Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

inspektorlarına  və  ya  onun  tərəfindən  təyin  edilmiş 
auditorlara zəruri təşkilatı və texniki imkanları yaradır. 
Qarşılıqhlıq prinsipinə əsasən xarici bank tənzimləməsi 
və  nəzarəti  orqanlarının  sorğuları,  habelə  məhkəmənin 
qüvvəyə  minmiş  qərarı  ilə  nəzərdə  tutulan  hallar  istisna 
olmaqla, Milli Bank başqa şəxslərin tələbi ilə banklarda və 
xarici  bankların  yerli  filiallarında  yoxlamalar  keçirməyə, 
onlardan  hesabat  və  ya  informasiya  almağa  səlahiyyətli 
deyildir. 
Azərbaycan  Respublikasında  vergi  nəzarətini  həyata 
keçirən müvafiq icra hakimiyyəti orqanı bankların və xarici 
bankların  yerli  filiallarının  fəaliyyətini  yalnız  vergi 
ödəyiciləri qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi 
zamanı  bank  müştərilərinin  hesabları  və  əməliyyatları  ilə 
bağlı məlumatlar və sənədlər yalnız bank sirrini təşkil edən 
məlumatların açıqlanması üçün Azərbaycan Respublikasının 
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun əldə 
edilə bilər. 
(Banklar haqqında Qanun. Maddə 43,44,45,46.)
 
3.13.
 
BANKLARA TƏTBİQ EDİLƏN 
TƏDBİRLƏR VƏ SANKSİYALAR 
Bank  tərəfindən  prudensial  normativlərin  və  tələblərin 
pozulmasına,  onun  fəaliyyətinin  “Banklar  haqqında 
Qanun”un  və  Milli  Bankın  normativ  xarakterli  aktlarının 
tələbləri  pozulmaqla  həyata  keçirilməsinə.  Milli  Bankın 
verdiyi 
lisenziyaya 
və 
icazəyə 
daxil 
edilmiş 
məhdudiyyətlərin  pozulmasına  yol  verdiyini  müəyyən 
etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar 
aşkar  etdikdə  pozuntunun  xarakterindən  asılı  olaraq  Milli 
Bankın  banka  aşağıda  göstərilən  təsir  tədbirlərini  tətbiq 
etmək hüququ vardır: 
105 


pozuntuların  aradan  qaldırılması  haqqında  bankdan 
öhdəlik məktubu tələb etmək
bankla razılaşma bağlamaq; 
banka sərəncam vermək. 
Pozuntuların  və  ya  pozuntulara  səbəb  ola  biləcək 
faktların aradan qaldırılması haqqında Milli Bank tərəfindən 
bankdan  öhdəlik  məktubu  tələb  edildikdə,  bankın  Milli 
Banka təqdim etdiyi məktubda yol verilmiş çatışmazlıqların 
aradan qaldırılması üçün bank tərəfindən görüləcək tədbirlər 
və onların həyata keçirilməsi müddətləri göstərilir. 
Milli Bankla bank arasında bağlanmış razılaşmada aşkar 
edilmiş çatışmazlıqların təxirəsalmmadan aradan qaldırılması 
və  bununla  bağlı  ilk  növbədə  həyata  keçirilməli  tədbirlər 
müəyyən olunur. 
Milli Bankın icrası məcburi olan sərəncamında “Banklar 
haqqında  Qanundun  48-ci  maddəsində  göstərilmiş  təshih 
tədbirlərinin  həyata  keçirilməsi  və  çatışmazlıqların  aradan 
qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir. 
Bankm  maliyyə  vəziyyətinin  sağlamlaşdırılmasına 
yönəldilən  təshih  tədbirləri  tətbiq  edildikdə,  bank  verilən 
sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planım 
iki həftə müddətində Milli Banka təqdim edir. 
Milli  Bankın  icrası  məcburi  olan  sərəncamından 
məhkəmə  qaydasında  şikayət  verilməsi  həmin  sərəncamın 
icrasını dayandırmır. 
Bank  “Banklar  haqqında  Qanun”un  47.2-ci,47.3-cü  və 
47.4-cü 
maddələrində  göstərilmiş  müvafiq  öhdəlik 
məktubunun, razılaşmanın və sərəncamın icrası barədə həmin 
sənədlərdə  göstərilmiş  müddətdə  Milli  Banka  məlumat 
verməlidir. 
106 


Milli  Bank  “Banklar  haqqında  Qanun”un  47-ci 
maddəsinə müvafiq olaraq banka aşağıdakı təshih tədbirlərini 
tətbiq edə bilər: 
bank  fəaliyyətinin 
ayrı-ayrı  növlərinin  həyata 
keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması; 
inzibatçıların  vəzifələrindən  müvəqqəti  kənarlaş- 
dırılması; 
banka  aidiyyatı  şəxslər  və  aidiyyatı  şəxslər  adından 
hərəkət  edən  şəxslərlə  bank  əməliyyatlarının  və  əqdlərin 
həyata keçirilməsinin dayandıniması; 
depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması; 
xarici bankların törəmə banklarmm və ya yerli filiallarının 
təsisçi banklardan cəlb etdikləri vəsaitlərdən başqa digər 
mənbələrdən vəsaitlərin cəlb edilməsinin məhdudlaşdırılması 
və ya dayandırılması; 
digər hüquqi  şəxslərin  kapitalında payların alınmasının 
məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi; 
yeni filialların və şöbələrin açılmasının dayandırılması 
və ya fəaliyyət göstərən filial və şöbələrin işinin 
dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi; maliyyə 
güzəştlərinin verilməsinin dayandırılması; kredit verilməsi və 
depozit cəlb edilməsi qaydasının və şərtlərinin 
dəyişdirilməsi; 
kapitalın artırılmasının tələb edilməsi; mənfəət hesabına 
kapital ehtiyatlannın yaradılmasının tələb edilməsi; 
aktivlərin keyfiyyətindən asılı olaraq xüsusi ehtiyatların 
yaradılmasının  və  ya  nizamnamə  kapitalının  bankın  zərəri 
məbləğində azaldılmasının tələb edilməsi; 
başqa 
şəxslərin 
öhdəlikləri 
üzrə 
təminatların 
(qarantiyaların) verilməsinin dayandırılması; 
107 


dividentlərin  ödənilməsinin  məhdudlaşdırılması  və  ya 
dayandırılması; 
bankın  fəaliyyətinin  və  daxili  nəzarətinin  həyata 
keçirilməsi qaydasında dəyişikliklər edilməsi
bank 
səhmdarlarının 
növbədənkənar 
ümumi 
yığıncağının keçirilməsinin tələb edilməsi. 
“Banklar  haqqında  Qanun”un  48.1-ci  maddəsində 
göstərilən  təshih  tədbirləri  ayrılıqda  və  ya  bir  neçəsi  eyni 
zamanda tətbiq edilə bilər. 
Milli  Bank  “Banklar  haqqında  Qanun”un  47.1-ci 
maddəsi  nəzərdə  tutulan  hallarda  “Banklar  haqqında 
Qanun”un  48,1-ci  maddəsində  nəzərdə  tutulmuş  təshih 
tədbirləri  ilə  yanaşı  banka  qarşı  aşağıdakı  sanksiyalarını 
tətbiq edə bilər: 
bank,  habelə  bank  inzibatçıları  barəsində  Azərbaycan 
Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə 
tutulmuş cərimələrin tətbiq edilməsi; 
inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi. 
Milli  Bank  banka  qarşı  “Banklar  haqqında  Qanundun 
49.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  sanksiyanı  tətbiq 
etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın 
səlahiyyətli  idarəetmə  orqanının  qərarı  ilə  təxirəsalınmadan 
həyata keçirilir. 
“Banklar haqqında Qanun”un 16-cı maddəsində nəzərdə 
tutulmuş  əsaslara  görə  Milli  Bank  bank  lisenziyasının  ləğv 
edilməsi barədə qərar qəbul edə bilər. 
Sanksiyaların  tətbiqi  bankı  kreditorlar,  o  cümlədən 
bankın  müştəriləri  qarşısında  öhdəliklərini,  bankın 
inzibatçılarım  isə  (tutduğu  vəzifədən  azad  edilmiş 
inzibatçılar  istisna  olmaqla)  öz  xidməti  vəzifələrini  yerinə 
yetirməkdən azad etmir. 
Banklara  və  bank  inzibatçılarına  cərimə  sanksiyaları 
Azərbaycan Respublikasının İnzibati Xətalar Mə- 
108 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə