Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

lan istisna olmaqla, tanışlıq üçün tələbləri “Banklar haqqında 
Qanun”un  77-cü  maddəsinə  uyğun  hazırlanan  təsdiqli 
tələblər  siyahısına  daxil  edilmiş  bank  kreditorlarına  təqdim 
edilə bilər. 
“Banklar haqqında Qanun”un 57-ci maddəsi ilə nəzərdə 
tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə və ya 
qismən  maliyyə  sağlamlaşdıniması  proseduruna  cəlb  oluna 
bilməz. 
Bank  və  kreditorlar  arasında  bankın  fəaliyyətinin 
bərpasına  yönəldilən  barışıq  sazişlərinin  və  ya  başqa 
razılaşmaların bağlanmasına yol verilmir. 
Kreditorların  müflis  bankın  ləğvi  ilə  əlaqədar  ümumi 
yığıncağı  yalnız o halda keçirilə bilər ki, ləğvedicinin Milli 
Bank  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə  belə 
yığıncağın  keçirilməsinin  bankın  səmərəli  ləğvi  üçün 
lüzumlu olduğu barədə qərar qəbul etsin. 
Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi 
yalnız  o  halda  yaradıla  bilər  ki,  ləğvedicinin  Milli  Bank 
tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə  belə 
komitənin  yaradılmasını  kreditor  qruplarının  mühüm 
mənafelərinin  təmsil  və  müdafiə  edilməsi  üçün  lüzumlu 
olduğu barədə qərar qəbul etsin. 
Kreditorların  ümumi  yığıncağının  keçirilməsinə  və  ya 
kreditorlar komitəsinin yaradılmasına icazə verən məhkəmə 
qərarlarında  yığıncağın  və  ya  komitənin  vəzifələri  və 
səlahiyyət dairəsi müəyyənləşdirilir. 
“Banklar  haqqında  Qanun”un  82-ci  maddəsinə  uyğun 
olaraq  təsdiq  edilmiş  tələblər  ödəniş  növbəliyinə  müvafiq 
surətdə  təsnifləşdirilərək  kateqoriyalar  üzrə  birləşdirilir  və 
bölgü  cədvəlinə  daxil  edilir.  Hər  kateqoriya  üzrə  tələblər 
əvvəlki növbənin  tələbləri tam ödənildikdən sonra ödənilir. 
Növbə daxilində tələblərin 
117 


ödənilməsinə  vəsait  çatışmadıqda  ödənişlər  tələblərə 
proporsional faizlə bölüşdürülür. 
Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 
bank  kreditorlarına  ödənişlərin  aparılması  qrafiki  ləğvedici 
tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 
Məhkəmə  tərəfəindən  təsdiq  edilmiş  ödənişlərin 
aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 
Ödənişlərin  aparılması  qrafiki  məhkəmə  tərəfindən 
təsdiq  edildikdən  sonra  ləğvedici  dərhal  həmin  qrafikdə 
nəzərdə  tutulan  ödənişləri  icra  edir.  Ödənişlərin  aparılması 
qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün 
onlarla əlaqə yaratmaq mümkün olmağı halda ödənilməmiş 
məbləğlər  Milli  Bankda  xüsusi  hesabda  depozitə  qoyulur. 
Ləğvedici  kütləvi  informasiya  vasitələrində  bildiriş  dərc 
etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət 
etməyi  təklif  edir.  Bu  qaydada  depozitə  qoyulmuş  vəsait 
göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən 
həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia 
müddəti  bitdikdən  sonra  ödənilməmiş  məbləğlər  dövlət 
büdcəsinə köçürülür. 
Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna 
aşağıdakı hallardan hər hansı biri olduqda başlanıla bilər: 
“Banklar  haqqında  Qanun”un  61-ci  maddəsində 
göstərilmiş əsaslardan hər hansı biri müəyyən edildikdə
xarici  bankın  yerləşdiyi  ölkədə  onun  barəsində  iflas 
proseduruna başlamldıqda. Bu zaman iflas proseduruna Milli 
Bankın ərizəsi üzrə başlanır. 
Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın 
hər hansı yerli filialı Azərbaycan Respublikasında 
118 


fəaliyyəti  nəticəsində  əmələ  gələn,  yaxud  bu  və  ya  digər 
şəkildə  onunla  bağh  olan  aktivləri  və  passivləri  də  daxil 
olmaqla xarici bankın törəmə bankı kimi qəbul edilir, o şərtlə 
ki,  bundan  asılı  olmayaraq  xarici  bank  yerli  filialının 
öhdəlikləri üçün tam məsuliyyət daşıyır. 
Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna 
başlanılmasına  dair  məhkəmə  qərarının  təqdim  edildiyi 
andan 
xarici 
bankın 
yerli 
filialının 
Azərbaycan 
Respublikasında  göstərdiyi  bütün  fəahyyət  növlərinə  xitam 
verilir.  Bu  zaman  filiala  təyin  edilmiş  ləğvedicinin 
qabaqcadan  yazılı  icazəsi  ilə  göstərilən  fəaliyyət  növləri 
istisna təşkil edir. 
Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində 
“Banklar  haqqında  Qanun”un  78-ci  maddəsi  yalnız  xarici 
bankın  Azərbaycan  Respublikasmda  fəaliyyəti  nəticəsində 
əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağh olan 
öhdəliklərin  əvəzləşdirilməsi  və  saldosunun  çıxarılması 
hallarında tətbiq edilir. 
Azərbaycan  Respublikasında  filialı  olan  xarici  bankın 
iflası  haqqında  iş  başlanıldıqda  onun  yerli  filialının 
aktivlərindən  ilk  növbədə  yerli  filialın  Azərbaycan 
Respublikası  ərazisində  bank  fəaliyyəti  nəticəsində  əmələ 
gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir. 
Xarici  bankın  yerli  filialı  barəsində  Azərbaycan 
Respublikasında  başlanılmış  iflas  proseduru  filialın 
kreditorlarının öz tələblərinin ödənilməsi məqsədi ilə həmin 
tələblərin bankın xaricdəki aktivlərinə yönəltmək hüququnu 
məhdudlaşdırmır. 
Birdən  çox ölkədə filial  şəbəkəsi  ilə  fəaliyyət  göstərən 
müflis  olmuş  bankın  aktivlərindən  yerli  və  xarici 
kreditorların bərabər istifadəsini təmin etmək üçün: 
yerli  müflis  bankın  başqa  ölkədə  filialları  və 
nümayəndəlikləri olduqda, Milli Bank həmin ölkənin bank 
119 


tənzimlənməsi  və  nəzarəti  orqanları  ilə  mümkün  olduğu 
qədər əməkdaşlıq edir; 
yerli müflis bankın kreditoru öz tələblərini başqa ölkədə 
bankın  filialından  qismən  almışdırsa,  kreditorun  tələbləri 
üzrə  ödənilməmiş  qalıq  müflis  elan  olunmuş  banka  təqdim 
edilə bilər; 
məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  xaricdə 
qəbul  edilmiş  qərarı  və  xarici  bankların  aktivlərinin 
qorunması  və  maliyyə  sağlamlaşdmlması  üçün  xaricdə 
görülmüş  tədbirlərin  onların  Azərbaycan  Respublikasındakı 
filiallarına nə dərəcədə aid olmasını müəyyən edir; 
xarici  bank  yerləşdiyi  ölkədə  ləğv  prosesində  olduqda, 
Milli  Bank  xarici  bankın  yerli  filialının  Azərbaycan 
Respublikası  ərazisində  olan  kreditorlarının  mənafelərinə 
uyğunluğu  baxımından  aktivlərin  köçürülməsini  və  ya 
verilməsini məqbul sayarsa, həmin aktivlərin xarici ölkədəki 
ləğvediciyə  köçürülməsinə  və  ya  verilməsinə  dair  qərar 
çıxarılması üçün məhkəməyə müraciət edir. 
Bankın müflis elan olunması və ya müflis elan olunmuş 
bankla  əlaqədar  isə  baxarkən  birinci  instansiya  məhkəməsi 
Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinə 
müvafiq olaraq həmin məsələyə dair Milli Bankın rəyini alır, 
Ləğvedici bankın ləğvim başa çatdırdıqdan və müvafiq 
hesabatı məhkəməyə təqdim etdikdən sonra o, məhkəmənin 
qərarı  ilə  öz  vəzifələrindən  azad  edilir.  Həmin  qərarda 
məhkəmə  bankın  mühasibat  və  digər  sənədlərinin 
qanunvericiliyə  müvafiq  qaydada  Döylət  Arxivinə  təhvil 
verilməsi barədə gösrətiş verir. 
Bankın aktivlərinin satışından əldə edilən vəsait bankm 
kreditorlarma  Ödənildikdə  və  ya  “Banklar  haqqmda 
Qanun”un 87.4-cü maddəsinə müvafiq surətdə Milli 
120 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə