Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Bankda depozitə qoyulduqda bank barəsində iflas proseduru 
məhkəmənin qərarı ilə başa çatmış hesab edilir. 
Bank barəsində iflas prosedurunun başa  çatmasına dair 
məhkəmənin  qərarı  məhkəmə  tərəfindən  Milli  Banka  və 
dövlət  qeydiyyatı  orqanına  göndərilir,  habelə  kütləvi 
informasiya  vasitələrində  dərc  edilir.  Ləğv  olunmuş  bank 
hüquqi  şəxslərin  dövlət  qeydiyyat  reyestrindən  çıxarılır. 
(Banklar haqqında Qanun. Maddə 82,83, 84,85,86,87.88,89,90.)
 
3.17.
 
FtNANS QURUMLARININ NÖVLƏRİ 
HANSILARDIR? 
Finans  vasitəçiləri  əmanət  qəbul  edən  fmans  qurumları 
və əmanət qəbul etməyən finans qurumları olmaqla iki qrupa 
bölünürlər. 
Finans  qurumları  depozit  toplayan  və  toplamayan 
olmaqla iki qrupda birləşir. 
Depozit qurumlarının balanslarının passivində ən böyük 
pul qaynağım əmanətlər təşkil edir. 
Əmanətlərin  geri  ödənməsini  öhdəlik  edən  bu 
qurumların ən geniş institutları - kommersiya banklarıdır. 
Finans  qurumlarmm  bazar  payına  təsir  edən  təməl 
faktorları  aşağıdakılardır:  Artan  rəqabət;  Qlobal  əsaslı 
xaricdən gələn rəqabət; Yeni texnoloji şəbəkə, swift, internet; 
Qloballaşma (qlobal bazarın inkişafı); E-ticarət, yeni xidmət 
və məhsulların satışı. 
Banklararası rəqabət eyni zamanda bankların xərclərinin 
artırılmasına yol açır, o cümlədən : aktiv tutma- mn yüksələn 
xərcləri;  texnoloji  xərcləmələrin  yüksələn  xərcləri;  bilgi  və 
sərmayə ehtiyacmın artımıdır. 
121 


Finans  bazarının  effektli  fəaliyyətini  finans  vasitəçiləri 
olmadan  təsəvvür  etmək  mümkün  deyil.  Finans  vasitəçiləri 
pul axtaranla pula ehtiyacı olanlar arasında vasitəçilik edir və 
müvəqqəti  sərbəst  pulları  istifadəçilərin  sərəncamlarına 
transformasiya edirlər. 
İqtisadiyyatı  inkişaf  etmiş  ölkələrdə  finans  qurumları 
iqtisadiyyatda böyük rol oynayır. Onlar böyük həcmdə finans 
resurslarını  öz  əllərində  cəmləşdirir.  İqtisadiyyatı  az  inkişaf 
etmiş  ölkələrdə  yalnız  pul  bazarı  qurumları  olan  banklar 
nəzərə  çarpacaq  fəaliyyət  göstərir.  Sərmayə  bazarı 
qurumlarının  fəaliyyəti  isə  məhduddur.  Bu  qurumlar  əsasən 
dövlət  tərəfindən  təsis  edilir  və  dövlətin  vəsaiti  ilə 
iqtisadiyyatın  prioritet  sahələrində  uzunmüddətli  investisiya 
layihələrinə pul təqdim edir. 
Finans  vasitəçilərinin  iqtisadiyyatda  rolu  təkcə  sərbəst 
pulları  iqtisadiyyatın  ehtiyaclarına  istiqamətləndirməklə 
məhdudlaşmır. Finans vasitəçiləri ayrı-aynhqda mövcud olan 
kiçik həcmli pul yığımlanm səfərbər edərək onları iri həcmli 
layihələrə  cəlb  edə  bilir.  Bununla  yanaşı  onlar  müxtəlif 
sahələrin  aktivlərini  portfellərinə  cəlb  edərək  riskləri 
diversifikasiya  edirlər.  Nəticə etibarilə finans vasitəçilərinin 
funksiyalarından  biri  də  onların  peşəkarlığı  ilə  bağlıdır. 
Finans  bazarında  peşəkar  fəaliyyət  onlara  iqtisadiyyatın 
müxtəlif  sahələri  haqqında  geniş  və  hərtərəfli,  dolğun 
informasiya  əldə  etməyə  imkan  verir.  Bu  baxımdan  finans 
vasitəçiləri həm də məsləhətçi qurumlar kimi tanınır. 
Finans qurumlarının ən ilkin və geniş  yayılmış forması 
bankların  da  daxil  olduğu  depozit  institutlarıdır.  Depozit 
institutu  olan  kommersiya  bankları,  demək  olar  ki,  bütün 
ölkələrdə  iqtisadiyyatın  finansmanının  başlıca  mənbəyidir. 
Banklar fiziki şəxslərdən, firmalar 
122 


dan, dövlət orqanlarından tələbli və müddətli əmanətlər qəbul 
edir və öz növbəsində onları kredİt olaraq təqdim edir və ya 
ayrı-ayn iqtisadi subyektlərin qiymətli kağızlarını yerləşdirir, 
investisiyaların həyata keçirilməsində iştirak edir. 
Kommersiya banklarının fəaliyyəti hər bir ölkənin bank 
qanunvericiliyi  ilə  tənzimlənir.  Bəzi  ölkələrdə  onların 
fəaliyyətinə  daha  məhdud  hüquqi  çərçivədə,  bəzilərində  isə 
bir qədər geniş çərçivədə imkan verilir. 
Qeyri-depozit  fınans  vasitəçisi  olan  pensiya  və  ona 
bənzər  fondlar  əmək  fəaliyyətinə  son  qoyulan  insanların 
təminatı məqsədilə yaradılır. Pensiya fondlarının vəsaiti həm 
işverənlər,  həm  də  işçilərin  ayırmaları  hesabına  formalaşır. 
Fond  bu  vəsaitləri  müəyyən  obyektlərə  investisiya  edir  və 
sonradan dövri olaraq yığılmış vəsaiti işdən azad olunanlara 
bütövlükdə  və  ya  annuitet  qaydasında  ödəyir.  Pensiya 
fondlarına  vəsait  yığılarkən  vergiyə  cəlb  olunmur.  Pensiya 
fondlarının  passivləri  uzunmüddətli  xarakter  daşıyır.  Buna 
görə də onlar uzunmüddətli qiymətli kağızlara yatırım etmək 
imkanlarına sahib olurlar. 
Qeyri-depozit fınans vasitəçiləri hər bir ölkədə fəaliyyət 
göstərir.  Bu  tip  fınans  vasitəçilərinin  inkişafı  ölkədə 
adambaşına  düşən  milli  gəlirin  səviyyəsindən  və 
makroiqtisadi sahənin dayanıqlığından asılıdır. 
Finans vasitəçilərinin bir qrupu da investisiya yö- nümlü 
qurumlardır. Bu qrup fınans vasitəçilərinə fı- nans şirkətləri, 
investisiya fondları və investisiya bankları aiddir. 
Finans  şirkətləri  kommersiya  bankları  qədər  tarixə 
malikdir.  Bu  vasitəçilər  istehlak  ehtiyacları  üçün  malların 
kreditlə satışı zamanı ssudalar təqdim edir. Həmin ssudalara 
kommersiya fırmalan tərəfindən təminat 
123 


verilir.  Bu  şirkətlər  bir  tərəfdən  səhmlər  buraxmaqla  və 
kommersiya banklarından kredit almaqla vəsaitləri səfərbər 
edir, digər tərəfdən onları ssuda olaraq bəlli  sahəyə təqdim 
edir. Finans şirkətləri kiçik və böyüməkdə olan firmalar üçün 
mühüm finans mənbəyidir. 
Finans vasitəçiliyinin  ən çoxsaylı növləri inkişaf etmiş 
ölkələrdə inkişaf etmişdir. Finans vasitəçilərinin hər növünün 
öz fəaliyyət dairəsi və xidmət sferası olsa da onlar arasında 
kəskin rəqabət şəraiti hökm sürür. Finans vasitəçilərinin ölkə 
iqtisadiyyatında  və  pul  axımında  rolu  həm  mütləq,  həm  də 
nisbi  mənada  xeyli  dəyişməkdədir.  Artıq  tarixən  qədim 
finans  vasitəçiliyi  olan  banklar  öz  yerlərini  digər  finans 
qurumlarına verməkdədir. 
Finans aktivləri içərisində pensiya fondları və qarşılıqlı 
fondların  xüsusi  çəkisi  artmaqdadır.  Bu  proses  əsasən 
dezintermediasiya  prosesi  ilə  bağlıdır.  Banklar  getdikcə 
investisiya  institutları  tərəfindən  sərmayə  bazarından 
sıxışdınimaqdadır. 
3.18.
 
ƏMANƏT QƏBUL EDƏN FİNANS 
QURUMLARI HANSILARDIR? 
Vasitəçi  qurumlardan  ən  önəmlisi  fərd  və  qurumların 
yığımlarını  əmanət  formasında  toplayan  -  “əmanət  qəbul 
edən  qurumlardır”.  Bu  qurumlarda  yığımları  ilə  bazardakı 
pul  təklifini  qarşılayan  (pul  çoxluğuna  sahib  olanlar)  və 
bazardan pul  tələbində olaraq fond kəsirlərini finans etmək 
istəyən (pul kəsiri olanlar) iştirakçılar yer alır. 
Əmanət  qəbul  edən  qurumlar,  pul  çoxluğuna  sahib 
olanlardan  “əmanət”  adı  altında  pul  qəbul  edər  və  qiymətli 
kağız alışı və kredit satma yolu ilə pul kəsiri olan- 
124 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə