Sonuncu şam yeməyi” tablosunu göstərə bilərik.
Maraqlıdır ki, bu əsərdə İsanın yanındakı şəxsin həvari İoanna yox, Mariya Maqdalena
olduğu güman edilir. Müəllif Məcdəlli Məryəmin sifətini kişi sifətinə bənzədir. Amma
freskada İsadan sağda ikinci şəklə diqqət yetirdikdə doğrudan da onun zahiri görünüşünə
əsasən bir qadın olduğu aydınlaşır. Bu, mübahisəli olsa da, Den Braun bunu simvolik
rəmzlərlə əlaqələndirirərək açmağa çalışır.
Tabloda təsvir olunan və Məcdəlli Məryəmə tuşlanan, əlində bıçaq tutan həvari heç
şübhəsiz, Pyotrdur. O, qadını hər dəqiqə parçalamağa hazır kimi təsvir olunub. Burada
əlbəttə, konkret bir mülahizə irəli sürmək çox çətindir. Amma bir həqiqət bəllidir ki, Məcdəlli
Məryəmlə bağlı əfsanəni inkişaf etdirib bir həqiqət şəklinə salan şəxs 1510-1519-cu illərdə
“Sion Prioratı”na rəhbərlik etmiş Da Vinçi olmuşdur. Lakin inkivizisiyanın tüğyan etdiyi bu
illərdə o, təbii ki, öz istək və arzularını istədiyi kimi ifadə edə bilməzdi, simvollarla
bildirməyə məcbur idi. “Da Vinçi şifrəsi”ni oxuyan hər bir oxucu freskalarda təsvir
olunanları bir həqiqət kimi qəbul edə bilər. Bizim fikrimizcə də böyük rəssamın gələcək
nəsillərə aşılamaq istədikləri bir həqiqətdir, yoxsa ki, Da Vinçini bəşəriyyətin hissləri ilə
oynamağa nə vadar edirdi?
Da Vinçinin freskaları bütpərəstlik simvolları ilə doludur. Den Braun bu simvolları
özünəməxsus şəkildə yozur, elə Da Vinçinin özü kimi bir həqiqət şəklinə salmağa çalışır.
Lakin göründüyü kimi yüksək təhsilli kilsə xadimləri belə bu simvolları açmaqda acizdirlər.
Professor Lenqdon isə bu sahə üzrə ixtisaslı mütəxəsis olduğundan heç bir çətinlik çəkmədən
Da Vinçinin “Xristianlıq mədəniyyətinə aşıladığı bütpərəstlik simvollarını açıb göstərə bilirdi
[2, s.59].
Den Braun Da Vinçinin əsərlərini xristian tarixçiləri üçün çətin tədqiqat obyekti hesab
edir. Dahi rəssam kilsədən müxtəlif mövzularla bağlı çoxlu sifarişlər alırdı və elə bu
sifarişlərdə də özünün ziddiyyətli ideyalarını – kilsəyə nifrətini ifadə edirdi.“Xristianlıq
mövzusundakı bir çox əsərlərdə xristianlığa aid olmayan gizli işarələr və rəmzlər çəkmişdi,
bununla Kilsəni ələ salmış, öz həqiqi inanclarına isə hədiyyə vermişdi” [2, s.59].
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
162
Den Braunun haqqında söhbət getdiyi bu əsərində faktlar xristian xalqları arasında
dolaşan yarı həqiqət və əfsanələrlə baş-başa durur. Pravolsav-ortodoksal kilsəsi Məcdəlli
Məryəmi bir sülh müjdəçisi olaraq qəbul etsələr də, katoliklər onu fahişə kimi görürlər.
Roman daha çox katolik xrisanlığı ilə əlaqəli olduğu üçün bu nüans birmənalı şəkildə onunla
izah olunur ki, yazıçı məhz katoliklərin fahişə adlandığı bir qadına humanist baxış sərgiləyir
və bir növ pravolsavların yanlısına çevrilir.
Yazıçı romanda Mariya Maqdalena haqqındakı həqiqəti nisbətən psevdohəqiqət
kontekstinə yaxınlaşdıraraq onu günümüzə gətirir. Bu, məkan və zaman olaraq Da Vinçinin
əsərlərində axtarılan əsas strukturlardan biridir və yazıçı bu tarixi obrazı günümüzdə
canlandıraraq özünün simolik-semiotik fikirlərini açıqlamağa çalışır. Bütün bunlar bizə onu
deməyə əsas verir ki, bu obraz əsərin strukturunda bütünləşməyə doğru meyillənir. Yazıçı
əsərin sonunda Qraalın tapılmasının Maqdalenanın ruhu qarşısında baş əymək olduğunu qeyd
etdikdən sonra bu, ona deməyə əsas verir ki, bu obraz simvolik olaraq yazıçı tərəfindən
strukturlaşdırılır. Burada tarixi məqamın fəlsəfəyə doğru meyilləndiyi müşahidə olunur.
“Modernizmin strukturlizmini inkar edən poststrukturalizm və yenə modernizmin
konstruktivizmini inkar edən dekonstruktizm haqda deyirlər ki, onlar tarixi fəlsəfəyə, fəlsəfəni
isə poetikaya apardılar” [4, s.41].
Postmodernizm ayrıca cərəyan kimi götürülsə də, mahiyyətcə Markes, Toni Morrison,
Umberto Eko və başqa bir sıra yazıçılar, bir çox başqa estetika və ədəbi cərəyan
nümayəndələri bundan istifadə edərək maraqlı əsərlər yaradırlar. Umberto Ekonun
yaradıcılığı postmodernizmə daha çox fəlsəfi baxımdan yaxın olsa da, mahiyyət etibarilə
digər yazıçılar magik realizmdən tutmuş realist estetikaya qədər bunu başqa formalarda
əsərlərində tətbiq edirlər. Bu mənada intertekstuallıq və dekonstuksiya anlayışları mahiyyətcə
əsərin strukturunu formalaşdıran başlıca metodoloji aspektlər olduğu üçün burada əsərin
müxtəliflilik kontekstində cərəyan etməsi məqbul və ya qeyri-məqbul hesab oluna bilər.
“Keçmişin heyranı olmaq, keçmişə yapışıb qalmaq, hərəkətdə olan yaşadığımız zamana ayaq
uydurmaqdan çəkinmək – modernizm və postmodernizm fəlsəfələri məhz bunların çözümünü
təklif edir” [4, s.35].
Simvolik olaraq əsərdə haqqında danışılan rəsm əsərləri tarixən Da Vinçi tərəfindən
yaradılsa da, burada rəsmlərin ilkin mənzərəsi şühbə doğura bilər. Bəlkə də Da Vinçi bu
rəsmlərlə tamam başqa şey demək istəyirdi. Lakin Den Braun bunu fərqli aspektdə işləyərək
yeni formatda simvolik mətn modeli qurmağa çalışır. Əsər çap olunandan sonra haqqında bir
çox sənədli filmlər çəkilmişdi. Bu sənədli fimlərdə əsas müzakirə obyekti bu həqiqətlərin
gerçək və ya uydurma olması idi. Yəni həqiqətənmi İsa evlənmişdi, övladı olmuşdu? Mariya
Maqdalena haqqında əfsanə gerçək idimi? Bütün bu sənədli filmlərdə yuxarıdakı məsələ
yalnız sual kimi qoyulur və konkret olaraq dəqiq fikir söylənilmir.
Bütün bunlar əsərdə tarix-alternativ tarix, həmçinin həqiqət-psevdohəqiqət
kontekstində verilsə də, fakt olaraq müəyyən tərəflərdən öz aktuallığını qoruyur. Yazıçı əsərin
Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ …
163
əvvəlində bir səhifəlik mətndə əsərdəki faktları yazsa da, burada oxucuları uzaqlaşdıra da
bilərdi. Çünki sonradan istər müqəddəs Qraal, istərsə də digər mövzular haqqında əsərdə
söhbət gedir və bunlar birbaşa fakt olmağa doğru meyillənmir.
Ümumiyyətlə qeyd edək ki, əsərin əsas ideya qaynağı Maykl Beycent, Riçard Ley və
Henri Linkolnun həmmüəllif olduğu “Müqəddəs qan, müqəddəs kasa” əsəri üzərində
formalaşıb. Bu əsərdə müəlliflər İsanın Məcdəlli Məryəmlə evlənib soyunun Sara adlı qızla
indiyə qədər davam etməsindən söhbət açırlar. Məsələ kifayət qədər ciddidir. Bu, bir əfsanə
olsa da, onu həqiqət kimi qəbul etmək üçün kifayət qədər əsaslar vardır. İncildən öyrənirik ki,
İsa Məcdəlli Məryəmi yəhudulərin daş-qalağından xilas edib “Get, bir daha günah etmə” –
demişdi. O da bir daha günah etməyib, İsadan ayrılmamış və İsanın sonrakı möcüzələrinin
şahidi olmuşdu. Məcdəlli Məryəm bahalı nardin yağı gətirib İsanın başına çəkmiş, göz yaşları
ilə onun ayaqlarını isladıb yumuş, saçları ilə qurutmuşdu. Bu, qadın sədaqətinin ən yüksək
nümunəsi idi. Məryəmin bu hərəkəti bir qadının təkcə öz peyğəmbərinə olan sədaqətindən
başqa, həm də öz ərinə olan sədaqəti idi və bu sədaqəti Misir ilahəsi İsidanın öz əri Osirisə
sədaqəti ilə müqayisə etmək olardı. O, İsanın təkcə arvadı deyil, həm də ən etibarlı şagirdi və
davamçısı, ən önəmlisi isə soyunu davam etdirəcək körpəsini bətnində daşıyırdı. İsa özü də
ondan razı idi.
Çarmıxa çəkilərkən İsanın yanında qalıb ona acı göz yaşları axıdan bir neçə qadının
biri də Məcdəlli Məryəm idi. İsa dirilərkən ilk olaraq ona görünmüş, ilk tapşırığını da ona
vermişdi. Həvarilərə mələkləri gördüyünü də ilk olaraq o xəbər vermiş, onlar isə buna
inanmamışdı.
İsa bütün peyğəmbərlərdən daha üstün sayılıb Allahın oğlu səviyyəsinə qaldırılsa belə,
o, insanların arasından seçilmişdi. Heç bir peyğəmbərə evlənmək qadağan olunmadığı kimi
bu, İsaya da qadağan olunmamışdı. Məcdəlli Məryəm, İsaya qədər Kilsənin iddia etdiyi kimi
fahişə olmuşdusa da, o tövbə etmişdi. Bütün monoteist dinlərdə insanların tövbədən əvvəlki
həyatları önəmli sayılmır. Belə ki, tövbə edən hər bir şəxs həmin an Allahın dostuna çevrilir
və Allahın dostuna isə iztehza etmək, kilsəyə şərəf gətirməyəcəkdi.
İsanın evlənə biləcəyini Den Braun bir də onunla izah edir ki, o, bir yəhudi kişisi idi,
dövrünün sosial qanunlarına görə hər bir yəhudi evlənməli və oğlu olmalı idi. Qədim
yəhudilər də bütpərəst ərəblər kimi oğlu olmaqlarından hədsiz qürur duyurdular.
Katolik kilsəsinin fahişə adlandırdğı Məryəm həqiqətən İsanın arvadı olubmu?
Məsələyə Sion təşkilatının mühafizə etdiyi iddia olunan gizli sənədlər üzə çıxandan sonra
aydınlıq gətirmək mümkündür. Məlumdur ki, əsər bir çox ölkələrdə, həmçinin Papanın
iqamətgahı Vatikanda qadağan olunur. “National Geograpic”in əsər haqqında hazırladığı
verilişdə bir sıra gizli məqamlar aydınlaşdırılmağa çalışılır. Verilişdə əsas olaraq Məcdəlli
Məryəm İsanın xələfi kimi götürülsə də, katolik kilsəsi bunu rəzillik və kafirlik adlandırır.
Bu gün İsanın Məcdəlli Məryəmlə evlənməsinin qəbul edilməsi xristian mədəniyyətini
məhv edərdi və bu mədəniyyəti yenidən yaratmaq lazım idi. Ona görə də kilsə bu məlum
həqiqətə qarşı amansız mübarizə aparır. Katolik kilsəsi onun özülünü sarsıda biləcək
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
164
həqiqətləri məhv etmək üçün bircə anlıq olsa belə mübarizəni dayandırmır. Bu zaman hər bir
vasitədən istifadə edir və bu dəfə daha incə üsullardan. “Kilsə kafirləri məhv etmək üçün daha
xaç yürüşləri təşkil etmir. Amma bu, keşişlərin təsir dairəsinin azaldığını bildirmir, onların
aqresivliyi qətiyyən azalmır” [2, s.465].
Kilsə yaxşı başa düşür ki, İsanın ilahiliyindən imtina edilsəydi, kilsənin dağılması artıq
zaman məsələsi olardı. Kilsə bunu başa düşərək İsanın ilahiliyini inkar edən hər hansı bir
sənədi məhv edir. Çünki, “bu sənədlər tarixi yanlışlıqları və saxtakarlığı üzə çıxarmağa
imkan verirdi, yəni, İncilin yaranmasında insan-İsa Məsihin ilahiləşdirilməsinə can atan və
bununla da onun nüfuzundan öz hakimiyyətlərinin möhkəmləndirilməsi üçün istifadə edən
siyasətçilərin əli olduğunu sübut edirdi” [2, s.275].
Niyə xristian kilsəsi İsanın evlənməsinə qarşı çıxıb əsrlərcə davam edən qarşıdurmanın
əsasını qoydu? Və yaxud İncilə olunmuş ən böyük bəşər müdaxiləsi olan İsanı
ilahiləşdirməkdə və onun evlənməsinə qarşı çıxmaqda kilsənin məqsədi nə idi? Fikrimcə,
burada daha bir ilahə obrazı yarana bilərdi ki, xristianlıqda İsanın anası Məryəmin timsalında
artıq bir ilahə obrazı mövcud idi. İkinci bir ilahə obrazı isə yenicə yaranmaqda olan dini sırf
bütpərəstlik səviyyəsinə endirəcəkdi.
Hər iki məsələnin – İsanın ilahiliyinin və Məcdəlli Məryəmlə evlənməsini bir həqiqət
kimi qəbul edə bilməməyimizin səbəbi bu mövzuda həqiqətlərin vaxtında kilsə tərəfindən
məhv edilməsidir. Amma həyatda heç nəyin, hətta əfsanələrin belə boşuna yaranmadığını
nəzərə alsaq, “Sion Prioratı”, onun hərbi gücü olan “Tampliyerlər” ordeni və son dövrlərdə
kilsə tərəfindən yaradılmış “Opus Dei”, Kilsə ilə Priorat arasındakı çoxəsrlik mübarizə bu
məsələni bir həqiqət kimi qəbul etməyə əsas verir.“Postmodern mətnlərdə bir çox alt mətn bir
arada göstərilir və bu mətnlər, bir-biriylə iç-içə girmişlər. Postmodern xüsusiyyətlər daşıyan
bir sənətçiyə aid hər hansı bir mətndə mültəq olan tək bir anlayışın tərzini axtarmaq
yersizdir. Çünki postmodern bir mətndə bir deyil, birdən çox anlayışın uzantısı bir arada
göstərilir [1].
“Sion Prioratı”nın varlığı, fəaliyyəti, gizli sənədləri barədə şübhələr bu gün də
gündəmdədir. İsanın soyunun Sara adlı qızı ilə davam etməsi əfsanəsi hələ də yaşayır.
Müqəddəs Kasanın bir insan deyil, bir kasa olması isə daha çox mübahisəlidir. Yazıçı bu
tarixi kombinasiyanı günümüzə gətirməklə gizli sirlərə işıq salmağa çalışır və həqiqətən də
böyük cəsarət nümayiş etdirir.
Romanda Den Braun sübut etməyə çalışır ki, İsa kimi Məcdəlli Məryəm də şah
nəslindən idi. Bu iki nəslin birləşməsi qanuni hakimiyyətə asanlıqla yiyələnə bilərdi. Bu isə o
zaman nə yəhudilərin, nə də romalıların marağında deyildi. Yəhudilər özünü Allahın oğlu
elan etmiş və Musanın dinini tamamlamağa gəldiyini iddia edən İsa Məsihi əsla qəbul etmək
istəmirdilər. Romalılar isə yağlı tikə hesab etdikləri Fələstini əllərindən vermək istəmirdilər.
Müəllif sübut etməyə çalışır ki, San Qraal (müqəddəs kasa) əslində Sanq Real (Kral
qanı) kimi başa düşülməlidir. Bundan sonra kasa bir dini simvoldur və monoteist dinlərdə
Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ …
165
müqəddəs sayılan əşyaların birisidir. Bibliyada kasa, kasaya bənzətmələr haqqında onlarla
fikirlər var.
Qeyd etmək lazımdır ki, xristianlığa vaxtı ilə edilmiş güclü bəşər müdaxiləsi bütün
bunların həqiqət və ya psevdohəqiqət olduğunu anlamağa imkan vermir. İmperator
Konstantin Roma imperiyasının labüd dağılmasının qarşısını almaq üçün bir çox işlər gördü
və bununla da, imperiyanın ömrünü daha 150 il uzatdı. Bir çox bütpərəst elementlərini
xristianlığa qatmaqla bir növ hər iki tərəfi razı saldı. İsanın Allahın ruhundan doğulması faktı
Konstantinə çox kömək etdi. O, və onun yaxın ətrafının ciddi tələbi ilə 325-ci ildə Nikeya I
Ümumdünya Kilsə Məclisində İsanın ilahiliyi səsvermə nəticəsində (Allah tərəfindən deyil)
qəbul olundu. Məhz bu müdaxilədən sonra xristianlıq boyunduruğu altında əzilən kütlələrin
dinindən hakim sinifə mütilik tələb edən, dövlət hakimiyyətinin ilahi mənşəyə malik
olduğunu iddia edən bir dinə çevrildi. O, bu addımı atmaqla xristianları bütpərəstlərin
təqibindən xilas etdi, eyni zamanda xristianlığın özülünü sarsıtdı. Sonrakı bütün müqavimətlər
isə bidət elan olunaraq təqib edildi. Bu da bir növ insanları həqiqətdən ayırmağa meyillənmək
demək idi.“Son onilliklərdə postmodernliyin insanları “həqiqət”dən ayırması fikri
poststruktualizm ilə ədəbi tədqiqatlar sahəsində (və başqa elm sahələrində) hədsiz nüfuzedici
mühüm əks-sədaya, nəzəri hərəkta səbəb olmuşdur” [8]
Səmavi kitabların ən mühüm xüsusiyyəti heç şübhəsiz ilahi vəhylərə istinad etməkdir.
Lakin Tövrat və İncildəki müqəddəs kəlamlara bir çox bəşər əlavələri İsanın şəxsi həyatı ilə
bağlı əsil həqiqətlərə kölgə salıb. Çox aydın görünür ki, hazırda əlimizdə olan İncilin böyük
bir qismi İsanın əməllərinin şahidi olan həvarilərin uydurmasıdır. Belə ki, bu kitabda
yazılanlar bir-biri ilə ziddiyyət təşkil edir. Əsil Allah kəlamında isə ziddiyyətlərin olması
istisnadır. Elə bu ziddiyyətlərin nəticəsidir ki, İncil hər bir adamın yaza biləcəyi adi kitaba
çevrildi. İsa isə Allahın böyük peyğəmbərindən insanlardan cin çıxardan bir bütpərəst kahini
səviyyəsinə endirildi.
Umberto Eko dünyaca məşhur, intellektual postmodernizmin və XX əsr
romançılığının ən parlaq nümunələrindən olan “Qızılgülün adı” əsərində İsanın hər cür
dünyəvi hakimiyyətdən uzaq olması, daha çox yoxsulluğa meyilli olmasını israr edir. “İsa
Məsihin özü və yaxınları üçün dünyəvi hakimiyyətə can atmasını heç kim təsdiqləyə bilməz və
heç kim təsdiqləməmişdir. Deməli, Məsihin dünyəvi şeylərdən uzaq durması günaha
batmadan belə bir fikir söyləməyə əsas verir ki, Məsih daha çox yoxsulluğa meyilli idi” [5,
s.438].
Lakin Eko: “İsa hər cür zorakılığın əleyhinə idi və ruhanilərin də zorakı hakimiyyətə
sahib olmasını istəmirdi”-deməklə haqlıdır. “Bəlkə onun əslində bunu istədiyini, lakin
peyğəmbərlik etdiyi üç il ərzində bunu etməyə vaxtının, ya da belə bir qanun çıxarmağa
qabiliyyətinin çatmadığı fikri irəli sürülməyə çalışılır? Və bunu istəmədiyi tamamilə doğru
idi; çünki, O, əgər belə bir şey istəmiş olsaydı, papa buna əsaslanaraq öz iradəsini krala
zorla qəbul etdirə bilərdi...və beləcə xristianlıq-azadlıq qanunu deyil, dözülməz köləlik
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
166
olardı” [5, s.436] yazmaqla İsanın hakimiyyətdən daha çox yoxsulluğa meyl etməsini qeyd
edir və İncilin bu haqda onlarla ayəsinin üzərinə kölgə salır.
Məlum həqiqətdir ki, 400 il sonra Merovinqlər Fransada hakimiyyətə gəldilər. Den
Braun da özündən əvvəlki müəlliflərin fikrini müdafiə edərək iddia edir ki, İsanın Məcdəlli
Məryəmdən olan qızı Sara Franklarla evlənib Merovinq xanədanını formalaşdıracaqdı.
Kütlə ilə keçmiş arasındakı uçurum incəsənətə daha çox nüfuz etdiyi üçün sonradan
tarixi faktlarda yaşayan incəsənət nümunələri modernizmə meyilləndiyi zaman ortaya maraqlı
mənzərələr çıxırdı. “Ali (inkişaf etmiş) mədəniyyətlə kütlə mədəniyyəti arasındakı keçmiş
fərqin arxa planda qalması kimi, bu xarakterik xüsusiyyətin digər incəsənət sahələrində daha
aşkar müşahidə olunduğu daha universal mövcudiyyəti və modernizmin öz təsir dairəsinin və
ən azından orta və cahil kommersiya mədəniyyətini əhatə edən mühitinin əleyhinə həqiqi
təcrübə sahəsini qismən qorumaqdan ibarət olan utopik fəaliyyətinə görə asılı olduğu fərq ən
azından qəbul edilə bilər. [7]
Postmodernizm nisbətən mürəkkəb bir cərəyan olduğu üçün mətn qurulduğu zaman
istər-istəməz tarixə müraciət etmək zərurəti yaranır. Hadisələrin tarix və ya alternativ tarix
olması oxucu üçün qaranlıq qalmasın deyə o əsərdəki hadisələrin kökünü öyrənməyə, təhlil
etməyə məcbur olur. “Postmodernizm termini ilə əlaqədar problemlər çox müərəkkəbdir,
çünki biz bu haqda oxuyanda əslində üç anlayışla qarşılaşırıq – sadəcə postmodernlik yox,
həmçinin postmodernizm və postmodern [9].
Əsas digər bir sual ondan ibarətdir ki, yazıçı burada gerçəklik və onun postmoderist
strukturunu maraqlı boyalarla təsvir edir və burada bir sıra suala cavab tapmağa cəhd edir. İsa
evləndimi, övladı oldumu? 1099-cu ildə bu sirri gizlətmək üçün “Sion” adlı təriqət
yarandımı? Ümumiyyətlə əsərdə yazılanlar gerçəkdirmi?“Sion Prioratı”nın böyük ustadı
hesab olunan Da Vinçi həqiqətən öz rəsmlərinə İsa ilə Məcdəlli Məryəmin şifrəsini qoydumu?
Müqəddəs Kasa Məyəmin özü ola bilərmi? Məcdəlli Məryəm 2000 ildir ki, fahişə kimi
qələmə verilir. Lakin nə İncil, nə də digər qaynaqlar bu barədə heç nə demir. Bəs bu böhtanı
kim atmışdır?. Bu suallara romanda müəyyən qədər cavab verilir. Məqaləmizin əsas mövzusu
intertekstuallıq və dekonstruksiya olduğu üçün daha çox əsərin sturkturu üzərində təhlil
aparmağa məcburuq.
1945-ci ildə Misirdə tapılan İncildə bu evlilik hadisəsi qeyd olunur, lakin kilsə bunu
rədd edir. Bu əlyazma əsas İncildən xeyli fərqli idi, burada İncildə İsa ilahi varlıqdan daha çox
insan tipində təsvir olunur. Həmin İncildə qeyd olunur ki, həvarilər İsaya, onun Məcdəlli
Məryəmi digər həvarilərdən daha çox sevdiyindən şikayət edirlər. Hazırda əlimizdə olan İncil,
eyni zamanda İsanın evliliyi haqqında dolaşan əfsanələr, Den Braunun məqalədə haqqında
söhbət getdiyi əsərində məntiqli mülahizələri bizə deməyə imkan verir ki, Məcdəlli Məryəmə
vaxtında atılmış böhtanlar bilavasitə ilk həvarilərin, xüsusilə də, Pyotra məxsus idi. Kilsə isə
bu fikri dəstəkləməyə sadəcə məcbur idi.“Postmodernistlər modernist fikirləri və modernist
cəmiyyəti öz maneələrinə görə tənqid edirlər. Postmodernistlər inanırlar ki, hər şey seçimdən
Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ …
167
asılıdır. əxlaq kodeksinin hər hansı formada stabil olması fikri inkar olunur; lkin orada
çoxsaylı və subyektiv əxlaq qaydalarının mövcud olmasına inam artır. Işlərin icrası üçün bir
yox, çox yol vardır [6].
Romanda müəllifin bu məsələdə mülahizələrinin xəyal məhsulu deyil, gerçək olduğu
qəbul edilsə də, bunun üçün kislənin hərəkətə keçməsi normal hesab oluna bilər. “Kilsəni də
anlamaq lazımdır. Bu sübutları, məlumatları gizli saxlamaq üçün onun ciddi əsasları vardı.
Əgər bu məlumatlar aşkarlıq qazansaydı, kilsə ciddi şəkildə zərbə alacaqdı. İsanın körpəsi
onun ilahiliyi ideyasına son verəcək, xristian kilsəsinin əsaslarını vı dayaqlarını sarsıdacaqdı.
Kilsə isə özünü insanlar və Allah arasında yeganə əlaqə, cənnətə düşmək üçün yeganə qapı
elan etmişdi” [2, s.296].
Müəllif məntiqi mülahizələrlə sübut etməyə çalışır ki, İsanın Mariya Maqdalena ilə
evlilik məsələsi üzə çıxsa, bu “Xilaskarın ilahi varlıq olması haqqında katolik doktrinasının
əsaslarını dağıda bilərdi. Çünki, ilahi varlıq qadınlarla cinsi əlaqədə ola bilməz” [2, s.300].
Nəticə. Romandan belə bir nəticəyə gəlirik ki, ümumilikdə mətn intertekstual mətn
kimi olduqca maraqlıdır və bir çox hissələrdə intertektuallıq və dekonstruksiya arasında
uçurum yaranır. Bu uçurumu yazıçı müəyyən mənada postmodernist strukturla möhkəmlətsə
də, modernist təsir və əsərdəki hadisələrin dedektiv üslubda yazılması bu uçurumu biraz da
müxtəlifləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, əsər gerçəklik və xəyal, həqiqət və
psevdohəqiqət, həmçinin tarix və alternativ tarix əhatəsində özünü bədiiləşdirir və əsərin
strukturunun formalaşmasında çətinlik yaradır. Yazıçının müasir roman texnologiyasına yaxşı
bələd olması əsərin strukturunda da müşahidə olur. İstər obrazların xarakterində, istərsə də
zaman-məkan kombinasiyası olaraq roman mexanizminə təzahür edir, əsərin bədii məzmun
və forma xüsusiyyətlərini daha da möhkəmləndirir.
Ədəbiyyat
1.
Bayram Yavuz, (2007) Postmodernizm Üzerine, Baykara, Sonbahar, Sayı 5, s.37-39.
2.
Den Braun, (2015) Da Vinçi şifrəsi, Bakı, Qanun Nəşriyyatı.
3.
Modernizm, postmodernizm ve kamu yönetimi, (2009), Uluslararası insan bilimleri
dergisi, Cild 6, Sayı 2.
4.
Nərmin Kamal, (2008) Umberto Eko və postmodernizm fəlsəfəsi, Bakı, Qanun
Nəşriyyatı.
5.
Umberto Eko, (2012) Qızılgülün adı, Bakı, Qanun Nəşriyyatı.
6.
Hossain D.M., Karim M.S., (2013) Postmodernism: Issues and Problems, Asian
Journal of Social Sciences & Humanities, 2(2), pp.173-181.
7.
Jameson F., (1991) Postmodernism, or, The Cultural Logic of Late Capitalism, Duke
University Press.
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
168
8.
Kalogirou T., Economopoulou V., (2012) Building bridges between texts: from
intertextuality to intertextual reading and learning, Theoretical challenges and
classroom resources.
9.
Nicol B., (2009) Introduction: Postmodernism and Postmodernity, The Cambridge
Univerasty Press.
Dostları ilə paylaş: |