Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Şəxslərin məlum bir dönəmdə əldə etdiyi cari gəlir (Ce) 
iki bölümdən ibarətdir: yığım (T) və cari xərclər (He). Bunu 
riyazi şəkildə belə göstərmək olar: 
Ce = T + He. 
Cari  gəliri  sabit  olaraq  qəbul  etsək,  o  zaman  şəxslərin 
yığımı  cari  xərclərin  böyüklüyünə  bağlı  olacaqdır.  Cari 
xərclərin  toplamımn  carı  gəlirə  bərabər  olduğu  və  ya  bu 
gəlirdən yüksək olduğu bir halda şəxsi yığım sıfır və ya mənfi 
olur. Hər hansı bir ölkədə toplanan yığımın qaynağı şəxs və 
qurumlarm  gəlirləridir.  Yığım  qabiliyyəti  şəxsin  gəlir 
səviyyəsinə  bağlıdır.  Yığım  etmə  arzusu  haqqmda  İsə 
müxtəlif  amillərdən  söz  açıla  bilər;  gözlənilməyən  bir 
hadisəyə qarşı xərclərə hazır olma (xəstəlik, ani fəlakət və s.); 
irəlidə həyata keçiriləcək böyük xərclər üçün bu gündən pul 
yığmaq (səyahətə çıxma, ev və ya avtomobil alma, uşaqların 
məktəb  xərclərini  maliyyələşdirmək  və  s.);  bir  iş  qurmaq 
məqsədini  gerçəkləşdirmək  üçün  hazırlıq  görmək;  fınans 
varlığı  əldə  etmək  arzusu;  yüksək  bir  gəlirə  sahib  olmaq 
arzusu. 
Klassik və neoklassik iqtisadçılara görə yığım faizin bir 
funksiyasıdır. Yüksələn faiz qiyməti, yığım meylini artıraraq 
məcmu  yığım həcmini  genişləndirir. Faiz nisbətində azalma 
isə yığım həcmində azalmaya yol açır. 
İnvestisiyanın  stimullaşdırılmasına  təsir  edən  amillər, 
iqtisadiyyatda gəlir və məşğulluğu artıran təməl ünsürü olan 
investisiya  anlayışına  bəzi  hallarda  yanlış  tərif  verilir. 
Məsələn,  mövcud  bir  fabrikin,  bir  ərazi  və  ya  tarlanın  satın 
alınması xalq arasında investisiya adlandırılır. Ancaq bu kimi 
xərcləmələrdə  iqtisadiyyatda  yeni  bir  istehsal  gücü  təşkil 
etmir, sadəcə mövcud mal və 
46 


xidmətlər  bir  əldən  başqa  ələ  keçir.  Mövzuya  mikro- 
səviyyədə  baxsaq,  bu  hadisə  mövcud  bir  fabriki  satın  alan 
şirkət baxımından bir investisiyadır. Ancaq mikro- səviyyədə 
düşünsək  bunun  sadəcə  başqa  bir  ələ  dəyişməsini  görərik. 
Bunun  kimi,  qiymətli  kağızların  satın  alınması  halı  da 
investisiya  çərçivəsi  xaricindədir.  Səhm,  istiqraz  satın  alan 
şəxsin etdiyi xərcləmə də bir investisiya xərcləməsi deyildir. 
Buna  iqtisad  dilində  (ingiliscə  -  placemeni)  playsment 
deyilir, yəni playsment sadəcə mövcud yatırımların əldən-ələ 
keçməsidir,  yeni  bir  investisiya  deyildir.  İnvestisiya  isə 
sadəcə sərmayə həcminə qoyulan əlavə kapitaldır. 
Bunların  alqı-satqısı  iqtisadiyyatda  mövcud  istehsal 
gücləri  üzərindəki  mülkiyyət  haqqının  bir  əldən  başqa  ələ 
keçməsindən savayı bir şey deyildir. 
İqtisadi  anlamda  investisiya  -  fondlann  sərmayə 
mallarına (real varlıqlara) yönəlməsidir. 
Ümumiyyətlə,  hər  hansı  bir  ölkədə  yığımın  həcmi  real 
investisiyalar  təşkil  edir,  real  investisiyaların  həcmi  isə  bu 
investisiyaların  gerçəkləşdirilməsi  üçün  yetərli  fondların 
olmasına, başqa sözlə desək, yığım fondlarının axtarılmasına 
bağlıdır.  Real  varlıq  investisiyaları  yenidənqurmaya  və 
istehsal gücünün artımına yönəldilmiş investisiyalardır. 
Ümumiyyətlə,  iqtisadçıların  sərmayənin  marcinal  təsiri 
adlandırdıqları və finans nəzəriyyəsində daxili səmərə vermə 
nisbəti  olaraq  tanınan  investisiyanın  səmərəlilik  nisbəti, 
şübhəsiz investisiyaya yönələn planların qərara alınmasında 
əsas faktlardır. 
İnvestisiyanın stimullaşdınlmasmın iki əsas amili vardır: 
1)
 
investisiyanın gəlirlilik nisbəti; 
2)
 
investisiyanın finans mənbələrinin orta xərcləri. 
47 


investisiyanın  səmərəliliyi  investisiya  mövzusuna  ölkə 
iqtisadiyyatının  ehtiyac  hiss  etməsi,  başqa  sözlə  desək, 
investisiyanın  qoyulacağı  iş  sahəsində  bir  təklif  və  tələb 
tarazlığının tapılması ilə sıx əlaqədardır. Sərmayə xərcləri isə 
fınans  bazarlarında  təşkil  edilən  borclanma  və  özəl 
fondlarının xərcləri ilə investor şirkətin özəl şərtlərinə bağlı 
olaraq az və ya da yüksək səviyyədə təşkil edilə bilər. 
Finans bazarında fondların xərclərinin aşağı və ya yuxarı 
səviyyədə olmasına təsir edən başlıca amillər aşağıdakılardır: 
mərkəzi  bankın  apardığı  pul  siyasəti;  ölkə  iqtisadiyyatının 
yığım potensialı və ölkə kapital bazarının əhatə dairəsi. 
2.9.
 
İNVESTtStYA FƏALİYYƏTİ 
MƏRHƏLƏLƏRİ 
İnvestisiya 
fəaliyyətinin 
əsas 
mərhələsi: 
ilkin 
mərhələ-investisiya resurslarının özündə cəmlənməsi və daha 
mənfəətli  investisiya  qoyuluşları  obyektlərinin  axtarışı  ilə 
seçilir.  İkinci  mərhələ  -  investisiya  qoyuluşları  üçün 
resurslann 
formalaşdınimasıdır. 
Bunu 
investisiya 
qoyuluşlarının  məsrəfi  kimi  də  göstərmək  olar.  Bu  prosesi 
bilavasitə  investisiyalaşdırma  anı  kimi  də  qiymətləndirmək 
mümkündür,  belə  ki,  bu  mərhələdə  investisiya  -  investisiya 
fəaliyyəti obyektinə transformasiya olunur. 
İnvestisiya  fəaliyyəti  prosesinin  sonrakı  mərhələsi 
investisiyanın 
yenidən 
təşkilinin 
başa 
çatmasını 
səciyyələndirir, bu mərhələdə yeni istehlak dəyəri yaranır. 
Nəhayət,  axırıncı  mərhələdə  investisiya  prosesinin 
həyata  keçirilməsi  məqsədi  -  investisiya  qoyuluşundan 
gəlirlərin əldə olunması həyata keçirilir. 
48 


investisiya  fəaliyyəti  prosesinin  səmərəliliyi  investisiya 
üzrə  təklifin  investisiyaya  olan  tələblə  üst-üstə  düşməsi 
zamanı yüksəlmiş olur. İnvestisiya üzrə tələb və təklif amili 
özünü  investisiya  fəaliyyətinin  konkret  subyektlərində 
göstərir,  bu  investisiya  bazan  vasitəsilə  tərəflər  arasında 
müəyyən  qarşılıqlı  münasibətlərin  yaranması  ilə  müşahidə 
olunur  və  özünəməxsus  investisiya  mübadiləsi  prosesi  kimi 
davam edir. 
2.10.
 
DÜNYA ÜZRƏ QƏBUL EDİLƏN ƏN 
MƏŞHUR İNDEKSLƏR 
Finans  bazarlarında  istifadə  olunan  qiymət  indeksləri 
bazarda  alınıb  satılan  hər  bir  qiymətli  kağız  üçün  hazırlana 
bilər.  Bu  indekslər  həm  fond  birjalarında,  həm  də  finans 
bazarları  ilə  əlaqədar  finans  təşkilatları  tərəfindən  hazırlana 
bilər.  Dünyada  genİş  istifadə  edilən  indekslər  Dow  Jones 
Industrial Averaqes və Standart and Poors (S and P 500)-dur. 
Standard  and  Poors  indeksləri  abunəçilərə  müəyyən  bir 
məbləğ qarşılığında paylandığı halda, Dow Jones indeksləri 
isə “Wall Street Journal”ın-da nəşr edilir. 
Dow  Jones  Industrial  Average.  Dow  Jones  İndus-  trial 
Average  Nyu  York  Fond  Birjasında  tədavüldə  olan  30 
səhmdən  istifadə  edilərək  hazırlanır.  Bu  səhmlər  geniş 
yayılmış  və  bazar  dəyərləri  yüksək  olan  səhmlərdir.  Bu 
xüsusiyyələrinə  görə  həmin  səhmlərin  əsasında  formalaşan 
indeksin bazan tam əks etdirməsi şübhə yaratmır. 
İndekslər  gündəlik  hazırlanır.  Səhmlərin  o  günkü 
qiymətləri toplanıb səhmlərin sayına bölünməklə orta- lama 
qiymət indeksi tapılır. DJİA ilk dəfə XX əsrin əv 
49 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə