Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

İstehlak  kreditinin  ayrıca  növünü  mənzi!  krediti  təşkil 
edir. Burada kredit hazır mənzilin (evin) alınmasına və yaxud 
evin tikilməsinə verilir. Mənzil krediti ya bank müəssisəsi, ya 
da mənzili (evi) tikən şirkət tərəfindən müvafiq olaraq pul və 
ya  natural  şəkildə  verilir.  Bu  zaman  girov  iltizamı 
(girovnamə)  tərtib  olunur.  Və  bu  sənəd  borcalan  mənzil 
kreditini  hissə-hissə  müəyyən  müddət  ərzində  kreditora 
qaytarmaq  öhdəliyini  icra  edə  bilmədikdə  kreditora  mənzili 
(evi) müsadirə etmək hüququ verir. 
Kreditin  bu  növünə  ipoteka  krediti  yaxındır.  Bu  sırf 
daşınmaz  əmlakın  girovu  üzrə  verilən  kreditdir.  Bu  kredit 
üzrə girov tələb olunur. Borc vəsaitləri müxtəlif məqsədlərə, 
o  cümlədən  İstehsal  və  istehlak  tələbatlarının  ödənilməsinə 
istifadə  oluna  bilər.  Əksər  hallarda  ipoteka  borcunun 
qaytarılması mənbəyi borc alanın qarşıdan gələn gəlirləridir. 
Bu  isə  borc  vəsaitlərjnin  qaytarılmaması  hallarında  girov 
qoyulmuş əmlakın satılmasına şərait yaradır. 
Kreditin  digər  növü  dövlət  kreditidir.  Dövlət  krediti  o 
zaman meydana gəlir ki, kreditor və yaxud borcalan sifətində 
dövlətin  özü  (mərkəzi  hökumət  və  yerli  hakimiyyət)  çıxış 
edir.  Borcalan  kimi  çıxış  etdikdə  dövlət  büdcə  xərclərinin 
təmin  edilməsindən  Ötrü  borc  kapitallar  bazarında  öz  borc 
öhdəliklərini  yerləşdirməklə büdcəyə  əlavə vəsait cəlb  edir. 
Dünya  təcrübəsinin  göstərdiyi  kimi  daxili  borclar  dövlət 
xərclərinin  maliyyələşdirilməsinin  vergilərdən  sonra  ikinci 
mənbəyidir.  Eyni  zamanda  büdcə  kəsirinin  örtülməsi 
məqsədilə  borc  vəsaitlərindən  istifadə  olunmasının 
miqyasları  resursların  səmərəli  və  qənaətli  istifadəsi 
nöqteyi-nəzərdən  məhdudlaşdırılır.  Çünki  borcu  müəyyən 
vaxtdan sonra qaytarmaq gərəkdir. 
38 


Dövlət  borc  öhdəliklərini  müəyyən  məqsədli  dövlət 
proqramlarının  maliyyələşdirilməsi  məqsədilə  bazarda 
yerləşdirə  bilər.  Məsələn,  milli  iqtisadiyyatın  bərpası, 
inkişafı,  ayrı-ayrı  sahələrin  yenidən  qurulması,  konkret 
regionların inkişafı, müxtəlif sosial proqramlar, təbii fəlakət 
nəticələrinin aradan qaldırılması və s. məqsədli proqramlar, 
təkcə dövlət büdcəsinin cari gəlirləri hesabına deyil, həm də 
dövlət borcu xətti ilə də maliyyələşə bilər. 
Dövlət krediti çərçivəsində dövlət kreditor kimi də çıxış 
edə  bilər.  Belə  hallarda  dövlət  vəsaitlərindən  müxtəlif 
subyektlərə kreditlər verilir. Bu, xüsusilə milli iqtisadiyyatın 
çox vaxt mənfəətsiz və yaxud azmənfəətli, lakin geniş təkrar 
istehsal  üçün  zəruri  sahələrə  xasdır.  Burada  onu  da  qeyd 
etmək olar ki, dövlət kreditindən (dövlət həm kreditor, həm 
də borcalan olduqda) iqtisadiyyatın tənzimlənməsinin güclü 
aləti kimi də istifadə edilə bilər. 
Kredit münasibətləri təkcə ölkə daxilində deyil, ölkələr 
arasında  da  mövcuddur.  Kredit  kapital  ixracının 
formalarından  biri  kİmi  çıxış  edir.  Belə  hallarda  kreditin 
başqa  növü  olan  beynəlxalq  kredit  ön  plana  çıxarılır. 
Beynəlxalq  kredit zamanı  iştirakçılar dəyişmir, lakin  kredit 
sövdələşməsinin  tərəflərindən  biri  xarici  ölkəyə  mənsub 
olmalıdır. 
2.5.
 
KREDİTİN ROLU 
Kreditin  rolu  onun  təsərrüfat,  əhali,  dövlət  üçün 
tətbiqinin  nəticələri  ilə  səciyyələnir.  Kreditin  rolu  onun 
müxtəlif  forma  və  növlərinin  həyata  keçirilməsi  zamanı 
təşəkkül  tapan  münasibətlərin  nəticələrində  təzahür  edir. 
Kreditin iqtisadiyyata təsirinin hər bir istiqaməti 
39 


üzrə kredit münasibətlərinin konkret forma və ya növü üstün 
mövqeyə malikdir. Məsələn, əmtəələr nisyə satıldığı zaman 
başlıca  rolu  kommersiya  krediti  oynayır.  Əksinə  kredit  pul 
vəsaitləri  şəklində  verildikdə  bank  krediti  birinci  dərəcəli 
əhəmiyyət kəsb edİr. Kreditin rolu onun məhsul istehsalı və 
satışının  fasiləsizliyinə  olan  təsirində  də  təzahür  edir.  Borc 
vəsaitlərinin  köməyilə  təsərrüfat  subyektlərinin  əlavə 
resurslara  olan  tələbatı  ödənilir  və  təkrar  istehsal 
proseslərinin  ləngiməsinə  yol  verilmir.  Əlavə  vəsaitlərə 
yaranan tələbat mövsüm amili ilə də bağlı ola bilər. Burada 
da  kredit  vasitəsilə  kapital  dövranı  və  dövriyyəsinin 
fasiləsizliyinin ahəngdarlığı təmin edilmiş olur. 
Kreditin  istehsalın  genişlənməsində  də  rolu  böyükdür. 
Kreditin  iştirakı  ilə  geniş  təkrar  istehsal  üçün  kapital 
mənbələrinin  formalaşması  sürətlənir.  Kreditdən  əsas 
fondların  artırılması  mənbəyi  kimi  də  istifadə  edilə  bilər. 
Belə hallarda kredit istehsalın inkişafı və genişlənməsi üçün 
zəruri olan yeni əsas fondların yaradılması üzrə müəssisələrin 
imkanlarını artırır. Burada xüsusilə mühüm olan cəhət odur 
ki,  kredit  müasir  dövrün  iqtisadi  tərəqqisinin  aparıcı 
qüvvələrindən biri olan elmi- texniki tərəqqiyə,  bununla da 
cəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişafına  xidmət  edə 
bilər. 
Kreditin  pul  dövriyyəsində  də  rolu  mühümdür.  Məlum 
olduğu  kimi,  nağd  pulların  tədavülə  buraxılması  və 
tədavüldən  çıxarılması  kredit  əsasında  banklar  vasitəsilə 
yerinə  yetirilir.  Bir  tərəfdən  nağd  pulların  tədavülə 
buraxılması  müəssisə  və  təşkilatlara,  əhaliyə  bankların 
kassalarından  nağd  vəsaitlərin  verilməsi  xətti  ilə  yalnız 
onların  bank  hesablarında  qalıqlar  mövcud  olduqda 
mümkündür. Belə qalıqların olması müştəri ilə banklar 
40 


arasında  müəssisə,  təşkilat  və  əhalinin  kreditor  olduqları 
kredit münasibətlərinin olmasım göstərir. 
Bank  hesablarından  nağd  pulların  verilməsi  bankın 
müştəri  qarşısındakı  borcunun  ödənilməsi  deməkdir.  Digər 
tərəfdən  isə  banka  nağd  pulların  daxil  edilməsi  onlann 
tədavüldən  çıxarılmasım  göstərir  və  banklarm  öz 
müştərilərinə olan borclarmm böyüməsi ilə müşayiət olunur. 
Nağdsız pul dövriyyəsinə gəldikdə isə, Ödənişləri daima 
yerinə  yetirməkdən  ötrü  müəssisələrin  vəsaitlərə  əlavə 
tələbatı yaramr. Buna səbəb gündəlik pul məxaric- ləri ilə pul 
mədaxilləri  arasındakı  uyğunsuzluqdur.  Belə  hallarda  əlavə 
pül  vəsaitlərinə  yaranan  müvəqqəti  tələbat  kredit  cəlb 
olunmaqla ödənilə bilər. Burada verilən borcların həcmi və 
onlann  ödənilmə  müddətlərinin  əmtəə  istehsalı  və  satışı 
prosesləri  ilə  əlaqələndirilməsi  böyük  əhəmiyyət  kəsb  edir. 
Bu  qaydaya  riayət  edildikdə  kredit  əsasında  yaranmış  pul 
vəsaitləri dövriyyənin tələbatlarına uyğun olaraq, kreditləşən 
qiymətlilərin  qalıqları  azaldıqca,  pul  vəsaitləri  borcların 
ödənilməsi  üçün  istifadə  olunur  və  borcalanm  dövriyyəsini 
tərk  edir.  Döv-  riyyədəki  pul  kütləsinin  ona  olan  tələbata 
uyğun  olması  ictimai  kapitalın  geniş  təkrar  istehsalının 
ahəngdarlığı  və  fasiləsizliyi  üçün  mühüm  əhəmiyyət  kəsb 
edir.  Məhz  dövriyyədəki  pul  kütləsinin  dövriyyənin 
tələbatlarına 
uyğun 
olması 
məqsədilə 
kreditləşmə 
prinsiplərinə  riayət  edilməsi  çox  vacibdir.  Eyni  zamanda 
dövriyyədəki  pul  vəsaitlərinin  həcminin  tənzimlənməsinin 
böyük  iqtisadi  əhəmiyyətini  nəzərə  alaraq  kredit 
əməliyyatlarının  pul-  kredit  siyasəti  tədbirləri  vasitəsilə 
dövlət tənzimlənməsi tətbiq olunur. Burada kreditin iqtisadi 
rolunun  yeni  tərəfi aşkarlanır. Kreditdən pul  və  maliyyə ilə 
yanaşı 
41 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə