Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  güclü  aləti  kimi 
istifadə olunur. 
2.6.
 
KREDtTLƏŞDfRMƏ PROSESİNDƏ 
ARAŞDIRMALAR 
Kreditləşdirmə  mənfəətli  olduğu  qədər  də  riskli  bir 
əməliyyatdır. Şübhəsiz, verilən hər kredit, dəyişik ölçüdə də 
olsa bir risk ünsürü daşıyır. Kreditləşdirmə prosesində ortaya 
çıxan riskin mənbələri aşağıdakılardır: Məsələn: 
1.
 
Gələcəyin sağlam şəkildə təmin edilməməsi
2.
 
Təbii fəlakətlər (yanğın, su basqını, zəlzələ və s.); 
3.
 
Kredit alan firmanın istehsal etdiyi mal və xidmətlərə 
qarşı istehlakçıların tələbində dəyişikliklər
4.
 
İstehsal və bölgü metodlarında texnoloji dəyişiklik və 
bu  dəyişikliklər  nəticəsində  kredit  alan  firmanın  rəqabət 
gücünün zəifləməsi; 
5.
 
Ümumi  iqtisadi  həyatdakı  dəyişikliklərin  (ko- 
nyuktura  hərəkətlərinin)  firmaların  satışları  və  mənfəətinə 
neqativ təsiri; 
6.
 
Kredit  alan  firmaların  apardıqlan  başlıca  siyasətlər 
(maliyyələşmə,  istehsal,  marketinq  və  b.  mövzularda), 
xətalar, başqa sözlə menecment xətaları; 
7.
 
Hökumətin  qərarlarının  kredit  alan  firmaların  ödəmə 
güclərinə təsiri; 
8.
 
Kredit alana aid şəxsi faktorlar
9.
 
Beynəlxalq  uyğunsuzluqlar  nəticəsində  firmaların 
zərərlərə uğramalan. 
Kredit  təhlilində  məqsədlər.  Kredit  təhlilinin  məqsədi 
kredit tələb edənin, kreditin müqavilə şərtlərinə uyğun olaraq 
geri  ödəmə  gücünə  və  arzusuna  sahib  olub  -  olmadığını 
müəyyən etməkdir. 
42 


Firmalarda  finans  mənbəyinə  ehtiyacı  yaradan  əsas 
səbəblər; firmanın sürətlə böyümə trendində olması; firmanın 
zərər  etməsi  və  ya  mənfəətin  lazımi  miqdarda  olmaması; 
firmanın  yüksək  səviyyədə  dividend;  firmanın  sabit 
qiymətlərlə  almış  olduğu  investisiyaların  qısamüddətli 
fondlarla qarşılanması. 
Mövsümlüklə bağlı bölgüsü. 
Kredit təhlilində nəzərə alınacaq amillər: 
1.
 
 Şəxsi xüsusiyyətlər. 1.1.Dürüstlük, doğruluq; 
1.2.
 
Açıqlıq; 1.3.Məlumat; 1.4.Ağıllı davranış; 1.5.Savad, 
işini bilmə qabiliyyəti; 1.6.Sağlam durum; 1.7.Digər faktorlar. 
2.
 
Maliyyə amilləri. 
2.1.
 
Gəlir yaratma gücü. 
2.2.
 
Öz sərmayə. 
3.
 
İqtisadi 
faktorlar. 
3.1.İqtisadi 
həyatdakı 
dalğalanmalar;  3.2.Firmamn  fəaliyyətdə  bulunduğu  sənaye 
qolundakı dəyişmələr; 3.3. Hökumətin iqtisadi siyasəti. 
Kredit  ^ləblərinin  banklar  tərəfmdw  rəddi.  Kredit 
tələblərinin  rədd  səbəblərini  üç  başbq  altmda  təhlil  edək: 
I.Kredit  tələb  edənlərlə  əlaqədar.  II.  Banklann  kredit 
siyasətindən  irəli  gələn  rədd  səbəbləri.  III.  Qanun 
çərçivəsində rədd. 
I.  Kredit  tələb  edənlərlə  əlaqədar:  L  Kredit  tələbinin 
firmanın  məsuliyyətli  orqanlan  tərəfindən  apaniması.  2. 
Firmanın  cari  likvid  durumunun  borc  ödəməyə  əlverişli 
olmaması.  3.  Firmanın  öz  sərmayəsinin  lazımi  miqdarda 
olmaması,  borc,  öz  sərmayə  nisbətinin  yüksək  olması. 
4.Bankın  şirkətin  idarəetmə  sistemindən  narahatlığı. 
5.Firmanın  satış  həcminin  və  fəaliyyət  nəticələrinin 
konyukturaya bağhhğı. b.Firmamn yeni fəaliyyətə keçməsi. 7. 
Bank  tərəfindən  araşdırmalar  nətirasində  firma  sahiblərinin 
mənəvi durumla- rmm zəifliyi. 
43 


IL Bankların kredit siyasətindən irəli gələn rədd səbrləri: 
1.İstənilən  kreditin  müddətinin  uzun  olması.  2.Tələb  edilən 
kredit məbləğinin çox az və ya çox yüksək olması. 
3.
 
İstənilən  kreditin,  bankm  verməyə  planlaşdırdığı 
kredit növlərindən olmaması. 4,Firmamn fəaliyyətdə olduğu 
iş sahəsinin bankın kredit verdiyi sektorlara daxil olmaması. 
5,Kredit  tələb  edən  şirkətin  bankın  əmanətçisi  olmaması. 
ö.Firmanın  kreditin  müəyyən  nisbətində  əmanət  şəklində 
bankda saxlamaması. 
111.
 
Kredit  tələb  edənlər  haqqında  informasiya 
mənbələri: 
l.Qarşılıqb  görüşmə.  2.Şirkətin  finans  durumu.  3.Firmanın 
bankda mövcud dosyesi. 4.Ticarətin ünvan qeydiyyatı. 5.Risk 
mərkəzi 
təşkilaündan 
alman 
məlumatlar. 
ö.Vergi 
bəyannaməsi.  V.Bazar  araşdırmalan.  8.  Digər  məlumat 
mənbələri. 
2.7.
 
REYTİNQ QURUMLARININ ÖLKƏ 
RİSKİNİ MÜƏYYƏN EDƏN GÖSTƏRİCİLƏRİ 
İstiqrazların dəyərləndirilməsində bir reytinq şirkətinin, 
əsas  olaraq  maraqlandığı  amil,  bu  istiqrazları  emissiya 
edənlərin, 
vəd 
etdikləri 
ödəmələri 
yerinə 
yetirib-yetirməməsidir. 
Reytinq qurumları kredit dəyərləndirmələrini iki hissədə 
aparır. Bunlardan birincisi  - qiymətli kağızların, ikincisi isə 
qiymətli  kağız  emissiya  edənlərin  kredit  qabiliyyətinin 
müəyyən edilməsidir. 
Ölkə riski makroiqtisadi və siyasi səbəblərlə alıcıların və 
investisiya  qoyanların  rastlaşa  biləcəkləri  ağır  finans 
zərərlərini müəyyən etməyə yönəlmiş bir təhlil növüdür. 
Ölkə riski təhlilləri iki halda yol göstəricisi rolu oynayır. 
Bunlardan birincisi beynəlxalq finans bazarla 
44 


rında  bir  hökumətə  bilavasitə  borc  vermək  istəyən  rəsmi 
qurum,  dövlət,  kommersiya  bankları  və  özəl  kreditorlara, 
ikincisi  o  ölkəyə  bilavasitə  İnvestisiya  qoymaq  istəyənlərə 
tövsiyə xarakterli yol göstəricisidir. 
Ölkələrin risk səviyyəsində meydana gələn bir dəyişiklik 
nəticəsində  verilən  not  hər  hansı  bir  zamanda  aşağı  salına 
bilər. Riskin dəyərləndirilməsində aşağıdakı təhlildən istifadə 
edilir. 
İqtisadi
 m/c-iqtisadi struktur və artım - dövlət və ya bazar 
iqtisadiyyatı;  iqtisadi  çeşidləndirmə  -  investisiya  və 
yığımların həcmi; iqtisadi artımın sürəti, 
Maliyya  siyasəti  və  dövlət  borclanması:
  dövlət  borc- 
lanmasmın strukturlu borc xidməti. 
Pul siyasəti və inflyasiya:
 pul və kredit həcmindəki artım 
nisbəti;  valyuta  siyasəti;  Mərkəzi  Bankın  müstəqillik 
səviyyəsi. 
İqtisadi idarəetmə:
 iqtisadi tarazlığı təmin etmə istəyi və 
qabiliyyəti, iqtisadi islahatlar. 
Siyasi  risk:
  Siyasi  sistem,  hökumət  forması,  xalqın 
hakimiyyətdə iştirak dərəcəsi, liderlik sırasının intizamı. 
Sosial mühit:
 həyat standartları və gəlirin bölüşdürülməsi 
- əhalinin mədəni səviyyəsi. 
Beynəlxalq  münasibətlər:
  beynəlxalq  iqtisadi  sistemə  və 
finans  qurumlarına  İnteqrasiya  dərəcəsi;  etibarlılıq  riski, 
qonşu ölkələrlə münasibət, 
2.8.
 
YIĞIM-İNVESTtSİYA PROSESİNİN 
STİMULLAŞDIRILMASINA TƏSİR EDƏN 
AMİLLƏR 
Yığım - fərdin pul gəlirinin istehlak üçün sərf edilməmiş 
hissəsidir. 
45 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə