iqtisadiyyatın dövlət tənzimlənməsinin güclü aləti kimi
istifadə olunur.
2.6.
KREDtTLƏŞDfRMƏ PROSESİNDƏ
ARAŞDIRMALAR
Kreditləşdirmə mənfəətli olduğu qədər də riskli bir
əməliyyatdır. Şübhəsiz, verilən hər kredit, dəyişik ölçüdə də
olsa bir risk ünsürü daşıyır. Kreditləşdirmə prosesində ortaya
çıxan riskin mənbələri aşağıdakılardır: Məsələn:
1.
Gələcəyin sağlam şəkildə təmin edilməməsi;
2.
Təbii fəlakətlər (yanğın, su basqını, zəlzələ və s.);
3.
Kredit alan firmanın istehsal etdiyi mal və xidmətlərə
qarşı istehlakçıların tələbində dəyişikliklər;
4.
İstehsal və bölgü metodlarında texnoloji dəyişiklik və
bu dəyişikliklər nəticəsində kredit alan firmanın rəqabət
gücünün zəifləməsi;
5.
Ümumi iqtisadi həyatdakı dəyişikliklərin (ko-
nyuktura hərəkətlərinin) firmaların satışları və mənfəətinə
neqativ təsiri;
6.
Kredit alan firmaların apardıqlan başlıca siyasətlər
(maliyyələşmə, istehsal, marketinq və b. mövzularda),
xətalar, başqa sözlə menecment xətaları;
7.
Hökumətin qərarlarının kredit alan firmaların ödəmə
güclərinə təsiri;
8.
Kredit alana aid şəxsi faktorlar;
9.
Beynəlxalq uyğunsuzluqlar nəticəsində firmaların
zərərlərə uğramalan.
Kredit təhlilində məqsədlər. Kredit təhlilinin məqsədi
kredit tələb edənin, kreditin müqavilə şərtlərinə uyğun olaraq
geri ödəmə gücünə və arzusuna sahib olub - olmadığını
müəyyən etməkdir.
42
Firmalarda finans mənbəyinə ehtiyacı yaradan əsas
səbəblər; firmanın sürətlə böyümə trendində olması; firmanın
zərər etməsi və ya mənfəətin lazımi miqdarda olmaması;
firmanın yüksək səviyyədə dividend; firmanın sabit
qiymətlərlə almış olduğu investisiyaların qısamüddətli
fondlarla qarşılanması.
Mövsümlüklə bağlı bölgüsü.
Kredit təhlilində nəzərə alınacaq amillər:
1.
Şəxsi xüsusiyyətlər. 1.1.Dürüstlük, doğruluq;
1.2.
Açıqlıq; 1.3.Məlumat; 1.4.Ağıllı davranış; 1.5.Savad,
işini bilmə qabiliyyəti; 1.6.Sağlam durum; 1.7.Digər faktorlar.
2.
Maliyyə amilləri.
2.1.
Gəlir yaratma gücü.
2.2.
Öz sərmayə.
3.
İqtisadi
faktorlar.
3.1.İqtisadi
həyatdakı
dalğalanmalar; 3.2.Firmamn fəaliyyətdə bulunduğu sənaye
qolundakı dəyişmələr; 3.3. Hökumətin iqtisadi siyasəti.
Kredit ^ləblərinin banklar tərəfmdw rəddi. Kredit
tələblərinin rədd səbəblərini üç başbq altmda təhlil edək:
I.Kredit tələb edənlərlə əlaqədar. II. Banklann kredit
siyasətindən irəli gələn rədd səbəbləri. III. Qanun
çərçivəsində rədd.
I. Kredit tələb edənlərlə əlaqədar: L Kredit tələbinin
firmanın məsuliyyətli orqanlan tərəfindən apaniması. 2.
Firmanın cari likvid durumunun borc ödəməyə əlverişli
olmaması. 3. Firmanın öz sərmayəsinin lazımi miqdarda
olmaması, borc, öz sərmayə nisbətinin yüksək olması.
4.Bankın şirkətin idarəetmə sistemindən narahatlığı.
5.Firmanın satış həcminin və fəaliyyət nəticələrinin
konyukturaya bağhhğı. b.Firmamn yeni fəaliyyətə keçməsi. 7.
Bank tərəfindən araşdırmalar nətirasində firma sahiblərinin
mənəvi durumla- rmm zəifliyi.
43
IL Bankların kredit siyasətindən irəli gələn rədd səbrləri:
1.İstənilən kreditin müddətinin uzun olması. 2.Tələb edilən
kredit məbləğinin çox az və ya çox yüksək olması.
3.
İstənilən kreditin, bankm verməyə planlaşdırdığı
kredit növlərindən olmaması. 4,Firmamn fəaliyyətdə olduğu
iş sahəsinin bankın kredit verdiyi sektorlara daxil olmaması.
5,Kredit tələb edən şirkətin bankın əmanətçisi olmaması.
ö.Firmanın kreditin müəyyən nisbətində əmanət şəklində
bankda saxlamaması.
111.
Kredit tələb edənlər haqqında informasiya
mənbələri:
l.Qarşılıqb görüşmə. 2.Şirkətin finans durumu. 3.Firmanın
bankda mövcud dosyesi. 4.Ticarətin ünvan qeydiyyatı. 5.Risk
mərkəzi
təşkilaündan
alman
məlumatlar.
ö.Vergi
bəyannaməsi. V.Bazar araşdırmalan. 8. Digər məlumat
mənbələri.
2.7.
REYTİNQ QURUMLARININ ÖLKƏ
RİSKİNİ MÜƏYYƏN EDƏN GÖSTƏRİCİLƏRİ
İstiqrazların dəyərləndirilməsində bir reytinq şirkətinin,
əsas olaraq maraqlandığı amil, bu istiqrazları emissiya
edənlərin,
vəd
etdikləri
ödəmələri
yerinə
yetirib-yetirməməsidir.
Reytinq qurumları kredit dəyərləndirmələrini iki hissədə
aparır. Bunlardan birincisi - qiymətli kağızların, ikincisi isə
qiymətli kağız emissiya edənlərin kredit qabiliyyətinin
müəyyən edilməsidir.
Ölkə riski makroiqtisadi və siyasi səbəblərlə alıcıların və
investisiya qoyanların rastlaşa biləcəkləri ağır finans
zərərlərini müəyyən etməyə yönəlmiş bir təhlil növüdür.
Ölkə riski təhlilləri iki halda yol göstəricisi rolu oynayır.
Bunlardan birincisi beynəlxalq finans bazarla
44
rında bir hökumətə bilavasitə borc vermək istəyən rəsmi
qurum, dövlət, kommersiya bankları və özəl kreditorlara,
ikincisi o ölkəyə bilavasitə İnvestisiya qoymaq istəyənlərə
tövsiyə xarakterli yol göstəricisidir.
Ölkələrin risk səviyyəsində meydana gələn bir dəyişiklik
nəticəsində verilən not hər hansı bir zamanda aşağı salına
bilər. Riskin dəyərləndirilməsində aşağıdakı təhlildən istifadə
edilir.
İqtisadi
m/c-iqtisadi struktur və artım - dövlət və ya bazar
iqtisadiyyatı; iqtisadi çeşidləndirmə - investisiya və
yığımların həcmi; iqtisadi artımın sürəti,
Maliyya siyasəti və dövlət borclanması:
dövlət borc-
lanmasmın strukturlu borc xidməti.
Pul siyasəti və inflyasiya:
pul və kredit həcmindəki artım
nisbəti; valyuta siyasəti; Mərkəzi Bankın müstəqillik
səviyyəsi.
İqtisadi idarəetmə:
iqtisadi tarazlığı təmin etmə istəyi və
qabiliyyəti, iqtisadi islahatlar.
Siyasi risk:
Siyasi sistem, hökumət forması, xalqın
hakimiyyətdə iştirak dərəcəsi, liderlik sırasının intizamı.
Sosial mühit:
həyat standartları və gəlirin bölüşdürülməsi
- əhalinin mədəni səviyyəsi.
Beynəlxalq münasibətlər:
beynəlxalq iqtisadi sistemə və
finans qurumlarına İnteqrasiya dərəcəsi; etibarlılıq riski,
qonşu ölkələrlə münasibət,
2.8.
YIĞIM-İNVESTtSİYA PROSESİNİN
STİMULLAŞDIRILMASINA TƏSİR EDƏN
AMİLLƏR
Yığım - fərdin pul gəlirinin istehlak üçün sərf edilməmiş
hissəsidir.
45
Dostları ilə paylaş: |