Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

ödəməyi tələb edə bilər. 
(Banklar haqqında Qanun. Madds4L) 
3.12.
 
BANKLARIN FƏALİYYƏTİNƏ 
NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ? 
Bank  və  xarici  bankın  yerli  filialı  qanunvericiliyə  və 
Beynəlxalq Mühasibat standarlarına uyğun olaraq mühasibat 
uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks 
etdirən  hesabatları,  o  cümlədən  illik  maliyyə  hesabatları 
tərtib  etməlidir.  Banklarda  mühasibat  uçotu  qaydaları  və 
hesabatların  forma,  məzmunu  və  dövriliyi  müvafiq  icra 
hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla  Milli  Bank 
tərəfindən müəyyən edilr. 
Bankın  maliyyə  hesabatı  ayırca  olaraq  bankın  və 
konsolidasiya  əsasında  (birləşdirilmiş  əsasda)  onun  törəmə 
təsərrüfat  cəmiyyətlərinin,  filiallarının,  şöbələrinin  və 
nümayəndəliklərinin fəaliyyətini və maliyyə vəziyyətini əks 
etdirir. 
Bir və ya bir neçə yerli filialı olan xarici bank “Banklar 
haqqında  Qanun"un  43.1-ci  və  43.2-ci  maddələrində 
müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filiah üçün 
ayrıca  oiraq  və  konsolidasiya  əsasında  fəaliyyətlərini  və 
maliyyə  vəziyyətini  əks  etdirən  maliyyə  hesabatının  tərtib 
edilməsini təmin etməlidir. 
Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti 
hər  il  auditor  fəaliyyətini  həyata  keçirmək  üçün  xüsusi 
razılığa  (lisenziyaya)  malİk  olan  kənar  auditor  tərəfindən 
yoxlanılmalıdır. 
Auditor 
yoxlaması 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
Bankın  və  xarici  bankın  yerli  filialının  yoxlanmasını 
aparan kənar auditor Azərbaycan Respublikasının qa 
101 


nunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı, 
aşağıdakılan da həyata keçirir: 
bankın  maliyyə  hesabatının  onun  maliyyə  vəziyyəti 
haqqında  tam  və  obyektiv  təsəvvür  yaradıb-yaratmadığı 
barəsində hesabat və rəy hazırlayır; 
mühasibat  uçotunu,  maliyyə  nəzarəti  sistemlərini  və 
prosedurlarını  lazımi  səviyyədə  saxlamaqda  banka  kömək 
göstərir; 
inzibatçının  və  ya  hər  hansı  əməkdaşın  banka  mühüm 
zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, 
habelə  idarəetmədə  və  ya  cari  fəaliyyətində  çatışmazlıqlar 
haqqında Milli Banka məlumat verir. 
Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli 
filial  nümayəndəliklərinin  auditinin  konsolidasiya  əsasında 
həyata keçirilməsini təmin etməlidir. 
Milli  Bank  bankların  və  xarici  bankların  yerli 
filiallarının  auditinin  aparılmasına  dair  beynəlxalq  bank 
nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edə 
bilər.  Kənar  auditor  yoxlaması  Milli  Bankın  tələblərinə 
uyğun  gəlməsini.  Milli  Bank  auditorun  dəyişdirilməsini, 
habelə  bankın  özünün  vəsaiti  hesabına  təkrar  auditin 
aparılmasını tələb edə bilər. 
Bank  və  xarici  bankın  yerli  filialı  maliyyə  ilinin 
qurtarmasından ən geci beş ay müddətində bankın və xarici 
bankın  yerli  filialının  kənar  auditor  tərəfindən  təsdiqlənmiş 
konsolidasiya  əsasında  hazırlanmış  maliyyə  hesabatını 
auditor  rəyi  ilə  birlikdə  bankın  səhmdarlarına,  habelə 
müştərilərin tələbi ilə onlara təqdim etməlidir. 
Bank  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay 
müddətində konsolidasiya əsasında fəaliyyətlərim və maliyyə 
vəziyyətini əks etdirən auditr tərəfindən təsdiqlənmiş maliyyə 
hesabatını  auditor  rəyi  ilə  birlikdə  Milli  Banka  təqdim 
etməldir. 
102 


Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  aynca 
olaraq  hər  bir  yerli  filialı  üçün  kənar  auditor  tərəfindən 
təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə 
birlikdə  beş  ay  müddətində,  konsolodasiya  əsasında 
təsdiqlənmiş  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə 
səkkiz ay müddətində Milli Banka təqdim etməlidir. 
“Banklar  haqqında  Qanun”un  45.1-ci  maddəsində 
göstərilmiş 
maliyyə 
hesabatı 
kütləvi 
informasiya 
vasitələrində bank və xarici bankın yerli filiallan tərəfindən 
dərc edilməlidr. Dərc olunan hesabatın forması, məzmunu və 
müddətləri Milli Bank tərəfindən müəyyən edilir. 
Bankın  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi 
məqsədilə bank özünün və törəmə təsərrüfat cəmiyyətlərinin 
aynca olaraq və konsolidasiya əsasında pruden- sial və bank 
statistikası hesabatlarını Milli Banka təqdim etməlidir. Xarici 
bankın  yerli  filiallan  da  müvafiq  hesabatları  Milli  Banka 
təqdim  etməlidir.  Prudensial  və  bank  statistikası 
heasbatlarının  forması,  məzmunu  və  təqdim  edilməsi 
qaydaları Milli Bank tərəfindən müy- yən edilir. 
Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız 
Milli Bankın inspektorları və ya Milli Bank tərəfindən təyin 
edilən  kənar  auditorlar  tərəfindən  ildə  bir  dəfə  yoxlanılır. 
Bank  aktivlərin  itirilməsi  təklükəsi  yarandıqda,  habelə 
qanunvericiliyin 
pozulması 
faktlarının 
araşdırılması 
məqsdilə  Milli  Bank  banklarda  və  xarici  bankların  yerli 
filiallarında  əlavə  yoxlamalar  keçirə  bilər.  Yox  layı  cılann 
tərkibinə  qarşıjıqlıq  prinsipi  əsasında  Milli  Bankın 
yoxlamalar  sahəsində  əməkdaşlıq  haqqında  saziş  bağladığı 
digər  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının 
əməkdaşları da daxil edilə 
103 


bilərlər.  Yoxlamaların  həyata  keçirilməsinin  prosedur 
qaydaları Milli Bankın qərarları ilə müəyyən edilir. 
“Banklar  haqqında  Qanun”un  46.1-ci  və  46.2-ci 
maddəsinə  uyğun  olaraq  Milli  Banka  və  onun  təyin  etdiyi 
kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir
istənilən  banka,  onun  filiallarına,  şöbələrinə,  törəmə 
təsərrüfat cəmiyyətlərinə, habelə xarici bankın yerli filialına 
daxil  olmaq  və  onların  hesabatlarını,  mühasibat  kitablarım, 
sənədlərini  və  digər  uçot  yazılarını  yoxlamaq,  onlara  dair 
izahat tələb etmək
bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda 
mühüm iştirak payına malik  olan şəxslərin,  banka aidiyyatı 
olan  şəxslərin  və  aidiyyatı  şəxs  adından  hərəkət  edən 
şəxslərin,  bankın  filialının,  şöbəsinin  və  xarici  bankın  yerli 
filialının inzibatçılarından, əməkdaşlarından və agentlərindən 
həmin  qurumların  idarə  edilməsinə  və  cari  fəaliyyətinə,  o 
cümlədən  müştərilərin  əməliyyatlarına  aid  istənilən  məsələ 
barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək. 
Xarici  bankın  yerli  nümayəndəliyi  özünün  fəaliyyətini 
qanunvericilikdən  və  əsasnaməsi  ilə  müəyyən  edilmiş 
hüdudlardan  kənara  çıxmadığını  göstərmək  üçün  özünün 
idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında hesabatları 
Milli Banka təqdim etməlidir. Hesabatın forması, məzmunu 
və təqdim edilməsi qaydası Milli Bank tərəfindən müəyyən 
edilir. 
Hesabat  məlumatlarını  dəqiqləşdirmək  məqsədilə  Milli 
Bankın  inspektorlan  xarici  bankın  nümayəndəliyini  yerində 
yoxlaya bilər. 
Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, 
xarici  bankın  yerli  filialı  və  nümayəndəliyi  bu  maddəyə 
uyğun vəzifələrin icrası zamanı Milli Bankın 
104 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə