Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

ması  barədə  qərarlar  yekdilliklə  qəbul  edilir.  Nizamnaməyə 
əlavə  və  dəyişikliklər  edilməsi,  müşahidə  şurası  və  İdarə 
Heyəti  üzvlərinin  təyin  və  azad  edilməsi,  bankın  satılması, 
yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə 
xitam  verilməsi  məsələləri  üzrə  qərarlar  yığıncaqda  təmsil 
edilən  səhmdarların  75  faiz  səs  çoxluğu  ilə  qəbul  olunur. 
Bütün  digər  qərarlar  yığıncaqda  iştirak  edən  səhmdarların 
sadə səs çoxluğu ilə qəbul olunur. 
Səhmdarlar  bankın  nizamnamə  kapitalındakı  paylarına 
mütənasib  səs  hüququna  malikdirlər.  Hər  bir  səhmdar 
səhmdarların ümuraİ yığıncağında özünün səs hüququnu həm 
şəxsən,  həm  də  səlahiyyətli  nümayəndəsi  vasitəsilə  həyala 
keçirə  bilər.  Etibarnamə  yazılı  şəkildə  rəsmiləşdirilir  və 
yığıncağın  protokoluna  qoşulur,  Etibarnamə  yığıncaq 
başlananadək verilir. Səhmdarları qanuni əsasda təmsil edən 
şəxslər üçün ayrıca etibarnamə tələb olunmur. Həmin şəxslər 
bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər. 
Səhmdarların 
növbəti 
və 
növbədənkənar 
yığıncaqları'keçirilə  bilər.  Səhmdarların  hər  bir  ümumi 
yığıncağının  keçirilməsi  günü,  yeri,  vaxtı  və  gündəlik  üzrə 
materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə 
həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən 
azı  45  təqvim  günü  qalmış  səhmdarlara  göndərilir  və  bu 
barədə  kütləvi  informasiya  vasitələrində  məlumat  dərc 
etdirilir.  Bildirişlə  birlikdə  göndərilən  gündəliyə  daxil 
edilməmiş  məsələlər  üzrə  qərar  qəbul  olunmasına  yol 
verilmir.  Növbəti  yığıncaqlar  ildə  bir  dəfədən  az  olmayaraq 
keçirilir.  Növbəti  yığıncaqlar  bankın  hər  il  üçün  maliyyə 
hesabatı  tərtib  edildikdən  və  kənar  auditor  yoxlamasından 
keçdikdən sonra ən geci iki ay ərzində keçirilir. 
87 


Növbədənkənar  yığıncaqlar  səsvermə  hüququ  olan 
səhmlərin  azı  5  faizinin  sahibləri  olan  səhmdarların, 
Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin 
tələbi  ilə  çağınla  bilər.  Növbədənkənar  yığıncaqların 
çağırılması  qaydası  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsi ilə tənzimlənir. 
Səhmdarların  yığıncağında  səsvermə  hüququna  malik 
olan  bütün  səhmdarlar  təmsil  olunmuşdursa,  yığıncaq  onun 
çağırılması  vaxtından  və  üsulundan  asılı  olmayaraq 
səlahiyyətli  sayılır.  Səsvermə  hüququna  malik  olan 
səhmdarların  hamısı  yekdilliklə razılıq  verərsə, bu  yığıncaq 
gündəliyə  daxil  edilməmiş  məsələləri  də  müzakirə  edə  və 
onlara dair qərarlar qəbul edə bilər. 
Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar 
aiddir: 
bankın  idarə edilməsinə  və fəaliyyətinə nəzarəti  həyata 
keçirmək,  o  cümlədən  bankın  İdarə  Heyətindən  hesabat 
almaq; 
səhmdarların  ümumi  yığıncağı  və  İdarə  Heyəti  üçün 
tövsiyələr vermək; 
səhmdarların  ümumi  yığıncağının  hər  bir  iclasını 
bildirişlər  göndərmək  yolu  ilə  çağırmaq  və  səhmdarların, 
habelə  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  tələbi  ilə  və 
onların  gündəliyi  üzrə  keçirilən  növbədənkənar  iclaslar 
istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək
bank  tərəfindən  qüvvədə  olan  qanunvericiliyin 
pozulması  faktını  müəyyən  etdikdə  bu  pozuntu  barəsində 
səhmdarların ümumi yığıncağını. Audit Komitəsini və İdarə 
Heyətini  xəbərdar  etmək.  Milli  Banka  isə  bank 
qanunvericiliyinin  pozulması  faktları  barəsində  bildiriş 
göndərmək; 
88 


“Banklar  haqqında  Qanun”a  müvafiq  olaraq  İdarə 
Heyəti  üzvlərini  vəzifədən  kənarlaşdırmaq,  səhmdarların 
ümumi  yığıncağında  təsdiq  edilənədək  onları  müvəqqəti 
olaraq bank Qanununun 10-cu maddəsinin tələblərinə cavab 
verən başqa şəxslərlə əvəz etmək
bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında 
mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil 
etmək; 
bankın  etibarlı  və  prudensial  idarə  olunmasını  təmin 
etmək  üçün  zəruri  olan  qaydaları  və  daxili  əsasnamələri 
qəbul etmək; 
bankın  kapital  ehtiyatlan  yaradılması  haqqında  qərar 
qəbul etmək; 
bankın  nizamnamə  kapitalının  50  faizindən  artıq 
məbləğdə  və  bankın  nizamnaməsində  nəzərdə  tutulmuş 
hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə 
vermək; 
banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət 
edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək; 
bankın  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı 
sahələrinin yoxlanması barədə qərar qəbul etmək
kənar  və  daxili  auditorların,  habelə  Milli  Bankın 
yoxlamalarının  nəticələrini  nəzərdən  keçirmək  və  bu 
yoxlamaların yekunlarına dair tədbirlər görmək
“Banklar  haqqında  Qanun”la,  bankın  nizamnaməsi  və 
Milli Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş 
digər səlahiyyətləri həyata keçirmək. 
Müşahidə Şurası “Banklar haqqında Qanun”un 25.1.6-cı 
maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən əvvəl 
Milli  Banka  əsaslan  göstərməklə  yazılı  bildiriş  göndərir  və 
səhmdarların ümumi yığıncağının 
89 


növbədənkənar  iclasını  çağırır.  Milli  Bank  Müşahidə 
Şurasının qərarına dair öz münasibətini bildirə bilər. 
Müşahidə Şurasının “Banklar haqqında Qanun”un 
25.1.5,
 
25.1.6 və 25,1.8-ci maddələrinə əsasən qəbul etdiyi 
qərarlar  səhmdarların  ümumi  yığıncağının  növbəti  iclasının 
gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır. 
Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək 
sayda  üzvlərdən  ibarətdir.  .Şuranın  üzvləri  bankın 
səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən  səhmdarlardan 
və  ya kənar şəxslərdən  4 ildən çox olmayan müddətə təyin 
edilən  fiziki  şəxslərdir.  Şuranın  üzvləri  növbəti  müddətlərə 
yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı 
Müşahidə  Şurasının  üzvləri  sırasından  Müşahidə  Şurasının 
sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın 
bölüşdürülməmiş  mənfəətinin  faizi  şəklində  və  ya  əmək 
haqqı  formasında  səhmdarların  ümumi  yığıncağında  təyin 
edilə bilər. 
“Banklar  haqqında  Qanun”un  10-cu  maddəsinin 
müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər  bankın 
Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının 
ümumi  yığıncağının  qərarı  ilə  Müşahidə  Şurasının  üzvləri 
vəzifəsindən azad edilməlidirlər. 
Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından 
çoxu  iştirak  etdikdə  səlahiyyətlidir.  İclaslannın  keçirilməsi 
qaydası  bankın  nizamnaməsində  və  ya  Müşahidə  Şurası 
haqqında əsasnamədə müəyyən edilir. 
Müşahidə  şurasının  iclasları  ən  azı  üç  ayda  bir  dəfə 
keçirilir.  İclasların  nəticələrinə  dair  protokol  Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  qaydada  tərtib 
edilir. 
Müşahidə  Şurasının  qərarları  yığıncaqda  iştirak  edən 
üzvlərinin sadə səs çoxluğu İlə qəbul edilir. Hər bir 
90 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə