Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

vəllərində çox az sayca səhmlərin istifadəsilə hazırlanmışdır. 
I928-Cİ ildə istifadə edilən səhmlərin sayı 30-a çatmışdır, 
Standard  and  Poors  indeksləri.  Standard  and  Poors 
firmasının hazırladığı indekslər ortalama üsulu ilə deyil, əsas 
dövr  qiyməti  üsuluna  müvafiq  olaraq  hazırlanır.  İndeksdə 
istifadə  edilən  səhmlərin  qiymətlərinin  bazarı  düzgün  əks 
etdirə  bilməsini  təmin  etmək  məqsədilə  çox  sayda  səhm 
istifadə  olunmaqla  onların  bazardakı  üstünlükləri  indeksdə 
əks  etdirilir.  Üstünlüklərin  indeksdə  əks  etdirilməsi 
indeksdəki səhmlərin qiymətləri ilə sayının hasili nəticəsində 
tapılan dəyərin hesablamalarda istifadəsi ilə həyata keçirilir. 
İndeks  onun  hazırlandığı  tarixdəki  cəmi  müəssisə 
dəyərlərinin,  əsas  götürülən  tarixdəki  müəssisə  dəyərlərinə 
bölünməsi nəticəsində alınır. 
S and P 500 indeksi Nyu York Fond Biryasında, Amerika 
Fond  Birjasında  və  alqı-satqı  bazarlarında  alınıb  satılan 
səhmlər  içərisindən  seçilən  500  səhmin  istifadəsi  ilə 
hazırlanır. 
2.11.
 
PUL BAZARINDA MÖVCUD OLAN 
FiNANS ALƏTLƏRİ 
Banknot  dövlətin  rəsmi  puludur  və  Mərkəzi  Bank 
tərəfindən  tədavülə  buraxılır,  qanun  gücü  və  pul  siyasətinə 
məsul  şəxlərin  qəran  ilə  təşkil  edilən  satınalma  gücüdür  və 
dövlətin cəmiyyətə borcudur. 
Banklar cari hesab açan başlıca finans qurumlarıdır. Cari 
hesablar böyük hərəkət göstərən fondlardır. Hər hansı bir cari 
hesaba gündə çoxlu pul yatırıla və çıxanla bilər. 
50 


Müştərinin  hər  hansı  bir  anda  cari  hesabdan  çıxarda 
biləcəyi  miqdara 
provizyon
  deyilir.  Provizyon  müştərinin 
hesabındakı istifadə edilə bilən likvid limitidir. 
Provizyon  müştərinin  hesaba  qoymuş  olduğu  ödəmə 
miqdarından çox, az və ya ona bərabər ola bilər. 
Kommersiya bankları cari hesab kreditləri ilə əmanət və 
satınalma gücü yaradır. 
Çek
  -  istifadəyə  hazır  provizyona  söykənən  bir  ödəmə 
əmridir, qeydiyyatlı pul ödəmələrində istifadə edilən başlıca 
alətdir. 
Banknot ilə çek arasında hüquqi baxımdan fərqlər vardır. 
Banknot  dövlətin  rəsmi  puludur  və  ondan  rədd  imtina 
qadağandır.  Lakin  birisinə  pul  yerinə  çek  verilirsə,  o,  bunu 
rədd edə bilər. Çeklə aparılan əməliyyatlar iz buraxdığından, 
iş  həcmini  və  qazanclarını  vergi  dairəsindən  gizlədənlər, 
rüşvət alanlar və s. bu kimi şəxslər çeki qəbul etməzlər. 
Çeklə  ödəmə  aparan  və  aparılan  şəxslərin  qazandığı 
praktik fayda onları pul tutma, daşıma və sayma çətinliyindən 
qurtarır. 
Çek-çek  verənin  banka  çek  alıcısının  alacağı  pul 
məbləğinin bankdan alması barədə yazılı tapşırığıdır. 
Çek  qiynıətli  kağızın  bir  növü  olub  ödəmə  hesabat 
kitabçasıdır. 
Konşimento -
 yüklərin daşınmasında dünya praktikasında 
hamı  tərəfindən  qəbul  edilən  standart  formalı  sənəddir. 
Konşimento  yükləmə,  daşınma  və  alınma  hüququnu  təsdiq 
edən  sənəddir  və  beynəlxalq  nəqliyyatda  yüklərin 
daşınmasında istifadə edilir. 
Pul bazarında əməliyyat görən alətlərin başında əmanət 
dayanır. 
“Əmanət”
  dedikdə,  istənildiyi  zaman  və  ya  məlum 
bır müddət sonunda geri alınmaq üçün banklara qoyulan pul 
başa düşülür. Əmanət sahibləri 
51 


verdikləri  pul  qədər  banklardan  alacaqlı  olurlar.  Başqa  bir 
sözlə, pulunu banka qoyan bir kimsə banka kredit vermiş olur. 
Bir  sıra  ölkələrdə  ödəmələrin  böyük  bir  hissəsi 
(təxminən  90%)  banklar  vasitəsilə  olur.  Müddətləri 
baxımından  əmanətlər  aşağıdakı  kimi  olur;  müddətsiz 
əmanət; müddətli əmanət. 
Banklardan  istənilən  an  çıxarılmaq  üçün  qoyulan 
əmanətlərə 
müddətsiz,
  müəyyən  bir  müddət  sonunda 
götürülmə ilə qoyulan əmanətlərə isə 
müddətli
 əmanət deyilir. 
Tələb  olunanadək  depozitlər  müxtəlif  bank  hesab- 
larındakı vəsaitlərin sahibinin pul və hesablaşma sənədlərini 
yazmaqla  birinci  tələbdən  əldə  edə  bilməsidir.  Bunlara 
hüquqi  şəxslərin  cari  və  hesablaşma  hesabında  saxlanılan 
vəsaitlər, 
müxtəlif 
təyinatlı 
fondların 
vəsaitləri, 
hesablaşmalardakı  vəsaitlər,  digər  kreditorların  vəsaitləri, 
digər  bankların  müxbir  hesablarındakı  vəsaitlərin  qalığı, 
fiziki şəxslərin tələb edilənədək əmanətlər- dəki vəsaitləri və 
s. aiddir. Depozit sahiblərinin kateqoriyalarından asılı olaraq 
depozitləri  hüquqi  və  fiziki  şəxslərin  depozitlərinə  bölmək 
olar.  Depozit  əməliyyatının  subyekti  banklar  və  pulun 
sahibləri  olan  kreditorlar,  obyekti  isə  banka  verilən  pullar 
sayılır.  Bu  hesabın  sahibi  üçün  üstünlüyü  onun  yüksək 
likvidli olmasıdır. Ancaq onlar üzrə faizlər ya ödənilmir, ya 
da aşağı faiz müəyyən edilir. 
Finans  honosıt-
  pul  bazarında  əməliyyat  görən 
qısamüddətli pul alətidir. 
Təminat  məktublan-hankhnn  firmalara,  xüsusilə  də 
xarici  ticarətlə  məşğul  olan  firmalara  verdikləri  sənəddir. 
Bank təminat məktubu isə bankın müştərisi olan 
52 


şirkətin  öhdəliklərini  yerinə  yetirməməsi  halında  ortaya 
çıxacaq olan borcu ödəməyi qəbul etdiyi öhdəlikdir. 
/?e/ıo-qiymətli kağızların geri satın alınmaq öhdəliyi ilə 
satılması, 
əks-rcpo
 isə qiymətli kağızları geri satmaq öhdəliyi 
ilə satın alınması kimi tərif edilir. Əməliyyatın başlanğıcında 
borc  pul  verilərək  qarşılığında  qiymətli  kağız  satın  almaq, 
sonda İsə qiymətli kağız borc verənə geri veriləcək və borcu 
alan  aldığı  pulu  əlavə  faizlə  geri  qaytarmaq  öhtəliyini 
rəsmiləşdirən maliyyə alətidir. 
Reponun müddəti 1 gündən 30 günədək və ya daha çox 
müddətə ola bilər. 
Çek
 - alacaqimm borcluya xitabən imzaladığı bir ödəmə 
əmridir. Çeki  imzalayan borclu,  çeki  imzalayan alacaqhdır. 
Çek  iki  borcu  eyni  vaxtda  ödəməyə  yarayan  bif  kredit 
alətidir.  Məsələn,  bir  topdansatan,  mal  satmış  olduğu 
pərakəndiçiyə  xitabən  imzaladığı  çek  ilə  borclu  olduğu 
sənayeçiyə alacağını transfer edir. 
Varrant
 - mal zəmanətinə əsaslanan bir kredit alətidir. 
Mağazalara malı kredit verən bir satıcıya iki ayrı sənəd 
verilir.  Bu  sənədlərin  biri  mal  alınmasım  göstərən  sənəd, 
digəri  isə  varrantdir.  Qaimə  malın  mülkiyyət  sertifikatıdır, 
Varrant isə mal üzərində girov haqqıdır. 
Satıcı özünə kredit açan şəxsə və ya müəssisəyə zəmanət 
olaraq varrantı verir. Qaimə isə Özündə qalır. 
Satıcı  borcunu  ödəmədən  mal  satarsa,  alıcıya  yalnız 
qaİməni verə bilir. Qaiməyə varrantın əlavə edilməsi, malın 
bİr borc zəmanəti olaraq tutulduğunu isbat edir. 
Alıcı,  dəyəri  ödəyərkən  bu  borcu  da  nəzərə  almaq 
imkanını əldə edir, ancaq bu borcu ödəmək şərti ilə varrantı 
geri ala bilər. 
Mağazalar qaimə ilə varrantı bərabər gətirən şəxsə malı 
təslim edir. 
53 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə