İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   27   28   29   30   31   32   33   34   35

67

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

məhsullarının  istehsalına  ehtiyac  var.  Bu  isə  ilk  növbədə  beynəlxalq  standartlara  uyğun  fitosanitar  və 

veterinar laboratoriya şəbəkəsi mövcudluğunu və həmin laboratoriyaların bütün regionlarda yaradılmasını 

və  onların  xidmətlərindən  istifadənin  bütün  fermerlər  üçün  eyni  dərəcədə  əlçatan  olmasını  tələb  edir. 

Nəzərə almaq lazımdır ki, bu cür keyfiyyət şərtlərinə yalnız DTT-nin və ya AB-nin üzv ölkələrində hərtərəfli 

təminat və qarşılıqlı nəzarət mexanizmləri mövcuddur. Azərbaycan isə bu qurumlardan heç birinə üzv deyil. 



İkincisi, ölkədə ixracın hökumət tərəfindən dəstəklənməsi üçün zəruri infrastrukturun (təşkilati, hüquqi) 

qurulmasına ehtiyac var. Məsələn, sərhədyanı ticarət yaradılmayıb. Halbuki ən azından Rusiya, Gürcüstan 

və Türkiyə ilə sərhəddə ortaq kənd təsərrüfatı məhsulları bazarları təşkil oluna bilər. Ölkədə kənd təsərrüfatı 

məhsullarının  ixracını  stimullaşdıran  mexanizmlər  formalaşdırılmayıb.  Belə  mexanizmlərin  elementləri 

kimi ixrac prosedurlarının sadələşdirilməsini və sürətləndirilməsini qeyd etmək olar.  Həmçinin  malların 

ixracı  üçün  bürokratik  əngəllər  və  ixracatçıların  məhsullarını  bahalaşdıran  qeyri-rəsmi  ixrac  ödənişləri 

problem olaraq qalıbKənd təsərrüfatı məhsullarının ixracı zamanı sertifikatların (gigiyenik və uyğunluq 

sertifikatları, fitosaniar sertifikat və ya baytarlıq şəhadətnaməsi) hər biri üçün zəruri sənədlərin toplanması 

və təqdim edilməsi, sertifikatların alınması uzun müddətə, həmçinin rəsmi və qeyri-rəsmi ödənişlərə başa 

gəlir.  Diqqəti  çəkən  bir  məqam  da  bundan  ibarətdir  ki,  məhsul  ixracı  zamanı  eyni  məhsulun  müxtəlif 

partiyaları üçün bu sertifikatlar yenidən alınmalıdır və bütün prosedurlar təkrarlanmalıdır. Bütün zəruri 

sənədlərin hazır olduğu şəraitdə belə məhsulların gömrük sərhədindən keçirilməsi zamanı sahibkarlar bir 

sıra süni maneələrlə üzləşirlər. Belə süni maneələrin aşılması da uzun müddət və əlavə xərclər hesabına baş 

verir.


2. Dövlət ehtiyacları üçün müqavilə əsasında bilavasitə fermerlərdən kənd təsərrüfatı məhsullarının 

alınmasını nəzərdə tutan satınalınma sistemi yaradılmayıb. Bu, həm dövlət ehtiyacları (xəstəxanalar, 

ordu, internat məktəblər, qocalar evləri və s.) üçün kənd təsərrüfatı məhsullarının daxili bazardan alışına, 

həm də fermerlərin məhsullarının sərfəli qiymətlərlə dövlət tərəfindən alınacağına rəsmi zəmanətin 

verilməsilə bağlı hüquqi mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. 



3. Kənd təsərrüfatına yararlı torpaqların mineral gübrələrlə təchizatı səviyyəsi aşağı olub. Mineral gübrələr 

(azot, kalium və fosfor) torpağın münbitliyinin qorunması üçün ən vacib vasitə, aqrar sektorun inkişafını və 

istehsal olunan məhsulların rəqabətqabiliyyətliyinin artırılmasını təmin edən ən zəruri şərtlərdən biri hesab 

olunur. Xüsusilə də əkilən torpaqlar il ərzində məhsula verdiyi qidalandırıcı maddələri onlara verilən mineral 

gübrələr vasitəsilə bərpa edə bilir. Ən yaxşı təcrübəyə görə (ABŞ və Qərbi Avropa ölkələrində), hər hektara 

verilən mineral gübrələrin (kalium, natrium və fosfor gübrələri birlikdə) həcmi orta 200-250

84

, Azərbaycanda 



isə 15 kq təşkil edir

85

. Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə təsdiqlənmiş «Aqrolizinq» 



ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral 

gübrələrin güzəştlə satılması Qaydaları»na əsasən mineral gübrələrin əldə olunması ilə bağlı fermerlərə 

güzəşt nəzərdə tutulur. Bütün növdən olan bitkiçilik məhsullarının becərilməsi ilə məşğul olan təsərrüfat 

subyektləri  hər  hektar  əkin  sahəsinə görə  pulsuz  olaraq  150  kiloqram  həcmində gübrə,  yaxud  25  manat 

məbləğində  kompensasiya  ala  bilər.  Lakin  fermerlərlə  aparılan  müsahibələr  hazırda  gübrələrin  əldə 

olunması  və  güzəştli  təchizat  sahəsində  aşağıdakı  problemlərin  olduğunu  üzə  çıxarıb:  a)  gübrələrin  də 

sertifikatlaşdırılmasına baxmayaraq, onlar heç də həmişə zəruri keyfiyyət standartlarına cavab vermir; b) 

Gübrələrin  qiymətləri  fermerlər,  xüsusilə  də  xırda  istehsalçılar  üçün  sərfəli  deyil.  Azərbaycan  bitkiçilik 

üçün zəruri olan həmin vasitələrin hamısını kənardan idxal edir. Bir tərəfdən idxal rüsumları, nəqliyyat 

xərcləri, digər tərəfdən isə gömrükdə qeyri-rəsmi ödənişlər, gübrə idxalında rəqabətin olmaması bazarda 

inhisarçı qiymətləri formalaşdırmaqla pestisid və gübrələri daha da bahalaşdırır. Hətta bəzən “Aqrolizinq” 

ASC vasitəsilə gətirilən gübrələrin qiyməti sahibkarların satdığı anAloji məhsulların qiymətindən daha baha 

84

   «



Проблемы  деградации  и  восстановления  продуктивности  земель  сельскохозяйственного  назначения  в 

России» Российская Академия Rossiyskaə Akademiə Сельскохозяйственных Наук. Москва, 2008

85

  http://www.azstat.org/statinfo/agriculture/az/018.shtml 




68

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

olur. Bütün bunların nəticəsidir ki, 1990-cı illərin əvvəli ilə müqayisədə 2000-ci illərin əvvəllərində mineral 

gübrələrin istifadəsi 18,5 dəfə azalaraq 740 min tondan 40 min tona enib

86

. 



4. Torpaqların keyfiyyətinin itirilməsinin qarşısının alınması ilə bağlı hökumət yaxşı işlənmiş strategiyaya, 

həmçinin  qısa,  orta  və  uzunmüddətli  tədbirlər  planına  malik  deyil.  Halbuki  hökumət  kənd  təsərrüfatı 

torpaqlarının keyfiyyətinin pisləşməsinə səbəb olan hər bir amilin qarşısının alınması və ya nəticələrinin 

aradan qaldırılması üçün dəqiq işlənmiş təsir mexanizmlərinə malik olmalıdır. Həmin amillərə daxildir: 

a) Torpaqların aqrokimyəvi xüsusiyyətlərinin itirilməsinə və fiziki deqradasiyasına səbəb olan faktorlar; b) 

Torpaqların şoranlaşması və şorakətləşməsi ilə bağlı amillər; c) Külək və su erroziyası ilə bağlı faktorlar. 

 5. Dövlət büdcəsindən ayrılan subsidiyaların səmərəliliyi aşağıdır. Hazırda tətbiq olunan hüquqi mexanizmlər 

əsasən bitkiçilik məhsulları istehsalçılarına subsidiya paketi təqdim edilməsini nəzərdə tutur. Fermerlerin 

4 növ subsidiya (bunlardan üçü bitkiçilik, biri isə heyvandarlıq sektoru ilə bağlıdır) almaq imkanı var. Bura 

yanacaq və motor yağına, mineral gübrələrə, yüksək keyfiyyətli toxumlara və cins heyvanlara görə ödənilən subsidiyalar

daxildir. Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarına əsasən istehsalçılar əkin sahəsinin 

və çoxillik əkmələrin hər hektarı üçün becərmədə istifadə olunan yanacaq və motor yağları dəyərinin orta 

hesabla 50%-i həcmində – 40 manat məbləğində yardım verilir. Bundan əlavə, buğda əkinlərinin hər hektarı 

üçün əlavə olaraq 40 manat (ümumilikdə 80 manat) subsidiya verilir. Həmçinin bütün növdən olan bitkiçilik 

məhsullarının becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri hər hektar əkin sahəsi üçün pulsuz olaraq 

150 kq gübrə, yaxud 25 manat məbləğində kompensasiya ala bilər. Nazirlər Kabinetinin 25 iyun 2007-ci il 

tarixli 103 saylı qərarına görə, toxumçuluq və tinglik təsərrüfatları yetişdirdikləri 1-ci və 2-ci reproduksiyalı 

toxumlara (həmçinin tinglərinə) görə istehsalçılara dövlət büdcəsi hesabına subsidiya ödənilir. Subsidiya 

müraciət edən subyektə o halda ödənilir ki, iddiaçı satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən 

sertifikatın surəti, müvafiq təsərrüfatların həmin toxum və tingləri əkməsinə dair rayon toxum müfəttişliyi 

tərəfindən verilən arayış müraciətə əlavə olunur. Qaydalara əsasən, toxumçuluq təsərrüfatlarına məhsulun 

növündən asılı olaraq (ümumilikdə 12 növ məhsula) 1-ci reproduksiyalı toxumların hər kiloqramı üçün 10 

qəpik–21,68 manat intervalında (lakin satış qiymətinin 40%-indən çox olmamaq şərtilə), 2-ci reproduksiyalı 

toxumların hər kiloqramı üçün 7 qəpik–14,19 intervalında (lakin satış qiymətinin 30%-indən çox olmamala) 

subsidiya ödənilir. Nəhayət, Nazirlər Kabinetinin 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən, dövlət xəttilə 

xaricdən gətirilən damazlıq heyvanların 50%-i subsidiya formasında fermerlərə güzəşt olunur.

Səmərəlilik  və  nəticəlilik  baxımından  qiymətləndirməyə  gəldikdə,  ümumiyyətlə  subsidiyalaşmanın 

məqsədi kənd təsərrüfatı istehsalını artırmaqdır. Hökumət bəyan edirli ki, subsidiyanın tətbiqi ilə əlaqədar 

2007-ci illə müqayisədə 2008-2009-cu illərdə buğda əkinlərinin sahəsi 220 min hektara qədər artıb. Amma 

2010-cu ildə əvvəlki illə müqayisədə buğda əkinləri 150 min hektardan çox azalarq 2008-ci ilin səviyyəsinə 

enib. Yeri gəlmişkən, DTT üzv və üzvlüyə can atan ölkələrə aqrar sektora müdaxiləni minimuma endirməyi 

tələb etməklə yanaşı, dövlət dəstəyinin də maksimal effektivliyinin təmin edilməsinə önəm verir. Bu sahədə 

maraqlı  təcrübələrdən  biri  kənd  təsərrüfatı  istehsalına  təsir  etməyən,  amma  güclü  istehsal  potensialının 

qorunmasına,  yəni  istehsalcıların  maddi  vəziyyətinin  dəstəklənməsinə  hədəflənən  siyasətin  həyata 

keçirilməsidir. Bu təcrübə son illər dövlət dəstəyini istehsal halqasından ayırmağa calışan Avropa Birliyində 

tətbiq edilir

87

. Digər təcrübə kimi bəzi ölkələrdə tətbiq edilən subsidiyalaşdırılan prioritet sahələrin müəyyən 



edilməsidir. Bu siyasətlə ölkə özü üçün vacib sahələri müəyyənləşdirir və “de minimis” (dəstəyin xüsusi 

çəkisi)  dərəcəsini  aşmamaqla  seçilmiş  sektorlara  dolayı  yolla  köməklik  edir.  Məsələn,  Kanadada  analoji 

sektorlar kimi süd, yumurta və ev quşları istehsalını göstərmək olar

88

. Nəhayət, OECD-in tədqiqatları göstərir 



ki, “qiymət dəstəyi” və “istehsal faktorlarının kompensasiya edilməsi” (məs: yanacağın və sürtkü yağlarının) 

86

 “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” 



87

  http://www.oecd.org/dataoecd/61/3/39524780.pdf 

88

  http://www.oecd.org/dataoecd/61/3/39524780.pdf 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə