Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

tələblərə  və  göstərişlərə  əsaslanmış  düşünülmüş  davranış, 
idarəetmə və nəzarət üsuludur. 
Bankın  məcmu  kapitalı  (öz  vəsaiti)  -  prudensial 
hesabatlıq  məqsədləri  üçün  istifadə  olunan  kapital  olmaqla, 
Milli Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I 
dərəcəli  (əsas)  və  II  dərəcəli  (əlavə)  kapitala  daxİI  olan 
komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların 
fərqidir. 
(Banklar haqqında Qonun. Maddə L)
 
3.3.
 
BANK SİSTEMİ VƏ 
ONUN HÜQUQİ ƏSASLARI 
Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan 
Respublikasının  Milli  Bankından  və  kredit  təşkilatlarından 
ibarətdir. 
Milli Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti 
Azərbaycan  Respublikasının  Konstitusiyası,  “Azərbaycan 
Respublikasının  Milli  Bankı  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki 
Məcəlləsi,  “Banklar  haqqında  Qanun”  və  bunlara  müvafiq 
olaraq  qəbul  edilmiş  digər  normativ  hüquqi  aktlar,  habelə 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrlə tənzimlənir. 
Azərbaycan 
Respublikasında 
kredit 
təşkilatının 
fəaliyyəti  Azərbaycan  Respublikasının  Konstitusiyası, 
“Banklar  haqqında  Qanun”,  Azərbaycan  Respublikasının 
Mülki  Məcəlləsi,  “Azərbaycan  Respublikasının  Milli  Bankı 
haqqında”  və  “Kredit  İttifaqları  haqqında”  Azərbaycan 
Respublikası qanunları, Milli Bankın bunlara müvafiq olaraq 
qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının 
digər normativ hüquqi 
77 


aktları,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrlə tənzimlənir. 
Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən 
kredit  təşkilatları  dövlət  hakimiyyəti  və  bələdiyyə 
orqanlarından  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının 
fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların 
fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə 
məcbur edilə bilməz. 
Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik 
götürdüyü  hallardan  başqa  bütün  dügər  hallarda  kredit 
təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının 
öhdəlikləri  üçün  məsuliyyət 
d?iş\m\x.(Banklar  haqqında 
Qanun. Maddə 2.)
 
3.4.
 
AZƏRBAYCAN RESPUBLİKASININ BANK 
SİSTEMİNDƏ XARİCİ KAPİTALIN İŞTİRAKI 
Azərbaycan  Respublikasının  bank  sistemində  xarici 
bank kapitalının iştirak limiti Milli Bank tərəfindən müəyyən 
edilir. 
Xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkəti  istisna 
olmaqla,  əcnəbilərin  və  xarici  hüquqi  şəxslərin  yerli 
banklarda  iştirakma  Milli  Bank  tərəfindən  limit  müəyyən 
edilir. 
Milli  Bank  xarici  bankların  və  xarici  bank  holdinq 
şirkətlərinin  yerli  törəmə  banklarının,  filiallarının  və 
nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının 
və  nümayəndəliklərinin  fəaliyyətinin  tənzimlənməsi  və 
onlara  nəzarəti  həyata  keçirdikdə  müvafiq  xarici  bank 
tənzimləməsi və nəzarəti orqanları ilə qarşı- lıqlıhq əsasında 
və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd 
olmayaraq (o cümlədən Azərbaycan 
78 


Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə 
müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə yetirilməsi 
üçün zəruri olan məlumatı ala bilər.  Milli Bank  xarici bank 
tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini 
bu məlumatın məxfiliyini tə- mia etməklə həyata keçirə bilər. 
Bu məqsədlə Milli Bank xarici bank tənzimləməsi və nəzarəti 
orqanlar ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər. 
Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil 
olmaqla,  siyahısı  Milli  Bank  tərəfindən  müəyyənləşdirilən 
offşor  zonalarda  qeydə  alınmış  əcnəbilər  və  xarici  hüquqi 
şəxslər  yerli  bankların  təsisçiləri  və  ya  səhmdarları  ola 
bilməz,  habelə  yerli  törəmə  banklar  təsis  edə  bilməz,  yerli 
filiallar  və  ya  nümayəndəliklər  aça  bilməzlər. 
(Banklar 
haqqında Qanun. Maddə 5.)
 
3. 5. BANKLARDA İNZİBATÇILARA QARŞI 
İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR 
Bankların, 
onların 
filiallarının, 
şöbələrinin, 
nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və 
nümayəndəliklərinin  inzibatçıları  məqbul  və  lazimi 
keyfiyyətə malik şəxslər olmalıdırlar. 
Aşağıdakı  şəxslər  bankların,  onların  filiallarının, 
şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola 
bilməzlər:  maliyyə  vəziyyətinin  pisləşməsi  və  pru-  densial 
tələbləri  pozmaqla  əlaqədar  məcburi  İəğv  olunmuş,  yaxud 
müflis  elan  olunmuş  bankda  ləğvetmə  və  ya  iflas  haqqında 
qərarın qəbul  edildiyi  tarixdən əvvəlki bir il ərzində bankın 
fəaliyyət  strategiyasının  müəyyən  edilməsi  və  qərarların 
qəbul  edilməsi  proseslərində  iştirak  etmiş  inzibatçısı  (belə 
şəxslər üç il ərzində başqa bankın inzibatçısı ola bilməzlər); 
üç ildən az olmayan 
79 


müddət ərzində başqası ilə əvəz edilməsi barədə Milli Bankın 
tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı 
vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında 
qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna 
olmaqla); 
bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş 
qaydada məhrum edilmiş şəxslər
bankın digər idarəetmə orqanının (səhmdarların ümumi 
yığıncağı istisna olmaqla) üzvü olan şəxslər
idarə  heyətinin  üzvləri  istisna  olmaqla  bankda  digər 
vəzifə tutan şəxslər; 
Müşahidə Şurasının üzvü üçün üçdən çox hüquqi şəxsin 
və ya digər hər hansı bir bankın idarəetmə orqanlarının üzvü 
olan şəxslər; 
bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat 
xidmətinin  rəhbəri),  daxili  audit  bölməsinin  rəhbəri,  bank 
filialının,  şöbəsinin  rəhbəri  və  baş  mühasibi  üçün-başqa 
banklarda,  xarici  bankların  yerli  filiallarında,  digər  hüquqi 
şəxslərdə, o cümlədən banka aidiyyatı olan hüquqi şəxslərdə 
vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və 
hüquqi  şəxslərdə  Müşahidə  Şurasının  üzvü  olması  hallan 
istisna olmaqla); 
bankın  inzibatçısı  ilə  qohumluq  münasibətlərində  olan 
şəxs-onun əri, arvadı, valideyni, o cümlədən ərinin, arvadının 
valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən  övladlığa 
götürülən  qardaşı  və  bacısı  (bank  şöbəsinin  inzibatçıları 
istisna olmaqla); 
dövlət hakimiyyəti və  ya bələdiyyə orqanında qulluqda 
olan  şəxslər  (qanunvericilikdə  nəzərdə  tutulan  hallar  istisna 
olmaqla). 
İnzibatçı  vəzifəsinə  təyin  edilmək  üçün  aşağıdakı 
tələblər gözlənilməlidir: 
80 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə