Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

lindəki  ödəmə  möhləti  məhsul  satışının  davamı  kimi 
çıxış 
edir.  Buna  görə  kommersiya  krediti  vasitəsilə  satışın 
tezləndirilməsi  və  tədavül  zamanının  məhdudlaşdırılması 
məsələsinə  nail  olunur  ki,  bu  da  fərdi  və  ictimai  kapitalın 
səmərəli fəaliyyətinə xidmət edir. Bu mühüm cəhətin davamı 
kimi  kommersiya  faizinin  formalaşması  çıxış  edir.  Mal 
satıcısının əsas məqsədi məhsul satışının sürətləndirilməsi və 
onun 
qiymətindəki 
mənfəətin 
əldə 
edilməsinin 
tezləşdirilməsidir.  Bu  səbəbdən  kommersiya  krediti  üzrə 
ödəniş möhlətinin haqqı məhsulun qiymətinə daxil edilir və 
bu, bank krediti faizi ilə müqayisədə çox azdır. 
Bank
  /rz-erf/V/'-kreditin  ən  geniş  yayılmış  formasıdır. 
Məhz  banklar  krediti  ən  çox  müvəqqəti  maliyyə  yardımına 
ehtiyacı  olanlara  verir.  Bu  da  təsadüfi  deyil,  çünki  əsas 
fəaliyyəti kredit işi olan banklar xüsusi bir subyektdir. Bank 
kreditinin  başlıca  xüsusiyyəti  ondadır  ki,  geri  qaytarılma 
əsasında pul vəsaitlərinin dönə-dönə dövranı və dövriyyəsini 
həyata keçirən banklar daha çox şəxsi kapitalından deyil, cəlb 
edilmiş  resurslardan  istifadə  edir.  Müəyyən  subyektlərdən 
borc  götürdüyü  pul  vəsaitlərini  bank  digər  hüquqi  və  fiziki 
şəxslər  arasında  yenidən  bölüşdürür.  Eyni  zamanda  bank 
sadəcə pul vəsaitlərini deyil, pulu kapital şəklində borc verir. 
Bu o deməkdir ki, borc alan bankdan götürdüyü vəsaitləri elə 
istifadə elməlidir ki, təkcə onların kreditorlara qaytarılmasını 
deyil, həm də ən azı borc faizini ödəməkdən ötrü kifayət edən 
mənfəət əldə etsin. 
Ödəndik  kreditin  bank  formasının  ayrılmaz  atributuna 
çevrilir.  Bütün  bunlarla  əlaqədar  bank  krediti  faizi  həmişə 
kommersiya krediti faizindən yüksək olur. 
35 


Bank  əsasən  cəlb  olunmuş  vəsaitlərdən  kredit  resursu 
kimi istifadə etdiyindən verdiyi kreditlər üzrə faizi maksimal 
səviyyədə saxlamağa çalışır. 
Lakin 
bank 
kreditini 
kommersiya 
kreditindən 
fərqləndirən  təkcə  bu  cəhət  deyil.  Bank  kreditinin  obyekti 
ticarət  və  sənaye  kapitalından  ayrılmış  pul  kapitalıdır. 
Borcalan  kimi  dövlət,  fiziki  və  hüquqi  şəxslər,  o  cümlədən 
bankların özü də çıxış edir. Kommersiya kreditinin miqyasları 
hər bir halda ticarət və sənaye kapitalı ehtiyatları ilə müəyyən 
olunur  və  məhdudlaşır.  Ticarət  və  sənaye  kapitalının 
kommersiya  krediti  xətli  ilə  hərəkəti  ünvanlıdır;  əmtəə  ya 
istehsalçıdan  istehlakçıya,  ya  da  istehsalçıdan  əmtəənin 
sonrakı satışı ilə məşğul olan ticarət şirkətinə ölürülür. 
Bank  krediti  kommersiya  kreditinə  xas  olan 
məhdudiyyətləri  aradan  qaldırır,  çünki  o,  kreditləşmənin 
istiqamətləri, məbləği və müddətləri ilə məhdudlaşmır. Bank 
krediti  kommersiya  kreditində  olduğu  kimi  təkcə  əmtəə 
tədavülünə deyil, həm də kapital yığımına xidmət edir. Bank 
kreditinin aləti olan bank vekseli ilə kommersiya vekselinin 
diskont  əməliyyatları  vasitəsilə  əvəz  edilməsi  kreditin 
təminatını 
gücləndirir, 
deməli 
onun 
miqyaslarını, 
müddətlərini genişləndirir. 
Kreditin  formalarından  başqa  bir  neçə  növünü 
fərqləndirmək  mümkündür.  Məsələn,  istehlak  krediti. 
Kreditin bu növü əhali tərəfindən yeni dəyərin yaradılmasına 
deyil,  borcalanın  istehlak  tələblərinin  ödənilməsinə 
yönəldilir.  Bu  kredit  vasitəsilə  vətəndaşların  bahalı, 
uzunmüddətli  istehlak  mallarına  yaranan  tələbatı  onların 
dəyərinin  tam  ödənilməsinə  qədər  təmin  edilir.  Əhalinin 
alıcılıq  qabiliyyətini  onun  pul  gəlirləri  müəyyən  edir,  lakin 
alıcılıq qabiliyyəti çox vaxt alıcı tələblərindən aşağı olur. Bu 
və ya digər mallan almaq istəyi maddi 
36 


imkanları üstələyir. Başqa sözlə, əhalinin cari pul gəlirləri ilə 
uzunmüddətli  İstehlak  mallarının  (mebel,  avtomobil  və  s.) 
yüksək qiymətləri arasında uyğunsuzluq mövcud olur. Eyni 
zamanda  əhalinin  bəzi  tələblərində  pul  vəsaitlərinin 
müvəqqəti sərbəstləşməsi baş verir. Belə vəziyyətdə istehlak 
kreditinin  meydana  gəlməsi  təbii  görünür,  çünki  onun 
köməyilə  istehlakçı  nöqteyi-  nəzərindən  iki  cür  ziddiyyət 
aradan  qaldırılır.  Birincisi,  uzunmüddətli  istehlak  mallarına 
olan  yüksək  qiymətlərlə  əhalinin  cari  gəlirləri  arasındakı 
ziddiyyətdir.  İkincisi,  əhalinin  bir  qrupunda  sərbəst  pul 
yığımlarının  yaranması  və  digər  qrupunda  isə  onların 
istifadəsi zərurətinin yaranması arasındakı ziddiyyət. Deməli, 
istehlak 
krediti 
əhalinin 
istehlak 
səviyyəsinin 
yüksəldilməsinə  xidmət  edir.  Digər  tərəfdən  isə  istehlak 
krediti  istehsalçının  (satıcının)  da  mənafelərinə  uyğundur, 
çünki əmtəələrin satışının fasiləsizliyinə xidmət edir. 
İstehlak  kreditinin  bank  və  firma  formaları  ola  bilər. 
Birinci  halda,  istehlak  kreditini  pul  formasında  bank  verir. 
Qeyd  etmək  lazımdır  ki,  bank  kreditləri  arasında  istehlak 
krediti  ən  bahalı  kredit  hesab  edilir.  İkinci  halda  isə  ticarət 
firmasının özü müəyyən bahalı malı müştəriyə uzunmüddətli 
kreditlə  satır.  Hər  iki  halda  müştəri  banka  və  yaxud  ticarət 
firmasına kreditin məbləğinin müəyyən faizi həcmində ilkin 
ödəniş  edir.  Kredit  məbləğinin  qalan  hissəsini  isə  kredit 
müddəti ərzində vaxtaşırı ödəmələrlə kreditora qaytarır. Hər 
hansı  bir  səbəbə  görə  borcalan  ödəmələri  dayandırdıqda 
kreditor  krediti  (pul  məbləğini  və  yaxud  malı)  geri  alır. 
İstehlak krediti üzrə borcun ödənilməsi mənbəyi borc alanın 
qarşıdan  gələn  gəlirləridir.  Bu  səbəbdən  belə  kreditlərin 
verilməsindən  əvvəl  kreditor  tərəfindən  kreditin  qaytarılma 
mənbələrinin reallığı ciddi yoxlanılmalıdır. 
37 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə