İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
1   2   3   4   5   6   7   8

 

Tələbatların  daimi  ödənilməsi  üçün  imkanlar  ölkə,  cəmiyyət,  ayrı-ayrı  insanlarda  məhz 



resursların olması səyəsində yaranır. 

Resurslar – nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün  olan imkanlardır. 

Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər. 

Təbii  resurslar,  yəni  cəmiyyətdə  faydalı  qazıntı  ehtiyatları,  kənd  təsərrüfatı  üçün  əlverişli 

şərait, sərfəli coğrafi vəziyyət. 

İstehsal  fəaliyyəti  və  istehlak  üçün  əvvəlki  nəsillər  tərəfindən  yaradılmış  və  toplanmış 

resurslar, (maddi resurslar) yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s. 

Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal 

vasitələri daxildir. 

Özünün  təcrübə,  ixtisas,  təhsil  səviyyəsi,  eləcə  də  sahibkarlıq  qabiliyyətləri  olan  insan 

resursları. 

Yuxarıda  göstərilən  resurs  növləri  tarixən  daha  qısa  adlanırdı:  torpaq,  kapital,  əmək  və 

sahibkarlıq qabiliyyətləri. 

Maliyyə  resursları  cəmiyyətin  istehsal  prosesini  həyata  keçirmək  üçün  ayırdığı  pul 

vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri,  qiymətli kağızlar, pul  yığımları, dövlət 

istiqrazları daxildir. 

İnformasiya  resursları  -  avtomatlaşdırılmış  istehsalın  fəaliyyəti  və  onun  kompyuter 

texnikasının köməkliyi ilə  idarə edmək üçün zəruri olan məlumatlardır. 

Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, 

qarşılıqlı əvəz edilməsi, tükənməzlik və  qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s. 

Lakin  təsnifat  tipindən  asılı olmayaraq  bütün  resurslar  ümumi  cəhətə  malikdir:  onlar  iqtisadi 

fəaliyyətin  çıxış  və  əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif  resursların 

olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün  ilkin şərtdir. 

Təbii,  material  və  əmək  resursları  hər  bir  cəmiyyətə  xasdır.  Bazar  iqtisadiyyatı  onlara 

maliyyə  resurslarını  əlavə  edir.  Müasir  postsənaye  bazar  iqtisadiyyatı  elmi-texniki  inqilab 

şəraitində mühüm rol oynayan  informasiya resursları mövcud ola bilməz. 

İqtisadi  nəzəriyyədə  resursların  mütləq  və  nisbi  məhdudluğu  fərqləndirilir.  Mütləq 

məhdudluq  dedikdə,  eyni  zamanda  cəmiyyət  üzvlərinin  bütün  tələbatlarının  ödənilməsi  üçün 

istehsal resurslarının kifayət olmaması başa düşülür.  Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq 

məhdudluq  nisbi  məhdudluğa  çevrilir,  çünki  məhdud  tələbatlar  üçün  resurslar  nisbətən 

tükənməzdir. 

Mütləq  məhdudluq  əsasən  təbii  və  əmək  resursları  üçün  nisbi  isə  maddi    ,  maliyyə, 

informasiya resursları üçün səciyyəvidir. 

 

 



4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 

Tələbatların  ödənilməsi  vasitələrinin  məhdudluğu  zamanı  tələbatların  müxtəlifliyi  ona 

gətirib  çıxarır  ki,  əslində  onların  heç  də  hamısı  və  çox  ehtimal  ki,  tam  səviyyədə  ödənilə 

bilməyəcək.  Deməli,  hər  bir  iqtisadi  fəaliyyət  faktiki  olaraq  hazırkı  anda  ödənilməli  olan 

tələbatın – bütün mümkün  olanlarından birinin,  yaxud  bir  neçəsinin  seçilməsi  deməkdir.  Eyni 

zamanda  artan  tələbatların  ödənilməsi  möcud  resurs  texnologiyalarla  məhdudlaşır.  Bu  o 

deməkdir ki, iqtisadi qərarların qəbul edilməsi problemi, əslində iqtisadi fəaliyyətlərin  alternativ 

variantlarından  birini  seçmə  problemidir.  Bu,  yalnız  o  halda  yaranır  ki,  indiki  iqtisadi 

subyekt  üçün nəinki real imkan, həm  də alternativ variantlar  arasında seçmək zərurəti mövcud 

olur. 


Eyni  zamanda  həmin  fəaliyyət  hazırki  vəziyyətdə  bütün  yerdə  qalan  tələbatların 

ödənilməsindən imtina etmək deməkdir. Bununla yanaşı hər bir iqtisadi    fəaliyyət 




10 

 

məhdud resursların ehtiyatlarının müəyyən hissəsinin sərfi  və deməli,    yerdə qalan tələbatların 



ödənilmə imkanlarının ixtisarı deməkdir. Deməli,  müəyyən tələbatların ödənilməsinə resursların 

müəyyən  miqdarının  ayrılması  bu  resursların  digər  tələbatların  edənilməsi  üçün  istifadə 

edilməsindən imtina ilə və həm  də mövcud tələbatların ödənilməsinin bəzi məhdudiyyətləri ilə 

əlaqədardır. Beləliklə,  seçmə  probleminin  əks  tərəfi  qənaət  və  səmərəlilik  –  hazırkı  iqtisadi 

subyektin  digər  tələbatlarının  ödənilməsi  imkanının  təmin  edilməsi  ilə  mövcud  tələbatın 

ödənilməsinə vəsaitin məhdud və düşünülmüş şəkildə  ayrılması problemidir. 

Variantlardan  birini  seçərək,  biz  faktiki  olaraq  digər  (alternativ),  daha  yaxşı  variantdan 

imtina  edirik.  Ona  görə  də  seçim  həmişə  müəyyən  qurbanlarla  bağlıdır ki, bunlarda alternativ 

xərclər  adlandırılır.  Alternativ  xərclər  –  mövcud  resursun  istifadə  edilmə  imkanlarının  seçimi 

nəticəsində  rədd  edilənlərdən  ən  dəyərlisinin  qiymətləndirilməsidir.  Rədd  edilən  variantın 

subyektiv  qiymətləndirilməsi  şəklində  çıxış  edərək,  alternativ  xərclər  yalnız  seçimi  həyata 

keçirən şəxsin şüurunda mövcud olur. Onlar  – dəyərdir ki,onu daha böyük dəyərə görə qurban 

vermişlər.  Alternativ  xərclər  yalnız  seçim  anında  mövcud  olur  və  bu  seçimin  həyata 

keçirilməsindən sonra yox olurlar. Bununla əlaqədar olaraq onlar seçim nəticəsində yarana bilən 

xərclər deyil, seçimi  şərtləndirən xərclərdir. 

Alternativlik  prinsipinin  təzahür  edilməsinin  və  bununla  bağlı  xərclərin  əyani  təsviri 

aşağıdakı  şəkildə  verilən  istehsal  imkanlarının  modeli  ola  bilər.  İqtisadiyyatı  biri  istehsal 

vasitələrini, digərisi  isə  – istehlak  əşyalarını istehsal  edən  iki  bölmə  şəklində  təsəvvür  edək. 

Məhdud  resurslara  malik  olaraq,  iqtisadiyyat  hər  bir  mövcud  dövrdə  istehsal  vasitələri  və 

istehlak  əşyalarının  yalnız  müəyyən  miqdarının  buraxılışını  həyata  keçirə  bilər.  Bütün  mövcud 

resursların  tam  istifadəsi  zamanı  onun  istehsal  imkanlarının  sərhədləri  ABCDE  əyrisi  ilə  əks 

olunacaq.  İstehsal  imkanlarının  sərhədi  onların  istifadə  edilməsinin  mövcud  texnologiyaları 

zamanı  nadirliyin  iqtisadi  probleminin  təsviri  metodu  olaraq,  bütün  resursların  tam  istifadəsi 

şərtilə  nemətlərin  buraxılmasının  maksimal  dərəcədə  nail  oluna  bilən  həcmlərini  göstərir. 

Əyrinin  özü  istehsal  imkanlarının  sərhədlərini  əks  etdirdiyi  zaman,  bu  əyridə  hər  bir  nöqtə 

istehsal edilən nemətlərin müəyyən dəstini əks etdirəcək. Hazırkı  istehsal imkanları çərçivəsində 

istehsal  edilən  nemətlərin  dəstləri  müxtəlif  ola  bilər,  məsələn;  Y

istehsal  vasitələrini  və  X



istehlak əşyalarını daxil edən D, yaxud Y



istehsal vasitələrini və X



2   

istehlak əşyalarını əşyalarını 

daxil edən J. 

Bu  və  ya  digər  dəstin  seçimi  –  hazırki  dövrdə  cəmiyyətin  subyektiv  üstünlüklərini  əks 

etdirən qərardır. Ona diqqət yetirmək vacibdir ki, istehsal vasitələrinin istehsalının Y

1

- dən Y



2

-ə 

kimi  artırılması  yalnız    istehlak  əşyaları  istehsalının  X



1

-dən  X

2

-ə  kimi  azaldılması  şərtilə 

mümkündür.  Başqa sözlə, istehsal vasitələri buraxılışının 



Y= Y



Y

qədər artırılması istehlak 

şeyləri  buraxılışının 

X=X



X

kimi  ixtisarı  ilə  şərtlənmişdir  ki,  bunu  da  istehsal  vasitələri 

buraxılışının  artırılması  naminə  qurban  vermək  lazım  gəlir.  İstehlak  şeyləri  istehsalı  həcminin 

X  qədər  ixtisarı  –  istehlak  şeyləri  həcminin  bəzi  ixtisarları  şəklində  xərclər  formasını  alan 

istehsal  vasitələri buraxılışının artırılmasının alternativ xərclər kəmiyyətidir. Bu  xərclər istehsal 

vasitələri  buraxılışının  artırılması  ilə  bağlı  resursların  sərf  edilməsi  deyil,  istehlak  şeylərinin 

həcmidir.  ki,  bunlar  da    istehsal  vasitələrinin  istehsalına  yönəldilən  resurslar  hesabına  istehsal 

edilə bilərdi. 



Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə